Hacı Şıxəli Feyzüllahzadə



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/14
tarix26.10.2018
ölçüsü0,57 Mb.
#75766
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

 

25 



nüfuzun kökünü)  

o səfəhatdan (yerlərdən) pak etməyə qəsd 

etdilər.  Diqqətlə  nəzər  etdiklərində  dostluq  və  iradət 

iddiasında  bulunanların  çoxunun  əhli-nifaq,  səfasız, 

hüquqsuz  və  vəfasız  olduqlarını  müşahidə  buyurdular. 

B

undan dolayı onların əhdü  misaqlarına etimad edərək  və 



onların  ianəsilə  (onlarla  bağlanan  əhd-peymana etimad 

etməklə  və  inların  köməyi  ilə)  düşmən  əsgərlərini  məğlub 

etmək mümkün olmadığını təqdir edərək əmri ilə Müaviyə 

ilə  sülhə  qərar  verdilər.  Aralarında  əqd  etdikləri  sülhün 

şərtləri  şunlar  idi:  Əvvələn,  Müaviyə  vəfat  etdikdə 

məsnədi-xilafətdə (xilafət taxtında) kimin oturacağı şurayi-

ümumi ilə  təyin edilsin.  Saniyən,  onun müəyyən  bir  şəxsi 

məsnədi-xilafətə  namizəd  etməyə  haqqı  olmasın.  Fəqət 

Müaviyə əhdinin xilafına olaraq oğlu Yəzidi vəliəhd qərar 

verəcəyini  təsmim  etdi  (düşündü).  Fəqət  həzrət 

Vilayətpənahın  vücudilə  bu  işin  olmayacağını  kəndisinə 

məlum  olduğu  üçün  Əsma  namilə  məşhur  olan  Əş’əs  bin 

Qeysin  qızı  Cə’dəni  pək  çox  mal  vermək  və  Yəzidin 

vüsalına yetişməklə iğfal edərək (aldadaraq) o Həzrəti iki 

dəfə  rətbdə  (xurmada)  təsmim  etdisə  (zəhərləndirsə)  də 

kargər  olmadı.  Zira  hər  dəfəsində  Həzrət  məsmum 

olduqlarında  (zəhərləndiklərində)  rövzeyi-Risalətpənahiyə 

müşərrəf  olmaqla  şəfayab  olmuşlardır  (şəfa  tapmışlardır). 

Üçüncü  dəfə  gecələyin  Əsma  həzrət  Mövlanın  mənzilinə 

daxil  olaraq  möhürlənmiş  su  zərfinə  zəhərin  tozunu  oraya 

töküb  mənzilinə  övdət*  etdi.  Həzrət bidar olduqda 

(

oyandıqda)  kuzənin  möhürünü  salamat  görüb  suyu  içdi. 

Dərhal  zəhərin  əsəri  o  Həzrətdə  zahir  oldu.  Qırx  gün 

nəhayət  dərəcə  əziyyət  çəkərək  mübarək  ciyərləri  parça-

parça  dışarı  töküldü  və  rəngi-şərifləri  mus-mur  olmuş  bir 




 

26 



halda  pəncşənbə  günü  səfər  ayının  28-də  hicrətin  əllinci 

ilində ruhi-müqəddəsləri dari-axirətə irtihal buyurmuşlardır. 

Heyni-

vəfatlarında  imam  Hüseyn  əleyhissalamı  nəzdi-



şəriflərinə  dəvətlə  onu  kəndilərinə  vəsi  qərar  verərək 

imamət  əmanətlərini  o  Həzrətə  təfviz  (vəkalət)  edib 

buyurdular:  – 

Məni  təsmim  etmişlərdir.  Zəhər  verən  şəxsi 

və  bu  bəliyyənin  (bəlanın)  kimlər  tərəfindən  mənə  ariz 

olması  məlumdur.  Cənab  Haqq  hüzurunda  onunla 

müxasimədə  (ədavətdə)  bulunacağım  şübhəsizdir.  Səni 

hüquqi-


vacibəmə qəsəm verirəm (and içdirirəm) ki, heç bir 

iqdamatda  (



hərəkətdə)  bulunmayasınız  və  cənab  Haqqın 

əmrinə  müntəzir  bulunasınız.  Vəfatımdan  sonra  məni 

təğsilü təkfin edərək cənazəmi cəddimin rövzeyi-məthərinə 

götürüb  təvaf  etdirdikdən  sonra  cəddəm*  Fatimənin 

rövzəsində dəfn edərsiniz. Amma bəni-Ümeyyə tayfası elə 

güman  edirlər  ki,  siz  məni  rövzeyi-Risalətpənahidə  dəfn 

edəcəksiniz.  Buna  binaən  onlar  çox  səy  edəcəklər  ki,  sizə 

mane olsunlar. Sizi cənab Haqqa qəsəm verirəm ki, mənim 

xüsusumda bir qətrə (damla) qan tökməyəsiniz.  

     


Sonra  əhli-beyti,  övladü  əmvalını  imam Hüseyn 

əleyhissalama 

tövsiyə 

edib 


dari-bəqaya 

rehlət 


buyurmuşlardır.  Həzrət  imam  Hüseyn  qardaşının 

vəsiyyətinə binaən o Həzrəti təğsilü təkfin edərək rövzeyi-

Risalətpənahiyə  gətirdikdə  Mərvan  və  bəni-Ümeyyə  o 

Həzrətin 

cəsədi-məthərini 

rövzeyi-


nəbəvidə 

dəfn 


edəcəklərinə yəqin etdilər. Sonra bir yerə toplanaraq digər 

adamlarını  dəxi  təslih  edərək  (silahlandıraraq)  o  Həzrətə 

mane  oldular  və  Aişə  həm  bunlar  ilə  bərabər  əstərsüvar  

(

qatıra  minmiş)  olduğu  halda  onlara  atidəki  (aşağıdakı

vəchlə  xitabədə  bulundu:  –  Ey  bəni-Haşim!  Oğlunuzu 



 

27 



mənim  evimdən  çıxarın.  O,  burada  dəfn  olunmaz.  Əks 

surətdə  haqqında  hörmətsizlik  edəcəkdir.  Məhəmməd  bin 

Hənifə  təkəllüm  ilə:  –  “Ey  Aişə!  Nədən  dolayı  bir  gün 

əstərsüvar  (qatıra  minmiş),  bir  gün  şütürsüvar  (dəvəyə 



minmiş)  olaraq  bəni-Haşimlə  ədavət  etməkdən  vəqayeyi-

nəfs  etmirsən?  –  deyib  ona  xitab  etdi.  Və  Aişə  isə 

cavabında:  –  Ya  Məhəmməd!  Sən  ki  Fatimi  deyilsən  və 

bunlar Fatimə övladıdırlar. Kəndiləri cavab verməyə qadir 

ikən  sən  neyçün  onlar  tərəfindən  cavab  verirsən?  –  deyib 

söylədi.  Həzrət  Hüseyn  əleyhissalam  da  Aişəyə:  –  Sən 

Məhəmmədin  üç  Fatimədən  təvəllüd  etdiyini  neyçün 

xatirindən çıxarırsan? – dedi. Həqiqətən də Məhəmməd üç 

Fatimədən:  birincisi  İmran  bin  Aidin  qızı  Fatimə;  ikincisi 

Rəbiənin qızı Fatimə; üçüncüsü də Əsədin qızı Fatimədən 

təvəllüd bulmuşdur.  

     


Yenə  də  Aişə  isə  təkrar:  –  Siz  bizim  ilə  düşmən 

əşirətdənsiniz (qəbilədənsiniz), cənazənizi buradan qaldırıb 

götürməlisiniz,  –  dedi.  Həzrət  Hüseyn  (ə)  o  cənazəeyi-

mübarəkəmi qaldırıb qəbiristani-Bəqidə dəfn buyurdular. 

     

O  Həzrət  qırmızı  dodaqlı,  şəhla  və  müdəvvər  gözlü, 



mücəmməd  (qıvrım)  tüklü,  müqəvvəs  (qövsvari)  qaşlı, 

yüksək  boylu,  əksər  ovqat  mübarək  saqqalını  vəsmə  ilə 

xəzab  buyururlar  idi.  Əxlaqı  həzrət  Rəsul  əxlaqına  pək 

ziyadə bənzər idi.  

    

Həzrət imam Həsən əleyhissalamın kənizi-xassələrindən 



başqa  altı  nəfər  məşhur  qadın  izdivac  buyurmuşlar  ki, 

şunlardlr:  Əbi  Məsud  bin  Sə’ləbeyi-Xəzrəciyyənin  qızı 

Ümm Bəşir; 2) Mənzur Fərariyyənin qızı Xövlə; 3) Təlhə 

bin Abdullah Təmimənin qızı Ümm İshaq; 4) Əsma namilə 

məşhur Əş’əs  bin  Qeysin qızı  Cə’də;  5) İmra  əl-Qeys bin 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə