Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə32/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   24   25   26   27   28   29   30   31   32

Beləliklə,  əsrin  meydan  oxumasına  qarşı  İslam 

aləminin 

və 

ümmətinin 



reaksiyası 

iki 


yolla 

gerçəkləşməlidir:

1.  İslam  adından  görülən,  yer  üzündə  fitnə-fəsad 

törədən,  müsəlmanlara  və  qeyri-müsəlmanlara  qarşı 

terroru  yayan  və  bununla  hər  şeydən  əvvəl  islamın  adma 

xələl  gətirən  fanatik,  barbar hərəkətlər pislənilməli;

2.  Qərbin  meydan  oxumasına  reaksiyada  m ədəni 

üsullardan  istifadə  olunmalıdır.

Bütün bu vəzifələrlə yanaşı, bu gün sabaha böyük ümid 

hissi  ilə  deyə  bilərik  ki,  millətimizin,  mədəniyyətimizin 

böyük  hamisinin  rəhbərliyi  ilə  respublikamızda  başlanan, 

beynəlxalq  sivil  dəyərlərə  söykənən  azad  vətəndaş 

cəmiyyəti  -  demokratik  dövlət  quruculuğu  prosesi  gün- 

gündən  genişlənir,  Heydər Əliyev siyasi-fəlsəfi yolu onun 

ən  layiqli  davamçısı  Prezident  İlham  Əliyev  tərəfindən 

bacarıqla  inkişaf etdirilir.  Siyasət,  iqtisadiyyat,  biznes  və 

başqa  sahələrdə  aparılan  islahatlarla  yanaşı,  mənəviyyat, 

mədəniyyət,  incəsənət  və  ədəbiyyatla  bağlı  respublika­

mızda  böyük  işlər görülür.

Qloballaşmağa  doğru  sürət  götürmüş  müasir  dünyada 

baş  verən  böyük  olaylar,  xüsusən  də  mədəniyyətlərin 

inteqrasiyası  pərdəsi  arxasında  intellekt  və  milli 

dünyagörüşlərin  yarışı,  bəlkə  də  savaşı  zamanı  zəif 

mədəniyyətə  və  ədəbiyyata  malik  xalqların  yeri  son 

sıradadır. 

Heydər  Əliyevin 

uzaqgörən 

intuisiyası 

nəticəsində  hələ  XX  əsrin  ikinci  yarısından  xalqımız  bu 

böyük  yarışa  layiqincə  hazırlaşmağa  başlamışdır.  Yaxın 

keçmişimizə  boylansaq  görərik  ki,  hələ  Sovetlər  Birliyi 

tərkibində  olanda  Azərbaycanda  Heydər  Əliyevin 

rəhbərliyi  ilə  müstəqil  milli  m ədəniyyət  siyasəti

136


aparılırdı.  Ötən  əsrin  70-80-ci  illərində  çoxlu  mədəni- 

kütləvi  obyektlər,  mədəniyyət  sarayları  tikilir,  istər 

respublika  daxilində,  istərsə  də  ittifaq  mərkəzində 

yerləşən  ali  təhsil  ocaqlarında çoxlu  istedadlı,  intellektual 

m ütəxəssislər  hazırlanırdı.  Milli  m ədəniyyətin  və 

ədəbiyyatın,  sənətin  müxtəlif  sahələrinin  intibah  dövrü 

sayıla biləcək o illərdə yaranan mədəni-mənəvi  irs bu gün 

də  xalqımızın  əsl  intellektual  sərvətini  təşkil  edir.  Lakin 

indi  yeni  dünyada  bir  çox  dəyərlər  dəyişilmiş,  dövrün 

tələblərinə  uyğun  forma  və  məzmun  rəngarəngliyi 

meydana  çıxmışdır.  Bu  baxımdan  da  ölkəmizdə  aparılan 

və  qloballaşma  dövrünün  tələblərinə cavab  verən  düzgün 

siyasət  məhz  ümummilli  liderin  vaxtında  başlanmışdır, 

indi  də  davam  etdirilir.

İslam  dünyasının  qeyri-islam  dünyaları  ilə  əməkdaşlıq 

və  dinc  yanaşı  yaşamaq  sahəsində  böyük  tarixi  təcrübəsi 

vardır.  İlk  əsrlərdə  islam  dünyası  qədim  yunan  və  qeyri- 

yunan  mədəniyyətlərinin  qəbul  edilməsində  heç  bir 

çətinliklə  qarşılaşmamışdır.  Halbuki,  bu  gün  qərb 

mədəniyyətinin  təsirlərini  qəbul  etmək  müsəlmanların 

əsrlər  boyu  adət  etmiş  olduqları  dəyərləri  kökündən 

sarsıdan  problemlər doğurur, səbəb  isə ondan  ibarətdir ki, 

o  vaxt  islam  dünyası  yenilikçi,  yaradıcı,  icadcdici  idi, 

ixtiyar  sahibi  idi,  xoşladığı  və  faydalı  hər  şeyi  seçib 

götürürdü, xoşlamadığı, münasib saymadığı  şeydən  imtina 

edirdi.  Bu  gün  isə  şərait  dəyişmişdir.  Qərbin  mədəni 

standartları  islam  dünyasının  dərinliklərinə  yol  tapır, 

çünki  Qərb yeni  dünya nizamında  hakim  qüvvədir.

Lakin,  nccə olursa-olsun,  müsəlman  dünyası  fikrimizcə 

bir  sıra  şərtləri  nəzərə  almalıdır:

137



1.  Qloballaşmanın  nəticələrinə  seçkili  m ünasibət

labüddür:  qloballaşmanın  islamın  dayaqları,  əxlaqi

dəyərləri  nöqteyi-nəzərindən  müsbət  nəticələri  qəbul 

edilməli və  islam çağırışının gücləndirilməsi  işində istifadə 

olunmalı,  mənfi  cəhətlərindən  imtina  edilməlidir.  Bu 

mövqeyin  şəriətə  uyğunluğunu  təsdiqləyən  islam  prinsipi 

vardır ki,  "bu əmr bil-məruf vən-nəhy ənil-müikərdir".

2.  Müsəlmanlar  islama  öz  nurlu  simasını  qaytarmaq, 

onun  bərabərlik,  ədalət,  mərhəmət  və  mötədillik  dini 

olduğunu  göstərmək  üçün  iş  aparmalıdırlar.

3.  İslam  dünyası  dünya  birliyi  ilə  əm əkdaşlığı 

möhkəmləndirmək,  bu  birliyə  inteqrasiya  olmaq  üçün  iş 

aparmalıdır.

Beynəlxalq  birliklə,  xarici  ölkələrlə  əlaqələrin 

yaranması, 

möhkəmlənməsi 

və 

genişlənm əsində 



dövlətlorarası 

siyasətlə 

yanaşı 

diasporaların 



da 

imkanlarından  dünya  praktikasında  yetərincə  istifadə 

olunur.  Etiraf etmək  lazımdır  ki,  bir çox  xarici  ölkələrdə, 

hətta  dünyada  nüfuz  sahibi  olan  dövlətlərdə  diasporlar 

bəzən  həmin  ölkənin  xarici  siyasətinə  hiss  ediləcək 

dərəcədə  təsir  gücünə  malik  olurlar.  Bir  çox  sahələrdə 

olduğu  kimi  müstəqilliyin  ilk  illərində  Azərbaycan,  çox 

təəsüflər  olsun  ki,  bu  imkanlardan  demək  olar  ki,  heç 

istifadə  etməmişdir,  çünki  Azərbaycanın  və  xaricdə 

yaşayan azərbaycanlılıarın bu sahədə üz tuta biləcəyi  lider 

və  ideya  hələ  tam  aydın  özünü  göstərə  bilmirdi  və  ya 

göstərməsinə  imkan  verilmirdi.  Bu  tarixi  missiyanı  da 

ümummilli  liderimiz  Heydər  Əliyev  gerçəkləşdirə  bildi. 

Görkəmli  dövlət  xadimi  hələ  1994-cü  ilin  yanvarın  9-da 

xaricdə  yaşayan  soydaşlarımızın  bir  qrupu  ilə  görüşdə

138


bildirmişdi  ki,  "Ölkənin ağır vaxtında prezident seçiləndə, 

prezident  kürsüsünə  qalxanda  da,  and  içəndə  də  mən 

təkcə  Azərbaycanın  ərazisində  olan  azərbaycanlılıara 

yox,  bütün  dünyada  yaşayan  azərbaycanlılıra  müraciət 

etdim.  Bildirdim  ki,  respublikanın  bu  ağır  dövründə  hər 

bir  azərbaycanlı,  damarlarından  azərbaycanlı  qanı  axan 

hər  bir  insan  gərək  Vətənin  bu  gününə  yansın, 

münasibətini  bildirsin,  kömək  etsin.  Çünki  azərbaycan­

lının  Azərbaycandan  başqa  Vətəni  yoxdur.  Almaniyada 

yaşaya  bilərsiniz,  həm  də  çox  firavan  yaşaya  bilərsiniz, 

Fransada,  Amerikada  da  yaşaya  bilərsiniz,  varınız  da, 

dövlətiniz  də  olar.  Amma  o  ölkələr  sizin  Vətəniniz  ola 

bilməz.  Bunu  təkcə  azərbaycanlıya aid  etmək  olmaz.  Hər 

bir  millətin,  hər  bir  insanın  ana  torpağı  onun  vətənidir. 

Azərbaycanlıların  da  Vətəni  Azərbaycandır".

"Mənim həyatımın m əqsədi Azərbaycandır,  Azərbaycan 

xalqıdır,  A zərbaycan  Respublikasıdır, 

A zərbaycan 

vətəndaşıdır.  Əgər m ən  buna nail ola  bilsəm ,  on xoşbəxt 

adam  kim i  həyatım ı  başa  çatdıracağam"  fikri  xalq 

tərəfindən  səmimi  qəbul  edilə  bilər.  Çünki  məhz 

Azərbaycan  xalqı  öz  liderinə  "milli  xilaskar"  adı  verib  və 

bu  gün  həmin  ifadədə  siyasi  yön,  ideoloji  tərəfkeşlik 

tapmaq  istəyənlər  unutmamalıdırlar  ki,  millətin  düşüncə 

tərzində kök salmış, onun mental dünyagörüşünün mühüm 

həlqəsinə çevrilmiş,  müəyyən  məqamlarda  əfsanələşmiş, 

hətta  yenilməz  qüvvə  təsiri  buraxan  Heydər  Əliyev 

fenomeni  artıq  ürəklərdə  çoxdan  heykəlləşib.  Fikir verin: 

93-cü  ilin  yayında  xalq  böyük  öndərimizin  Bakıya 

gəlişini,  hakimiyətə qayıdışını  arzu  və  istək  şəklində yox, 

tələb şəklində qoymuşdu.  O günlərin  bir ifadəsini  hələ do

139



xatırlayıram:  "Gəlsin,  ö z xalqına y iy ə lik   etsin,  m illətinə, 

ölkəsinə sahib dursun".  Mən də belə  bir fikrə  şərikəm  ki, 

"Tarixdə  bu  cür  siyasi  tale  yaşamış  ikinci  bir  şəxs 

haqqında,  şəxsən  mənim  məlumatım  yoxdur.  Heydər 

Əliyev  XXI  əsrin  siyasətçisi  idi.  Bəşəri  idealların 

daşıyıcısı 

idi". 


Sovet 

imperiyasının 

qadağanları 

çərçivəsində 

böyük 

cəsarət 


göstərib 

37-ci 


il 

repressiyalarının  qurbanı  Hüseyn Cavidin  nəşini  Sibirdən 

Naxçıvana  gətirdən  Heydər  Əliyev  elə  Hüseyn  Cavidin 

"Kəssə  hər kim   tökülən  qan izini,  qurtaran  dahi odur y e r 

üzünü"  bəşəri  və  bir  qədər  də  romantik  görünən 

kəlamının  real  həyatda  yaşadıcısı  oldu.  Heydər  Əliyev 

sülh,  əmin-amanlıq,  sabitlik  deməkdir.  Bəlkə  də 

fikirlərim  bir  qədər  lirik  səpkidə  görünə  bilər,  amma  hər 

halda  bu  mənim  gəldiyim  qənaətdir.  Müdrik  xalqımızın 

təfəkkür  tərzinin  reallıq  dərəcəsi  məndə  qürur  hissi 

doğurur.

Gənclik  Heydər  Əliyevdən  əsl  vətənpərvərliyin  nə 

olduğunu  öyrənib.  Onun 

"Fəxr  edirəm   ki,  m ən 

A zərbaycanlıyam ”sözü  fikrimcə,  cənab  Heydər Əliyevin 

bu  ölkəyə,  bu  vətənə  necə  yanaşmasının  ən  bariz 

göstəricisidir.  Gənclik  Heydər  Əliyevdə  böyük  xarizma 

və  bununla  da  yanaşı  hər  kəslə  öz  dilində  danışmaq 

bacarığı  gördü.  Gənclik  Heydər  Əliyevdə  bu  millətə,  bu 

dövlətə xəyanət edənlərə qarşı barışmazlıq, eyni  zamanda 

indiyə  qədər  heç 

bir  liderdə 

rast  gəlinm əyən 

fövqəlinsanlıq  gördü.  2003-cü  ilin  aprel  ayında  indi 

Heydər Əliyevin  adını  daşıyan  sarayda onun  əsl  sərkərdə, 

əsl  rəhbər,  fədakar,  qorxmaz,  cəsarətli  liderliyi  bir  daha 

insanlarda sözlə  ifadə edilməsi  mümkün olmayan məhəbbət

140


hissini  alovlandırdı.  Bunu  hamı  bildi,  bütün  dünya  da 

gördü.  Ulu  Yaradan  Heydər  Əliyevdən  başladığı  bütün 

işləri  başa  çatdırmaq  xoşbətliyini  almadı.  Mən  bəzi 

problemlərin  olmasına  baxmayaraq  müasir  gəncliyi 

xoşbəxt gənclik sayıram.  Çünki  onlar Heydər Əliyev  kimi 

bir  nəhəng  düha  ilə  eyni  zamanda  yaşayıblar.  H eydər 



Əliyevdən nə öyrəndik, nə miras qaldı, - deyəndə, yadıma 

Ulu  Nizaminin  "İsgəndərnamə"sindən  bir  epizod  düşür. 

Orada  deyilir  ki,  dirilik  suyu  ardınca  qaranlıq  mağaraya 

gedib çıxan  İsgəndərin qoşunlarına qoca bir kişi  məsləhət 

görür  ki,  əyilib  yerdən  daş  götürsünlər.  Ancaq  çox 

götürənlər  də  peşiman  olacaq,  az  götürənlər  də. 

İsgəndərin qoşunu bu cür də edir.  İşıqlığa çıxanda görürlər 

ki,  götürdükləri  ləl-cəvahirat  imiş.  Bunu  görəndə  az 

götürən  də  peşiman  olur  ki,  niyə  çox  götürmədim,  çox 

götürən  isə  peşiman  olur  ki,  daha  çox  götürə  bilərdim. 

Allah  bizə,  millətimizə,  xalqımıza  heç  vaxt  peşimançılıq 

verməsmn.  Gəlin  dühalarımızın,  onların  tövsiyyələrinin 

qədrini,  qiymətini  bilək.  Azərbaycançılığımızın,  milli- 

mənəvi  dəyərlərimizin,  maarifçiliyimizin  xidmətində  öz 

imkanlarımızı  əsirgəməyək!  Bu  yolda  Allah  hamınıza yar 

olsun!


141


Р Е З Ю М Е

В  книге  "Азербайджанство,  нучно-религиозное  просвещение, 

пример  духовного  самосознания"  впервые  дается  исследование 

многогранной 

деятельности 

общенационального 

лидера 

Азербайджана  Гейдара  Алиева  в  области  защиты  национально­

духовных 

ценностей, 

ведется 

исследование 

многолетней 

плодотворной  деятельности  видного  государственного  деятеля, 

основоположника  современной  Азербайджанской  Республики 

Гейдара  Алиева  в области  формирования  и  развития  национальной 

идеологии.

Здесь  также  обращается  внимание  на  одно  из  основных 

направлений  развития  независимой  Азербайджанской  Республики, 

которым  яадяется  осуществляемая  работа  в  сфере  научно-духовным 

просвещения  и  развитии  национального  самосознания.

В  книге  также  перечисляются  большие  заслуги  Гейдара  Алиева 

в  истории  современного  Азербайджана,  дается  анализ  его 

жизненного  пути,  раскрываются  отдельные  эпизоды  в деятельности 

этой  яркой  личности.  В  книге  большое  внимание  уделяется 

взаимоотношениям  религии  и  государства,  роли  нравственных 

принципов  в  независимой  стране.  Раскрываются  мудрые  советы 

общенационального  лидера  в  отношении  исторического  прошлого 

Азербайджана,  задачи  государства  в  развитии  его  настоящего  и 

будущего,  отношение  к  националь-но-духовным  ценностям  с 

научно-религиозной  и  просветительской  точки  зрения.

В  книге  отмечается,  что  главой  Управления  мусульман  Кавказа 

Шейхуль-нслама  гаджи  Аллахшукюра  Пашазаде  осуществляется 

политика  религиозно-государственных  отношений,  национально- 

религиозной  терпимости,  подчеркивается  значение  стратегической 

линии  в  области  толерантности,  определенной  национальным 

лидером  Азербайджана  для  будущих  поколений.

Одна  из  основных  ценностей  работы  заключается  в  том,  что  ее 

автор,  запечатлевший  множество  исторических  моментов,  сам 

является  их  современником,  и  данная  книга  яазяется  ничем  иным, 

как  отражением  мыслей,  которые  зарождаются  во  время  много­

кратных  бесед  с  общенациональным  лидером  Гейдаром  Алиевым.

В  произведении  в  краткой  форме  доводятся  до  читателей 

посещение  Гейдаром  Алиевым  священных  мест  в  исламском  мире, 

произнесенные  там  речи,  важные  моменты,  связанные  с  темами 

выступлений 

по 

исламской 

тематике 

на 

международных 

совещаниях  как  в  Азербайджане,  так  и  за  рубежом.

142


RESUME

Multilateral  activity  of the  nationwide  leader  of Azerbaijani  people 

in  protection  of the  national and  moral  values  is  for the  first  time  thor­

oughly  researched  in  the  book  "Azerbaijanism,  scientific-religious 

awareness,  sample  of  moral  self-conscious".  Various  directions  of  the 

fruitful  activity  of the  outstanding  state  figure,  builder  of independent 

state of Azerbaijan  for many years  in  the formation and  development of 

the  national  ideology  of Azerbaijanism  arc studied.  It  is  stated  that  sci­

entific-religious awareness, moral self-conscious  is one of the columns of 

independent  Republic of Azerbaijan  in  works done.  Factor of personal­

ity  in  the  life  of  contemporary  Azerbaijan,  in  particularly  historical 

merits  of  Heydar  Aliyev  are  analyzed  by  examples  from  his  life  and 

moments  from  his  activity  to  be sample  for all.  Special  attention  is  paid 

in  the  book  to  the  reciprocal  relations  between  religion  and  state,  unity, 

the  role  and  place  of  moral  factors  in  contemporary  statehood.  Wise 

recommendations of the nationwide leader on  obligations of the state  in 

historical  past,  present  and  future  life  of  Azerbaijan,  main  approach 

directions  to  the  national  and  moral  values  front  standpoint  of science- 

religion  and  awareness.  It  underlines  the  realization  of  religion-state 

relations, policy of national-religious endurance in the life of Azerbaijan 

and  the  whole  Caucasus  on  example  of the  Mead  of  the  Board  of  All 

Caucasian  Moslems Sheykhulislam  Hajji Allahshukur Pashazadeh. The 

essence  of the  strategic  course  of the  nationwide  leader  of Azerbaijan 

gifted  to  the  future  generations  towards  the  religious  tolerance  is  com­

mented.  One of the aspects of the author's great  interest  is  to  complete­

ly  show  the  thoughts  resulting  from  the  personal  meetings  and  talks 

with  nationwide  leader  of Azerbaijan  Heydar  Aliyev  being  a  witness  of 

majority  of historical  events.  In  the  book,  the  author  delivers  to  wide 

public in volume the significant moments of Heydar Aliyev's pilgrimage 

to  sanctuary  places  of  Islam,  opinions  forwarded  there,  speeches  on 

Islam  made  at  the  scientific  and  international  gatherings  held  in 

Azerbaijan  and  abroad.  Along  with  political,  economical  factors  in 

Azerbaijani  statehood,  the  role  of  ideology  in  particularly  national- 

moral  values,  significance  of  national  self-conscious  was  for  the  first 

time  professionally  researched  relying on  concrete  facts.

143



Babayev  Xanəli  Babəli  oğlu 

/Hacı Xanoli Babayev/ 1963-cü ildə 

Azərbaycan Respublikasının Zərdab 

rayonunun Qaravəlli kəndində anadan olub.

Ali təhsillidir. Filologiya elmləri 

namizədidir. Uzun illərdir ki, Qafqaz 

müsəlmanları idarəsinin Şirvan bölgəsi üzro 

qazisi və Bakı İslam Universitetinin 

Mingəçevir filialının direktor müavinidir. 

Ailəlidir. İki övladı var. Mətbuatda müxtəlif 

mövzularla bağlı tez-tez çıxışlar edir.

İndiyədək iki kitabı çap olunub.  Bu isə 

müəllifin üçüncü kitabıdır.

M Ü   N   D Ə R   İ  C A T



Ö n   s ö z .

5

M ü a s ir   A z o r b a y c a n ç ı lı q   v o   H e y d o r   Ə l i y e v :

tarixi  ş ə x s i y y ə t   a m ili...................................................13

H e y d o r   Ə l i y e v   v ə   elm i-d in i  m aarifçilik,  m ə n ə v i

saflıq   m i s s i y a s ı ...............................................................4 3

A z o r b a y c a n ç ı lı ğ ı n   qorunm asında  v ə   in k işa fın d a

i s l a m   a m i l i ........................................................................8 9

A z ə r b a y c a n   v ə   İslam  d ü n y a s ı.............................. 1 1 7


Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə