Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə38/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   34   35   36   37   38   39   40   41   ...   83

116                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə
1944-cü ildə keçirilən Qafqaz (Zaqafqaziya) müsəl man la-
rı  nın növbəti (SSRİ tərkibində birinci) qurultayında Hacı İbra-
him  Əfəndi  Əfəndizadə  Zaqafqaziya  Müsəlmanları  Ruhani 
İda  rəsinin sədr müavini - baş müfti seçilir və ömrünün sonuna 
(1956-cı ilə) kimi bu vəzifəni icra edir. 
Hacı İbrahim Əfəndi ilahiyyat elminə mükəmməl bələd olan, 
dini ayinləri, şəriətin tələblərini yaxşı təbliğ edən din xadimi kimi 
ad  qazanıb.  O,  həyatı  boyu  və  fəaliyyəti  dövründə  sülhü  mü-
dafiə edib, nüvə silahına qarşı Ümumdünya Sülh Şurasının ça -
ğırışlarını  alqışlayıb, ABŞ-ın  Koreyaya  hərbi  müdaxiləsini  pis -
ləyib, həmçinin dindarları sülhə, əminamanlığa və halal zəh mə tə 
səsləyib. 
Müfti Hacı İbrahim Əfəndi Əfəndizadə 1956-cı ildə vəfat edib. 
Müfti Əsədulla Dibirov
Hacı İbrahim Əfəndi vəfat etdikdən sonra 1956-cı ildə Za-
qafqaziya müsəlmanlarının IV Qurultayında Göyçay məscidinin 
imamı Əsədulla Dibirov Zaqafqaziya Müsəlmanları Ruhani İda-
rəsinə müfti seçilir. O, 1959-cu ilə qədər bu vəzifəni icra edib. 
Müfti Əsədulla Dibirov çalışdığı müddətdə sünni və şiə din-
darları arasında ayrı-seçkiliyi pisləyib, müsəlmanları birliyə və 
sülhə çağırıb. 
Müfti Şərif Əfəndi Vəlizadə
Qafqaz  (Zaqafqaziya)  müsəlmanlarının  V  Qurultayında 
(1960-cı il) Göyçay məscidinin imamı Şərif Əfəndi Vəlizadə Za-
qaf  qaziya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini - müfti 
seçilir. Yaxşı dini məlumata və nitq qabiliyyətinə malik olan Şə-
rif Əfəndi daim müasirləşmənin tərəfdarı olub: “Köhnəlmiş dini 
tə ləbləri təzələməsək dinimiz əldən gedər, dindarlar bizdən üz 
dön  dərər”. O, ateizm təbliğatına müqavimət göstərməyin tə rəf-
darı idi, ateizmi “məscidin günbəzinə dəyib kənara düşən” qoza 
bən zədirdi. 
Müfti Şərif Əfəndi 1966-cı ildə vəfat edib. 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              117
Müfti Əhməd Əfəndi Bozgəziyev
1968-ci  ildə  Qafqaz  (Zaqafqaziya)  müsəlmanlarının  VI 
Qu  rultayında  yüksək  dini  savada  malik  olan  Əhməd  Əfəndi 
Bozgəziyev Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədr 
müavini - müfti seçilir. O, mütaliə ilə məşğul olaraq dini baxış-
ları müasir elmə istinad etməklə əsaslandırmağı sevən bir insan 
idi. 
Əhməd Əfəndi orucluğun müalicəvi əhəmiyyətindən bəhs 
edən moizələrlə məscidlərdə çıxışlar edərək insanları mübarək 
Ramazan ayının fəziləti ilə bağlı maarifləndirməyə, İslamın so-
sial ehkamlarını izah etməyə çalışıb, müasir dövlət quruluşunu 
ilkin müsəlman icmasının oxşarı hesab edib. O, dini tələblərə 
ciddi əməl olunmasını əsas vacib şərt sayıb. 
Əhməd Əfəndi zahirən təkəbbürlü göründüyünə görə din-
darlar arasında bir o qədər də nüfuza malik olmayıb. Buna görə 
də  1969-cu  ildə  Zaqafqaziya  Müsəlmanları  Ruhani  İdarəsinin 
Ple numunda Müfti Əhməd Əfəndi Bozgəziyev müftilikdən kə-
nar edilib. 
Müfti Hacı İsmayıl Əhmədov
Müfti Hacı İsmayıl Əhmədov 1907-ci ildə Şəkidə anadan 
olub. O, 1916-1918-ci illərdə Şəki ibtidai məktəbində, sonra şə -
hər məktəbində oxuyub, 1923-1930-cu illərdə isə mədrəsə təh-
sili  alıb.  Hacı  İsmayıl  Əhmədov  1941-1945-ci  illərdə  Böyük 
Və tən müharibəsinin iştirakçısı olub, bir çox orden və medal-
larla təltif olunub. 1945-1967-ci illərdə Şəki şəhər Məişət Kom-
binatında işləyən Hacı İsmayıl sonralar Bakıya köçüb və iki ilə 
yaxın “Hacı  Əcdərbəy”  məscidində  (“Göy”  məscid)  mollalıq 
edib. 
1969-cu  ilin  mayında  Zaqafqaziya  Müsəlmanları  Ruhani 
İda rəsinin  Plenumunda  Hacı  İsmayıl  Əhmədov  idarə  sədrinin 
müavini - müfti seçilir. Yüksək dini savadı olmayan yeni müfti 
öz mülayimliyi, dövlətə sadiqliyi ilə tanınırdı. O, moizə etməyə 
o  qədər  də  həvəsi  olmayan  birisi  idi,  lakin  xoş  rəftarına  görə 
sün ni dindarların rəğbətini qazana bilmişdi. 


118                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Müfti Hacı İsmayıl Əhmədov 1970 və 1973-cü illərdə Mək-
kəyə gedərək Kəbəni ziyarət edib. O, 1986-cı ildə vəfat edib. 
Müfti Hacı Salman Əfəndi Musayev
Müfti  Hacı  Salman  Musa  oğlu  Musayev  1958-ci  ildə 
Gürcüs ta nın Dmanisi (Başkeçid) rayonunun Hamamlı kəndində 
fəhlə ailəsində ana dan olub. O, Özbəkistanın Buxara şəhərindəki 
Mir  Ərəb  məd rəsəsini,  Daşkənd  İslam  İnstitutunu  və  Livi-
yadakı  İslama  Ça ğırış  Universitetini  bitirib.  Əvvəlcə  Tbilisi 
Cümə  məscidində  imam-xətib,  sonra  Qafqaz  (Zaqafqaziya) 
Müsəlmanları Ruha ni İdarəsinin Xarici əlaqələr şöbəsində refe-
rent vəzifəsini icra edib. Müfti Hacı Salman Əfəndi 1987-ci ildə 
Zaqafqaziya Mü səl  manları Ruhani İdarəsinin sədr müavini və 
müfti təyin edilir. 1989-cu il iyulun 25-də keçirilən Zaqafqaziya 
müsəl manlarının  IX  Qurultayında  isə  onun  müfti  dini  rütbəsi 
təsdiq edilib. 
Müfti  Hacı  Salman  Əfəndi  müsəlmanlar  arasında  böyük 
hör mətə malikdir. O, dünyanın əksər müsəlman ölkələrində ke-
çi rilən ali məclislərin iştirakçısı olub. Qazandığı hörmət və nü-
fuzuna görə uzun müddət “Hacı Əjdərbəy” məscidinin imam-
xətib vəzifəsi ona həvalə olunub. 
Dəfələrlə Məkkə ziyarətində olan Müfti Hacı Salman Əfəndi 
ha zırda da bu vəzifəni icra edir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              119
II FƏSİL
ŞEYXÜLİSLAM AXUND HACI  
ALLAHŞÜKÜR PAŞAZADƏ VƏ ONUN  
ELMİ-DİNİ VƏ İCTİMAİ FƏALİYYƏTİ
2.1. Şeyxülislam Hacı Allahşükür Paşazadənin həyatı 
fəaliyyəti 
Doğum tarixi – 1949,  
Şeyxülislamlığa təyin edildiyi il - 1980


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə