Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə5/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   2   3   4   5   6   7   8   9   ...   32

şəxsiyyət  kimi  tarixi  xidmətləri  hələ  neçə-neçə  yüz  il 

tədqiqatçı  alimlərin,  tarixçilərin,  siyasətşünasların, 

kulturoloqların  və  başqalarının  araşdırma  predmeti, 

tədqiqat obyekti  olacaq.

Azərbaycanın  ən  yeni  tarixini  yaradan  Heydər  Əliyev 

doğma  xalqı  ilə  sıx  vəhdət  təşkil  edən,  azərbaycanlı 

olmasından  daim  qürur  duyan  nadir  şəxsiyyətlərdən 

biridir.  O,  Azərbaycan  xalqının  yetirdiyi  elə  bir  düha  idi 

ki,  öz  əqli  potensialı  ilə  dünyanı  idarə  etməyə  qadir  idi. 

Fəaliyyətinin  birinci  mərhələsində  Heydər  Əliyev  vahid 

sovet  ideologiyasının  möhtəşəmliyini  sındıra,  geridə 

qalmış  əyalət  respublikasında  milli  özünüdərk  hissi, 

azərbaycanlı  şüuru  formalaşdıra  bildi.  Azərbaycanın  dahi 

insanlarının,  dövrünün  haqsızlıqları  ilə üzləşmiş  görkəmli 

m ədəniyyət 

xadim lərinin 

əvəzsiz 

irsinin 


xalqa 

çatdırılması,  keçmiş  SSRİ  məkanında  təbliğ  edilməsi 

məhz  Heydər Əliyevin  xidməti  idi.  Azərbaycanın  zəngin 

mədəni  sərvətinin  sovet  məkanına  çıxarılması  ilə  bu 

böyük  şəxsiyyət  imperiyanın  vahid  dil,  vahid  millət 

siyasəti  yeritmək  istəyinə  qarşı  çıxır,  onları  ölkəmizin 

çoxəsrlik  ənənələrini  tanımağa  məcbur  edirdi.  Heydər 

Əliyev  bu  dövrdə  Azərbaycan  xalqını  totalitar  düşüncə 

tərzindən  kənarda  saxlaya,  imperiya  siyasətinə  müxalif 

m ədəniyyət  xadimlərimizi  mühafizə  edə  və  ölkəsini 

inkişaf etmiş  respublika  səviyyəsinə  qaldıra bildi.  Yeraltı, 

yerüstü  sərvətləri,  böyük  intellektual  potensialı  olan 

Azərbaycanın  müstəqil  yaşaması  üçün  zəruri  işlər gördü.

Heydər  Əliyevin  tarixi  missiyasının  ən  böyük  uğuru 

sayılan  müstəqil  Azərbaycan  dövlətinin  get-gedə  güclən­

22

məsinin əsas səbəblərini araşdırarkən, yadımıza bu böyük 



tarixi  simanın  bütün  sahələrdə  -  milli-mənəvi  sahədəki 

xidm ətlərindən 

tutmuş, 

dövlət 


quruculuğundakı 

rəhbərliyi,  iqtisadi  tərəqqidəki  zəhm əti,  sosial  və 

ictim ai-siyasi 

sabitlik  və  demokratik  cəmiyyətin 

formalaşmasındakı 

rolu, 


elm, 

təhsil, 


incəsənət, 

ədəbiyyatın, 

ümumiləşdirsək, 

m ədəniy-yətimizin 

inkişafındakı  xidmətlərini  əhatə  edən  ömür  yolunun 

xüsusi  dəyəri  göz önünə gəlir.

Bu  barədə  düşünərkən,  belə  qənaətə  gəlmək  olar  ki, 

Heydər  Əliyev  fenomeni  zamanın  tələbi  idi,  xalqın 

arzularının,  istəyinin  ifadəsi  idi.  Heydər  Əliyev  ilk 

növbədə  qurucu,  yaradıcı  insan  idi.  O, yaradıçı  söz,  əqidə 

sahibi  idi.  Bütün  dünya  xalqlarının  tarixində  müstəsna 

xidmətləri  olan  dahi  şəxsiyyətlər  kimi  Heydər  Əliyev  də 

zəruri  m əqamlarda  öz  sözünü  deyə  bilirdi.  Tarixi 

şəxsiyyətlərin, 

siyasətçilərin, 

dövlət 


və 

ictimai 


xadimlərin  sözü  fəaliyyət  deməkdir.  Açıq  etiraf edək  ki, 

sözünü  demək,  obyektiv mövqe  tutmaq,  öz  iradəsini  ifadə 

etmək  həmişə  çətin  olub.  Belə  insanlara nüfuz,  söz  sahibi 

olan  kişilər,  liderlər  deyiblər.  Çünki,  hər  şeydən  əzəli 

həmişə  söz  olub.  Əvvəl  söz yarandı  və  söz bütün  sonrakı 

məhfumları  ifadə  etdi.

Belə  bir  müqəddəs  kəlam  ilə  fikirlərimi  izah  etməyə 

çalışaraq  qeyd  etmək  istəyirəm  ki,  söz  həm  də  mövqe 

ifadəsidir.  Həzrəti  Əli  aleyhissəlamın  buyurduğu  kimi 

"Danışın k i sizi tanısınlar, kişi ö z dilinin altında gizlənib". 

Yəni  söz  həm  də,  ilk  növbədə,  mövqe  anlamında  başa 

düşülür.

23



Müasir  Azərbaycan  dövlətinin  qurucusu,  ümummilli 

lider  Heydər  Əliyevin  dövlətçiliyimizin  formalaşması 

sahəsində  tarixi  xidmətləri  barədə  düşünərkən  bu  dahi 

şəxsiyyətin  Azərbaycanın  milli  mənəvi  dəyərlərinin 

qorunması  istiqamətində  də  əsl  təəssübkeş  mövqeyi 

mənim,  bir  din  xadimi  kimi,  daim  gözümün  önündə 

canlanır.  Qeyd  edim  ki,  mövqenin  aydın  ifadəsi,  vətəndaş 

qeyrəti,  qorxmazlıq  və  fədakarlıq  ona ehtiyac  daha  böyük 

olanda,  yəni,  insanın vətəni,  xalqı,  milləti  və  mənəviyyatı 

tapdalanarkən  daha  qabarıq  üzə  çıxır.

Sözün  yüksək  dəyərinə,  əzəmətinə  işarə  edərək  ulu 

Nizami  Gəncəvi  yazırdı:



S ö z ruhdur,  can üçün böyük dərmandır, 

cantək əzizliy i bəlkə ondandır. 

və  ya


S ö z deyən  qəvvasdır,  söz isə gövhər,

B u gövhər çox çətin  əm ələ gələr.

Bəli,  nəzərdən  keçirmək  istədiyim,  xalqımızın  yeni 

müstəqillik  dövrünü,  1990-cı  ildən  bəri  olan  mərhələni 

təhlil  edərkən  çoxlarının  o  müdhiş  ilin  təlatümlü  yanvar 

günlərində sarsıntı  içərisində  olduğu, bəzilərinin gözləmə 

mövqeyində,  bəzilərinin  isə  gizləndiyi  bir  dövrdə  kimin 

öz  sözünü,  yəni  mövqeyini  aydın  ifadə  etdiyini  bir  daha 

xatırlatmaq  istərdim.  Məhz  o  vaxt  kimin  kim  olduğu  üzə 

çıxdı.  1990-cı  ilin  qanlı  20  yanvar gecəsində  Azərbaycan 

xalqını  qanma  qəltan  edən,  xalqımızın  müstəqillik,  milli 

mənəvi  dəyərlərini  tankların  və  digər  zirehli  texnikaların 

tapdağı  altında  əzən,  təpədən  dırnağa  qədər  silahlanmış

24

keçmiş 


Sovet 

ordusunu 

Azərbaycana 

göndərən 

azğınlaşmış  Qorbaçov  qaragüruhuna  qarşı  Bakıdan  və 

Moskvadan  qalxan  iki  səs  aydın  səmada  çaxan  ildırım 

effekti  verdi.  Bu  gur  səs,  bu  qətiyyətli  mövqe  tarixə  və 

yaddaşlara əbədi  hopdu.  Bu, müasir dünya düzənində ayrı 

olan,  lakin  ümumxalq  məsələlərində  daim  bir  olan  siyasi 

və  dini  əqidəmizin  heç  də  təsadüfi  olmayan  birliyinin, 

vəhdətinin  təntənəsi,  aydın  ifadəsi,  nəsillərə,  xalqlara 

örnək olan  nümunəsi  idi.

Məhz  bu  məqamda  Həzrəti  Əli  əleyhissəlamın 

buyurduğu 



"Kişilərin  qiym əti  çətin  məqamda  bilinər" 

deyimi  yada  düşür.  O  vaxt,  can  verməkdə  olan  və  bu 

məqamda  daha da  azğınlaşan  keçmiş  Sovet  imperiyasının 

hərb  maşınından,  bütün  mərhumiyyətlərdən  qorxmayaraq, 

Bakıda,  fövqəladə  vəziyyət və  komendant  saatının  hökm 

sürdüyü  və  quduzlaşmış  düşmənin  əlinin  qana  batdığı  bir 

şəraitdə 

Qafqaz 


Müsəlmanları 

İdarəsinin 

sədri 

Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə,  Moskvada  isə 



elementar  müstəqil  fəaliyyət  göstərmək,  sərbəst  hərəkət 

etmək 


imkanlarından 

məhrum 


edilmiş, 

Sovet 


təhlükəsizlik  orqanlarının  daim  nəzarəti  altında  olan,  o 

vaxtkı  Azərbaycan  rəhbərlərinin  qərəzli  münasibəti  ilə 

üzləşən  ümummilli  lider  Heydər  Əliyev  imperiyanın 

m ərkəzində,  xalqımıza  qənim  kəsilmiş  Qorbaçovun 

oturduğu  Kremlin  cəmi  bir  neçə  yüz  metrliyində  əsl 

qəhrəmanlıq  nümayiş etdirdilər.

Heydər  Əliyevin  öz  həyatını,  habelə  onunla  birlikdə 

Moskvada Azərbaycanın  o vaxtkı  daimi  nümayəndəliyinə 

gələn  ailə  üzvlərinin  həyatını  da  təhlükə  altına  qoyaraq

25



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə