Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə4/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   ...   95

                                                                                11 
 
 
olan  nəticəyə  gəlmişdir.  Məlum  olmuşdur  ki,  Amerikanın  ixrac 
etdiyi məhsullar daha az kapital tutumlu və çox əmək tutumludur. 
Buradakı  əmək  tutumunun  çox  olması  orada  işçi  qüvvəsinin 
çox olması ilə izah edilmir. Əksinə, onların daha ixtisaslı olması ilə 
izah edilir. V.Leontyevin hesablamalarına görə Amerikada 1 adam/il 
başqa  ölkələrin  3  adam/ilinə  bərabərdir.  Amerikalı  işçilər  daha 
ixtisaslı olduğuna görə yüksək əmək məhsuldarlığına malikdirlər. 
Bütün  bunlar  ‚Leontyev  qəribəliyi‛  adlanır.  Buradan  da  ‚İşçi 
qüvvəsinin  ixtisaslaşması‛  və  yaxud  ‚ixtisaslı  işçi  qüvvəsi‛  modeli 
yaranır. 
Bəzi  tədqiqatçılar  müqayisəli  xərclər  nəzəriyyəsindən  kənara 
çıxaraq  bu  məsələdə  texnoloji  dəyişikliyin  roluna  diqqət 
yönəltmişlər. 
Beynəlxalq 
biznes 
barədə 
yeni 
klassik 
nəzəriyyənin 
nümayəndələrindən biri Amerika iqtisadçısı Q.Xaberlera ‚alternativ 
xərclər‛  nəzəriyyəsi  ilə  çıxış  edir.  Burada  müasir  şəraitdə  xarici 
ticarətin  artmasını  ‚texnoloji  fərq‛lə  bağlayırlar.  Bu  kimi  nəzəri 
baxışlara  görə  hansı  ölkə  daha  yüksək  texnologiyaya  malikdirsə, 
həmin  sahənin  məhsullarını  ixrac  edir.  Sonra  bu  qabaqcıl 
texnologiya başqa ölkələrə də yayılır, texnoloji fərq aradan götürülür 
və  ixrac  azalır,  dünya  biznesinin  quruluşunun  dəyişməsi  tələb 
olunur. 
Ölkələr arasında beynəlmiləlləşmə artdıqca beynəlxalq biznesin 
həcmi  və  miqyası  da  dəyişir  və  genişlənir.  XX  əsrin  yarısından 
etibarən  beynəlxalq  mübadilə,  dünya  biznesi  daha  yüksək  sürətlə 
artır.  1950-1994-cü  illərdə  dünyada  biznes  dövriyyəsi  14  dəfə 
artmışdır.  Qərb  tədqiqatçılarının  təhlillərinə  görə  1950-1970-ci 
illərdəki beynəlxalq biznes dövrünü ‚qızıl əsr‛ adlandırmaq olar. 
Həmin dövrdə dünya üzrə ixrac hər il 7% artmışdır. 80-ci illərdə 
bu  artım  müəyyən  qədər  azalmış,  90-cı  illərdə  isə  artım  daha  sabit 
xarakter  almışdır.  Yaddan  çıxarmaq  lazım  deyildir  ki,  beynəlxalq 
biznesin sabit artımına aşağıdakı amillər təsir edir: 
1.
 
Beynəlxalq 
əmək 
bölgüsünün 
və 
istehsalın 
beynəlmiləlləşməsinin inkişafı; 
2.
 
Əsas  kapitalın  təzələnməsinə,  yeni  istehsal  sahələrinin 
inkişafına zəmin yaradan ETİ-nin olması; 
3.
 
Dünya bazarında transmilli şirkətlərin fəaliyyətinin artması; 
4.
 
Tarif dərəcələri və ticarətin tənzimlənməsi üzrə baş razılaşma 
təşkilatının həyata keçirdiyi tədbirlər


                                                                                12 
 
 
5.
 
Beynəlxalq  biznesin  liberallaşması,  azad  iqtisadi  zonaların 
yaradılması, bir çox məhdudiyyətlərin aradan qaldırılması; 
6.
 
Ticarətin-iqtisadi inteqrasiya prosesində inkişafı; 
7.
 
Bir çox müstəmləkə ölkələrinin siyasi müstəqillik əldə etməsi; 
8.
 
Sosializm  sisteminin  bir  sistem  kimi  dağılması.  Keçmiş 
sosialist  ölkələrinin  və  SSRİ-yə  daxil  olan  respublikaların 
beynəlxalq biznes sisteminə qoşulması. 
 
XX əsrin ikinci yarısında xarici ticarətin dinamikasında qeyri-
bərabərlik  özünü  göstərir.  Bu,  dünya  bazarında  ölkələr  arasındakı 
qüvvələr  nisbətinin  dəyişməsinə  səbəb  olur.  1950-ci  illərdə  dünya 
ixracatının 30%-ə qədəri ABŞ-nin payına düşdüyü halda, 1990-cı ildə 
bu rəqəm 12-13% olmuşdur. Həmin illərdə Qərbi Avropa beynəlxalq 
ticarətin  əsas  mərkəzinə  çevrilmişdir.  1980-ci  illərdə  Yaponiyanın 
beynəlxalq  biznesdə  payı  nəzərə  çarpacaq  dərəcədə  artmışdır.1983-
cü  ildə  Yaponiya  ilk  dəfə  olaraq  maşın  və  avadanlıq  ixracına  görə 
dünyada birinci yerə çıxmışdır. 
 
Həmin  illərdə  Asiyanın  ‚yeni  sənaye  ölkələri‛  adlanan 
Sinqapur, Honkonq, Tayvan da Yaponiyaya qoşulurlar. 90-cı illərin 
ortalarından ABŞ öz rəqabət qabiliyyətinə görə beynəlxalq biznesdə 
birinci yerə çıxır. Sonra Sinqapur, Honkonq, Yaponiya gəlir, Fransa 
17-ci,  Çin  34-cü,  Türkiyə  40-cı  yeri  tutur.  Ölkələrin  bu  cür  neçənci 
yer tutması təkcə beynəlxalq biznesin həcminə görə  müəyyənləşmir. 
Burada 378  göstərici əsas meyar götürülür. 
 
Hər  şeydən  əvvəl  hər  nəfərə  düşən  gəlir,  inflyasiya  səviyyəsi, 
xarici ticarət balansı, təbii qazıntılar, infrastruktur, kommunikasiya 
vasitələri və s. amillər. 
 
Dünya  üzrə  21  min  ən  böyük  müəssisə  rəhbərlərinin  sorğusu 
keçirilmiş  və  bu  kimi  təhlil  ilə  ölkənin  rəqabət  qabiliyyətinin 
səviyyəsi  müəyyən  edilir.  Bununla  da  həmin  ölkənin  dünya 
bazarındakı mövqeyi müəyyənləşir. 
 
Mütəxəssislərin proqnozlarına görə XXI əsrin başlangıcında ən 
rəqabət qabiliyyətli dövlət ABŞ və Asiya dövlətləri olacaqdır. 
 
2030-cu  ildə  ən  güclü  rəqabət  qabiliyyətli  dövlətləri  ”  ABŞ, 
Yaponiya  və  Çin  olacağı  zənn  edilir.  Sonra  Almaniya,  Sinqapur, 
Cənubi  Koreya,  Hindistan,  Tayvan,  Malayziya  və  İsveçrənin  adı 
sadalanır.  İnkişaf  etməkdə  olan  ölkələr  isə  hələ  ki  xammal,  ərzaq 
məhsulları, nisbətən sadə, ucuz məmulatlar ixracı ilə fərqlənəcəklər. 
Bu  sahədə  də  inkişaf  etmiş  ölkələr  onları  sıxışdırır.  Belə  ki,  həmin 
məhsullar  üzrə  inkişaf  etməkdə  olan  ölkələrin  xüsusi  çəkisi 


                                                                                13 
 
 
beynəlxalq  biznesdə  1960-cı  ildəki  40%-dən  1990-cı  ildə  28%-ə 
enmişdir. 
 
Dünya  bankının  məlumatına  görə  2000-ci  ildə  beynəlxalq 
biznesin  40%-dən  çoxu  Sakit  Okean  zonası  ölkələrinin  payına 
düşmüşdür. 
 
Məhsullar  üzrə  dünya  ticarətinin  quruluşuna  nəzər  saldıqda 
emal  sənayesinin  və  xüsusilə  elm  tutumu  çox  olan  məhsulların  və 
yüksək texnoloji məhsulların xüsusi çəkisi dahada  artmışdır. İnkişaf 
etmiş ölkələrdən maşın və avadanlıqların ixracı son dövrlərdə 3 dəfə 
artmışdır. 
 
Elektrotexniki,  elektron  avadanlığı  kimi  məhsulların  ixracı 
daha  çox  xüsusi  çəkiyə  malikdir.  Kimya  sənayesi  məhsulları  ixracı 
da sürətlə artır. 
 
XX  yüzilliyin  birinci  yarısında  dünya  miqyasında  beynəlxalq 
biznesin  dövriyyəsinin  60%-ə  qədəri  ərzaq  mallarının,  xammal  və 
yanacağın  payına  düşdüyü  halda,  əsrin  sonuna  bu  rəqəm  20-25%-ə 
enmişdir. 
 
Həmin  müddətdə  emal  sənayesi  məhsulları  30%-dən  75%-dək 
artmışdır.Bütün bunlar öz növbəsində beynəlxalq biznesin fəlsəfəsinə 
təsir etmişdir. 
 
Fəlsəfi  baxımdan  Hegel  dialektikasında  ziddiyət  o  şeydir  ki, 
irəli  hərəkət  etdirir.  Bu  müddəa  ilə  yanaşı  ziddiyətdə  əkslikləri 
barışdırmaq meyli də vardır. Hadisələrin daxilən zidd olan cəhətləri 
bir-birinə  qarşı  laqeyd  qalmır.  Ziddiyətdəki  cəhətlərin  hər  birində 
müəyyən bir meyl ” müsbət və ya mənfi, təsir və ya əks təsir, ömrünü 
başa vurmaq və ya yaranmaq və s. əks olunur. 
 
Beynəlxalq  biznesdə  dünya  ölkələri  arasındakı  iqtisadi 
münasibətlər  öz  ifadəsini  tapır.  Beynəlxalq  biznes  prosesinin  təhlili 
göstərir  ki,  burada  liberallaşma  ”  sərbəstləşmə  bu  prosesin  əsasını 
təşkil edir. Gömrük dərəcələri azalır, bir çox məhdudiyyətlər aradan 
qaldırılır.  Lakin  bütün  bunlarla  yanaşı  bir  çox  problemlər  də 
qalmaqda davam edir. 
 
Beləliklə,  ayrı-ayrı  ölkələr  arasında  müəyyən  iqtisadi 
qruplaşmalar,  birliklər  yaranır  ki,  bu  da  həmin  qruplaşmaya  daxil 
olmayan ölkələr üçün istər-istəməz himayədarlıq siyasətinin tətbiqinə 
səbəb olur. Beynəlxalq biznes birliklərinin yaranmasında hər şeydən 
əvvəl  azad  ticarət  zonası  böyük  rola  malikdir.  Dünya  bankının 
məlumatına  görə  90-cı  illərdə  dünya  ticarətinin  42%-i  bu  cür  açıq 
zonalar çərçivəsində həyata keçirilmişdir. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə