Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə7/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   2   3   4   5   6   7   8   9   10   ...   32

gəlməsi  ilə  bəlkə  də,  Azərbaycan  məkanını  "bir  nömrəli 

terrorçuların"  sığınacaq  və  ya  axtarış  yeri  olmaqdan 

qurtardı.  Həzrəti  Əli  əleyhissəlamın  buyurduğu  kimi, 

"Ağıllı adam  uzaqgörən olar".

Heydər  Əliyevin  gücü  Ulu  Tanrının  yaratdığı  "bütün 

yer  üzünün  əşrəfi"  olan  insanlar  toplusu  -  xalq  idi. 

Ümummilli  liderimiz  1993-cü  ilin  avqustun  23-də 

Azərbaycan  milli  televiziyası  ilə  xalqa  müraciətində  belə 

deyirdi:


"Mən  b əzi adamlara  demişəm.  Şəxsən m ənim  heç  bir 

silahım  yoxdur: n ə topum,  nə tapançam,  nə də avtomatım 

var.  M ənim  idrakım  var,  iradəm  var  və xalq  m ənə  ümid 

bəsləyirsə, xalq m ənə bu səlahiyyəti vermişdirsə, xalqı bu 

ağır  vəziyyətdən  çıxarmağı  öz  öhdəmə  götürmüşəmsə, 

güm an edirəm ki,  xalq m əni müdafiə edəcəkdir.  Ona görə 

də  nə  çevrilişdən  qorxuram,  nə m ənə  qarşı  terror aktları 

hazırlayan  qüvvələrdən  qorxuram.  Heç  bir  şeydən 

qorxmuram.  D em işəm   və  indi  də  deyirəm:  həyatımın 

bundan  sonrakı  hissəsini xalqa  bağışlamışam.  Xalq  onu 

harada  kəsərsə,  orada  da  kəsiləcəkdir.  M ən  həyatımı 

xalqın sərəncamına  vermişəm.  Hər dəqiqə, h ər saat, gecə- 

gündüz  xalqa  xid m ət  edirəm.  Heç  bir  qüvvəyə  xidm ət 

etm irəm.  Heç bir qüvvə də m ənə təzyiq edə bilməz".

Şübhəsiz  ki,  Azərbaycan  xalqına  güvənilərək  deyilən 

bu  fikirlərin  arxasında  böyük  həqiqətlər  dururdu. 

Ümummili  lider  üçün  xalqa  bağlılıq,  ilk  növbədə 

azərbaycançılığa 

bağlılıq 

idi. 

Heydər 


Əliyevin 

azərbaycançılıq  nəzəriyyə-sinin  mühüm  metodoloji 

əhəm iyyəti  bundan  ibarətdir  ki,  o  tarixi  varislik

30

prinsipindən 



yaradıcılıqla 

istifadə 

edir. 

Milli 


məfkurəmizin,  düşüncə  tərzimizin,  millətin  içərisində 

vətənçilik  ideologiyasının  formalaşmasının  mənbəyi  kimi 

hesab  etdiyi  dəyərləri  haqlı  olaraq  Azərbaycan 

dövlətçiliyinin, 

milli 

özünüdərkin 



əsası 

kimi 


qiymətləndirir.  Ədəbiyyatımızda,  mədəniyyətim izdə, 

incəsənətim izdə, 

dinimizdə 

azərbaycançılığımızın 

qorunmasını  və  inkişafını  müqəddəs bir vəzifə kimi  daim 

qarşıya  qoyur,  özü  də  bu  amalın  gerçəkləşməsinin  əsas 

hərəkətverici 

qüvvəsi 


kimi 

çıxış 


edirdi. 

dövlətçiliyim izin, 



azərbaycançılığın 

formalaşması 

prosesinə  dərindən  nüfuz edərək, bütün tarixi mərhələləri 

elmi  cəhətdən  obyektiv  qiymətləndirir.  Azərbaycanda 

maarifçilik 

fəlsəfəsinin 

azadlıq 

və 


müstəqillik 

ideyalarının  əsası  olduğunu,  bu  sahədə  milli-mənəvi 

dəyərlərimizin  müstəsna  yerini  və  rolunu  fürsət  düşəndə 

əksər çıxışlarında  aydın  biruzə verir.

Şübhəsiz  ki,  Azərbaycançılıq  ideologiyasının yaranma­

sında və yayılmasında XIX əsrin  ikinci yarısı  və XX  əsrin 

əvvəllərində  dünyada  gedən  proseslərdə  axtarılmasında, 

qabacıl  Avropada  milli  özünüdərkin  önə  çıxması  ilə  eyni 

dövrdə  Azərbaycanda  da  bu  məsələnin  qabarıq  biruzə 

çızmasında  böyük  həqiqət  var.  Lakin  bu  ideya  sonrakı 

başqa bir tarixi  mərhələdə maarifimizdə,  təfəkkürümüzdə 

və  m illi-m ənəvi  sahədə  yalnız  xalqın  əqidəsində 

m ətinləşm əyə 

məhkum 


olmuş, 

öz 


real 

inkişaf 


mərhələsinə  isə  XX  əsrin  80-ci  illərininin  axırlarında 

qədəm  qoymuş  və  Heydər Əliyevin yenidən  hakimiyyətə 

gəlişi  və  proseslərə  fəal  müdaxiləsi,  istiqamətləndirmə

31



qabiliyyəti  ilə  tarixi  inkişaf mərhələsinə qalxmışdı.  Məhz 

bu mərhələdə ana dilinə, onun  saflığına xüsusi  həssaslıqla 

yanaşılması,  əvvəlki  dövrlərdə  qazanılmış  nailiyyətlərin 

qorunması,  milli  mənəviyyatımızın,  adət-ənənələrimizin 

yaşadılmasının  əhəm iyyəti,  milli  mənlik  şüurunun 

dirçəlişi  və  azərbaycanlıların  təfəkküründə  dünya 

dəyərlərindən  bəhrələnm ək  təcrübəsi  hamının  əxz 

edəcəyi  tərzdə  öz səmərəsini  göstərməyə başladı.

Əgər belə demək mümkünsə Heydər Əliyev insanların, 

xalqın dilini bilirdi. Ən qiymətlisi həm də o idi  ki, bu  "dil" 

məhfumu  sözün  həqiqi  mənasında  milli  dilimizə 

m ünasibətlə  də  eyniyyət  təşkil  edirdi,  daha  da 

möhkəmlənirdi.  Yəni  Heydər Əliyev xalqın  həm mənəvi 

dilinin,  həm də danışıq dilinin bilicisi  idi.  O, bu məsələyə 

daha  qlobal  anlamda  yanaşırdı.  Əksər  dünya  ölkələrində 

Azərbaycanın 

ümummilli 

liderinə  böyük  hörmət 

bəslənməsinin səbəblərindən biri  də onun bütün xalqların 

dilinə,  mənəvi  ruhuna böyük ehtiramla yanaşması  idi.

Heydər  Əliyev  tez-tez  qeyd  edirdi  ki:  "Xalqları  di! 

qədər,  m illi-m ən əvi  ənənələr  qədər,  dəyərlər  qədər 

birləşdirən  başqa  bir  vasitə  yoxdur".  Heydər  Əliyevin 

gözəl 


müsahib 

olması, 


ünsiyyətsevərliyi, 

milli 


m ədəniyyətim izin  mahir  bilicisi  olması  Azərbaycan 

maarifçiliyinə,  mədəni  cəmiyyət  qurulması  işinə  layiqli 

töhfə  idi.  Hələ öz vaxtında  H.B.Zərdabi, S.Ə.Şirvani  və s. 

kimi  m ütəfəkkir  insanlarımız  əsaslandırırdı  ki,  əgər 

ünsiyyət,  gözəl  danışmaq  mədəniyyəti  olmasaydı, 

cəmiyyət  öz  üzvlərinin  əxlaqına  nəzarət  edə  bilməz, 

xalqların  mədəni  dəyərlərinə  layiqincə  qiymət  vermək

32

mümkün  olmazdı.  Qədim  yunan  filosofu  Demokrit 



göstərirdi  ki,  "insan ədalətə,  vicdana zəkanın g ö zəlliyi ilə 

vəhdətdə  baxm alıdır...  X oşbəxt  olmaq  üçün  ədalətli, 

ağıllı  və g ö zəl yaşam aq lazımdır".

Tam  əminliklə  deyə  bilərik  ki,  bütün  bunların  hamısı 

Heydər  Əliyevdə  cəmləşmişdi.  O,  çoxillik  yorulmaz, 

titanik  fəaliyyəti  ilə  təkcə  Azərbaycan  dövlətinin  deyil, 

həm  də  Azərbaycan  xalqının  nüfuzunu  yüksəltmişdir. 

Himnimizin,  ana  dilimizin  beynəlxalq  məclislərdə 

səslənilməsini  təmin  etməklə  hər  birimizə  qürur  bəxş 

edirdi.


Heydər Əliyev  öz şəxsi nümunəsi  ilə Azərbaycan dilini 

sevməyi,  qoruyub  saxlamağı  öyrədirdi.  Xeyli  müddət 

Azərbaycandan  kənarda,  rusdilli  mühitdə  yaşaması  və 

işləməsinə  baxmayaraq,  o,  öz  xalqına,  dilinə  diqqət  və 

qayğısını  bir  an  belə  unutmamışdır.  Yuxarıda  dediyimiz 

kimi,  dil  öz  varlığına  görə  xalqa  borcludur,  lakin 

ədəbiyyat və  mədəniyyətin  inkişafı  xeyli  dərəcədə dövlət 

başçısı 


tərəfindən 

formalaşdırılan 

münasibətlər 

sistemindən  və  mühitdən  asılıdır.  Bu  mənada,  Heydər 

Əliyev  hətta  ən  çətin  vəziyyətlərdə  də  dilin  varlığı  və 

inkişafı  üçün  ən  əlverişli  şərait  yaradılmasına  çalışırdı. 

Müstəqil  Azərbaycan  dövlətində  isə  bu  fəaliyyət  nəinki 

onun  şəxsi  nəzarətində  idi,  həm  də  hüquqi  xarakter  və 

daha geniş  miqyas  almışdı.

İndi  biz  Azərbaycan  vətəndaşlarının  mənəvi  birliyinin 

əsası  kimi  "azərbaycançılıq"  ideologiyasını,  cəmiyyətin 

həyatında, ölkə əhalisinin vətənpərvərlik  və Azərbaycana 

məhəbbət  ruhunda  tərbiyəsində  onun  birləşdirici  rolunu

33



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə