Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə8/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   4   5   6   7   8   9   10   11   ...   95

                                                                                23 
 
 
Qiymətlərin  iri  artımı  zamanı  nominal  deyil,  inflyasiyadan 
təmizlənmiş real qiymətlər proqnozlaşdırılır. Bunu hesablamaq üçün 
nominal  dəyər,  (1+p)-ə  bölünür    ki,  burada  (p)  onluq  kəsrlə  ifadə 
olunmuş uyğun qiymət artımıdır. 
         Təcrübədə  rast  gəlinən  sadələşdirmə  kimi  bir  qayda  olaraq 
qiymətin dəyişməməsi kimi hesablamaların aparılması qəbul olunur. 
Əgər  qiymətlərin  spesifik  tendensiyası  barədə  məlumat  yoxdursa, 
onda  bazis  dövrün  güman  edilən  qiyməti  layihənin  bütün  fəaliyyət 
dövrü üçün dəyişməz kimi istifadə olunur. 
Beynəlxalq biznesdə malların idxalı zamanı digər bir problem 
ondan  ibarətdir  ki,  yerli  pulun  qiymətdən  düşməsi  zamanı,  xaricdə 
qiymətin sabit qalması şəritində belə, yerli pulla bahalanmaya səbəb 
olur. Ona görə də idxal zamanı yerli qiymətlərin proqnozlaşdırılması 
zamanı  müvafiq  mübadilə  məzənnələri  haqqında  məlumat 
olmalıdır.Real sferadan daxilolmalar(satış bazarı) öyrənilərkən ilkin 
nöqsanlar təhlil edilməlidir.Daxilolmalarda malların satışından əldə 
olunan  daxilolmalar  üstünlük  təşkil  edir.  Bu  zaman  istehlakçının 
aldığı güzəştlər potensial daxiolma axınını azaldır, buraxılış qiyməti 
daxil  olmaqla  ƏDV  isə  dafekto  daxilolmalara  gətirib  çıxartmır, 
çünki  o,  birbaşa  büdcəyə  yönəldilmişdir(ehtiyatların    alınması 
zamanı  artıq  ödənmiş  ƏDV  əvəzləşəndən  sonra).  Planlaşdırmanın 
məqsədləri  üçün  daxilolmaların  brutto  məbləğinin  yaxud  netto 
məbləğinin  göstərildiyi  əsas  deyil.  Netto  daxilolmaların  məbləği 
daha  tez-tez  istifadə  olunur,  çünki  o,  planlaşdırmanı  daha  aydın 
edir. 
Əmlakın ümumən bütövlükdə satılmasından  da daxilolmalar 
mövcuddur.  Planlaşdırmada  söhbət  plan  dövrünə  qalıq  dəyərindən 
gedir.Bazar  tədqiqatlarının  tərkibi,  əsasən  bazarın  təhlili,  layihənin 
hazırlanması zamanı qarşıda duran ən vacib məsələrdən biridir. Bu 
təhlil  çox  zaman  xarici  ekspertizalarla  aparılır  və  bu  zaman  həm 
satış,  həm  də  tədarük  bazarı  araşdırılır.Bazarın  təhlili  tələb  və 
mövcud  təklifin  qeydiyyatından  başlanır(statik  təhlil).  Tələbi  və 
onun  tərkib  hissələrini  seqmentlərə  ayırmaq  və  real  təkliflə 
qarşılaşdırmaq  lazmdır.  Tələb  və  təklifin  qarşılaşdırılmasının  dəqiq 
təhlili  bazara  çıxmaq  məqsədilə  istifadə  oluna  biləcək,  bu  vaxta 
qədər  nəzərdən  qaçmış  seqmentləri  aşkara  çıxartmağa  imkan  verir. 
Təklifin  təhlili  aşağıdakı  suallara  cavab  verməlidir:  tələbin  yerli 
istehsalçılarla  ödənib  ödənmədiyi,  idxala  kvotanın  olub  olmaması, 


                                                                                24 
 
 
nə  qədər  firma  və  ya  şirkət  bu  məhsulu  istehsal  edir  və  onların 
istehsal həcmi nə qədərdir. 
       Nəhayət maya dəyəri ilə qiymət arasındakı nisbət və ya bazarda 
rəqabət  və  gəlir  haqqında  informasiya  olmalıdır.  Bu  informasiya 
bazara  çıxış  zamanı  rəqiblərin  davranışını  qiymətləndirməyə  imkan 
verir.  Bazarın  qarışıqlığı  çox  olduqca  və  layihə  bazara  nisbətən  nə 
qədər böyük olarsa, rəqiblərin mümkün ehtiyyatlarını  nəzərə almaq 
bir o qədər vacibdir. 
Informasiya ticarət palatalarından, iqtisadi birliklərdən, idxal 
və ixracın statistikasından və digər ikinci dərəcəli qurumlardan alına 
bilər. Bəzi hallarda özünün birinci mərhələdə  təhlilini keçirmək olar. 
      Növbəti  addım  bazarın  inkişafının  öyrənilməsidir(dinamik 
təhlil).  Bu  təhlilin  nəticəsində  layihənin  məhsuluna  olan  potensial 
tələb  və  vacib  ehtiyyatlar    bazarında  qiymətləri  müəyyən  etməyə 
imkan verir. Müxtəlif bazar seqmentləri arasında müxtəlif dövrlərdə 
istehlak  haqqında  məlumat,  artım  sürəti    və  bazarın  genişlənməsi 
imkanları haqqında informasiya tələb olunur. 
     Beynəlxalq  biznesdə  bazar  araşdırmaları  zamanı  aşağıdakı 
məsələləri aydınlaşdırmaq lazımdır. 
1.
 
bazar  seqmentlərinə  bölməklə  müvafiq  məhsullara  tələb  və 
onun həcminin müəyyən olunması; 
2.
 
daxili və xarici istehsalçılara və müvafiq seqmentlərə bölünmüş 
olaraq öyrənilən təklif, bazarın qarışıqlığı və rəqiblər haqqında 
məlumat; 
3.
 
bazarın inkişaf tendensiyası; 

 
ümumi artım sürəti;  

 
seqmentlər üzrə artım sürəti;  

 
lahiyyənin fəaliyyət dövrü üçün böyümə proqnozları; 

 
istehsalat güclərinin rəqiblərdə artma tendensiyası; 
4.
 
ayrı-ayrı seqmentlər üzrə tutulacaq bazar payı; 
5.
 
marketinq strategiyası ” 4p; 

 
istehsalat proqramı ”p (product); 

 
qiymət siyasəti ”p (proce); 

 
satış və distribusiya yolları ”p (place); 

 
reklam strategiyası ”p (promotion). 
Beynəlxalq 
biznesdə 
proqnozlaşdırma 
metodlarının 
öyrənilməsi  əsasən  inkişafı  müəyyən  edən  iqtisadi  dəyişənlər 
məlumdursa  keçmişə  əsaslanan  proqnozlaşdırma  metodlarından 


                                                                                25 
 
 
istifadə  etmək  olar.  Bu  zaman  gələcəyin  indiki  vəziyyətin  davamı 
olduğu və gələcək inkişaf tendensiyasının keçmişin inkişafına uyğun 
olmasından  irəli  gələrək  fəaliyyət  göstəriləcək.  Əgər  bu  doğrudursa 
keçmiş 
göstəricilərin 
əsasında 
etibarlı 
proqnozlaşdırma 
mümkündür.Proqnozlar üçün çox zaman aşağıdakı proqnozlaşdırma 
metodlarından istifadə olunur. 

 
Trendlərin ekstrapolyasiyası; 

 
Sadə reqressiv hesablamalar; 

 
Multireqressiv hesablamalar; 

 
Aparıcı indiqatorlar üzrə hesablamalar; 

 
Istehlak əmsalları metodu üzrə hesablamalar. 
        Trendlərin  ekstrapolyasiyası  zamanı  keçmiş  dövrlərdə  olan 
tendensiyaların  qalacağından  irəli  gələrək  hərəkət  edilir.  Dövrlər 
üzrə  müşahidə  olunan  artım  və  ya  azalmanın  eyni  formada  davam 
etdiyini qəbul etsək, onda xətti trenddən danışılır. 
Tutaq  ki,  x  proqnozlaşdırıln  dəyişəndir,  b  tam  illik  dəyişmə,  t  isə 
qiymətləndirmə dövrü: 
                                                  Xt = A+Bt 
A  parametri  qrafikdə  absis  oxunun  kəsiyi  kimi  göstərilən  bazis 
iriliyidir.  B  parametrini  funksiyanın  artımı  kimi  izah  etmək  olar. 
Aşağıdakı qrafikdə B müsbətdir və trendin böyümə xəttini müəyyən 
edir. 
         Keçmiş  dövrün  təhlili  zamanı  əksər  hallarda  müəyyən  olunur 
ki, kəskin dəyişikliklər deyil, nisbi dəyişikliklər xarakterikdir. Artım 
tempi  daimidir.  Belə  hallarda  eksponent  funksiyalardan  söhbət 
gedir. 
                                       Xt= A*B üstü t 
Logxt(index)= logA+t logB 
logXt-Y  nin  yerinə  logA-A,  logb-nin  yerinə  B  qoysaq  onda 
aşağıdakı kimi yazmaq olar: 
                                Y= A+Bt 
 

 
 
 
 
X=A+Bt 
A            


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə