274
xalqının milli mənafeyinə faydalı olan iqtisadi əlaqələr və
təsərrüfat də səbəbsiz deyildir və onların burada öz rnaddi və
digər maraqları vardır. Məhz bu fəaliyyəti yaratmaq günün vacib
problemlərindən biridir.
Azərbaycanda daxili bazarın tənzimlənməsi, daxili siyasi
sabitliyin bərpa edilməsi xarici iqtisadi əlaqələrin yaradılmasında
həlledici amildir. Xarici sərmayəçilər və iş adamları bu
xüsusiyyətləri nəzərə almaqla Azərbaycanın sənayesinə, kənd
təsərrüfatına, tikintisinə və digər sahələrə investisiya qoymaq
niyyətilə respublikamızla əlaqələrə girirlər. Onların təklif
etdikləri və bəzi hallarda yaratdıqları müştərək müəssisələr
ölkəmizin iqtisadi dirçəlişinə təkan verə bilər.
Hal-hazırda bir sıra obyektiv və subyektiv səbəblər üzündən
Azərbaycanda yaranmış şəxsi mənafe psixologiyası onun gələcək
iqtisadi dirçəlişinə çox ciddi zərbə vurur.
Dövlət səviyyəsindən tutmuş kiçik müəssisə rehbərliyi
səviyyəsinə kimi xarici iqtisadi münasibətlərin qurulmasında
yalnız şəxsi qazanca üstünlük vermək dözülməz haldır. Bu isə
əksər hallarda ona görə üzə çıxır ki həmin adamlar iqtisadi
qanunları, menecmenti, marketinqi, bazar iqtisadiyyatının
tələblərini sadəcə olaraq bilmirlər və bəzi hallarda ise naşılıqdan
özləri-özlərini aldatmış olurlar.
Əgər yaxın keçmişdə xarici iqtisadi münasibətləri
tənzimləyən dövlət orqanları yox idilərsə, indi onların hamısı
təşkil edilmişdir və fəaliyyət göstərirlər. Yeni təşkil edilmiş
İqtisadi İnkişaf Naziriliyi, Dövlət Gömrük Komitəsi, Ticarət-
Sənaye Palatası və digər əlaqodar təşkilatlar Azərbaycanın xarici
iqtisadi əlaqələrin yaradılması və fəaliyyət göstərməsi üçün öz qəti
sözlərini deməyə başlamışlar.
Yaxın keçmişdə iqtisadi əlaqələr Sovet imperiyasının
mənafeyinə uyğun şəkildə qurulurdu, ona görə də bizim təbii
ehtiyatlarımız talan olunurdu. Belə ki, rcspubilkadan ixracın
hecmi, idxalı 1,5 milyard Sovet manatı üstələyirdi. İxracın
strukturu əsas etibarı ilə xammallardan ibarət idi ki, bu da
respubilkanın mənafeyinə zidd idi. Ixracda hazır məhsulun xüsusi
çəkisi çox cüzi idi, Sənaye müəssisələrinin coxu kənardan
gətirilən xammal əsasında isləyirdi.Kənardan gətirilən xammalın
275
həcrni ixrac edilən xammalın 30%-ni təşkil edirdi. Respubilkanın
bir çox avadanlığa, dəzgahlara, maşınlara, kombaynlara,
traktorlara, avtomobillərə, balıqçılıq gemilərinə və s olan
tələbatının hamısı (100%) idxal hesabına ödənilirdi. İstehlak
mallarının 70%-i kənardan gətirilirdi. Minik avtomobilləri,
velosipedlər, paltaryuyan maşınlar, tozsoranlar, bir çox növ
pambıq parçalar, trikotaj məmulatı və s. idxal olunurdu.
Müstəqillik qazanmış Azərbaycan Respubilkasının xarici
iqtisadi əlaqələrində köklü dəyişikliklər baş vermişdir.
Mövcud MDB məkanında iqtisadi əlaqələr pozulmuş,
kooperasiya əlaqələri zəifləmiş, uzun illər ərzində təşəkkül tapmış
qarşılıqlı malgöndərmədə xaos vəziyyəti yaranmışdır. Müstəqillik
əldə etdikdən sonra Azərbaycan mal idxalı və ixracı üçün
dünyanın başqa ölkələrinə (100-dən çox dövlətə) üz tutmuşdur.
İdxal və ixrac üzrə xarici ölkələrlə əlaqələrin həcmi və dinamikası
yüksəlmişdir.
Yuxarıda qeyd olunduğu kmi ümumi mal dövriyyəsində
Rusiya. Ukrayna, İngiltəro, İran və Türkiyənin payı üstünlük
ləşkil edir. İranın payı (1997-ci il) 11,96%, Türkiyənin xüsusi
çəkisi 6,9% təşkil etmişdir. Ümumi mal dövriyyəsındə Rusiyanın
və Ukraynanın xüsusi çəkisi nisbətən azalmış və müvafiq olaraq
25,11% və 14,71% təşkil etmişdir. 1998-ci ildə xarici iqtisadi
fəaliyyətlə məşğul olan təşkilatların sayı 1486-ya çatmışdır. Birgə
müəssisələrin sayı 218, xarici iqtisadi assosiasiyaların sayı 86
olmuşdur. Xarici firmaların 20 ölkəni temsil edən nümayəndəliyi
açılmışdır. Lakin xarici iqtisadi əlaqələr üzrə mal dövriyyəsinin
60,7%-i 6 ölkənin payına düşür.
Ancaq real vəzıyyətı dəqiqliklə göstərmək çətindir. Çünki,
hələlik yalnız Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin məlumatlarına əsaslana bilərik ki, o da xətasız
deyildir.
1997-ci ildə Respubilkanın ticarət balansı aktiv saldoya
malik olmuşdur. Bu, sevindirici hal sayıla bilərdi, lakin nəzerə
almaq lazımdır ki, biz ancaq xammal ixrac edirik və yəqin ki,
yaxın illərdə indi ixrac etdiyimiz xammalı idxal etmək
məcburittətində qalacağıq, özüdə daha baha qiymətə. Buna görə
də Respublikada istehsalın həcminin azalması təkcə istehsal
276
imkanlarının məhdudlaşdırılması ilə yox, həm də xarici iqtisadi
fəaliyyətin düzgün təşkil edilməməsi ilə əlaqədardır. Xarici ölkələr
Azərbaycanla müştərək iqtisadi fəaliyyəti siyasi sabitlik və bazar
iqtisadiyyatının inkişafı ilə əlaqələndirirlər.
Birgə müəssisələrin yaradılması respublikamızın dünya
iqtisadi inteqrasiya prosesinə qoşulmasında böyük rol oynayır.
Xarici tərəfdaşların müasir işgüzar əlaqələrə cəlb edilməsinin
mühüm amillərindən biri də onların, ixrac bazarlarının
bölmələridir.
Respublikanın sənayesi kooperasiyanın inkişafına o vaxt
hazır olar ki, hər iki tərəfin iqtisadi maraqlarına cavab verən
layihələr və formalar tapılsın. Xarici banklar və firmalar iqtisadi
səmərəliliyinə inanmadıqları layihələrin reallaşmasında iştirak
etmir və investisiya qoymurlar. Buna görə də layihələrin
beynəlxalq tələblərə cavab verən keyfiyyətli texniki-iqtisadi
əsaslandırmaya (biznes-plana) uyğun hazırlanması böyük
əhəmiyyət kəsb edir.
Birgə qarşılıqlı işgüzarlıqda təşəbbüs əvvəlki kimi xarici
fırmaların əlindədir, İndi bütün ölkələr xarici kapital uğrunda
mübarizə aparırlar. Bizdə də bu mübarizə üçün dövlət proqramı
olmalıdır. Birgə müəssisələrin çoxu böyük deyil və onların
əksəriyyəti ticarət sahəsində təmsil olunurlar.
Azərbaycanda bazar iqtisadiyyatına keçilməsinə və bu
prosesin normal inkişafına mane olan bir sıra amillər vardır ki,
onlan aşağıdakı kimi sistemləşdirmək olar:
1. Ölkəmizdə gedən müharibədə kövrək atəşkos rejiminin
davam etməsi
(«nə sülh - nə də müharibə» vəziyyəti);
2. istehsal müəssisələrin işləməməsi və istehsal həcminin
kəskin azalması;
3. keyfiyyətsiz malların qiymətlərinin dünya bazarı
səviyyəsinədək artması;
4. müəssisələr arasında əlaqələrin zəifləməsi və ya
pozulması;
5.
yaxın və uzaq xarici dövlətlərlə inteqrasiyanın zəifliyi;
6.
büdcəsinin kəsirdə qalması;
7.
xarici borcların artması və s.
Dostları ilə paylaş: |