Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   ...   19

ziyarət yerinin  olması,  «Yeddi  kimsənəyə and olsun»  ifadəsi  sayın
t
kəsinliklə  yeddi  olduğunu  bildirir.  Əlbətdə,  bu  rəvayətdir.  Həqiqət 
isə  «Qurani-Kərim»  dəki  kimidin  (  insanların  kimi:)  «Onlar  üç 
nəfərdir,  dördüncüləri  də  itləridiri’;  Yenə:  "Beş  nəfərdir,  altıncılan 
itləridir” -deyəcəklər.
/Bunlar/  bilinməyən  haqqında təxminən  deməkdir.  (Kimləri 
də:)  «Onlar  yeddi  nəfərdir,  səkkizinci  itləridir»  deyirlər.  De  ki, 
onların  saylarını  Rəbbim  daha  yaxşı  bilir.  Onlar  haqqında  biliyi, 
məlumatı  olan  çox  azdır...»3  Deməli,  onların  sayı  ilə  bağlı 
mübahisə açmaq bizim məqsədimiz ola bilməz.
İtlə  əlaqəli  fikirlər  də  müxtəlifdir.  Bəzi  qaynaqlarda  onun 
qovulduğu,  bəzilərində  isə  çoban  tərəfindən  öldürüldüyü  və 
basdırıldığı söylənmədədir/Naxçıvanda da belədir/.
«Qurani-Kərim »də  isə:  «Özləri  yuxuda olduqları  halda sən 
onları  oyaq  sanırdın.  Onları  sağa,  sola  çevirirdik.  İtləri  də 
mağaranın girişində qabaq ayaqlarını uzatmış, yatmaqda id i... »4
Beləliklə, 
itin  onlar  mağarada  olarkən  sağ  olduğu 
aydınlaşır.  Maraqlı  burasıdır  ki,  it  müqəddəslərin  yatdıqları 
mağaraya daxil olmamışdır.
«Qurani-Kərim»də  xəbər  verilən  mağaranın  Naxçıvanda 
olmasını  sübut  edəcək  bir  fikir  də  diqqəti  cəlb  e d ir  «Beləcə 
(insanları)  onlardan  xəbərdar  etdik  ki,  Allahın  vədinin  haqq 
olduğunu,  qiyamətin  şübhə  götürməz olduğunu  bilsinlər.  Bu sırada 
onlar aralarında  «Əshabi-Kəhf»in  vəziyyətini  araşdırırdılar.  Dedilər
11


ki:  «Üzərlərinə  bir  bina  tikin.  Rəbləri  onları  daha  yaxşı  bilir.» 
Onların  vəziyyətinə vaqif olanlar  isə:  «Bizlər,  kəsinliklə  onların  yan 
başlannda bir məscid tikəcəyik» dedilər».5
Uzun 
illərdən 
bəri 
bizi 
ayədəki 
məscid 
məsələsi 
düşündürürdü.  Naxçıvan  «Əshabi-Kəhf»indəki  indiki  məscid  də 
qeyb  olanların  yanbaşı  istiqamətindədir.  Kitabənin  qoyulma 
tarixinə  əsaslanaraq  buranın  ən  azı  XY  yüzillikdən  məscid  kimi 
istifadə  edildiyini  söyləmək  olar.  Lakin  bura  ilin  yağmurlu 
vaxtlarında  ibadət  üçün  əlverişsizdir.  Digər  tərəfdən  indiki 
məscidin  yerində  heç  bir  tikil,  hörgü  olmamış,  sadəcə  dağ 
daşlanndan  hündür  olmayan,  məhlulsuz  divar  düzəldilmişdir.  Son 
bərpa  işləri  zamanı  həmin  daşlar  kərpic  divarla  əvəz  edilmişdir. 
Deməli,  burada  ayədəki  məsciddən  söhbət  gedə  bilməz.  Bizim 
üçun  müəmmalı  olan  bu  məsələ  adi  bir təsadüf  nəticəsində  elmi 
həllini  tapdı.  2002-ci  ilin  may  ayında  tanınmış  türk  geoloqu  prof. 
Dok. 
Salih 
Bayraktutan.  burada 
olub 
geoloji 
məsələlərlə 
maraqlanarkən  qədim  tikil  (divar)  qalıqlannı  Nazim  Bababəyliyə 
və onlarla  birlikdə olan  Əli  Qurbanova göstərmişdir.  Sonra  Nazim 
müəllim  məsələni  mənə bildirdi.  Birlikdə  ilkin  araşdırma aparari<ən 
əsl  möcüzəyə  rast  gəldik.  Qeyb  olanların  yanbaşında,  mağaranın 
içərisində,  «Yeddi  kimsənə»  adlanan  məqamdan  55-60  metr 
aralı,  eyni  istiqamətdə  15  metr  uzunluğunda,  çox  qədim  tarixə 
malik  olan  divar  qalıqları  aydın  şəkildə  görünməkdədir.  Bəzi 
yerlərdə  40  sm  hündürlüyündə  qalan  divar  əhəng  məhlulu  ilə
12


hönülmüşdür.  Tikinti  üçün  seçilmiş yer təbii  tavana  malik  olmaqla,
t
ancaq  divar  çəkilən  tərəfi  açıqdır  ki,  bunu  da  divarla  əhatə  edib 
bina  tikmişlər.  Divar  ikiqat  olmaqla  aşağıdan  yuxarıya  qalxdıqca 
səthi  düzəltmək  üçün  kiçik  daşlardan,  yuxarı  hissədə  iri  yastı 
daşlardan  hönülmüşdür. 
İçərinin  düz  və  ibadət  üçün  əlverişli 
olması  məqsədilə  ora  qum  qarışıq  toıpaq  töküldüyünü  söyləmək 
olar.  Uzun  illər  burada  od  və  ya  şam  yandırılması  nəticəsində 
tavan  və təbii  divariar tamam  qaralmışdır.  Tikilinin  ətrafında çoxlu 
xırdabuynuzlu  heyvan  sümüklərinin,  kül  qatının  olması  burada 
xüsusi  mərasimlərin  keçirildiyini  söyləməyə  imkan  verir.  Divarın 
uçub  tökülməsi  nəticəsində  ətrafda  hündür mədəni  təbəqə  əmələ 
gəlmişdir.
Salih  Bayraqtutanla  bir  daha  görüşüb  məsələ  ilə  bağlı 
müzakirə  apararkən  o  məhlula  əsasən  tikilin  ən  azı  2000  il 
bundan  əvvələ  aid  olduğunu  söyləməklə  bildirdi  ki,  məhlul 
qalıqlarını  laborator  analiz  etməklə  tarixin  daha  qədim  olduğunu 
sübuta  çatdırmaq  olar.  Tanınmış  memar  prof.  Dok.  V.  Kərimov 
Naxçıvanda  əhənglə  işləmənin  3000  ildən  artıq  tarixə  malik
i
olduğunu  söyləyir.  Məsələ  ilə  bağlı  “Şərq Qapısı” qəzetinin  18  iyul 
2002-ci  il sayında ayrıca məqalə nəşr etdirmişik.
Biz  “Qurani-KərinTdəki  məlumatlara,  müxtəlif  qaynaqlara, 
rəvayətlərə  əsaslanaraq  “Ə shabi-Kəhflə  bağlı  bəzi  məsələlərə 
açıqlama  vermək  istərdik.  İlk əvvəl  mağaranın  tarixiliyi  diqqəti  cəlb 
edir. 
"Qurani-KərinTdən 
\
 onun 
əvvəlcədən 
mövcud  olduğu
13


görünm əkdədir."...  O  halda  mağaraya  sığının  k i...”  ifadəsi  xalqın 
buranı  əvvəlcədən  bildiyini  söyləməyə  imkan verir.  Onların  buraya 
sığınması  bir  tərəfdən  gizlənmə  ilə  əlaqəlidirsə,  digər  tərəfdən 
onun  müqəddəsliyi,  kutsallığı 
ilə  bağlıdır.  Çünki,  Rəblərinin
rəhmini  burada  qazana  bilərdilər.  Mağaranın  quruluşu,  təbii- 
coğrafi  şəraiti  ilə tanışlıq  buranın  ilkin  yaşayış  məskənlərindən  biri 
olmasını  söyləməyə  imkan  verir.  Mağarada  qışın  soyuğyndan, 
yayın  istisindən  qorunmaq  üçün  hər  cür  şərait  vardır.  Son  illərə 
qədər mağaranın  girəcəyindən  çıxan  bulaq  içməli  suyu  tam təmin 
edə bilərdi.
İndi  bulaq  baxımsızlıqdan  qurumuşdur.  Mağaradakı  təbii 
sığınaqlar  ayn-ayrı  otaqları  xatırladır.  Uzun  illər  yandırılmış 
tonqalların  təsirindən  divarlar xeyli  qaralmışdır.  Buranın  təbii  girişi 
çox  çətin  keçilə  bilən,  sürüşkən  qayadan  ibarət  idi  ki,  bu  da 
mağaradakılan 
düşmənlərin 
və 
vəhşilərin 
hücumundan  .
qoruyurdu.  Bütövlükdə  qayalıqlar  və  daşlardan  ibarət  olmasına 
baxmayaraq, çoxlu ağac və kollar vardır.
Qeyd  edək  ki,  yaşıllıq  ancaq  buradadır.  Əsl  möcüzədir. 
Ətraf istidən  od tutub yanır,  insanın  nəfəsi  kəsilir.  Burada  isə sərin 
bulaq,  yaşıllıq.  Bu,  Allahın  möcüzəsidir.  Allahın  hökmü  ilə 
insanların  ilk  sığınaq  yeri  olmuşdur.  Son ralar  insanlar  buranı  tərk 
etsələr  də,  zaman-zaman  buraya  gəlmiş,  müəyyən  mərasimlər 
keçirmiş, 
nəhayət, 
‘Ə shabi-Kəhf 
hadisəsilə 
ziyarətgaha 
çevirilmişdir.
14


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə