Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə14/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   10   11   12   13   14   15   16   17   ...   95

                                                                                39 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1.4. Beynəlxalq biznesdə məqsədlərin müəyyən olunmasının elmi-
nəzəri əsasları 
 
Beynəlxalq  biznesdə  təşəbbüskarlığın  məqsədləri,  mənfəətin 
əldə  olunması  əsas  məqsəd  olmaqla  yanaşı,  digər  məqsədlərə 
çatmanın  da  əlaqədləndirici  şərtidir.  Sahibkarlıq  fəaliyyəti 
nəticəsində  sahibkar  bazarda  mövcudluğunu  saxlamaq  yolları 
axtarır  və  ya  qoyduğu  kapital  müqabilində  o  bazarda  müəyyən 
olunmuş  faizi  tələb  edir,  daim  davam  edən  defisit  firma  və  ya 
şirkətin  mənfəətliliyinə      təsir  göstərir.Bütün  bunlar  kapital  sərfinə 
səbəb  olur  və  maddi  məqsədlərə  nail  olunmanın  yollarını  aramağa 
məcbur  edir.  Bu  o  demək  deyil  ki,  digər  məqsədlər  əhəmiyyət 
daşımır.  Son  investisiya  qərarını  həm  də  malın  son  keyfiyyət 
standartının  müəyyən  olunması,  satış  siyasətinin  digər  parametrləri 
də, bu məqsədlər çərçivəsini müəyyən edir. 
   Bazar  iqtisadiyyatı  şəraitində  layihənin  qiymətləndirilməsi  və 
seçilməsi  üçün  təlimatın  müəyyən  olunması,  məqsədlərin 
konkretləşdirilməsi  və  formalaşması  vacib  faktorlardandır.  Bu 
baxımdan  sahibkar  tərəfindən  layihənin  konkret  formalaşması 
aşağıdakı kimi müəyyən oluna bilər. 

 
Müəyyən olunmuş vaxtda gəlirin təyin olunması. 


                                                                                40 
 
 

 
Qoyulmuş  kapital  müqabilində  müəyyən  olunmuş  gəlir 
(ordaça). 

 
Plan 
dövrünün 
sonunda 
əmlakın, 
varlılğın 
maksimumlaşdırılması. 

 
Maliyyə artıqlığının tam dəyərinin maksimumlaşdırılması. 

 
Sahibkarlar 
arasında 
əvvəlcədən 
müəyyən 
olunmuş 
dividentlərin  bölünməsi  şərtində  əlavə  qalan  maliyyə  vəsatinin 
dəyərinin maksimumlaşdırılması. 
Sahibkar  tərəfindən  əmlakın  maksimumlaşdırılması  və 
maliyyə  vəsaitlərinin  artıqlığının  müddət  sonunda  maksimizasiyası, 
ancaq qimətləndirmə kalkulyasiya nöqtəsinə görə fərqlənirlər və eyni 
davranış  qaydaları  ilə  nəticələnirlər.  Məqsədlərin  belə  müəyyən 
olunması  sahibkarın  vəsait  götürmək  arzusu  ilə  bağlıdır  və 
investisiya hesablamalarında əsas kompanent kimi baxılır. 
            Belə elmi-nəzəri baxışlara əsaslanan  layihə, elə bir investisiya 
kimi  qəbul  olunur  ki,  bu  zaman  təşkilatçı  dönərli    vəsaitlərdən 
istifadə  edir  və  onların  böyük  qisminin  qayıtmasına  ümid  edir. 
Maksimizasiya  o  deməkdir  ki,  vəsaitlər  elə  istifadə  olunur  ki, 
müəyyən  zamanda  digər  şərtlər  nəzərə  alınmaqla  maksimal  böyük 
vəsait əldə olunsun. ‚Vəsaitlərin qayıtması‛ o deməkdir ki, az zaman 
şəraitindəki planlaşdırmada layihənin bitmə anında elə vəsaitlər ola 
bilər ki, onları satmaqla likvid vəsaitlərin sırasına daxil etmək olar. 
     Sahibkarlıq 
fəaliyyətində 
pul 
axınları 
maliyyə-iqtisadi 
məqsədlərin elm-nəzəri əsası kimi:  
            Investisiya  hesablamaları  müddət  ərzində  gəlirə  deyil, 
investor  baxımından  dönərli    vəsaitlərin  gəlir  və  çıxışına  əsaslanır. 
Investor  üçün  əsas  olan  onun  nə  zaman  və  hansı  həcmdə  dönərli 
vəsaitləri qoyması və onların qayıtması həcmidir. Yaddan cıxarmaq 
lazım  deyil  ki,  layihənin  gəlirlilik  göstəriciləri  bu  məsələri  əks 
etdirmir. 
Ümumiyyətlə  elmi-nəzəri  cəhətdən  gəlir  və  xərclər  hesabatın 
nəticəsidir.  Bu  hesabat  hər  şeydən  əlavə  vergi  məbləğlərinin 
hesablanmasının  bazasını  təşkil  edir.  Bu  məqsədlə  invetisiya 
mallarına  (bina  avdanlıq)  ödəmələr  amortizasiya  ayırmalarının 
köməyi  ilə  istifadə  olunma  müddətinə  görə  bölüşdürülür.  Onların 
həcmi  qanunla  müəyyən  olunmuş  hesablama  qaydasından  asılıdır. 
Inestisiya  hesabalamalarının  əsasına  gəlir  göstəricisi  qoyulsa,  vəsait 
çıxışı olduğundan az görsənəcək. Hesablanmış amortizasiyanın gəliri 
azaltdığı sonrakı dövrdə isə gəlirlər düzgün görünməyəcəkdir. 


                                                                                41 
 
 
Maliyyə  vəsaitlərinin  axınına  nəzarətin  növbəti  yerdəyişməsi, 
malların  hərəkəti  ilə  bağlı  daxil  olmaların  və  ödəmələrin  həyata 
keçirilməsi  zamanı  onların  istehsalatda  istifadə  olunması 
zamanından  fərqlənməsi  dövründə    meydana  çıxır.  Məsələn  nəğd 
vəsaitə    xammal  alınır,  lakin  o,  əvvəlcə  anbarda  saxlanılır.  Ödəmə 
bir  dövrə,  istifadə  isə  digər  dövrə  aiddir.  Zaman  dəyişməsinə  digər 
bir  misal,  müddətli  ödəmə  təklifi  ilə  mal  satışıdır.  Daxil  olma  mal 
satışı  zamanı  həyata  keçirilir,  real  daxilolma  isə  digər  dövrdə  baş 
verir. 
Sahibkarlar  bilməlidirlər  ki,  adı  çəkilən  yerdəyişmələr  lazimi 
dövriyyə  kapitalının  həcminin  müəyyən  olunması  zamanı 
əhəmiyyətlidir.  Bu  qarşılıqlı  əlaqə  barəsində  gəlir  və  xərclər 
haqqında  danışılanda  aydınlıq  veriləcək.  Lakin  çox  zaman  layihə 
araşdırmaları  zamanı  bütün  zaman  yerdəyişmələrini  qeyd  etmirlər. 
Həddən  artıq  detallaşdırılmış  planlaşdırma  və  differensasiya  (bir 
tərəfdən  daxilolmalar  və  ödəmələr,  digər  tərəfdən  gəlir  və  xərclər) 
daimi  nəzarətçidə  məqsəd  və  qiymətləndirmənin  dəqiqliyi  barədə 
yalnış təsəvvür oyada bilər. 
Bu  baxımdan  elm-nəzəri  əsaslarla  maliyyə-iqtisadi  məqsədlərin 
zaman aspektində gələcək ödəmələrin dəyərini təhlil edək. 
Sahibkarların    çoxu  üçün  vəsaitlərin  alınması  və  malın 
istehlakı nəticəsində daxil olmalar şəklində geri qayıtmaları arasında 
xeyli zaman kəsiyi vardır. 
          Zaman  ”  arasıkəsilməz  axındır.  Lakin  zaman  kəsikləri  ilə 
işləmək  daha  rahatdır.  Yəni  tam  bir  dövrü  müəyyən  kəsiklərə 
bölmək  lazımdır  (il,  ay,  yarım  il,  kvartal  və  s.).Aşağıda  göstərilmiş 
sxemdə biz zamanı belə formada yazaq:  
 
T1            T2              T3                       . . .      Tn 
 
t=0                 t=1                t=2                    t=3    . . .     t=n 
 
 
Burada: 
t=0 başlanğıc zaman 
t=1 bir illik dövr 
T1  birinci dövr adlanan t=0 və t=1 arasında zaman intervalıdır. 
T2  müvafiq olaraq t=1 və t=2 arasında zaman intervalıdır və ikinci 
zaman kəsiyi adlanır. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə