Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə6/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   2   3   4   5   6   7   8   9   ...   32

imperiyanı  ittiham  etməsi,  Azərbaycan  xalqını  qətliyam 

edən  cəlladları  adı  ilə  göstərməsi  əzilən  xalqın  etiraz 

səsinin  zirvəsi  oldu.  Bu  səs  imperiya  rəhbərlərinin 

donmuş  beyinlərini  tərpətdi,  xalqımızı  milli-mənəvi 

iflicdən  qurtardı.  Yaralara,  qan  ağlayan  ürəklərə  məlhəm 

oldu.  Bəli,  məhz  onda  kimin  -  kim  olduğu  bir  daha  üzə 

çıxdı.  Ömrünü, həyatını xalqına bağışlayan Heydər Əliyev 

dühasının  xidmət  obyekti  bir daha  qabarıq  göründü.  Qeyd 

edim  ki,  Heydər  Əliyevin  həmin  dövrdə  Moskvada 

məlum  tarixi  bəyanatını  verməsi  Azərbaycanın  Rusiya 

imperiyası  tərəfindən  ilhaqından  ötən  təxminən  180  illik 

bir dövrdə öz milli  mənliyi  ilə yanaşı, mənəviyyat, vicdan 

məfhumu  ilə  eyniləşən  İslam  dininə  ləkə  atmaq,  ona 

"İslam  fündamentalizmi"  damğası  vurmağa  çalışanlara  da 

ən  tutarlı  cavab  oldu.  Burada  da  Heydər  Əliyevin 

fədəkarlığı,  tarixi  xidmətləri  özünü  göstərdi.  Həzrəti  Əli 

əleyhissəlam   necəki  buyurur:  "Haqq  çətin  və  ağırdır, 

b a tily ü n g ü l  və  asan".  Ümummilli  liderimiz  hər  zaman 

olduğu  kimi  "fundamentalizm"  iftirasını  da  puç  etdi, 

müstəqilliyimizi,  müqəddəs  dinimizi  kənar  təpkilərdən 

qorudu.  Bununla nəinki  Azərbaycan xalqı qarşısında,  həm 

də  m üstəqillik  yolu,  haqq-ədalət,  öz  milli-mənəvi 

dəyərlərini  qorumaq,  yaşatmaq  yolu  seçmiş  bütün  İslam 

ümməti  qarşısında  böyük  xidmət  göstərmiş  oldu.  Çünki, 

Heydər Əliyev  Azərbaycan  xalqına  mənsub  olduğu qədər 

də  İslam  dünyasına  mənsubdur.

Heç  kəs  inkar  etməz  ki,  Heydər  Əliyev  barədə 

düşünərkən,  onun  şəxsi  keyfiyyətlərini  qeyd  edərkən 

hamının gəldiyi  ilk  nəticələrdən biri onun uzaqgörən, dahi

26

şəxsiyyət  kimi  xarakterizə  olunmasıdır.  Bu  keyfiyyət, 



bütün  mükəmməl  aləmdə  olduğu  kimi,  İslam  dinində  də 

yetərincə  qiymətləndirilən,  çoxsaylı  nümunələrlə  zəngin 

olan  bir üstünlükdür.

"Bir  gün  Məkkə  yaxınlığında  Hüdeybiyyə  çölündə 

Həzrəti  Məhəmməd  peyğəmbərin  (s)  sərkərdəliyi  ilə 

müsəlman  ordusu  düşmənlə  üz-üzə  gəlir.  Əks  tərəf 

müsəlmanlardan  qat-qat  üstün  olur.  Düşmən  sərkərdəsi 

"Ya  bizim  istədiyimiz  şərtlərlə  sülh  bağlayıb  geri 

dönməlisiniz,  ya  qan  aləmi  götürəcək"  deyə  Məhəmməd 

peyğəm bərə 

(s) 

meydan 


oxuyur. 

Sülh 


şərtləri 

müsəlmanlar  üçün  çox  alçaldıcı  idi.  Bütün  müsəlmanlar 

"Bu  şərtləri  qəbul  etməkdənsə,  şərəfli  ölüm  yaxşıdır" 

deyir.  Məhəmməd  peyğəmbər  (s)  isə  deyir:  "Zəfər  hər 



zam an  qılıncla  əld ə  edilm əz,  ağlın  z ə fə r i  daha 

Uzunömürlü  olur.  Ehtiyac  olmadan,  bütün  çarələrə  baş 

vurmadan  m üsəlm anların  qanını  axıtm aq  Allahın, 

insanların  lənətini qazanmaqdır.  Hərb ya ln ız son  çarədir! 

M ən M əkkənin sülh şərtlərini qobu! edirəm  və M ədinəyə 

geri dönürəm ".

Müsəlmanlar  Həzrəti  Məhəmmədin  (s)  məkkəlilərin 

alçaldıcı  sülh  şərtlərini  qəbul  etdiyinə  heyrət  etmişdilər. 

Peyğəmbər  (s)  isə  inamla  demişdi:  "Biz  bu  Ərəbistan 



çöllərində  şərəflərin   ən  ucasına  qalxdıq,  ey  Ömər. 

H üdeyb iyyə  sa zişi  əsrlərin  zəfəridir. 

B iz  hərbə 

başlasaydıq,  bu  çöl  müsəlmanların  məzarlığına  çevrilə 

bilərdi.  A m m a  dünya  tarixinin  dönüş  nöqtəsi  oldu. 

H üdeybiyyə  m üqaviləsi  y a ln ız  Ə rəbistanın  deyil, 

bəşəriyyətin  qələbəsidir.  Və  İslam  nurunun  bütün  yer

27



üzərində  bərqərar olması  deməkdir.  Çünki b iz yalnız bu 

günün şərtləri üçün deyil,  bəşəriyyətin sabahı üçün,  dünya 

İslam 

şə fəq ləri  ilə   nurlansın 

deyə  m übarizəyə 

qalxm ışıq...".

Sonralar  Həzrəti  Ömər  böyük  bir  ərəb  imperiyasının 

xəlifəsi  sifəti  ilə  bu  hadisələri  xatırlayaraq  heyrət  və 

təəccüblə  deyərmiş:  "Mən  hər şeyi gözləyirdim.  Amma 



g ö zlərim lə  görm əsəydim ,  bu  qədər  uzaqları,  y ə n i 

g ə lə c ə y i  görə  bilən  bir  peyğəm bərin  varlığına  şübhə 

edərdim  ".

Bəli,  müdriklik,  uzaqgörənlik  heç  də  hamıya  nəsib 

olmadığı  üçün yalnız  Həzrəti  Peyğəmbər (s) kimi insanlar 

ilahi  Yaradanın  bu  ətasına malik  olurlar.  Heydər Əliyevin 

uzaqgörənliyi,  müdrikliyi  tarixi  bir  həqiqət,  danılmaz 

faktdır.  Bu dahi  şəxsiyyətlə  xalqımız fəxr etdiyi  kimi, ona 

dünyanın  əksər  tərəqqipərvər  ictimaiyyətinin  də  böyük 

ehtiramla  yanaşması  heç  kəsə  sirr  deyil.  "Dahilər  bütün 



bəşəriyyətin  övladı  və  sərvətidir"  deyimi,  mübaliğəsiz 

deyə  bilərik  ki,  Heydər Əliyevə də  şamil  olunan  fikirdir.

Heydər  Əliyev  həm  də,  ilk  növbədə,  siyasət  aləminin 

alimi  idi.  İslam  dünyasının  məşhur  almlərindən  birinin 

dediyi  kimi  "hamı  fəxr  edir  ki,  başında  əmmamə  var, 

ancaq  əm m am ə  fə x r  edir  ki,  alimin  başındadır" kəlamı 

burada  daha  dəqiq  yerinə  düşür.  Yəni  prezident  kürsüsü 

Heydər  Əliyevə  deyil,  Heydər  Əliyev  dövlət  başçısı 

vəzifəsinə,  Prezident  kürsüsünə  yaraşıq  idi.  "Xalqımız 



onun hakim iyyəti illərində əsl dövlətin  və dövlətçiliyin nə 

olduğunu  aydııı  hiss  etdi"  -  hörmətli  Şeyximiz  Hacı 

Allahşükür  Paşazadə  bu  sözləri  ümummilli  liderimiz

28

Heydər  Əliyevin  Azərbaycanda  hakimiyyətə  yenidən 



qayıtması  və  ölkə  Prezidenti  seçilməsi,  Prezidentin 

andiçmə  mərasimində  Heydər  Əliyevin  qürurduyacaq, 

fəxr  olunacaq  dövlət  başçısı  olmasına  işarə  edərək 

söyləmişdir.

Xatırlatmaq  istərdim  ki,  o  vaxtlar  keçmiş  İttifaq 

mətbuatında  və  mərkəzi  tribunalardan  Azərbaycanda 

gedən  demokratikləşmə,  müstəqillik  hərəkatını  gözdən 

salmaq  üçün  tez-tez  "İslam  fündamentalizmi"  yarlığından 

istifadə  olunurdu.  Məhz  Heydər  Əliyevin  nüfuzu,  siyasi 

və  dövlət  xadimi  kimi  tutarlı  mövqeyi  ilk  dəfə  mərkəzin 

bu  ittihamını  qətiyyətlə  rədd  etdi.  Bundan  sonra  çoxları 

yəqin  ki, rəsmi  və ya qeyri-rəsmi  Moskva tərəfindən  belə 

ifadələrin  daha  işlədilməməsinin  şahidi  olub.  Çünki,  belə 

ifadənin  yol-verilməzliyi,  puçluğu  zəhmli  bir  liderin 

qətiyyətli  sözü  ilə  nöqtələndi.  Bu  söz,  bu  mövqe  Heydər 

Əliyevin  sözü və mövqeyi  idi.  Bu mövqeni  təkzib etməyə, 

onun  qarşısına  çıxmağa  heç  kəsin  cəsarəti  çatmadı.  Tarix 

göstərdi  ki,  dünyada  "İslam  fündamentalizmi"  iftirasına 

fərqli 

ideoloji 



qüvvələr  hələ 

çox-çox 


əvvəllər 

başlamışdır.  Məhz  Heydər  Əliyev  dahiliyi,  qətiyyəti, 

ayıq-sayıqlığı,  uzaqgörənliyi  XX  əsrin  90-cı  illərindən 

"kommunizm-kapitalizm"  qarşıdurmasının  "Şərq-Qərb" 

ziddiyyətləri 

ilə 


əvəz 

olunması 

məkanı 

kimi 


Azərbaycanın  seçilməsinin  qarşısını  aldı.  Keçmiş  SSRİ 

rəhbərlərinin  (həm  də  Qərb  liderlərinin)  təhərinə 

varmadan Əfqanıstan adı  ilə Azərbaycan adını  bu dəfə də 

mümkün  səhv  salmalarının  fəsadlarını  qabaqcadan  görən 

Heydər  Əliyev  Azərbaycanda  yenidən  hakimiyyətə

29



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə