20
verir. Digər tərəfdən adıçəkilən kalkulyasiya məsrəfləri (fiktiv)
ödəmə hesab olunmur.
Xərclərin təhlili ona görə vacibdir ki, onlar ödəmələrlə üst-üstə
düşməsələr belə dolayısıyla ödənilən vergilərin həcminə, bəzən də
gəlirdən asılı olan dividentlərin miqdarına təsir edir. Bu ödənişləri
qiymətləndirmək üçün amortizasiya məbləğlərinə əsaslanan mənfəət
və zərərin hesabatı lazımdır.
Plan balanslarının tərtibatı, mənfəət və zərər hesabatının
tərtibatı üçün istifadə olunan daha bir ödəniş növü vardır. Bu
ödənişlər layihə qəbul olunana qədər həyata keçirilir və əvvəlki
tarixlə dəyişdirilə bilməz. Bir qayda olaraq bunlar balansın aktivində
layihənin hazırlanması xərcləri kimi qeyd olunurlar və bir neçə dövr
ərzində silinirlər. Bununla onlar gəliri və beləliklə də vergi
ödənişlərini azaldırlar. Buna görə də onlar dolayısıyla layihənin
ödəniş sırasına təsir edirlər.
Likvidliyin planlaşdırılması zamanı mənfəətin bölüşdürülməsi
və kapitalın sahibkarlara qaytarılması da öz əksini tapmalıdır.
Monetar mühitin bu ödəmələri nə xərclərə, nə də mədaxilə aid deyil.
Bu halda xərc və məsrəflərin növləri öyrənilməli və əsas
fondlara çəkilən xərc, məsrəf və ödəmələr göstərilməlidir.
Əsas istehsalla bağlı ödəmələr axını aşağıdakıların nəticəsində
yaranır:
torpaq sahələrinin alınması;
lazimi
infrastrkturun
yaradılması,
kommunikasiyalara
qoşulma;
binaların alınması və təchiz
edilməsi;
maşın, avadanlıq və nəqliyyat vasitələrinin alınması;
patent və lisenziyaların alınması.
Əmlakın bu mövqeləri aktivə əsas vəsaitlər kimi daxil olunur
(torpaq sahələri istisna olmaqla) və onların dəyəri sistematik olaraq
istismar dövründə silinir. Layihə araşdırmalarında çox zaman
əmlakın dəyəri illər üzrə bərabər bölüşdürülür. Bu bölünmüş paylar
da elə xərcləri təşkil edir( amortizasiya məbləği).
Bu halda real sferadan daxilolmların və real sferaya axınların
müəyyən olunması vacibdir.
Maliyyələşdirmə sahəsi real sferayla ilk növbədə satış tərəfdən
mal və xidmətlərin dövriyyəsindən əldə olunan vəsaitlərlə bağlıdır.
Tədarük bazarları ilə ilk növbədə əsas və dövriyyə vəsaitlərinin