Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə4/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   2   3   4   5   6   7   8   9   ...   32

həyat  tərzini  və  davranış  qaydalarını  müəyyən  edən  əsas 

amildir,  həm  də  bu  gün  dinə  münasibətindən  asılı 

olmayaraq,  bütün  həmvətənlərimiz  üçün  əzəmətli  bir 

mənəvi  ənənə, misilsiz həyat təcrübəsidir ki,  onsuz xalqın 

mədəniyyətini,  tarixini,  səviyyəsini  tam  dolğunluğu  ilə 

dərk etmək  mümkün  deyildir.

İslam,  böyük  birləşdirici  qüvvə  olaraq,  böyük 

mürəkkəbliyi,  təzadlılığı  ilə  diqqəti  çəkən  Qafqazda 

birliyin  olmasını,  burada  yaşayan  xalqların  həmrəyliyini 

və  azadlıqsevər  təmayüllərin  yaranmasını  istəməyənlər 

üçün  daim  qorxu mənbəyi  olmuş  və  olmaqdadır.

Tarixçilərimiz  və  dilçi  alimlərimiz  qeyd  edir  ki, 

Azərbaycan  xalqının  təşəkkülü  minilliklərlə  ölçülən 

dövrü əhatə  edən  mürəkkəb  bir proses  olmuşdur.  Tarixdə 

Azərbaycan  xalqı,  Azərbaycan  dili  olubsa  və  yaşayırsa, 

deməli,  Azərbaycan  dövləti  də  olub  və  şükürlər olsun  ki, 

bu  gün  daha  inamla deyə bilərik ki,  gələcəkdə  də  olacaq.

Keçmiş  Azərbaycan  dövləti  tarixi  şəxsiyyətlərin, 

cəsarətli  sərkərdə  və  dövlət  başçılarının,  xalqa  mənəvi 

ruh  verən  din  xadimlərimizin,  dilimizi,  mənəviyyatı-mızı 

yaşadan 

m ütəfəkkir 

insanlarımızın 

Nizaminin, 



Füzulinin,  Nəsiminin  və  s.  adı,  Həsən  bəy Zərdabi,  Cəlil 

M əm mədquluzadə 

kimi 

maarifpərvər 



ziyalıların, 

Əlimərdan  bəy  Topçubaşovun,  Fətəli  xan  Xoyskinin, 

Məmmədəmin  Rəsulzadənin,  Nəsib  bəy  Usubbəyovun, 

Nəriman  Nərimanovun,  Hacı  Zeynalabdin  Tağıyevin,  din 

xadimlərindən  -  Yəhya  Bakuvi,  Axund  Fazil  İrəvani, 

Məhəmməd Həsən Mövlazadə və daha kimlərin həyatı və 

fəaliyyəti  ilə  tanınıb,  tarixdə  qalıb.  Tariximizin  müəyyən

18

bir dövrünü araşdırarkən,  lap elə bu barədə  sadəcə söhbət 



edəndə  deyirik,  Cavanşirin,  Nizaminin  dövründə, 

Füzulinin,  Xətainin  zamanında,  Sabirin,  Zərdabinin 

vaxtında  və  s.

M ətləbdən  uzaq  düşməyək.  Onilliklər,  lap  elə 

yüzilliklər keçəcək, heç şübhəsiz ki, yaşadığımız bu dövrü 

də  tariximizin  "H eydər  Əliyev  dövrü"  adlandıracaqlar. 

Necə  ki,  artıq  indiki  vaxtda  adlandırırlar.  Doğrudan  da, 

əgər  müqayisə  aparsaq,  etiraf  etməli  olarıq  ki,  müasir 

Azərbaycanın 

dövlət 


rəhbərləri 

içərisində, 

hələ 

sağlığında  ikən  ümummilli  lider  səviyyəsinə  yüksələn, 



Heydər  Əliyev  qədər  böyük  idarəçilik  təcrübəsinə  və 

istedadına  malik  ikinci  şəxsi  tapmaq  çətindir.  Çünki  XX 

əsrin  sonundan  başlayaraq  Azərbaycanın  dili  də,  dini  də, 

iqtisadiyyatı  da,  özünüdərki  də  məhz  Heydər  Əliyevin 

yolu  ilə,  himayəsi  ilə  bağlı  olub.  İnamla  deyə  bilərik  ki, 

müasir  Azərbaycanın  milli-mənəvi  ideologiyası  da  məhz 

bu  dahi  şəxsiyyətin  adı  ilə  bağlıdır.  Çünki,  Heydər 

Əliyevin  öz yolu,  öz dəsti-xətti  olub.

Müqəddəs  Qurani-Kərimdə  bu  mənada  buyurulur: 

"Allah  doğru  yolda  olanların  doğruluğunu  artırar.  Əbədi 

qalan yaxşı işlər i  so Rəbbinin yanında savab etibarilə daha 

xeyirli, nəticə etibarilə daha yaxşıdır". ("Məryəm" sürəsi, 76)

Keçmiş  Sovet  məkanında  istər  Qafqazda,  istərsə  də 

digər  regionlarda  ən  çox  məhrumiyyətlərə  düçar  olmuş 

xalqlardan  biri  Azərbaycan  xalqı  olmuşdur.  Xalqımız 

uzun  illər  əzilmiş,  təhqir  edilmiş,  alçaldılmış,  dili,  dini, 

mənəviyyatı  təcavüzlərə,  repressiyalara  məruz  qalmışdır. 

Belə  bir  şəraitdə  H eydər  Ə liyev  dühasının  yaranması,

19



tarix  səhnəsinə  çıxm ası  Azərbaycan  xalqının  daxili 

enerjisinin  müdrik  təzahürü  idi.  Çünki  xalqımız  həmişə 

saf və müdrik olub, mərdiməzarlıqdan, bədxahlıqdan uzaq 

olub.  Tanrı  heç  vaxt öz günahsız, əməli-saleh  bəndələrini 

naümid  buraxmır,  onlara  həmişə bir qapı  açır.  Məhz buna 

görə  də,  Azərbaycan  xalqının  istəyi  də,  bu  istəyi 

reallaşdırmaq  missiyasını,  xilaskarlıq  vəzifəsini  üzərinə 

qoyduğu oğlu da müdrik olmalı  idi.  Belə bir şəraitdə tarixi 

şəxsiyyətlər,  ölkənin,  xalqın,  hətta  bütöv  bir  regionun 

inkişafına,  gələcəyinə  təsir  göstərə  bilən  dühaların 

meydana  çıxması  tale  qismətidir.

İstənilən  xalqın  tarixində  elə  maraqlı  və  mürəkkəb 

dövrlərə rast gəlinir ki, toplumun o taleyüklü anında güclü 

şəxsiyyətə,  milli  liderə,  dövlət  xadiminə  böyük  ehtiyac 

duyulur.  XX  əsrdə  millətimizin  taleyinə,  son  üç-dörd 

onilliyin  gedişatına  nəzər  salanda,  ilk  əvvəl  çağdaş 

Azərbaycanın  inkişafında  böyük  xidmətləri  olan, 

xalqımızın yaddaşında silinməz iz qoyan,  milli  dövlətçilik 

hərəkatının  başında  duran  böyük  ictimai  xadim,  dünya 

azərbaycanlı-larının  ümummilli  lideri  Heydər  Əliyevin 

həyat  və  fəaliyyəti  gözümüzün  önünə gəlir.



H eydər 

Ə liyev 

bütün 

dövrlərin 

ən 

böyük 

azərbaycanlısıdır.  O,  m əhdud  zaman  kəsiyinə  sığmır, 

onun  gördüyü  işlər,  titanik  fəaliyyəti  heç  bir  statistik 

göstəricilərlə təsəvvür edilmir.

O,  gözümüzün  qarşısındaca böyük bir tarix  yazdı  və bu 

tarixin  bütün  səhifələri  başdan-başa  qəhrəmanlıq 

mücadiləsi,  qətiyyət  və  iradə  örnəkləri  ilə  doludur.  Onu 

pozmaq,  təftiş  etmək,  silmək  qeyri-mümkündür.  Öz şəxsi

20

həyatında  özünə  və  xalqına  münasibətdə  kifayət  qədər 



məkr  və  şərlə  üzləşmiş  böyük  öndər  insanları  qərəzli 

təftişçilikdən  uzaq  durmağa  çağırır,  onlara  real  faktların, 

baş  vermiş  hadisələrin,  əsl  tarixin  nə  olduğunu  başa 

salmağa çalışırdı.  Böyük öndər deyirdi:  "Yaxşı da olsa, pis 



də  olsa,  yaşadığın  illəri  kiminsə,  nəyinsə  xatirinə  silib 

atmaq olmaz.  Ç ünki o,  tarixdir.  Tarixi silm ək isə heç kəsə 

m üəssər  olmayan  bir  işdir".  Təbii  ki,  böyük  öndərimiz 

böyük tarixin  və  böyük  vəzifələrin  nə  olduğunu  bilən  bir 

şəxs kimi  yalnız  böyük  işlər üçün  doğulmuşdu.

İllər  keçdikcə  Heydər  Əliyevin  millətimizin  tarixində 

necə  böyük  bir  rol  oynadığı  daha  qabarıq  üzə  çıxacaqdır. 

Xalqımızın  və müstəqil  dövlətimizin  dünya iqtisadi-siyasi 

sistemində, 

beynəlxalq 

birlikdə 

özünəlayiq 

yer 

tutmasındakı  rolunu  olduğu  kimi  işıqlandırmaq,  bütün 



cəhətləri  ilə  insanlarımıza  tam  çatdırmaq  qeyri-mümkün 

olduğu  kimi,  tariximizdə  bu  böyük  insanın  rolunun 

misilsiz ölçüsünü görməmək də qeyri-mümkündür.  Dünya 

proseslərinin,  xarici  ölkələrin,  m üxtəlif  dövlətlər 

qrupunun  və  ya təşkilatların  Azərbaycana  mənfi  təsirinin 

minimuma  endirilməsindən  tutmuş,  qlobal  beynəlxalq 

proseslərin  müsbət  təsirlərinin  daha  da  gücləndirilmə- 

sinədək  bir-birilə  sıx  əlaqədə  olan  sistemli  ictimai- 

m ədəni,  iqtisadi-siyasi 

gedişlərdə  böyük  siyasətçi, 

nəhəng  dövlət  xadimi  kimi  Heydər  Əliyevin  rolu 

danılmazdır.

Azərbaycan  tarixində  son  yarım  əsrdə  mühüm 

hadisələrin  əsas  iştirakçısı  kimi  böyük  bir tarixi  şəxsiyyət 

-  Prezident  Heydər  Əliyevin  həyat  və  yaradıcılığı,

21



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə