Haci qasimli



Yüklə 33,63 Kb.

tarix22.07.2018
ölçüsü33,63 Kb.


 

HACI QASIMLI 

Bakı Dövlət Universiteti 

bdu.kitfak@inbox.ru

 

 



TÜRK-İSLAM MƏDƏNİYYƏTİNİN FORMALAŞMASINDA NAXÇIVANIN  TARİXİ 

ABİDƏLƏRİNİN ROLU 

 

Türk-İslam dini  yarandığı vaxtdan günümüzə qədər daim sülhün və həmrəyliyin tərəfdarı 



olmuşdur.    Humanist  islami  dəyərlərin  qorunub  saxlanılması  və  təbliğndə  mədəni  irsin  bariz 

nümunəsi  kimi  tarixi  abidələrin-qalaların,  qəsrlərin,  könə  müqəddəs  tikililərin,  muzeylərin  rolu 

əvəzolunmazdır.  Naxçıvan  bəşər  sivilizasiyasının  mühüm  ocaqlarından,  ən  qədim  mədəniyyət 

mərkəzlərindən biridir. Bu ərazi qədim və orta əsrlərin tarixi abidələri və mədəniyyət nümunələri 

–  ilk  insanların  yaşadığı  mağaralar,  yaşayış  yerləri,  qədim  şəhərlər,  möhtəşəm  qalalar  və 

təkrarsız  təbiət  abidələri  ilə  zəngindir.  Bildiyimiz  kimi  Naxçıvan  Muxtar  Respublikası  uzun 

əsrlərdən bəri Türk- İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olaraq, Türk- İslam dininin 

yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm  mərkəzlərdən 

biri  olmuşdur.  Bütün  bunlar  Naxçıvanda      ilk  vaxtlardan  Türk-İslam  dininin  maddi  və  qeyri-

maddi  irsinin  formalaşmasına  zəmin  yaratmışdır.  Naxçıvanın  tarixi  abidələrinin  yaranması  və 

həmin abidələrdə  saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir.  

Türk-İslam  mədəniyyətin  formalaşmasında  Naxçıvan  memarlığı    heç  zaman  aktuallığını 

itirməyən  memarlıq  nümunələri  ilə  zəngin    olan  tarixi  abidələr  diyarıdır.    Qədim  Naxçıvan 

torpağı  antik,  orta  əsrlər  və  müasir  dövr  maddi  mədəniyyət  nümunələri  və  tarixi  abidələrlə  ilk 

insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala 

divarları,  qayaüstü  rəsmlər,  daş  qoç  heykəlləri,  xatirə  memarlığının  ən  mükəmməl  nümunələri 

olan  türbələrlə,  digər  tarixi  abidələrlə  bilavasitəTürk-İslam  mədəniyyətini  nümayiş  etdirir.  Bu 

abidələr  ilk  öncə  Türk-İslam  mədəniyyətini,  əcdadlarımızın  təsərrüffat,  ictimai  və  mənəvi 

həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir [1]. 

Tarixi  memarlıq    abidəsi  olaraq,  Naxçıvanda  ilk  muzey  1924-cü  ildə  tarix-etnoqrafiya  muzeyi 

kimi təşkil olunmuşdur. Naxçıvan şəhər sakinləri Balabəy Əlibəyov, Mirbağır Mirheydərzadə və 

başqa  ziyalılar  qədim  diyarımızda  muzey  yaradılması  işinin  ilk  təşkilatçıları  olmuşlar.  1932-ci 

ildə  Naxçıvan  tarix  və  ölkəşünaslıq  muzeyinə  çevrilən  bu  mədəniyyət  müəssisəsi  yenidən 

qurulmuşdur. Muzey müəyyən illərdə Bəhruz Kəngərlinin adını daşımışdır [8, 321]. Keçən əsrin 

60-cı  illərin  sonundan  isə  Dövlət  Tarix  Muzeyi  kimi  fəaliyyət  göstərir.  1966-cı  ilə  qədər  bu 

muzey  Naxçıvan  Muxtar  Respublikasında  yeganə  muzey  kimi  fəaliyyət  göstərmiş,  1967-ci  il 

iyunun  12-də  Naxçıvan  şəhərində  ədəbiyyat  muzeyi  yaradılmışdır.  Naxçıvan  memarlıq 

məktəbinin nümunələri hər zaman diqqətləri özünə cəlb etməyi bacarıb. Bunlara Möminə Xatun 

türbəsi, Yusif Kuseyr oğlu türbəsi, Qarabağlar kimi dillər əzbəri olmuş abidələr misal ola bilər. 



Məşhur  Azərbaycan  memarı  Əcəmi  Naxçıvanının  şah  əsəri  və  Naxçıvan-Marağa  memarlıq 

məktəbinin  ən  dəyərli  abidələrindən  biri  olan  Mömünə  Xatun  türbəsi  Naxçıvan  şəhərinin  tarixi 

mərkəzində  -  Atabəylər  Memarlıq  Kompleksinin  tərkibində  yerləşir.  Möminə  xatun  türbəsi 

həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir [8, 138].  

Türk-İslam  mədəniyyəti  nümunələrini  əks  etdirən  şəhərdəki  tarixi  abidələr  içərisində 

musəlman  kitabələrinin  xüsusi  yeri  vardır.  Nəinki  Azərbaycanın,həmçinin  bütün  yaxın  şərqin, 

orta  əsrlər    dövrünün  müxtəlif  problemlərinin  tədqiqində  böyük  rolu  olan  bu  kitabələr  Trük-

İslam  dinin  formalaşmasının    bariz  nümunələri  kimi  böyük  rolu  olan  bu  kitabəbr  daim 

tədqiqatçıların  diqqət  mərkəzində  olmuşdur.  Bu  kitabələrin  tədqiqinə  XIX  yüzilliyn  30-cu 

illərindən başlanmışdır. Ancaq bu tədqiqatlar sistemli və elmi şəkildə olmamış, təsadüfi, təsviri 

xarakter  daşımıdır.  İslam  dinin  inkişafında  tarixi  abidələr  (turbələr,  korpulər,  məscidlər, 

karvansaraylar, hamamlar, qalalar, istehkamlar, mülki tikintilər, qəbirustu xatirə abidələri və s.) 

hər  bir  xalqın  torpağa  vurduğu  möhü  kimi  qiymətləndirilir.Çünki  dünyaya    gələn  hər  bir  insan 

dinini  gələcək  nəsillərə  öz  mənsubiyyəti  kimi    çatdırmış  olur.  Sanki,  gorkəmli  Azərbaycan 

memarı  Əcəmi  Əbubəkr  oğlu  Naxçıvani  məhz  bunu  nəzərə  alaraq  Mominə  xatun  türbəsinin 

üstündə belə bir beyt yazmışdır: 



“Biz gedirik, ancaq qalır ruzigar, 

Biz ölürük, əsər-din* qalır yadigar!”[6]. 

Həqiqətən, Mominə xatun turbəsinin yaradıcısı Əcəmi Naxçıvani öz ömrünü çoxdan başa vursa 

da  dinin yeni nəsillərə çatdırılmasında onun yaratdığı bu mohtəşəm əsər 1186-cı ildən bəri, 822 

ildir ki, Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalır, seyr edənləri heyran edir

Azərbaycanın bu ayrılmaz tərkib hissəsi həm qədimliyinə, həm mədəni zənginliyinə, həm 

də yerləşdiyi coğrafi mövqeyinə görə strateji əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən Naxçıvan 

hər  zaman  region  ölkələrinin  diqqət  mərkəzində  olmuşdur.Dinin  əsas  təbliği  kimi  insan 

cəmiyyətinin yenidən yaranış tarixini simvolizə edən Nuh Peyğəmbərin məzarüstü abidəsini, ulu 

əcdadlarımızın  yaşam  fəlsəfəsini  özündə  əks  etdirən  Gəmiqaya  abidələrini,  dünya  arxeologiya 

elminə mühüm töhfələr vermək qüdrətində olan Qazma, Oğlanqala, Gilançay, Kültəpə arxeoloji 

abidələrini,  saysız-hesabsız  təbiət  möcüzələrini,  Naxçıvanın  Azərbaycan  və  Şərq  elminə  necə 

böyük  istedadlı  şəxsiyyətlər  verdiyini  də  əlavə  etsək,  dünya  xəritəsində  həcmcə  çox  kiçik  bir 

ərazidə  necə  böyük  bir  potensialın  toplandığının  şahidi  olarıq.  Ancaq  etiraf  edək  ki,  müxtəlif 

tarixi  dövrlərdəki  ictimai-siyasi  şərait  Naxçıvanın  öz  qiymətini  almasına  imkan  verməmişdir. 

Yalnız Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra, daha doğrusu, ümummilli lider 

Heydər  Əliyevin  siyasi  hakimiyyətə  qayıdışından  sonra  Naxçıvanın  yenidən  öyrənilməsinə, 

tədqiq olunmasına başlanılmışdır. İslam dinin  müqəddəsliyinin bariz nümunəsi olaraq, çoxsaylı 

tarixi  abidələrin  bərpası,  müxtəlif  ərazilərdə  arxeoloji  tədqiqatların  aparılması,  regionun  tarixi, 




mədəniyyəti,  milli  dəyərləri  ilə  bağlı  müxtəlif  ədəbiyyatların  nəşri  Naxçıvan  haqqında  zəngin 

məlumatları  ortaya  çıxarmaqla  bərabər,  ildən-ilə  bura  axışan  turistlərin  də  sayının  artmasında 

mühüm əhəmiyyət kəsb edir.  

Onu da qeyd edək ki, Türk-İslam mədəniyyəti deyiləndə təkcə məscid və ibadət  yerləri, 

dini ayinləri icra etmək başa düşülməməlidir. İslam mədəniyyəti insanın mənalı və faydalı ömür 

yaşamağı  üçün  həyat  kodeksidir.  Sevindirici  haldır  ki,  xalqımızın  ailə  dəyərləri  İslam 

mədəniyyətini özündə ehtiva edir, bu mədəniyyətin ali prinsipləri daim yaşadılır. Bu gün qədim 

türk  dəyərləri  ilə  birgə  İslam  mədəniyyəti  də  ailə  dəyərlərimizi  formalaşdıran  ən  mühüm 

amillərdən biridir.  

Bu  il  ölkəmizin  paytaxtında  “IV  İslam  Oyunları”  keçiriləcək.  Oyun  mədəni  mübarizə, 

rəqabətdir, gücünü sınamaq, istedadını göstərməkdir. Qalib olmaq, layiq olduğunu əldə etməkdir. 

Bu il həm  də  Azərbaycan Respublikası  Prezidentinin 2017-ci  il 10  yanvar tarixli Sərəncamı ilə 

ölkəmizdə  “İslam  Həmrəyliyi  İli”  elan  olunmuşdur.  Çünki  İslam  həm  də  həmrəylikdir. 

Həmrəylik isə özü bir mədəniyyətdir.  Bunun da təməli ailədə  qoyulur. Ailənin  bütöv,  möhkəm 

olması  toplumda,  cəmiyyətdə  insanların  həmrəy  olmasına  da  zəmin  yaradır.  Tarix  boyu 

ailələrimizin  möhkəm,  uzunömürlü  olmasının  ən  başlıca  səbəbi  isə  ailə  dəyərlərimizə  inam, 

sədaqət,  vəfa  və  qarşılıqlı  hörmətdən  irəli  gəlir. Son  illər  ardıcıl  olaraq  ölkəmizdə  mədəni  və 

humanitar sahədə beynəlxalq forum və konfransların keçirilməsi, 2016-cı ilin “Multikulturalizm 

İli”,  2017-ci  ilin  “İslam  Həmrəyliyi  İli”  elan  edilməsi  belə  deməyə  əsas  verir  ki,  bu  gün 

Azərbaycan  İslam  mədəniyyətinin  təbliğinə  əsaslı  töhfələrini  verir.  Qeyd  etdiyimiz  kimi, 

Naxçıvan  Türk-İslam  mədəniyyətinin  paytaxtı  missiyasını  yerinə  yetirəcəkdir.  Bütün  bunlar  

Naxçıvanın tarixinin, coğrafiyasının, mədəniyyətinin inkişafına bariz nümunədir.  

Müxtəlif  dövrlərdəki  qadağalara  baxmayaraq,  ölkəmizdə  İslam  mədəniyyəti  ənənələri 

uzun  illər  qorunub  saxlanıb  və  bu  gün  də  həmin  dəyərlər  inkişaf  etdirilir,  gələcək  nəsillərə 

çatdırılır.  Qloballaşma  dövründə  Azərbaycan  mədəniyyəti  dünya  mədəniyyətinə  uğurla 

inteqrasiya  olunsa  da,  müstəqil  dövlətimiz  həm  də  milli  və  mənəvi  dəyərlərimizin  qorunub 

saxlanılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. İslam ölkələri ilə qurulan mədəni 

əlaqələr də respublikamızın xarici siyasətinin mühüm prioritet istiqamətlərindən birini təşkil edir. 

Beş min il yaşı olan Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı olması həm 

də  bu  siyasətin  uğurlu  nəticəsidir.  Qədim  şəhərin  bu  adı  daşıması  diyarımızın  sosial-iqtisadi 

inkişafının, turizm potensialının tanıdılması ilə bərabər, milli və mənəvi dəyərlərimizin təbliğinə 

də şərait yaradır. 

Qədim  yurdumuz  Naxçıvan  tələb  edilən  bütün  şərtlərə  cavab  verdiyindən  bu  ulu  diyar 

İslam  mədəniyyətinin  paytaxtı  elan  edilmişdir.  Azərbaycan  Respublikasının  Prezidenti  cənab 

İlham  Əliyev  demişdir: “Naxçıvanın  türk  dünyasında  çox  böyük  xüsusi  yeri  vardır.  Naxçıvan 



çox böyük tarixə malik  olan diyardır. Naxçıvanın strateji  əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi 

abidələri bizim böyük dəyərimizdir, böyük sərvətimizdir”. 

 

ƏDƏBİYYAT 

1.

 



Naxçıvan tarixi. Üç cilddə, I cild.- Naxçıvan: “Əcəmi” Nəşriyyatı.- 2013, 452 s. 

2.

 



C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 

3.

 



1991, s. 98. 

4.

 



Məmmədov İ., Məmmədov Ç. Azərbaycan tarixi.. Bakı, 2010, 336 s.  

5.

 



Məmmədov Ç. Azərbaycan siyasi tarixi. Bakı, 2004, 357 s.  

6.

 



Salamzadə Ə. Əcəmi Əbubəkr oğlu və Naxçıvan memarlıq abidələri. Bakı, 1976, 84 s. 

7.

 



Nemətova M. İslam ideyaları ilə bağlı yaranmış mərkəzlər // “Elm və həyat” jurnalı, 

1990, № 4, s.6-10. 



8.

 

Naxçıvan Abidələri Ensiklopediyası. İstanbul, 2008, 522 s. 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə