Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə9/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   5   6   7   8   9   10   11   12   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              27
qal dırılması, ateizmin ifşası, xalqın maariflənməsi, elm və mə-
də   niyyətin  çiçəklənməsi,  həmçinin  insanların  müasirləşməsi 
uğ    runda yorulmadan mübarizə aparmışlar. Xüsusən çarizm döv -
rün də Qafqazda salınan nifaq alovunun söndürülməsi sahə sin də 
şeyxülislamların və başqa nüfuzlu din xadimlərinin böyük zəh-
məti tarixə yazılmalıdır. 
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin altıncı Şeyxülisla-
mı  Axund  Məhəmmədhəsən  Mövlazadə  Şəkəvinin  fəaliyyət 
dövrü də məhz Rusiya imperiyasında çaxnaşma, eləcə də Qaf-
qaz regionunda erməni-müsəlman münasibətlərinin son dərəcə 
gər ginləşməsi illərinə təsadüf etmişdir.
1905-ci ildə Peterburqda baş verən hadisələr Rusiya imperi-
ya sının  hər  yerində  olduğu  kimi, Azərbaycanda  da  sakitliyin 
pozulmasına rəvac verdi. Çar üsul-idarəsi etiraz dalğasını yatır-
maq üçün ölkənin hər yerində yerli qüvvələrə güzəştə getməyə, 
zülm altında inləyən xalqın istək və arzularını yerinə yetirməyə 
məcbur oldu. Belə bir vəziyyətdə Azərbaycan ziyalıları öz sö-
zünü deməyə, milli azərbaycançılıq ideyası fikrini irəli sürməyə 
im kan tapdılar. Ölkədə mətbuat və maarifçilik işi coşqun vüsət 
aldı, xurafatın aradan qaldırılması və İslam mədəniyyətinin bər-
qərar olması üçün münbit şərait yarandı.
ХХ əsrin ilk on ili ərzində Tiflis və Bakının müxtəlif nəş-
riy yatlarında İslam məsələlərinə dair bir çox kitabça və risalələr 
nəşr edildi. Bu əsərlərin xalq arasında dini mədəniyyətin yayıl-
masında, İslamın həqiqi mahiyyətinin təbliğində mühüm fayda-
sı oldu.
13
 
Azərbaycan  mühərrirlərinin  Tiflis,  Bakı,  Gəncə  və  başqa 
şə hərlərdə nəşriyyat, o cümlədən mətbəə işini ələ alması qeyd 
edilən istiqamətdə vacib rol oynadı. Mətbuatın çiçəklənməsi de-
mokratiya ilə yanaşı, bəzən nihilist fikirlərin yayılmasına da yol 
açmış oldu. Yeni dövrün ziyalıları xalqın maarifləndirilməsində 
bö   yük qüvvə olduqlarını yaxından dərk edir, buna görə də cə-
miy  yətin başqa zümrələrindən, o cümlədən din xadimlərindən 
daha böyük fəaliyyət göstərmələrini tələb edirdilər.
13
 Firidun bəy Köçərlinin şəxsi arxivi, səh. 29.


28                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Azərbaycanda şeyxlik Allah eşqindən nurlanmışdır, imanı 
İs lamdır.
14
 Buna görə də Qafqazın şeyxülislamı kürsüsünə əy-
ləşmiş hər bir din xadimi azərbaycanlılar arasında böyük hör-
mətlə qarşılanmış, ona ümid çırağı kimi münasibət bəs lən mişdir. 
La kin belə çaxnaşmalar dövründə xalqın ayrı-ayrı nü ma yən də-
lə rinin  şeyxülislamlıq  postunu  tutan  ruhanilərdən  tələbləri  də 
art mış, istəkləri çox olmuşdur.
1907-ci ildə Qafqazın Şeyxi Axund Əbdüssəlam Axund za  də 

ki çik bir elan dərc olunmuş, “Şeyxülislamın və fatı” başlıqlı yazı-
da yalnız bir cümlə verilmişdi: “Bakı qə za vat xa nasına xəbər gəl-
mişdir ki, Zaqafqaziya Şeyxülislamı Axund Əbdüssəlam Axund-
zadə vəfat etmişdir. İnna lillah və inna ileyhi raciun”.
15
Qəzetin sonrakı nömrəsində dərc edilmiş Əhməd bəy Ağa-
yevin “Şeyxülislam cənablarının vəfatı” adlı kiçik şərhində bir 
tə rəfdən təzəcə vəfat etmiş şeyxülislamın şəxsiyyət və fəaliy yə-
tinə subyektiv yanaşılması diqqəti cəlb edir, digər tərəfdən isə 
şeyxülislam vəzifəsinin tutulması üçün ilk dəfə seçkilərin keçi-
ril məsi tələbi qoyulur. 
Çarizm  lap  əvvəldən  şeyxülislamlıq  institutunu  nəza rət də 
sax  lamağa, onun fəaliyyətini öz siyasətinə uyğun isti qa mət lən dir-
məyə çalışırdı. Buna görə də Qafqaz müsəl manlarına təyin edilən 
başçının şəxsiyyəti həmişə hər iki tərəf üçün maraq doğurmuşdur. 
Rusiya daim İslam ümmətini idarə etməyə çalışmış, müsəlmanlar 
isə  öz  milli,  dini  və  mədəni  mənafelərini  müdafiə  etmək  üçün 
bu idarəçilikdən faydalanmağa səy etmişlər. “Qafqaz canişinliyi 
Qafqaz  şeyxülislamı  vəzifəsinə  həmişə  özlərinin  siyasətinə  uy-
ğun ruhaniləri seçdiklərindən bu, xalqın rus hö ku mə tinə nifrətini 
daha da gücləndirmişdir”. Yeni şəraitdə Əhməd bəy Ağayev buna 
etiraz edərək yazırdı: “Qədim latınların gözəl bir zərb-məsəli var: 
“De moltldus lut benes, aut nihie”, yəni “ölülər barəsində ya gərək 
yaxşı danışasan, ya da ki, heç şey danışmayasan”.
14
 Səngəri Məhəmməd Rza. Quranda hekayətlərdən istifadənin məqsəd və üsulları.
səh. 27.
15
 “İrşad” qəzeti, 1907, №117, 2.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              29
Mərhum  Şeyxülislam  Axund  Əbdüssəlam  Axundzadənin 
xə bəri-vəfatı gəldikdə bu zərbi-məsəl yadımıza düşdü. Düşüb 
bizi böyük bir qəmi-əndişə, bir kədər və yasa aludə etdi.
Lakin qəm və əndişəmizə, yas və kədərimizə səbəb bir şəx -
sin – o şəxs nə qədər böyük məqama caiz olsa da – vəfatı de  yil. 
Çünki “küllü-nəfs zaiqətül-mövt” ayei-həqiqət şuarının məz mu-
nunca cümləmiz həman vəfatı dərk edəcəyik.
Amma  yas  və  kədərimizə,  qəm  və  əndişəmizə  səbəb  olan 
mil lətimizin halı, özümüzün məəttəl və pərişanlığıdır. Şimdi şey-
xülislam kibi böyük və on illərcə millət rəisi olan bir şəxsin vəfatı 
münasibəti ilə millət nə yad-bud edəcək və biz nə yazacağız?
Neçə  gün  bundan  əqdəm  qonşumuz  olan  ermənilərin  də 
rəisi və ruhanisi vəfat etdi. Onların qəzetləri həftələrcə bu zatın 
millət yolunda çəkdiyi əziyyətləri, millətə etdiyi xidmətləri bir 
və bir tədad edib, ürəkləri açılıb, miyahat və iftixari-milliyyələri 
bir qat daha artdı və qeyrilər üçün də bu bir dərs, bir məşqi-ibrət 
və tərğibi-təşviq mayəsi oldu.
Şimdi biz nə yazacağız?
Ermənilər  yazıyordular:  “Katalikos  Mkrtıç  hələ  tanınma-
yan, bilinməyən tələbə olduğu zamanlar cürbəcür, növbənöv ri-
salələr, kitabçalar yazıb erməni millətinin ayılmasına, öz zərər 
və nəfini anlamasınа bəzli-himmət edib erməniləri həyəcana və 
canbaşa gətirdi”.
Əcaba bu barədə biz nə yazacağız?
Xülasə, tədad ilə bu müvazinə və müqabilə axıra yetişəcək 
deyil, muxtəsərən bunu demək olar ki, nə bir ad edəcək və nə bir 
ya zacaq işimiz, iqdamımız yoxdur.
Pəs bu nə böyük bəla, nə əzim müsibətdir ki, biz milləri-
İslam düçar olmuşuq?! Nə həyatımızda və nə məmatımızda bir 
fəxr  gətirən,  tərğib  və  təşviqə  səbəb  olan  bir  işimiz  olmasın! 
Nə vaxtadək, nə zamana kimi?! Lakin vəfat edənlər edib, onla-
rın barəsində fəqət Allah rəhmət etsin və təqsiratından keçsin, 
deməkdən başqa bir iş əlimizdən gəlməz.
Şimdi gərək dirilərin, gələcəyimizin fikrinə qalmaq, gərək 
yola getmək ki, əqəllən bundan sonra böyük millətin rəisi-ru ha-


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə