Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə8/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   4   5   6   7   8   9   10   11   ...   83

24                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
niliyin nüfuzunu məhdudlaşdırmaqdan ötrü irəli sürülən həmin 
layihənin müəllifi Leqkobıtov aşağıda sadalanan şərtləri zəruri 
sayırdı:
1. İstisnasız olaraq ruhani idarəsi tərəfindən layiqli, etibarlı 
və lazım olan sayda ruhanilərin təyin edilməsi;
2. Hökumətin mənafeyinə uyğun ruhani təhsilinin verilməsi;
3. Dini təhsil və ruhani dərəcələri almaqdan ötrü özbaşına 
olaraq İrana və Türkiyəyə edilən səfərlərin qadağan edilməsi
4.  Ruhanilərin  xeyrinə  xalqdan  toplanan  vergilərin  və 
məscid mülklərinin miqdarının dəqiqləşdirilməsi;
5. Doğum və ölüm, həmçinin nikah və boşanma hallarının 
sayı barədə məlumat toplanması.
XIX əsrin 40-cı illərinin başlanğıcında Qafqaz Müsəlmanları 
İdarəsinin təşkili ilə əlaqədar Çiqaqovun zorakılığa əsaslanan, 
Leqkobıtovun  isə  nisbətən  loyal  görünən  layihələri  arasında 
mübahisələr son nəticədə buna gətirib çıxardı ki, idarənin təşkili 
məsələsi təxirə salındı.
Sonrakı dövrdə bu məsələ ilə əlaqədar daha bir neçə təklif 
nəzərdən keçirildi. Bu zaman təqdim edilən təkliflər içərisində 
tanınmış  şərqşünas  N.V.Xanıkovun  layihəsi  böyük  maraq  do-
ğurmuşdu.  Qızğın  müzakirələrin  getdiyi  bir  vaxtda  başlanan 
Krım müharibəsi canişin qraf Vorontsova müsəlman ruhaniliyi-
nin təşkili məsələsini həll etməyə imkan vermədi. 1856-cı ildə 
yeni canişin təyin edilən Knyaz Boryatinski isə layihənin əsas 
prinsiplərini bəyənmədiyi üçün məsələ yenə də həll edilməmiş 
qaldı. 
1860-cı illərdə Qafqaz canişini vəzifəsini icra edən Knyaz 
Orbeliani  müsəlman  din  rəhbərlərinin  özlərinin  də  arasında 
gedən münaqişələri aradan qaldırmaq üçün ciddi bir tədbirə əl 
atdı. O, şeyxülislamlığı ən yüksək mənsəb kimi qəbul edərək 
Tiflis şeyxülislamı kimi uzunmüddətli fəaliyyət göstərmiş, “tə-
miz  əxlaqı  və  dərin  biliyi  ilə  həmdinləri  arasında  hörmət  qa-
zan mış”  Axund  Əhməd  Hüseynzadəni  bu  vəzifəyə  seçdi  və 
onun aylıq məvacibinin üçqat artırılmasına nail oldu. Beləliklə, 
1862-ci ilin noyabrında İmperator II Aleksandr Axund Əhməd 


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              25
Hüseynzadənin Zaqafqaziya şeyxülislamı təyin olunması haq-
qında fərmanı təsdiqlədi.
9
II Aleksandrın kiçik qardaşı Mixail Nikolayeviçin canişin-
liyi  dövründə  (1862-1882)  Cənubi  Qafqaz  müsəlman  ruhani-
liyinin təşkili istiqamətində işlər sürətləndirildi və nəhayət, öz 
həllini  tapdı.  Xüsusi  komissiya  tərəfindən  hazırlanmış  layihə 
1869-cu ilin yanvarında müzakirəyə çıxarıldı. Bununla da çariz-
min Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində 
XIX əsrin 20-ci illərinin sonlarından başlayan fəaliyyəti yalnız 
40 ildən sonra bir nəticə verdi.
10
İslam  hüquq  tarixində  haqq  məzhəb  olaraq  qəbul  edilən 
sünni və şiə məzhəbləri ən azından qaynaq və hədəf baxımın-
dan birlik əzm etməkdə olsa da belə birlik çarizmə lazım deyil-
di. Əksinə, “parçala və hökm sür” siyasəti burada da mövcud 
reallıqdan istifadə etməyə üstünlük verdiyindən çar məmurları 
fürsəti fövtə vermədilər. Xurafata endirilmiş cəmiyyətdə şiə və 
sünni əhali arasında ikitirəliyi əldə bəhanə edən siyasətçilər eyni 
vaxtda iki idarənin yaradılmasına çalışırdılar. Beləliklə, şeyxü-
lislamlıq institutu bir olsa da iki ruhani idarəsinin ayrı-ayrı ni-
zamnamələri yaradıldı.
Zaqafqaziya Müsəlmanları Şiə Məzhəbi Ruhani İdarəsi və 
Zaqafqaziya Müsəlmanları Sünni Məzhəbi Ruhani İdarəsi haq -
qında qərardadlar o dövrün Azərbaycan və rus dilində 115 mad-
dədən ibarət olaraq hazırlandı. Əsas hissəsi 51 səhifə həc mində 
olan (sonrakı əlavələrlə) və 1872-ci ildə nəşr olunan qərardadın 
9  
Qeyd: O.Bayramlı yazır ki, Şeyx Əhməd Səlyaninin əmisi Şeyxülislam Mə həm-
mədəli  Hüseynzadə  22  yaşında  hökumətin  təyinatı  ilə  Tiflisə  gəlib  şiə  məzhəbi 
üzrə  müsəlmanların  dini  idarəsinin  başçısı  təyin  olunmuş, Axund  və  şeyxülislam 
dərəcəsini almışdır. Sonralar könüllü surətdə istefa edərək yerinə qohumunun təyin 
olunmasını təklif etmişdir. “Ümum üləmanın səviyyəsindən xeyli yüksəkdə duran 
Şeyx Əhməd Səlyani” öz vətənpərvərliyi ilə də fərqlənir, “Qafqazda hakim olan fars 
ədəbiyyatından deyil, öz doğma torpağının şairlərindən daha çox xoşlanırdı”. Rusiya 
hökuməti  Şeyx  Əhməd  Səlyanini  Qafqazda  elm  və  maarifçilik  fəaliyyətinə  görə 
1881-ci ildə “III dərəcəli Müqəddəs Vladimir” ordeni ilə təltif etmişdi (Əhmədağa 
Əhmədov, “İslamın əsasları”). Zaqafqaziya Müsəlmanları İdarəsinin təşkili yalnız 
onun nizamnaməsinin qəbulundan sonra rəsmiləşdirilə bilərdi.  
10
 “İrşad” qəzeti, 1907, №117-120, 132; 1908, №4-74, 80-91.


26                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
yuxarısında “Əslində İmperator həzrətlərinin öz dili ilə: “Быть 
по сему” yazılmışdır” qeydi və 5 aprel 1872-ci il ta rixi vardır.
11
 
Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin əsas naməsi məhz 
bu gündən fəaliyyətdə olmuşdur. Bu qərardad 7 əlavə ilə birlikdə 
Rəsul Hüseynlinin “Azərbaycan ruhaniliyi” kitabının sonunda, 
rus dilindən müasir Azərbaycan dilinə tər cümədə təqdim olun-
muşdur.
12
Həmin vaxtdan keçən onilliklərdə bu qurum bütün Qafqaz-
da  müsəlman  cəmiyyətinin  idarə  olunması  üzrə  öz  imkanları 
daxilində fəaliyyət göstərmiş, region əhalisinin dini həyata qa-
yıtmasına nail olmuş, buralarda elm və mədəniyyətin inkişafına 
çalışan maarifçilik hərəkatında yaxından və birbaşa iştirak et-
mişdir. 
Nizamnaməyə əsasən, hər bir şeyxülislam çarizmin si ya sə-
tinə uyğun olaraq təyin edilir, buna görə hökumətin mövqeyini 
müsəlmanlara çatdırır, ikinci tərəfdən isə bir azərbaycanlı kimi 
xalqın ictimai mövqeyini müdafiə etməyə, müsəlman əhalinin 
bu və ya digər məsələyə münasibətini canişinliyə çatdırmağa, 
həll etməyə çalışırdı. Yad hökumətlə doğma İslam ümməti ara-
sında qalan şeyxülislamlıq idarəsi çox əziyyət çəkir, iki mə də-
niy yətin yola getməsi üçün əlindən gələni edirdi. Əslində ça-
rizmin  hökmranlıq  dövründə  şeyxülislamlıq  yerli  idarəçilik 
va sitəsi demək idi, müsəlman əhalini çarizmdən və onun ca ni-
şinindən daha çox bu qurum idarə edirdi. Lakin bu yerli üsul-
idarənin xalq kütlələri arasında lazımi qədər nüfuz qazanması 
siyasi dairələrə sərf etmədiyindən çarizm şeyxülislamı da göz-
dən  salmağa  çalışır,  bu  vəzifə  sahiblərini  bacardıqca  xalqdan 
ayırmağa  səy  göstərirdi.  Bütün  bunlara  baxmayaraq,  istər  ça-
rizm, istərsə də sovet dövründə fəaliyyət göstərmiş şeyxülislam-
lar Qafqaz müsəlmanlarını, o cümlədən Azərbaycan xalqını lə -
yaqətlə təmsil etmiş, süni səpilmiş xurafat toxumlarının aradan 
11
 «Положение об управлении Закавказского мусульманского духовенства Сун-
нит  ского  учения».  IV-263/1572;  «Положение  об  управлении  Закавказского 
мусульманского духовенства Шиит ско го учения». IV-263/1572.
12
 “İrşad” qəzeti, 1907, №117-120, 132; 1908, №4-74, 80-91.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə