Hacı Xanəli Babayev azərbaycançiliq



Yüklə 0,86 Mb.
səhifə8/32
tarix25.06.2018
ölçüsü0,86 Mb.
#51408
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

təbliğ  edir,  haqqında  elmi  m əqalələr  yazırıq.  Lakin 

unutmamalıyıq  ki,  bu  ideologiyanın  ideya  ilhamçısı  və 

yaradıcısı  Heydər Əliyev  olmuşdur.  1992-1993-cü  illərdə 

ölkəyə  rəhbərlik  edənlərdən  fərqli  olaraq,  Heydər Əliyev 

obyektiv  sürətdə  cəmiyyətin  sosial  problemlərinə  və 

m ünaqişələrə  qiymət  verən,  cəmiyyətin  və  dövlətin 

proqram  məqsədlərini  əhatə  edən  ideyalar  sisteminə 

ehtiyacı  olduğuna  bir  an  belə  şübhə  etmirdi.  Nə  qədər 

paradoksal  olsa  da,  faktdır  ki,  SSRİ  adlandırılan  Sovet 

dövlətinin  liderlərindən  biri  olan  Heydər  Əliyev  daim  öz 

vətəninin  gələcək  taleyini  düşünmüş,  Sovet  İttifaqı 

rəhbərliyinin 

azərbaycanlılara 

heç 


də 

birmənalı 

m ünasibət  bəsləm ədiyi  şəraitdə  öz  xalqının  inkişaf 

yollarını  və  formalarını  axtarmışdır.  Cənubi  Qafqazın 

tarixinə  gözəl  bələd  olan  Heydər  Əliyev  Azərbaycan 

xalqının  keçmişdə  necə  ağır  sınaqlara  məruz  qaldığını, 

xalqının  tarixi  torpaqlarından  çıxarılması  üçün  nə  kimi 

tədbirlərə  və  cəhdlərə  əl  atıldığını  yaxşı  bilirdi.  Heydər 

Əliyev  ötən  əsrin  70-ci  illərindən  etibarən  həyatını 

bütünlüklə  öz  vətəninin,  doğma  xalqının  dirçəlişinə  həsr 

etmişdir.  Ona görə də əminliklə demək olar ki, bu gün biz, 

bünövrəsi  hələ  ötən  əsrin  ikinci  yarısında  qoyulmuş 

işlərin  bəhrəsini  görürük.

H eydər  Əliyev 

mərhələsi 

bütünlüklə 

yüksəliş 

mərhələsidir  -  iqtisadiyyatdan  tutmuş  mədəniyyətədək 

müxtəlif sahələrdə  yüksəliş  mərhələsidir.  Əlbəttə  ki,  dil 

m ənəviyyatın  bu  yüksəlişini  özündə  əks  etdirməyə 

bilməzdi.  Həm  də  unudulmamalıdır  ki,  Azərbaycan  dili 

inkişaf üçün  kifayət  qədər  əlverişsiz  şəraitdə  olduğu  bir

34

vaxtda  bu  problemə  ilk  dəfə  Heydər  Əliyev  müraciət 



etmişdir.  Hamıya  məlumdur  ki,  dil  ona  qarşı  zorakılığa 

dözmür,  bu  və  ya  digər  dilin  işlədilmə  sahəsinin 

məhdudlaşdırılması,  bundan  irəli  gələn  hər  hansı  siyasi 

kataklizmlərə son  dərəcə həssaslıqla reaksiya verir.

Azərbaycan  xalqı  bir  çox  geosiyasi  səbəblərə  görə 

mürəkkəb  tarixi  proseslərin  qovuşuğunda  qalaraq, 

müxtəlif  etnosların,  mədəniyyətlərin  və  konfessiyaların 

qarşılıqlı  təsiri  və  qarşılıqlı  zənginləşməsi  şəraitində, 

özünün  bütün  çoxəsrlik  tarixi  ərzində  dilə  son  dərəcə 

qayğıkeş  münasibət  bəsləmişdir.  Bir çox  hallarda  o,  nisbi 

bilinqvizm  -  ikidillilik  şəraitində  mövcud  olmuşdur.  Buna 

baxmayaraq,  xalq  ən  ağır və  keşməkeşli  zamanlarda  belə 

Azərbaycan  dilinin  yaşaya  və  inkişaf  edə  bilməsinə 

həmişə  xüsusi  məsuliyyət  hissi  ilə  yanaşmışdır.  Heydər 

Əliyev  əsrlərin  və  minilliklərin  qovuşuğunda  baş  vermiş 

bu  tarixi  proseslərə  qiymət  verərək,  ilk  növbədə,  tarixi 

kataklizm lər 

dövründə 

Azərbaycan 

dilinin 


yox 

olmamasına,  əksinə  inkişaf etməsinə və  zənginləşməsinə 

görə  əvvəlki  nəsillərə  hamımızın  bəslədiyi  minnətdarlıq 

və  iftixar  hissini  dilə  gətirirdi.  Bu  zaman  o,  həm  adlarını 

bilmədiyimiz  və  dilə  müqəddəs  dəyər  kimi,  milli  sərvət 

kimi  yanaşmış  minlərlə azərbaycanlını,  həm  də  bu  dili  öz 

yaradıcılığı  ilə  zənginləşdirən  ədəbiyyat  və  mədəniyyət 

xadimlərini  nəzərdə  tuturdu.

Məlum  olduğu  kimi,  Sovet  ideologiyası  çərçivəsində 

bu  ideologiyanın  qızğın  məddahları  milli  dillərə  yeni 

tarixi  birliyin  -  vahid  rusdilli  sovet  xalqının  formalaşması 

və  təşəkkülü  yolunda ancaq  əngəl  kimi  baxırdılar.

35



Biz  Heydər  Əliyevin  Azərbaycan  dilinin  inkişafı  və 

zənginləşməsi  ilə  bağlı  fədakarcasma  fəaliyyətinə  məhz 

belə  mürəkkəb  tarixi  şərait prizmasından yanaşmalıyıq.

Mübaliğəsiz  demək  olar  ki,  XX  əsrin  son  qərinəsi 

ərzində  Azərbaycan  dilinin  hərtərəfli  inkişafı  və 

zənginləşm əsi,  dövlət  dilinə,  rəsmi  sənədlər  dilinə 

çevrilməsi,  gündəlik  həyatda,  praktikada  işlənilməsi, 

beynəlxalq 

m ünasibətlər, 

dünya 


diplomatiyası 

səviyyəsinə  çıxması  və  özünə  hörmət  qazanması  -  bütün 

bunlar  Azərbaycan  Respublikasının  Prezidenti  Heydər 

Əliyevin  yorulmaz  və  çoxşaxəli  fəaliyyətinin,  daimi 

diqqət  və  qayğısının  nəticəsidir.  O,  Azərbaycan  dilinin 

inkişafı  üçün,  bu  dilin  insanların  mənəvi-əxlaqi  və  siyasi 

dünyagörüşünün  əsası  olması,  cəmiyyətimizdə  layiqli  yer 

tutması  üçün  nə  etmək  lazım  gəldiyini  gözəl  bilir  və 

duyurdu.

E tiraf  etm əliyik  ki,  dilimizin  bugünkü  səviyyəsi 

Heydər Əliyevin apardığı son dərəcə dəqiq, uzaqgörən dil 

siyasətinin  -  Azərbaycan  xalqı  və  Azərbaycan  dövləti 

üçün  taleyüklü  siyasətin  nəticəsidir.

Heydər  Əliyevin  natiqlik  istedadı,  Azərbaycan  dilinin 

imkanlarından  özünə  xas  olan  məharətlə  istifadə  etməsi, 

onun  şifahi  nitqinin kamilliyi və üslub xüsusiyyətləri hətta 

mütəxəssisləri  də heyran edir. Dövlət quruculuğu, ölkənin 

ictimai-siyasi  və  sosial-iqtisadi  həyatına  rəhbərlik 

sahəsində  gərgin  və  misilsiz  fəaliyyəti,  beynəlxalq 

həyatda aktiv  iştirakı  ilə ümumxalq  hörməti və məhəbbəti 

qazanmış  Prezident  Heydər  Əliyev  həm  də  əvvəlcədən 

hazırlanmış  mətn  olmadan  ən  mürəkkəb,  çətin  mövzular

36

barədə  parlaq  çıxışları  və  nitqləri  ilə  məşhurdur.  Onun 



natiqlik  məharəti,  gərgin  zəkası  və  möhkəm  məntiqi 

şəkkakların  müqavimətini  qırır,  onları  bu  və  ya  digər 

qərarın düzgünlüyünə  inandırırdı.

Bəzi  siyasi  qruplaşmalar  və  onların  rəhbərləri  silah 

gücünə,  xarici  qüvvələrin  dəstəyi  ilə  hakimiyyətə 

gələndən  sonra  hətta  həmin  qüvvələrin  köməyi  ilə  də 

hakimiyyətdə  qala  bilmədikləri  halda,  Heydər  Əliyev  öz 

sözü  ilə  milyonları  səfərbər  edir,  dəmir  məntiqi  ilə 

düşmənləri  susmağa  vadar  edir,  natiqlik  istedadı,  özünün 

haqlı  olduğuna  sarsılmaz  inamı  ilə  xalqı  Azərbaycanın 

tərəqqisi  naminə  sıx  birləşdirirdi.

1993-cü  ilin  iyununu  yadımıza  salaq.  Respublikada 

hərc-m ərclik  tüğyan  edirdi.  Hakimiyyət  tam  iflic 

vəziyyətdə  idi.  Siyasi  fəlakət  və  yalnız  formal  surətdə 

hakimiyyətdə olan  insanların tam fərsizliyi göz qabağında 

idi.  Belə  bir  şəraitdə  Heydər  Əliyev  parlamentin  sədri 

seçildi.  Onun  siyasi  düşmənləri  və bədxahları cidd-cəhdlə 

belə 


bir  şayiə 

yayırdılar  ki, 

onların 

vəziyyəti 

sabitləşdirmək  üçün  əl  atmağa  məcbur  olduqları  bu  son 

tədbir  də,  görünür,  uğurla  nəticələnm əyəcək,  çünki 

sərəncamında bürokratik  maşını,  idarəetmə mexanizmləri 

olmayan  H eydər  Əliyev  ölkəni  böhrandan  çıxara 

bilməyəcəkdir.  Onlar  faktları  təsdiq  etməkdə,  bəlkə  də, 

haqlı  idilər.  Heydər  Əliyevin  şəxsiyyətinin  və  onun 

imkanlarının qiymətləndirilməsinə gəldikdə isə, büsbütün 

yanılırdılar.

Heydər  Əliyev  qaynar  fəaliyyəti  ilə  yanaşı,  təmiz 

Azərbaycan  dilində  söylədiyi  dərin  məzmunlu  nitqləri  ilə

37



Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə