Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə3/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   ...   95

                                                                                8 
 
 
kompaniyaların  gəliri    hazırladıqları    məhsulun  üstünə  gəlir.  Çoxlu 
Amerika  kompaniyaları  istehsalda  xaricdə  istehsal  olunmuş 
detallardan  istifadə  edirlər    və  başa  düşürlər  ki,  istehsal  etdikləri 
məhsullar    dünya  bazarı  səviyyəsinə  cavab  verməlidir.  Ancaq  onlar 
çox  gözəl  dərk  edirlər  ki,  istehsal  etdikləri  məhsullar    xaricdən 
kompaniyaların  köməyi  ilə  realizə  oluna  bilər  və  buna  görə  də 
onlarla birgə müəssisələr və şirkətlər yaradırlır. Ona görə də biz neçə 
belə ittifaqların şahidi olmuşuq və gələcəkdə də bunlar baş verəcək. 
Ölkələr  arasında  beynəlxalq  iqtisadi  münasibətlərin  daha 
ənənəvi və inkişaf etmiş forması beynəlxalq biznesdir. İqtisadçıların 
tədqiqinə  görə  bütün  beynəlxalq  iqtisadi  münasibətlərin  80  %-i 
beynəlxalq biznes vasitəsi ilə həyata keçrilir. 
İqtisadi  münasibətlərin  bu  forması  çox  qədimdən  mövcuddur. 
Min  illər  bundan  əvvəl  ayrı-ayrı  ölkələrin  xalqları  arasında  iqtisadi 
və siyasi mübadilə münasibətləri olmuşdur. 
Sonralar  milli  dövlətlərin  yaranması  ilə  bu  mübadilə 
münasibətləri  ölkələr  səviyyəsində    həyata  keçirilməyə  başlamışdır. 
Vaxtı  ilə  Hind  biznesi  qərbdə,  Avropada  və  Qərbi  Asiyada  olduğu 
kimi,  Avropa  biznesi  isə  şərqdə  Çinə  kimi  gedib  çıxmışdır.  Bütün 
bunlar  bir  çox  ölkələrin  insanlarının  yaxşı  dənizçi,  ticarətçi,  yaxşı 
sənətkar  olması  ilə  izah  edilə  bilər.  Hindistanda  boyaçılığın  inkişaf 
tapması,  indoqo  bitkisindən  xüsusi  üsulla  indoqo  boyasını  almaq 
çox yayılmışdı. Poladdan əla soyuq silah hazırlayırdılar. Sənətkarlar 
digər  zinət  şeyləri  hazırlamaqda  mahir  idilər.  Beləliklə,  başa 
düşürdülər ki, bazarlarda ağalıq edə bilərlər. 
Lakin vaxt getdikcə yeni kəşflər və ixtiralar Avropaya yeni-yeni 
qüdrətli  istehsal  alətləri  və  istehsal  üsulları  bəxş  etmişdir.  Onların 
köməkliyi  ilə  Avropa  dünya  bazarlarını  ələ  keçirib,  zəngin  və 
qüdrətli olmuşdur. 
Hətta  Amerika  avropalıların,  digər  sərvətlərə    can  atmaları 
sayəsində    kəşf  olunmuş  (X.Kolumb  -  1492),  insanların  qızıla  və 
gümüşə  həvəsinin  nəticəsində    bu  və  ya  digər  ölkələr  fəth  edilmiş 
iqtisadi və siyasi cəhətdən mənimsənilmişdir. 
XV-XVII əsrlərdə (xeyli dərəcədə də XVIII əsrdə) mövcud olan 
merkantilizm  məktəbinin  nümayəndələri,  xüsusilə  inkişaf  etmiş 
merkantilizm millətin, ölkənin varlanmsı mənbələrinin sərvətin sadə  
qaydada  toplanmasında  deyil,  xarici  biznesin  inkişaf  etdirilməsində 
və fəal biznes qurmaq balansında axtarırdılar. 


                                                                                9 
 
 
Tarixən  sənayedə  və  kənd  təsərrüfatında  kapitalizmin  inkişaf 
etməsi  daxili  bazarın  əmələ  gəlməsi  və  ticarətin  inkişaf  etməsinə 
səbəb  olmuşdur.Daxili  bazarın  genişlənməsi  isə  öz  növbəsində 
istehsal  vasitələri  və  istehlak  məhsullarına  olan  tələbatın  artmasına 
səbəb  olur.Bu  baxımdan  məhsuldar  qüvvələrin  inkişafı,  iri  maşınlı 
sənayenin  yaranması  ilə  istehsal  milli  çərçivəni  aşır,  dünya  bazarı 
yaranır.  Əmtəə  və  xidmətlərin  tədavülü  milli  bazarlar  hüdudundan 
kənara  çıxır  və  nəticədə  beynəlxalq  biznesin  genişlənməsi  üçün 
imkan yaranır.  
Beləliklə,  XX  əsrin  əvvəllərindən  başlayaraq,  xarici  ticarət  hər 
hansı bir ölkənin inkişaf amilində zəruri bir şərtə çevrilmişdir. 
Bir  çox  iqtisadçı  alimlər  göstərirlər  ki,  dünya  iqtisadi 
sistemindən  təcrid  olunmuş  şəkildə  heç  bir  dövlət  sağlam  iqtisadi 
inkişafa nail ola bilməz.  
Aydındır ki, beynəlxalq biznes dedikdə, bu və ya digər ölkənin 
başqa  ölkələrlə  iqtisadi  səmərəlilik  əsasında  qurulmuş  biznes 
əlaqələri başa düşülür. 
Əgər əvvəlki dövürlərdə  ölkələr arasında azad biznes və yaxud 
himayəçilik siyasəti proteksionizmin seçilməsi barədə fikirləşilirdisə, 
müasir şəraitdə bu iki istiqamət bir-birini tamamlayan və qovuşmuş 
şəkildə aparılır və bu baxımdan beynəlxalq biznesin roluna üstünlük 
verilir. 
Qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  biznes,  onun  barəsində  
yaranan müəyyən nəzəriyyələrdən çox-çox əvvəl mövcud olmuşdur. 
1500-1800-cü  illərdə  merkatilistlərin  və  yeni  merkatilistlərin 
müəyyən  mənada  birtərəfli  fikirlərindən  sonra  beynəlxalq  biznes 
barədə  müasir  nəzəriyyə  öz  başlanğıcını  A.Smitdən  və 
D.Rikardodan götürür. 
Adam Smit 1776-cı ildə yazdığı ‚Xalqların sərvətinin təbiəti və 
səbəbləri  haqqında  tədqiqat‛  əsərində  bir  çox  problemlərlə  yanaşı, 
beynəlxalq biznesin azadlığı barədə də müəyyən istiqamətləri işləyib 
hazırlanmışdı. 
O  göstərirdi  ki,  əgər  hər  hansı  bir  ölkə  yaxşı  iqlim  şəraitinə, 
təbii ehtiyatlara və s. malikdirsə, məhsul istehsalı nisbətən ucuz başa 
gəlirsə, o məhsulları həmin ölkədən  almaq hamı üçün sərfəlidir. 
İstehsal xərclərində olan bu fərqi (məhsulları oradan almaq) o, 
mütləq üstünlük adlandırırdı. 
Sonra  D.Rikardo  1817-cı  ildə  ‚Siyasi  iqtisadın  və  vergi 
qoyulmasının  başlanğıcı‛  əsərində  hər  hansı  bir  ölkənin  beynəlxalq 


                                                                                10 
 
 
miqyasda  ixtisaslaşdırılmasında  mütləq  üstünlüyü  deyil,  müqayisəli 
üstünlüyü əsas hesab edirdi. 
Rikardo  isbat  etmişdir  ki,  hətta  mütləq  üstünlük  şəraitində  də 
az səmərəli olan məhsulun çox səmərəli olan məhsul istehsalı ilə əvəz 
edilməsi  ilə  (müqayisəli  üstünlük)  qazanc  götürmək  mümkündür. 
Onun  fikrincə,  hətta  müəyyən  məhsul  üzrə  istehsal  xərci  başqa 
ölkədən az olduqda da onu istehsal etmək faydalı deyil, onu almaq 
daha  faydalıdır.  Bu  fikri  Portuqaliya  və  İngiltərədə  ancaq  iki 
məhsulu  şərti  məhsul  istehsalı  üzrə  xərcləri,  şərti  olaraq  müqayisə 
etməklə  sübut etmək olar. 
Beynəlxalq 
biznes 
sahəsində 
mövcud 
olan 
müasir 
nəzəriyyələrdən  biri  də  bu  fikrin  başqa  şəkildə  səsləndiyi  ‚istehsal 
amillərinin  nisbəti‛  nəzəriyyəsidir.  İstehsal  amilləri  olan  əmək, 
torpaq  və  kapital  bütün  ölkələrdə  eyni  həcmdə,  eyni  səviyyədə  ola 
bilməz.  Ölkədə  hər  hansı  bir  amil  çoxdursa,  zəngindirsə,  məsələn 
əmək  təklifi  çoxdursa,  əmək  haqqı  azdırsa,  deməli  bu  əmtəə  ucuz 
başa gəlir. Yəni əmək tutumlu mallar ucuz olacaq. 
Kapital  amili  çox  olan  yerdə  kapital  tutumlu  məhsullar  ucuz 
olacaqdır.  Deməli,  müvafiq  olaraq  belə  nəticə  çıxır  ki,  iş  qüvvəsi 
artıq  olan  yerdə  əmək  tutumlu  məhsullar  üzrə,  sərbəst  kapital 
mövcud  olan,  lakin  işçi  qüvvəsi  az  olan  yerdə  isə  kapital  tutumlu 
məhsullar üzrə ixtisaslaşmaq lazımdır. Bu nəzəriyyənin əsasını İsveç 
iqtisadçıları  Eli  Xekşer,  Bertil  Olin  qoymuşlar.  Bununla  da  müasir 
şəraitdə  beynəlxalq  əmtəə  dövriyyəsinin  istiqaməti  və  quruluşunun 
müəyyən  olunması  barədə  elmi  təsəvvürlər  yaratmışlar  və  ‚istehsal 
amillərinin qiymətlərinin bərabərləşdirilməsi‛  fikrini irəli sürmüşlər. 
Onlar  isbat  etməyə  çalışmışlar  ki,  milli  istehsalda  olan  fərq  istehsal 
amillərinin  zənginliyi  dərəcəsindən  və  ölkə  daxilində  hər  hansı 
əmtəəyə  olan  tələbatdan  asılıdır.  Deməli,  istehsal  amillərinin  hansı 
boldursa,  həmin  amil  hesabına  başa  gələn  məhsulu  istehsal  edib 
ixrac  etmək  deyil,  bahalı  amil  tələb  edən  məhsulu  idxal  etmək 
lazımdır. 
1948-ci  ildə  Amerika  iqtisadçısı  P.Samuelson  və  sonralar  isə 
1954-ci  ildə  Amerika  iqtisadçısı  Vasiliy  Leontyev  Xekşer  ”  Olin 
nəzəriyyəsi  ilə  bağlı  Amerika  dövlətinin  beynəlxalq  biznes 
fəaliyyətini təhlil etmiş və məqalə dərc etdirmişdir. 
 İddia  edilir  ki,  Amerikada  kapital  çox  olduğuna  görə  onun 
ixracında kapital tutumlu məhsullar daha çoxdur. V.Leontyev 1949-
cu ildə  bu ilin iqtisadi göstəricilərini təhlil etmiş  və  bunun  tam  əksi 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə