Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   ...   19

Yuxarıdakı  mənbələrdən  məlum  olur  ki,  “Əshabi-Kəhflə
%
əlaqəli  rəvayətin  birbaşa  xristianlıqla  əlaqələndirilməsi,  xüsusən 
hind-ari  (Roma-yunan,  İspaniya) 
mənşəli  hesab  edilməsi 
məsələyə birtərəfli yanaşmadır.
Bununla  bağlı  “Qurani-Kərim"  “K ə h f  surəsinin 
9-cu 
ayəsinin  açıqlanmasına  diqqət  yetirdikdə  məlum  olur  ki,  tərcümə 
müxtəlit mənbələrdə tərqli verilmişdir.
‘Yoxsa 
Kəht 
və 
Rakim 
əhlinin 
bizim 
şaşılacaq 
ayələrimizdən bir şey mi sandın?’’19
“Ey  Mühammed,  yoxsa  sən  Kəht  və  Rakim  sahiblərini 
şaşılacaq ayələri m izdən m i sandın?”20
‘Yoxsa  sən,  ey  Mühammed,...Mağara  və  kitabə  əhlini 
şaşılacaq ayələrimizdənmi zənn etdin?”21
“(Rəsulum)... 
Yoxsa 
sən 
bizim 
ayələrimizdən
/sadəcə/Kəhf  və  Rakim  sahiblərinin  ibrətə  şayan  olduqlarınımı 
sandın?”22
“Kəht  və  Rakim  əsabının  əhvalını  dəlillərimiz  içərisində 
şaşılacaq bir dəlilmi sandın?”23
‘Yoxsa  Kəhf və  Rakim  əhlinin  taleyi  sənə  qəribə  gəldi,  elə 
bildin ayələrimizdən qəribəsi təkcə bu imiş?”24
Bu 
ayədəki 
Kəhf 
sahibləri  ("Əshabi-kəhf”) 
artıq
rəvayətlərdən  məlumdur.  “Qurani-Kərim”in  sonrakı  ayələrində /10- 
26/ onlarla  bağlı  geniş  material  vardır.  Bəs,Rakim  sahibləri  kimdir 
və  ya  Rakim  ifadəsi  ilə  pə  nəzərdə  tutulur?  Ayrı-ayrı  müəlliflər
«•
»
19


buna müxtəlif cəhətdən yanaşmışlar.
Əbdülbaki 
Gölpınarlı 
yazır: 
“Rakiyimin 
sonradan
mağaranın  qarşısına  (içərisinə  H.Q.)  qoyulan  və  üzəıində 
"Əshabi-Kəhfin  başına  gələn  hadisələrin  həkk  edildiyi  /qazıldığı/ 
daş  lövhə  olduğu  Cübeyr  oğlu  Saiddən  rəvayət  edilmişdir. 
"Əshabi-Kəhf 
haqqında 
yazılmış 
bir 
kitabdır-deyənlərdə 
mövcuddur. Rakimin lüğəti mənası yazılmış şeydir.”25
Elmallı  M.Həmdi  Yazır  məsələ  ilə  bağlı  qeyd  e d ir  "Kəhf 
dağlarda  bilavasitə  geniş  olan  mağaralara  verilən  addır.  Kiçiyinə 
“ğari'deyilir. Türkcəsi “in”dir.
Rakim  bizim  kitabə  dediyimiz  yazılı  daş,  metal  və  s. 
düzəldilmiş lövhə deməkdir”.26
Təfsirlərə  görə,  kəhf  dağda  olan  geniş  mağara  deməkdir. 
“Rakim”in  nə  olduğu  ilə  bağlı  bir nəticə  əldə  olunmamışdır.  Ancaq 
bu  mənalardan  biri  olacağı  ehtimal  edilir  Mağaranın  olduğu  dağ, 
ya vadi  "Əshabi-Kəhfin adlannın yazıldığı kitabə.27
Avropa  mənbələrində  Rakim  “Ə shabi-Kəhfin  başına 
gələnlərin yazılıb mağarada qoyulduğu mis lövhədir.28
Yazılı mənbələrdən belə nəticəyə gəlmək olar
1. Mağaranın sahəsi geniş olmuşdur.
2. Bu rada yazılı kitabə qoyulmuşdur.
Naxçıvandakı  ‘Əshabi-Kəhfmağarası  geniş  olmaqla  burada  bir 
neçə  kitabə  vardır.  Kitabənin  tədqiqatçısı  Hacı  Fəxrəddinin
20


araşdırmalarından  məlum  olur  ki,  üzərində  “Q urani-Kərim in  “Əl-
%
K ə h f  surəsinin  9,10,11,12,17  və  18-ci  ayələri  həkk  edilmiş 
mərmər  lövhə  /kitabə/  təbii  aşınma  nəticəsində  məhv  olmaq 
təhlükəsində  olduğu  üçün  Naxçıvan  ölkəsinin  hakimi  Şükürulla 
xanın  qərarına  əsasən  onun  üzü  təzədən,səhvsiz,  ayn  bir  daşa 
yazılaraq  əvvəlki  daşın  yerinə  qoyulmuşdur.  Bu  h.  1190,  miladi 
1776-cı ildə olmuşdur.29
Bu  baxımdan  rus  tədqiqatçılarının  araşdırmaları  diqqəti 
cəlb  edir.  Onlar  mağaranın,  onunla  bağlı  rəvayətin  tarixini 
xristianlıqla  bağlamağa  çalışırlar.  Hətta  rəvayətdəki  Dağ  Yunisin 
Roma  hökmdarı  Detsiy  olduğunu  iddia  edirlər.30  Bu  yazılarda 
ancaq  Efesdəki  mağaradan  danışılır.  Başlıca  diqqət  mağaranın 
deyil,  rəvayətin yaranma tarixinə yönəlmişdir.
Əbu  Reyhan  Biruninin  də fikirləri  bu  istiqamətdədir.  Bunun 
səbəbi isə onun rəvayəti xristianlar arasından toplamasıdır.31
Naxçıvandakı  “Ə shabi-Kəhflə  bağlı  rəvayət  1881-ci  ildə 
K.Nikitin  tərəfindən  toplanmış  və  nəşr  edilmişdir.  Onun  toplanmış 
olduğu  rəvayət  cüzi  dəyişiklərlə  bizim  verdiyimiz  rəvayət  kimidir. 
K.Nikitinin  təqdim  etdiyi  rəvayətdə  bu  ifadə  diqqəti  cəlb  edir 
‘Təm lixa şəhərə gələrkən  bazarda öyrənir ki,  şəhərdə  iki  hökmdar 
va r  müsəlman  və  xristian.  Şəhər  darvazasına  asılmış  bayraqda 
yazılıb:  “Allahdan  başqa  Allah  yo xdu rl32  Bu  fikir  ümumi  səmavi 
dinlər  üçün  xarakterikdir.  Şifahi  xalq  ədəbiyyatından,  toplanmış 
etnoqrafik  materiallardan  məlumdur  ki,  Naxçıvanda,  ümumiyyətlə,
21


islam  dünyasında  bu  ifadə  “Laiiahəilləllah”  kimi  işlədilir.  Bizcə, 
müəllif  bu  fikiri  verərkən  xristianlığa  yol  açmaq  üçün  zəmin 
yaratmışdır.  Digər tərəfdən  müəllif  materialları  kimdən  toplanması 
haqqında  məlumat  vermir.  Ümumiyyətlə,  rəvayətin  heç  bir 
variantında  bu  məsələ  yoxdur.  Bu  müəllifin  çox  ustalıqla  1828-ci 
ildə 
Naxçıvana  İran  ərazisindən 
köçürülmüş  xristianlara 
(ermənilərə-H.Q)hakimiyyət vermə fikrindən irəli gəlir.
Müəlliflərin  başlıca  arqumenti  rəvayətin  islamdan  əvvəl 
baş verməsi, yatmışların qayıtdığı zaman tək Allahlığın olmasıdır.
Toplanmış  materiallar  göstərir  ki,  rəvayət  Orta  Asiya 
türkləri  arasında  da  məlumdur.  Bu  haqda  ilk 
elmi  məlumat 
A.Kalmıkov  tərəfindən  verilmişdir.  Lakin  müəllif  tərcüməçisinin  pis 
olmasına görə rəvayəti tam toplaya bilmədiyini söyləyir.33
Bir  araşdırıcı  olaraq  həmin  bölgədən  “Əshabi-Kəhf’lə  bağlı
i *
rəvayətin  aşkar  edilməsi  bizlər  üçün  maraqlı  idi.  Çünki  biz 
rəvayətin  türk  dünyasında  formalaşmaqla,  onlara  aid  olduğunu 
təxmin edirdik.
Nəhayət,  1978-ci  ildə  Orta  Asiya  türklərin  etnoqrafiyasının 
öyrənilməsində  xüsusi  xidmətləri  olmuş  Q.P.Snesarevin  məqaləsi 
bu  sahədə  yeni  fikirlər  söyləməyə  imkan  verdi.34  Q.P.  Snesarev 
yazır  ki,  rəvayətin  açarını  Orta  Asiyada  deyil,  Kiçik  Asiyada 
axtarmaq  lazımdır.  Topladığı  iki  rəvayətdə  hökmdarın  adı  Dağ 
Yunis  göstərilsə  də,  müəllif  onun  Roma  imperatoru  Kay  Messiy
22


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə