Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə6/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   2   3   4   5   6   7   8   9   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              17
maneə və sədlərə, sovet dö nəmində ciddi qadağalara baxmayaraq 
belə məsələlərə öz kons truktiv münasibətini bildirməkdən, qəti 
etiraz və ittihamlar la çıxış etməkdən heç zaman çəkinməmişdir. 
Şeyxülislam, xüsusilə son dövrlərdə Avropa xristian mərkəzçiliyi 
ideyaları  ruhunda  tərbiyə  olunmuş  insanların  çox  vaxt  Şərqin 
mənəvi dəyər və ənənələrinə göz yumaraq İslam haqqında yan-
lış  təsəvvürlər  yaratmalarına,  məharətlə  yalan  uydurmalarına 
qarşı qətiyyətlə mübarizə aparanların önündə gedir.
Tədqiqat işində Şeyxülislam Allahşükür Paşazadənin elmi 
və ictimai fəaliyyətinin əsas məqamlarını, vacib istiqamətlərini 
mü əyyən etməyi və ətraflı araşdırmağı qarşıya məqsəd qoymu-
şuq. Dini və elmi baxımdan alim, fundamental tədqiqatlar mü-
əl lifi, elmin və dinin təbliğinin himayədarı, Qafqazın XII Şey -
xül islamı  Hacı Allahşükür  Paşazadənin  çoxşaxəli,  dərin  məz-
munlu yaradıcılığı, Azərbaycan elminə verdiyi dəyərli töh  fələr 
barədə məlumat vermək, habelə onun Azərbaycan döv lət çiliyi 
naminə əhəmiyyətli ictimai fəaliyyətinin mühüm mə qam larını 
əks etdirmək, diqqətə çatdırmaq qayəsi bizi bu təd qiqata cəlb 
et mişdir.
Hacı Fuad Nurullah 
QMI-nin sədr müavini,  
BIU-nun islamşünaslıq fakültəsinin dekanı


18                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
I FƏSİL
ŞEYXÜLİSLAMLIQ MƏQAMI VƏ 
AZƏRBAYCANDA ŞEYXÜLİSLAMLIQ
1.1. Şeyxülislamlıq anlayışı və İslam dünyasında  
şeyxülislamlığın yeri
Şeyxülislamlıq dərəcəsi tarixən müsəlman dünyasında bö-
yük məqam sayılmışdır. “İslamın şeyxi”, “müsəlmanların ağsaq-
qalı”, “müsəlmanların başçısı” mənalarını verən “şeyxülis lam” 
ləqəbini tanınmış fiqh alimləri, məşhur sufi mürşidləri daşımış-
lar. 
Hərfi mənada “şeyx” - qoca, “şeyxülislam” - “İslamın qoca-
sı (müəllimi)”, “dini rəhbər” deməkdir.
4
 Misir və Suriya məm-
lükləri dövründə ən mötəbər müftilərə “şeyxülislam” deyilmişdir. 
Səfəvilər dövlətində şeyxülislam şah tərəfindən təyin edilən baş 
qazılardan biri olmuşdur. Bir vaxtlar İstanbul müftisi də şeyxü-
lislam adlanmışdır. Osmanlılar dövründə (XVI əsrdən XX əsrin 
əv vəllərinə  qədər)  şeyxülislamın  məqamı  o  qədər  yüksəlmiş, 
nü fuzu o dərəcədə güclənmişdir ki, o, nəinki ali səlahiyyətli din 
xadimi, din alimlərinin başçısı, həm də ən mötəbər dövlət adam-
larından biri sayılmışdır. Sarayda ən böyük mərasimlərə şeyxül-
islam rəhbərlik etmiş, sultanın dəfnini o, keçirmiş, vəliəhddən 
əh di o, almış və onu taxta o, əyləşdirmiş, qazıları o, təyin etmiş-
dir. Xilafət ləğv edildikdən və Türkiyə Cümhuriyyəti qurulduq-
dan sonra bu ölkədə şeyxülislamlıq məqamı da ləğv edilmişdir. 

Hüseynqulu Məmmədli. Qafqazda İslam və şeyxülislamlar. səh. 68.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              19
La kin bir sıra müsəlman ölkələrində, o cümlədən Qafqaz böl gə-
sində bu ali məqam dəyişikliklərlə indiyədək qalmaqdadır.
Şeyxülislamlıq adı müsəlman ölkələrində XI əsrdən eti ba-
rən  işlədilir.  Bu,  şəriət  hüququ  ilahiyyatçılarına  və  ali  ruhani 
xa  dimlərə  verilən  fəxri  tituldur.  Bu  ad  əsasən  fəqihlərə  şamil 
edi lirdi. 
“Fiqh” ərəb sözü olub, mənası “bilmək”, “başa düşmək” de-
məkdir. “Füqəha” isə müsəlman hüququnu bilənlərə, fiqh elmi-
nin bilicisinə deyilir. Fiqh məsələlərinin həlli ilə məşğul olan, 
fiqhdən dərs deyən və ya sadəcə, bu sahədə müvafiq təhsil alan 
və  fiqh  baxımından  cəmiyyətin  müxtəlif  məsələləri  barəsində 
mühakimələr  yürüdən  şəxsə  fəqih  deyilir.  Fəqihin  dini  təlimə 
rəhbərlik etmək hüququ olduğu üçün bu sahədə rəhbər vəzifəni 
aparan şəxsə şeyxülislam rütbəsi verilir. Əvvəllər bu rütbə əsasən 
dövlət  başçılarının  məsləhəti,  zəmanəti  ilə  din  rəhbərlərinə 
verilərdi. Son illərdə isə şeyxülislam həmin rütbəyə seçki üsulu 
ilə mötəbər məclislərdə seçilir.
XIX əsrin əvvəllərindən Zaqafqaziya ölkələrində işlədilən 
bu  ad  rus  imperatoru  tərəfindən  şiə  icmasının  başçısına  veri-
lirdi.  Türkmənçay  müqaviləsindən  sonra  Azərbaycanın  şimal 
hissəsini  öz  təsir  dairəsinə  alan  çar  Rusiyası  Qafqazda  dini 
məsələləri nəzarətində saxlamaq üçün 1823-cü ildə başçı kimi 
şiə təriqətinə şeyxülislam, 1832-ci ildə isə sünni təriqətinə müfti 
vəzifələrini təsis etdi. Həm şeyxülislam, həm də müfti 1872-ci 
ilə  qədər  ayrı-ayrılıqda  fəaliyyət  göstərir,  dini  məsələləri  tən-
zimləyən fətvalar verirdilər. Buna görə də ilk Şeyxülislam Mə-
həmmədəli Hüseynzadə şeyxülislamlıq vəzifəsini əldə etsə də 
Qafqazda dini məsələlərə tam rəhbərlik edə bilmirdi.
İslam  nöqteyi-nəzərindən  müctəhidlik  şeyxülislamlıqdan 
daha yüksək vəzifə sayılsa da o dövrdə baş verən siyasi ha di-
sələri nəzərə alan çar Rusiyası şeyxülislamın müctəhidə ta be-
çiliyinə icazə vermirdi. Buna görə də dini hökmlərin izahında 
fərqli mövqelər ortaya çıxanda bu vəzifə daşıyıcıları arasında 
müx təlif ixtilaflar yaranırdı. Müctəhid Ağa Şeyx Əli ilə Şeyxül-
islam Məhəmmədəli Hüseynzadə arasındakı ixtilafın getdikcə 


20                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
kəskinləşməsi çar Rusiyasına sərf etmədiyi üçün çarın fərmanı 
ilə müctəhidlik ləğv edildi və belə bir vəzifəni daşıyan şəxsin 
Qafqaz müsəlmanları içərisində fəaliyyəti rəsmən qadağan edil-
di. Beləliklə, Şeyxülislam Məhəmmədəli Hüseynzadə Qafqazda 
dini məsələlərin həllində tam sərbəstlik və şəriksiz hakimiyyət 
əldə  etdi.  Təkcə  dini  məsələlərə  baxmaqla  kifayətlənməyən 
Şey xülislam Məhəmmədəli Hüseynzadə, eyni zamanda dövlət 
mə muru funksiyalarını da yerinə yetirirdi.
XX əsrin əvvəllərində, yəni 1918-1920-ci illərdə yaradılan 
Azərbaycan Xalq Cümhuriyyətində “Məşixət-i İslamiyyə” İda-
rəsinin başçısı “şeyxülislam” adlanırdı. Həmçinin, şeyxülislam 
1921-ci  ildən  1991-ci  ilə  qədər  keçmiş  SSRİ-də  Zaqafqaziya 
Mü səlmanları Ruhani İdarəsinin, 1991-ci ildən bu günə qədər 
Azərbaycan  Respublikasında  Qafqaz  Müsəlmanları  İdarəsinin 
(QMİ) başçısına verilən addır.
5
XIX əsrin əvvəllərində, 1823-cü ildə təsis edilən Zaqafqa-
zi  ya Müsəlmanları Ruhani İdarəsinin iqamətgahı Tiflisdə yer-
lə şirdi.  Təqribən  yüz  il  beləcə  davam  edən  şeyxülislamlığın 
iqa   mətgahı  XX  əsrin  əvvəllərində,  1921-ci  ildə Azərbaycanın 
pay  taxtı  Bakıya  köçürülmüşdür.  1930-1944-cü  illər  arasında 
şey xülislamlığın fəaliyyəti tamamilə dayandırılsa da 1944-cü il-
də bərpa edilmiş və bu gün də davam edir. 
1980-ci  ildə  şeyxülislamlıq  məqamına  Hacı  Allahşükür 
Hüm  mət oğlu Paşazadə seçildi. Onun dövründə şeyxülislamlıq 
for  ma və məzmunca dəyişikliyə uğramış, təkamül etmiş, fəal, 
tə  s irli, nüfuzlu və mütəhərrik bir dini quruma çevrilmişdir.
Şeyxülislam  Hacı Allahşükür  Paşazadə  Qafqazın  şiə  mü-
səl  manlarının birbaşa dini rəhbəri hesab olunur. Ərazinin sünni 
mü  səlmanlarına isə onun birinci müavini – Müfti Hacı Salman 
Mu sayev rəhbərlik edir.
5
 Həmin mənbə


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə