Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə6/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   ...   95

                                                                                17 
 
 
elmi, texniki, sosial və humanitar əlaqələr iqtisadi münasibətlərdə öz 
əksini tapmış olur. 
 
Tədiyyə  balansının  aktivliyi  bütün  digər  əhəmiyyəti  ilə  yanaşı 
valyuta  məzənnəsinin  artmasına  zəmin  yaradır.  Ümumi  şəkildə 
tədiyyə balansı üç əsas hissədən  ibarətdir: 
-
 
Ticarət balansı (əmtəələrin idxal və ixracı); 
-
 
Xidmətlər balansı və qeyri-kommersiya ölkələri; 
-
 
Kapital və kreditin hərəkəti balansı. 
 
Deməli,  birinci  və  ikinci  hissələr    cari  əməliyyatları  və  cari 
tədiyyə  balansını  əks  etdirir.  Üçüncü  bölmə  isə  kapital,  idxal  və 
ixracı,  investisiya  qoyuluşunu,  kredit  əməliyyatlarını  özündə  əks 
etdirir. 
 
Tədiyyə  və  ticarət  balansının  vəziyyətinə  bir  çox  amillər  təsir 
edir və bunlar aşağıdakılardır: 
 
1.  Beynəlxalq  biznesin  dinamikası  və  məhsul  baxımından 
quruluşu; 
 
2.  Qiymətlərin  dinamikası,  tələbin  dəyişməsi,  dövlətin  xarici 
iqtisadi siyasəti; 
 
3.  Xammal  və  digər  məhsullara  olan  dünya  qiymətlərinin 
dəyişməsi; 
 
4. Xidmət sahəsində olan dəyişikliklər; 
5.
 
Xaricə  investisiya  qoyluşu  və  kredit  verilməsindəki 
dəyişikliklər və s. 
 
 
 
 
  
  
 
   
 
 
 
 
 
 
 
 
 


                                                                                18 
 
 
1.2. .Beynəlxalq biznesdə xərclər və nəticələrə dair əsas elmi   
anlayışlar 
 
 
             Beynəlxalq  biznesdə  nəticə,  mədaxil  və  daxilolmaların  elmi 
anlayəşları  mürəkkəb  bir  iqtisadi  prosesdir  və  aşağıdakı  formada 
izah oluna bilər. 
      Beynəlxalq  biznesdə  nəticə  -  istehsalat  xidmət  və  komersiya 
fəaliyyətinin  yekunudur.  O,  istehsal  olunmuş  mallarda  və 
xidmətlərdə  özünü  göstərir.  Onların  arasında  aşağıdakıları 
fərqləndirirlər: 

 
istehlak olunmuş məhsul (dövriyyə) 

 
anbarda olan, öz istehsalı olan məhsul 

 
balansın tərtib olunması anına qədər istehsalı tamamlanmamış 
məmulatlar 

 
öz istehsalı olan avadanlıq. 
Beynəlxalq  biznesə  əsasən  müəssisisəyə  xas  olan  fəaliyyət 
növləri  layihə  planlaşdırmaları  nəzərə  alınmadığından,  bu 
vəziyyətlər    gəlir  və  xərc  hesabatında  göstərilən  məqamlarla  eyni 
qəbul  olunur.  Əsas  fəaliyyətdən  olan  gəlirlə  yanaşı,  layihədə 
avadanlığın  mühasibat  dəyərindən  artıq  satılması  kimi  qeyri  tipik 
gəlirlər də ola bilər. 
        Beynəlxalq  biznes  pul  axınlarının  hesabatı  üçün  lazım  olan 
daxilolmalar bəzi səbəblərdən nəticə və mədaxildən fərqlənir. Firma 
və ya şirkətin  təsərrüfat fəaliyyətinin nəticəsini əks etdirır, yuxarıda 
sadalanan 4 məqamdan yalnız biri bilavasitə daxilolmalara gətirir, o 
da  dövriyyədir.  Bu  heç  də  həmişə  ekvivalent  həcmdə  olmaya  bilər. 
Çünki  balansın  tərtib  olunduğu  anda  satışa  görə  ödəmənin 
gecikməsi,  alıcıların  borcları  (debitor)  vardır.  Ona  görə  də  birinci 
dövrun  daxilolmaları  balansın tərtib  olunma anına  debitor borcları 
ilə  dövriyyənin  fərqidir.  Bu  borclar  dövriyyə  kapitalının  əsas 
hissəsini təşkil edir. Daha sonrakı dövrlərdə müştərilərin borcları bir 
tərəfdən artır, digər tərəfdən müştərilərin əvvəlki dövrləri borclarını 
ödəmələri  hesabına azalır. Layihə  öz  istehsalatına  başlandığı  andan 
daxilolmaların  və  dövriyyənin  müvafiq  nəticələrlə  eyni  olmasını 
təxmin etmək olar. Dövriyyədən  alınan pul axınlarının likvidliyinin 
və  rentabelliyinin  təhlilinin  düzgün  aparılması  üçün  ilkin  fazada 
dövriyyə  kapitalının  kalkulyasiyası  zamanı  debitor  borclarının 
artmış uçotunu aparmaq lazımdır. 


                                                                                19 
 
 
Öz  istehsalı  olan  avadanlıq,  anbardakı  hazır  məhsul  və 
tamamlanmamış  istehsal  əsas  və  dövriyyə  vəsaitlərinə  investisiya 
qoyuluşu  hesab  olunur.  Bu  malları  istehsal  etmək  üçün  istehsal 
faktorları  ilə  (xammal,  əsas  və  köməkçi  materiallar,  işçi 
qüvvəsi)təmin  olunmaq  lazımdır.  Bu  təminat  ödəmələrlə  bağlıdır, 
belə ki, malların istehsalı kimi çıxış edən nəticə ilkin dövrdə mədaxilə 
deyil,  əksinə  ödəmələrə  gətirib  çıxarır.  Dövriyyə  kapitalının 
hesablanması zamanı bu aspekt nəzərə alınır. Mədaxil və təsərrüfat 
fəaliyyətinin nəticəsi olmayan daxilolma əmlakın satılması ola bilər. 
Məsələn  qalıq  dəyəri  ilə  satış.Pul  axınları  cədvəlində  layihənin 
ümumi  maliyyələşdirilməsi  öz  əksini  tapmalıdır.  Ona  görə  də  daha 
gec  daxilolmalarda  monetar  mühitdən  axınları  nəzərə  almaq 
lazımdır(məsələn özəl kapitalın artırılması). 
       Beynəlxalq  biznesdə  malın  satış  həcmi  bazarın  təhlili 
mərhələsində  proqnozlaşdırılır.  Bu  zaman  nəzərə  almaq  lazımdır 
ki,bəzi  debitor  borcları  ödənməyə  bilər.  Bunu  ya  gözlənilən 
dövriyyənin azaldılması, ya da xərclərdə ödənməmiş debitor borcları 
üçün vəziyyətin düzəlişlərlə idarə edilməsini həyata keçirmək olar. 
        Beynəlxalq  biznesdə  pul  axınlarının  təhlili  üçün  birbaşa  və 
dolayı anlayışı aşağıda təhlil edilmişdir.Əvvəldə qeyd olunduğu kimi 
xərclər ödənişlərə bərabər deyil. Onlar həm də istehsal məqsədlərinə 
xidmət edən və dəyər itkisi ifadə edən məsrəflərə də bərabər deyillər. 
      Elə  məsrəf  növləri  vardır  ki,  istehsalat  xarakterinə  baxmayaraq 
xərclərə daxil deyillər. Burada ən vacib məsələlər özəl kapitala görə 
kalkulyasiya  faizləri,  şəxsi  binaların  icarəsinə  görə  kalkulyasiya 
məbləği və s. bəzi hallarda lahiyyədə iştirakına görə sahibkara əmək 
haqqı  (bu  kalkulyasiya  və  fiktiv  məsrəflərdir).  Bu  sadalananların 
uçotu  özəl  kapitalın  strukturu  müxtəlif  olan  və  ya  investorların 
idarəetmədə  iştirakının  müxtəlif  dərəcəli  olan  müəssisə  və  ya 
layihələrin  müqayisəsi  zamanı  mühüm  rol  oynayır.  Bu  məqamlar 
xüsusi qiymət kalkulyasiyaları zamanı xüsusi əhəmiyyətlidir məsələn 
ictimai sifarişlərdə qiymətin maya dəyəri səviyyəsində təyin olunması 
zamanı.  Özü  ilə  heç  bir  məsrəf  formalaşdırmayan  xərc  kimi  əmlakı 
mühasibat dəyərindən aşağı qiymətə satılması çıxış edə bilər. 
Ödəmələr  bir  qayda  olaraq  xərclərdən  bir  o  qədər  də 
fərqlənmir.  Onların  əsasını  əsas  və  dövriyyə  vəsaitlərinin  alınması 
təşkil edir. Lakin onların alınması zamanı dəyər itkisi baş vermir, bu 
yalnız onların istehasalatda istifadəsi zamanı(məsələn xammal) və ya 
əsas vəsaitlərin cari dəyərinin azaldılması (amortizasiya) zamanı baş 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə