Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   2   3   4   5   6   7   8   9   ...   14

 

19 



        

Ke anca dər vocud aməd Əli bin Əbi Taleb.

1

 

 



     

Həzrət  Risalətpənahdan  maəda  (başqa)  bütün  nasın 

(

insanların) ən fəzilətlisi, ən şəci’i (şücaətlisi), ən müttəqisi 

olub  və  cümleyi-ənbiyaya  dəxi  bu  xüsusda  sibqət 

etmişlərdir 

(

bütün 



peyğəmbərləri 

bu 

xüsusda 

qabaqlamışlardır).  Cəmi’i-ülumi-əqliyyə  və  nəqliyyə 

kəndilərindən müntəşir olmuş (yayılmış). Ərəb üləmasından 

fəsahət  ilə  bəlağətdə  kamil  olan  şəxslər  o  Həzrətin  son 

dərəcə bəliğ və fəsih olan mətalibini və kələmati-şərifəsini 

həlldən acizdirlər. 

     


Cənab  Vilayətpənah  həzrətləri  cənab  Haqqın  əmrilə 

zihiccətül-haramın  on  səkkizi,  hicrətin  otuz  altıncı 

sənəsində  qədəmi-mübarəklərilə  təxti-xilafəti  təzyin 

(

ziynətləndirmə) ilə beş sənəni mütəcaviz (beş ildən artıq

xilafəti-zahiridə bulunmuşlardır.  

     


Üş  tayfa  ilə  üç  böyük  müharibə  etmişlər  ki:  birincisi 

əshabi-Cəməl dedikləri nakisin ilə; 2) Müaviyənin təvabeyi 

olan qasitin ilə; 3)  xəvaric dedikləri mariqin ilə ki, rəisləri 

Abdullah 

bin Vəhb idi. 

 

     



Rəvayəti-məşhurəyə  binaən  hicrətin  qırxıncı  ili 

ramazanül-

mübarəkin  on  doqquzunda  Qətamənin  əğvası 

Vərdan bin Xalid və Şeys və Əş’əs bin Qeysin müavinətilə 

Əbdürrəhman  bin  Mülcəm  Müradi  zəhərlənmiş  bir  qılınc 

ilə  Həzrəti  mübarək  başından  yaraladığından  ramazanül-

mübarəkin  iyirmi  birinci  günündə  dərəceyi-şəhadətə  vasil 

olmuşlardır. 

                                                 

1

 



Kə’bə evinin təvafı ona görə hamıya vacib oldu ki, 

  

Orada Əli bin Əbi Talib dünyaya gəldi. 




 

20 



     

Həzrət  imam  Həsən  kəndilərinə  namaz  qılaraq  cəsədi-

mütəhhərlərini  Nəcəfi-əşrəfdə  dəfn  buyurmuşlardır.  Ömri-

şərifi altmış üç il və imaməti-həqiqləri iyirmi doqquz il altı 

ay  qədər  olmuşdur.  Katibi:  Sə’d  bin  Mərvan  Həmdani  və 

qapıçısı 

Qənbər 

namında 


şəxslərdir. 

Xatəmi-


mübarəklərində (mübarək möhürlərində) “Əl-mülk lillahil-

vahidil-


qəhhar”

1

 



nəqş  edilmiş.  İsmləri:  Əli;  2)  Heydər;  3) 

Əsədüllah və kütübi-səmaviyyədə (səmavi kitablarda) İliya 

olmuşdur.  Əlqabi*-mübarəkləri:  Mürtəza,  İmamüssiqleyn, 

Yə’subüddin, 

Sədiqi-əkbər, 

Faruqi-ə’zəm, 

Əmirülmöminindir.  Bu  sondakı  ləqəbi  kəndilərinə  həzrət 

Risalətpənah  əta  buyurmuşlar.  Yalnız  kəndilərinə  məxsus 

old

uğu  üçün  sair  əimmeyi-kirama deyilməz.  Künyati*-



mübarəkəsi Əbu Turab, Əbulhəsəndir.  

     


Xassə kənizlərindən başqa atiyədəki (aşağıdakı) zövcatı 

nikah  etmişlər:  1) Fatimeyi-Zəhra  (ə);  2)  Xövlə  Cəfər  bin 

Qeys  Xəfyənin  qızı;  3)  Rəbi’ənin  qızı  Ümm  Həbibə;  4) 

Darmiyənin qızı Leylayi-məs’ud; 5) Əmisi Xəs’əmiyyənin 

qızı Əsma; 6) Ümm Ürvə bin Məs’ud Səqifənin qızı Ümm 

Məs’ud;  7)  Fatimeyi-Zəhranın  irtihalından  sonra  təzvic 

buyurduqları  və  həzrət  Risalətpənahın  qızı  Zeynəbdən 

təvəllüd etmiş olan Əbilasın qızı Ümamə. 

     

O Həzrətin iyirmi yeddi nəfər övladı olmuşdur: 1) imam 



Həsən;  2)  imam  Hüseyn;  3)  Zeynəbi-Kübra; 4) Ümm 

Külsüm 


künyəli  Zeynəbi-Suğra;  5)  Möhsün;  6)  həzrəti-

Nəbəvi  təvəllüdünü  ixtar  edərək  (bildirərək)  kəndi  namü 

künyeyi-

mübarəkələrini  (öz  adını  və  mübarək  künyəsini

ona  əta  buyurduqları  Xövlə  Cəfər  bin  Qeys  Xəfyənin 

                                                 

1

 

Mülk tək və qüdrətli Allaha məxasusdur. 




 

21 



qızından  təvəllüd  etmiş  Əbulqasım  künyəli  Xəfyə  ilə 

məşhur  Məhəmməd  Əkbər;  7)  və  8)  Rəbi’ə  qızı  Ümm 

Həbibədən  əkiz  olaraq  doğulmuş  Ömər  və  Rüqiyyə;  9) 

nəhayət  hüsni-cəmala  malik  olduğundan  Qəməri-bəni-

Haşim  (bəni-Haşimin  ulduzu)  ilə  məşhur  olan  Abbas;  10) 

Cəfər;  11)  Osman;  12)  Abdullah  ki,  bu  dörd  nəfər 

Kərbəlada  şəhid  olmuşlardır;  13)  Əbi  Bəkr  künyəli 

Məhəmməd  Əsğər;  14)  Abdullahdır  ki,  Məsud  Darmiyə 

qızı  Leyladan  təvəllüd  etmişlər  və  Kərbəlada  şəhid 

olmuşlardır;  15)  sığr  (kiçik)  sinnində  pədəri*-

büzürgvarlarının sağlığında vəfat edən Ümeys Xəs’əmiyyə 

qızı Əsmadan təvəllüd edən Yəhya; 16) və 17) Ümm Səid 

Ürvə bin  Məs’ud Səqəfi  qızından təvəllüd  edən Rəmlə  və 

Ümm  Həsən;  18)  Ümm  Külsüm  ilə  məşhur  Nəqiyyə;  19) 

Rüqiyyeyi-

Suğra;  20)  Ümm  Hani;  21)  Ümm  İkram;  22) 

Ümm Cəfər künyəli Həmasə; 23) Ümamə; 24) Səlmə; 25) 

Meymunə; 26) Xədiceyi-Suğra; 27) Fatimə. 

      

Həzrət  Əmirülmöminin  (ə)  orta  boylu,  müdəvvər 



(

girdə) və nurani çöhrəli, qırmızı yanaqlı, qaşları müqəvvəs 

(qövsvari

və aralı gərdənli, tükləri qalın və qırmızıya mail, 

ənzə* idi. Çox qəzayada və fütuhatda iki qılıncla müharibə 

etdiklərindən  və  bə’zi  qəzvələrdə  fəth  olunmadan  ərəblər 

arasında  “qədiyyə  la  Əba  Həsənə  ləha”  zərbülməsəli 

məşhur  olmuşdur.  Yetimlərə  nəvaziş  edər,  füqəra  ilə 

həmcəlis olur (oturub durur). Və möminlərə qarşı təvazö və 

düşmənlərə  qarşı  əzəmət  göstərir.  Müharibəyə  hərvələ  ilə 

(yortma

yürürlər  və  hər  kəsə  müavinət  edər  və  meydani-

hərbdə  hər  tərəfə  sövlət  edər  (şiddətlə  həmlə  edər)  və  hər 

mübarizi  öldürdüyü  vaxtda  təkbir  söylərdi.  Bir  mübarizi 

qaldırıb  digər  mübarizin  fərqinə  çalar  (başına  vurar)  və 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə