Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   2   3   4   5   6   7   8   9   10   ...   19

Orta  Asiya  variantında  təsvir  edilən  mağaralarla  bağlı 
rəvayətlərdə  Həzrəti 
Peyğəmbərimizin  Hicrət  zamanı  Sevr 
mağarasına  sığınarkən  baş  vermiş  hadisələr  daxil  edilm işdir 
Zülmdən  qaçanlar  mağaraya  sığınırlar,  onların  ardınca  düşənlər 
gəlincə  mağaranın  girəcəyində  hörümçək  tor  toxuyur,  göyərçin 
bala çıxarır.44  Digər bir variantda isə mağaranın çox kiçik olduğunu 
görməkdəyik:  “Onlar  mağaraya  daxil  olduqdan  sonra  girəcəyi 
daşla qapadılar” .45
Bizcə,  rəvayət  Orta  Asiyaya  iki  vasitə  ilə  yayıla  bilər 
birincisi  Qərb  və  Şərq  türklərinin  mütəmadi  əlaqələri,  ikincisi, 
İslamı  qəbul  etdikdən  sonra  “Qurani-Kərim”  vasitəsilə.  Lakin 
buradakı  rəvayətlərdə  də  müxtəlif  variantların  olması  hər  iki  yolla 
yayıldığını  söyləməyə imkan verir.
Rəvayətin  xristianlıq və ondan  əvvəlki  dövrə  aid  olması  da 
daha çox  Naxçıvanla,  buranın  qədim  qıpçaq türk əhalisilə səsləşir. 
Bununla  bağlı  “Kitabi-Dədə  Qorqud”da  “Uşun  qoca  oğlu  Səkrək 
boyu”na  diqqət  yetirək:  Əkrək  Qazan  xandan  axın  /ordu/alıb 
Şirokozdan  çıxıb  Göycə  dənizinə  qədər  çalıb-çapır.  Yolu  kafərin 
əlində  olan  Əlincə  qalasına  düşür.  Qara  Təkurnn  adamları 
tərəfindən  əsir  götürülür.  Qardaşı  Səkrək 
böyüdükdən  sonra 
cənub  istiqamətindən  (Dərəşam  suyu)  Əlincəyə  gəlib  qardaşını 
azad  edir. 
Deməli, 
Əlincə  müsəlman  Лэк  tanrıçı/olmayan 
qıpçaqların əlində idi.  Dastanda rast gəldiyimiz:
27


Yarım kərpic yastıqlı,
Yonma ağac tenriii,
Köpəkim kafər.47
sözləri  ətratdakıların  bütpərəst  və  ya  ikonaya  inanan 
/xristian/ qıpçaqlar olduğunu  göstərir.  Qeyd edək  ki,  "Əshabi-Kəhf 
Əlincə qalasının yaxmlığındadır. Araları  10 km-ə qədər olar.
“Dədə  Qorqud”dakı  katər  dinsizdir.  Azğın  dinlidir.  Adam 
ətindən  qovurma  hazırlayırlar.  Deməli,  onların  məmləkətində  tək 
tanrıçrya  aman yoxdur.
Məsələ  ilə  bağlı  Əbdülqazi  Bahadır  xanın  məlumatına 
diqqət  yetirək: 
‘Türk  xalqı  Yatəsdən  ta  Əlincə  xan  zamanına
qədər müsəlman (tək tanrıçı-H.Q.) idi.
Əlincə Xan  padşah olduqdan sonra xalqın sayı və malı çox 
oldu  və  Kara xan  zamanında katərlikdə elə möhkəm  idilər ki,  əgər 
atasının  müsəlman  (tək  tanrıçı-H.Q.)  olduğunu  eşitsə-oğlu  öldürər, 
oğlu olsa, atası öldürərdi”.48
Deməli,  bu  baxımdan  da  türklərə  bağlılıq  danılmazdır. 
Xristianlıqla  bağlı  tikirlərə  gəlincə  qeyd  etməliyik  ki,  Qərbi 
Azərbaycan,  Qars  bölgəsi,  o  cümlədən  Naxçıvan  ərazisində  M.Ö. 
Tək 
Tanrıçı 
qıpçaq-bulqar-peçenek-oğuz 
türkləri 
məskunlaşmışdılar. 
Onlarla 
Zərdüştlər 
arasında 
tez-tez 
toqquşmalar  baş  verirdi.  Sonrakı  dövrlərdə  məhz  həmin  türklər 
xristialığı  ilk  qəbul  edib  ‘Yuxarı  elləri’,tarixi  Qərbi  Azərbaycan, 
(indiki  Ermənistan)  adlanan  bölgəyə  də  xristianlığı  yaymışlar.
28


Qriqoıyanlıq  isə  əslən  Xorasan  Ərsak  türkü 
Əziz  Anaq  oğlu
%
Qriqor tərəfindən yayılmışdır.49
Tarixi  mənbələr  göstərir  ki,  Naxçıvan  bölgəsində,  eyni 
zamanda  Araz  çayının  güneyində  Naxçıvanla  qonşu  olan 
ərazilərdə  xristianlarla  atəşpərəs  sasanilər  arasında  döyüşlər 
olmuşdur.  Həmin  döyüşlərdə  xristian-qıpçaqlar;  bulqar-vənənd 
türkləri 
romalılaria 
bərabər 
vuruşmuşlar.451-ci 
ildə 
Maku 
yaxınlığındakı  Avarayr  döyüşündə  66  minlik  Roma  ordusunun  4 
qolundan 
üçüncüsünə 
qıpçaq 
sərkərdəsi 
Vənənd 
Tatul 
komandanlıq edirdi.50
Ümumiyyətlə,  qeybə çəkilənlərin  7 nəfər olması,  7  rəqəmin 
müqəddəs  sayılması  ilə  bağlı  inamın  izini  qədim  şumer  dastanı 
"Bilqamıs”da da görürük:
Divar bişmiş kərpicdən bərk hörülüb başa-baş 
Yeddi müdrikmi qoyub qalanın himinə daş?51
Buradakı  “yeddi  müdrik”  yeddi  müqəddəs  kimi  də  işlədilir. 
Dastanda  uzun  müddət yatma süjetinə  rast gəlirik.  Bilqamıs əbədi 
həyat üçün  Utnapiştinin yanına getdikdən  sonra onu yuxu tutur.  7 
gün yatır.5*
"Kitabi-Dədə  Qorqud”da  oğuz  igidləri  7  gün  yatırlar  və 
buna “kiçik ölüm” deyirlər.52
Qeyd  edək  ki,  türk  ədəbiyyatında  yeddi  yatmışların 
‘‘Bilqamıs"dakı yeddi müdriklərlə qarşılaşdırmalarına rast gəlinir.54
X


Anadolu  Bektaşiləri  arasında  7  rəqəmi  ilə  bağlı  bir  rəvayət 
diqqətimizi  cəlb  etdi.  Bu  məsələdən  bəhs  edərək  prof.  dr.  Hikmət 
Tanyu  yazın  “7  və  yeddilər  onlara  görə  hz.  Əli  tərəfdarları  olub 
Yezit  əsgəriərinin  zülmündən  qaçaraq  bir  mağarada  gizlənib 
yuxuya  dalırlar.  Yeddilər,  Yemlihalar,  o  mağarada  300  il  yatanlar 
olub.  Yemliha  .Makselina,  Bemuş,  Debemuş,  Kefete-Tayyuş, 
Şaznuş  və  Kitmir  adlı  itləri  olaraq  ifadə  edilməkdədir.  Rəvayətin 
fərqli şəkilləri vardı
f . s
Bu,  rəvayətin  elm  aləmində  ən  az  məlum  olan  variantıdır. 
Təbii 
ki, 
bu 
variant 
sonralar 
yaranmışdır. 
Naxçıvanda, 
ümumiyyətlə,  Azərbaycanda  rəvayətin  bu  variantı  məlum  deyil. 
Lakin  bir  məsələni  qeyd  etməliyik  ki,  Əhli-Beyt  övladlarına  zülm
•*  j   • (
edildikdə  onların  bir  çoxu  Azərbaycana,  o  cümlədən  Naxçıvana 
pənah  gətirmişlər.Ha-zırda  Naxçıvanda  onlarla  bağlı  3  imamzadə 
var.
Rəvayətin  əski  çağdan  türklərlə  bağlı  olduğunu  təsdiq 
edəcək  əsas  amillərdən  biri  “Əshabi-Kəhf’dəki  inanclardır. 
Araşdırmalar  göstərir  ki,  buradakı  inanclar  qədim  türklərə  aid 
olmaqla, 
arxaik 
xarakter 
daşıyır. 
Toplanmış 
materiallara 
söykənərək  demək  olar  ki,  sırf  islamla  bağlı  inanclar  yox 
dərəcəsindədir.  Əməl  edilən  adətlər  və  inanclar  türklərin  qədim 
dünyabaxışı,  təbiət  kultu  ilə  əlaqəlidir.  Həmin  inancları  belə 
sıralamaq olar:  Dağ-daş-mağara kultu, su kultu, ağac kultu...
30


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə