Haci qadir qədirzadə Əshabi KƏHF: MÜQƏDDƏSLİK


ZİYARƏTƏ  HAZIRLIQ,  ZİYARƏTİN



Yüklə 152 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix01.02.2018
ölçüsü152 Kb.
#23043
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

%
ZİYARƏTƏ  HAZIRLIQ,  ZİYARƏTİN
KEÇİRİLMƏSİ
II Bölüm.
«Əshabi-Kəhl»  müqəddəs  ocaq  olmaqla,  insanlar  çox 
qədim  dövrlərdən  buranı  ziyarət  etmişlər,  hətta  Sovet  dövlətinin 
ciddi 
qadağasına 
baxmayaraq, 
həmin 
illərdə 
də 
Naxçıvan.həmçinin  Qərbi  Azərbaycanın  digər  bölgələri,  xüsusən 
Dərələyəz,  Qara  Kilsə,  Zəngəzurun 
müsəlman-türk  əhalisinin 
müqəddəs  ocağı  sayılan  «Əshabi-Kəhf»i  ziyarətə  yasaq  qoyula 
bilmədi.  Toplanmış  materiallar  sübut  edir  ki,  Naxçıvan  və  indi 
Ermənistan  adlanan  Qərbi  Azərbaycanın  bütün  müsəlman  əhalisi
л 
9
heç  olmasa,  həyatında  bir  dəfə  «Əshabi-Kəhf»i  ziyarət  etməyi 
özünə 
borc 
bilmişdir. 
Ziyarətə 
gedən 
adamın 
özü 
ilə 
başqalarını,xüsusilə  ziyarət  arzusunda  olub,  getmək  imkanı 
olmayanları aparması çox böyük savab sayılırdı.
El  arasında  deyirlər  ki,  «Əshabi  -Kəhf»i  yeddi  il  dalbadal 
ziyarət  etmək  Kərbəla,  hətta  Həcc  ziyarətinə  bərabərdir.  Yəni 
kimin  həmin  ziyarətgahlara  getmək  imkanı  yoxdursa,  bura 
getməklə  savaba  çata  bilər.  Ziyarətə  daha  çox  ailəvi  gedilməsi 
məqbul  hesab  olunur.  Ziyarət  üçün  heç  bir  yaş  məhdudiyyəti 
•  qoyulmur.
31


Ziyarətin  dəqiq  vaxtı  yoxdur.  İlin  istənilən  fəslində  ziyarətə 
getmək  olar. 
Lakin  təsərrüfat  işləri, 
həmçinin  qurbanların 
böyüməsi  və  kökəlməsi  ilə  bağlı  olaraq  ziyarətə  daha  çox  yayın 
son ayı və payızda ilk qar yağana qədər gedi rlər.
Heyvandarlıqla  'məşğul  olanlann  çoxusu  ilk  doğulan  erkək 
heyvanı  /quzu  və  ya  çəpic/  qurbanlıq  adlandırır,  ona  xüsusi 
baxardılar.  Qurbanlığın  itməsi  və  ya  ölməsi  yaxşı  əlamət 
sayılmazdı.
XX  yüzilliyin  60-cı  İlərinə  qədər  ziyarətə  əsasən  at,  ulaq, 
qatır,  hətta  dəvələrlə  getmişlər.  Ziyarətə  gedən  bir  neçə  qohum 
ailə  birləşib  «qafilə»  təşkil  edirdilər.  Qafiləyə daxil  olanların  hamısı 
zəvvar  adlanırdı.  Qafiləyə  yaşlı,dindar  kişilərdən  biri  rəhbərlik 
edirdi.Hər  qafilədə  ziyarətə  getmək  imkanı  olmayan,  qurban 
aparmayan  müəyyən  yaşlı  adamlar  olurdu.Yəni  arzusu  olub, 
imkanı olmayanlara da yardım edilirdi.
Xalq  arasında olan  inama görə,  natəmiz.cənabət,  heyz və 
Nüfas  qüsurlu  olanlar ziyarətə  gedə  bilməzlər.  Yəni  o,ziyarətgaha 
girə  bilməz.  Buna  görə  də  ziyarətdən  əvvəl  yuyunmaq  vacib 
sayılır.
Məsafədən  asılı  olaraq  bir  və  bir  neçə  gün  yol  gedirdilər. 
Uzaqdan  gələn  zəvvarlar  bir  neçə  yerdə  dayanır,  dincəlirdilər.  Bu 
vaxt  yüngül  yemək  yeyilirdi.  Qurbanlar  cavan  oğlanlar  tərəfindən 
birlikdə  sürülüb  aparılır.  Hansı  qurban  yolda  o  tərəf  bu  tərəfə
32


qaçırsa,deyirlər  «Könüllü  getmir».  Qurbanın  «Əshabi-Kəhf»dən 
qaçıb itməsi pis əlamət sayılır.
Zəw arlar  özləri  ilə  vacib  ərzaq,  odun,  paltar-palaz,  xörək 
hazırlamaq  üçün  qab  götürürdülər.  Müxtəlif  istiqamətdən  gələn 
zəwarlar 
ziyarətgaha 
yaxın 
bulaq 
və 
çeşmələrdən 
su 
doldururdular.  «Əshabi-Kəhf»ə  aparılmış  odunun  artığı  geri 
qaytarılmazdı.  Orada  bir yerə toplanardı  ki,ehtiyacı  olanlar  istifadə 
etsin.
«Əshabi-Kəhf»ə 
piyada  getmək  çox  savab  sayılır. 
Topladığımız  materillardan  aydın  olur  ki,niyyəti  yerinə yetmiş  bəzi 
zəwarlar  uzun,  hətta  30-40  km  məsafəni  piyada,  ayaqyalın  gedib 
qayıtmışlar. 
«Əshabi-Kəhf»ə 
dörd  ətrafdan 
gedən 
yollann 
daşlardan,kol-kosdan  təmizlənməsi  savab  hesab  olunur.  Eyni 
zamanda  yollan  təyin  etmək  üçün  hər  50-100  metrdən  bir  kiçik 
daş  qalaqları  yığılırdı.Məhz  buradan  daş  inamı  başlayır.  İnama 
görə  hər  kəs  öz 
düşməninin 
adını  çəkib  dərəyə  bir  daş 
atarsa,düşməni  bəlaya  düşər.Bu  inam  «filankəsin  daşınıatma» 
adlanır.
Toplanmış  materiallara  əsaslanaraq  demək  olar  ki, 
ziyarətlə  əlaqəli  ilkin  inanclar  daş,  su,  ağac  kultu  ilə  bağlıdır. 
«Əshabi-Kəhf»in 
ətrafındakı  yol  boyu,  xüsusən 
əsas  yol 
istiqamətində  bütün  kollara,  ağaclara  əl  yaylıqları,  müxtəlif  rəngli 
parçalardan  kəsilmiş  hissələr  (  xalq  arasında  cındır,çapıd.əski 
deyə  tanınır.  Son  illərdə  bunlara  lenta  deyirlər)  bağlanır  ki,  bunlar
33


da  «niyyət»,  «dilək»  adlanır.Yaxın  10  ilə  qədər  ətrafdakı  kollar 
belə  parçalardan  örtülü  idi.Lakin  son  illərdə  heç  bir əsas  olmadan 
onlan  təmizlədilər və  yaxud  kollar  kəsildi.  İndi  də yolun  ətrafındakı 
kollara əski bağlanır.
«Əshabi-Kəhf»ə'çatmamış,  yolun  kənarında  çoxlu  qəbirlər 
vardır.  Zəvvarlar  ilk  öncə  həmin  qəbirləri  ziyarət  edirlər.  Yəni 
sadəcə  mərhumların  ruhuna  fatihə  oxuyur,  Allahdan  rəhmət 
diləyirlər.  Qəbirlərin  burada  nə  vaxdan  və  kimə  məxsus  olduqlan 
məlum  deyil.  Aşağı  hissədəki  qəbirstanlıq  isə  vaxtilə  burada 
mövcud  olmuş  Haçaparaq  kəndinə  aiddir.  Bu,  atalar  ruhunu  yad 
etməkdir.
Rəvayətlə  bağlı  olaraq  ilk  ziyarət  olunan  mağaradan  100- 
120  metrə  qədər  aralı,  yolun  sol  tərəfində  çobanın  itinin-Qitmirin 
basdırıldığı  yerdir.  Rəvayətdə  «...çobanın  iti  basdırdıqdan sonra əl 
ağacını  üstünə  taxdığı «-söylənilir.  Sonralar  islamla  bağlı  olaraq 
yuxarı hissəsində beş barmaq olan ağac taxılmışdır.
Tanınmış  türkoloq  alim  Yaşar  Kalafat  bunu  «beşbarmaqlı 
kutsal məqam»adlandırır.56
Mağarada 
müqəddəsləri  ziyarət  etmədən  və  bir  sıra 
ayinləri  yerinə  yetirməzdən  əvvəl  gətirimiş  qurban  kəsilir.  Qurban 
kəsilməmişdən  öncə  ona  su  verilməsi,  kəsilərkən  qurban  duası 
oxunmasına  əməl  olunur.  Ziyarətgahın  ətrafında  natəmizlik 
olmasın  deyə,  buradan  xeyli  aralı,  yolun  sağ  tərəfində  qurban 
kəsmək  üçün  ayrıca  yer  düzəldilmişdir.  Qurban  xüsusi  adamlar
34


Yüklə 152 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə