149
1. Qiymətli kağızların buraxılması üzrə vasitəçilik fəaliyyəti
və qiymətli kağızların ilkin yerləşdirilməsi üzrə emitentlərin
sifarişlərinin qəbulu və icrası ilə əlaqədardır;
2. Qiymətli kağızlar üzrə kommersiya (diler) fəaliyyəti. Bu
fəaliyyət özünü qiymətli kağızların alqı və satqısı üzrə
sövdələşmələrin həyata
keçirilməsində göstərir;
3. Qiymətli kağızlar üzrə komission (broker) fəaliyyəti. Bu
qiymətli kağızların alqı və satqısı üzrə sövdələşmələrin həyata
keçirilməsində komission haqqıdır;
4. Qiymətli kağızlar üzrə digər fəaliyyətlər. Bu yuxarıda
sadalanan fəaliyyətlərlə əlaqədar olan müstəqil fəaliyyət
şöbələrini əhatə edir.
Beynəlxalq maliyyə bazarının tərkibi dedikdə, bu beynəlxalq
bazarda fəaliyyət göstərən alətlər və fond qiymətləri başa düşülür.
Bazar iqtisadiyyatı şəraitində beynəlxalq maliyyə bazarının
tərkibi xeyli genişdir. Bu, ilk növbədə özəl bölmənin mövcudluğu
və öz iqtisadi-maliyyə fəaliyyətinin daim genişləndirilməsi ilə
əlaqədardır.
Beynəlxalq maliyyə bazarının tərkibində əsas yeri ümumi
halda dövlətin qiymətli kağızları və xüsusi, yaxud özəl sektorun
qiymətli kağızları tutur.
Beynəlxalq qiymətli kağızlar bazarı alətləri arasında əsas
yeri dövlət borc öhdəlikləri tutur. Borc öhdəlikləri dedikdə
dövlətin qiymətli kağızları nəzərdə tutulur. Çünki dövlət bu
qiymətli kağızların dəyərini vaxtı çatdıqca ödəməlidir. Belə halda
dövlət qiymətli kağız buraxmaqla üzərinə borc öhdəliyi götürür.
Bu qiymətli kağızların emitentləri mərkəzi hökumət, yerli
hökumət orqanları, dövlət himayəsi və yaxud zəmanətli olan
idarələr və təşkilatlardır. Dövlət qiymətli kağızlarını aşağıdakı
məqsədlər üçün emissiya edir və ya buraxır:
1.
Cari maliyyə kəsirini maliyyələşdirmək;
2.
Bundan əvvəl bölüşdürülmüş və ya yerləşdirilmiş
istiqrazların ödənilməsi;
3.
Dövlət büdcəsinin kassa icrasını təmin etmək;
4.
Vergi ödənişləri daxil olmalarının qeyri-bərabərliyinin
aradan qaldırılması;