Haci səbuhi İbrahimov heydəR ƏLİyev


elmimiz,  alimlərimiz  olubdur.  Ancaq Azərbaycan  elmi  heç  vaxt



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə14/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   10   11   12   13   14   15   16   17   ...   88

elmimiz,  alimlərimiz  olubdur.  Ancaq Azərbaycan  elmi  heç  vaxt 
bu  qədər  mütəşəkkil  və  bu  qədər  qüvvətli,  güclü,  çoxsahəli 
olmayıbdır.  Müstəqil Azərbaycanın  Elmlər  Akademiyası  bütün 
elmi  potensialı  özündə  cəmləyərək,  xalqımızın  yaradıcılıq 
sahəsində nəyə qadir olduğunu dünyaya göstəribdir ” (92).
Bu  bir  həqiqətdir  ki,  Azərbaycan  xalqı  tarixi  keçmişində 
demək  olar  məşəqqətli  və  olduqca  füsunkar  bir  həyat  tərzi 
keçirmişdir.  Azərbaycanın  tarixi  coğrafiyasının  500  min  kv  km- 
dən  artıq  olduğunu,  bu  ərazidə  100-dən  çox  irili  xırdalı  dövlət 
qurulduğunu,  365-dən  artıq  müxtəlif  miqyaslı  müharibələrin 
olması,  1813-cü  ildə  “Gülüstan”  müqaviləsi,  1828-ci  ildə 
“Türkmənçay”  müqavilələri  ilə  Vətənimizin  iki  hissəyə  Cənubi 
Azərbaycan və Şimali Azərbaycana bölünməsi, XX əsrin əvvəlləri 
yəni  1918-1920-ci  illərdə  Şimali  Azərbaycanda  qurulmuş 
Azərbaycan Xalq  Cümhuriyyəti  dövlətinin  erməni  xəyanəti  və  rus 
işğalı  nəticəsində  çevrilməsini,  xüsusən  bolşeviklər  tərəfindən 
araya  quşkeçməz  tikanlı  məftillərin  çəkildiyini  və  uzun  illər 
Vətənimizin  iki  hissə  arasında  heç  bir  əlaqənin  mövcud 
olmadığını, 
Şimali 
Azərbaycanda 
dəfələrlə 
“əlifba” 
dəyişikliklərini, 
bu 
günkü 
Azərbaycan 
Respublikası 
vətəndaşlarının  əlifba  və  dil ucbatından  1400  illik  tarix,  ədəbiyyat 
və mədəniyyətimizlə  birbaşa ünsiyyət qura bilməmələrini,  tarix və 
mədəniyyətimizin  ağlasığmaz  dərəcədə  zənginliyini,  saysız- 
hesabsız  ədəbi,  elmi  və  tarixi  şəxsiyyətlərimizin  mövcudluğunu, 
bu  günə  kimi  nə  qədər  yazılsa  da  Azərbaycanşünaslığın  hələ  tam 
mənası  ilə  tədqiq  olunmadığını  nəzərə  alaraq  həm  Azərbaycan 
tarixinin,  həm  də  bütövlükdə  elmi  və  mədəniyyətinin,  onun  ayrı- 
ayrı  sahələrinin  inkişaf  tarixi  və  müxtəlif  dövrlərdəki  uğurlu 
nəticələr  arasmda  rabitənin  və  ümumən  tarixi  yaddaşın  bərpası, 
tariximizin  sistemli  şəkildə  lazımınca  öyrənilməsi  və  tədqiq 
edilməsi,  onun  dünya  mədəniyyətindəki  layiqli  yerinin  ortaya 
qoyulması  və  təbliği  üçün  bir  imkan,  vəsilə  olmasından  ötrü 
Naxçıvan  Əlyazmalar  Fondunun qarşısında  çox  böyük  ümumxalq 
və  ümumdövlət  əhəmiyyətli  vəzifələr  durduğunu  dərk  edərək 
fəaliyyətə  başlamışdır.  AMEA  Naxçıvan  Bölməsi  Əlyazmalar
42


Fondu  fəaliyyətə  başladığı  ilk gündən bu məqsəd və vəzifələrin ən 
geniş  aspektdə  və  maksimum  keyfiyyətlə  yerinə  yetirilməsi  üçün 
ilkin  şəraitin  yaradılmasına  çalışmışdır.  AMEA  Naxçıvan 
Bölməsinin  Əlyazmalar  Fondu  4  aprel  2005-ci  il  tarixdən 
fəaliyyət göstərir.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
Akademiyanın  əsas  xüsusiyyətlərindən  danışarkən  deyirdi:  “Milli 
Elmlər  Akademiyası  bizim  milli  sərvətimizdir  -   onu  qoruyub 
saxlamalıyıq” (92).
Onu da qeyd  etmək  lazımdır ki,  AMEA Naxçıvan  Bölməsi 
Əlyazmalar  Fondunun  yaradılması  ulu  öndərimizin  qabaqgörən 
ülvü  və  pak  dühasının  təzəhürü  kimi  qiymətləndirmək  olar.  Ona 
görə  də  bu  müəssənin  işinin  lazımı  səviyyədə  qurulması  günün 
tələbləri  səviyyəsində  təşkil  edilməsi  və  qarşıda  duran  vəzifələrin 
öhdəsindən  layiqincə  gəlinməsi  ümummilli  liderimiz  Heydər 
Əliyev  ideyalarının-arzularının  əməli  həyata  keçirilməsi  və  onun 
ölməz  xatirəsinə  ən  böyük  ehtiram  olacaqdır.  Bu  mənada 
Naxçıvan  Əlyazmalar  Fondunun  yeni  və  demək  olar  ki,  sıfırdan 
yaradıldığını,  bu  işin  xalqımız,  dövlətimiz,  mədəniyyətimiz,  milli- 
mənəvi  dəyərlərimiz,  adət-ənənələrimiz,  elmimiz  və  ümumən 
Naxçıvan  tarixinin  dərin  köklərinin  araşdırılması  və  öyrənilməsi 
üçün  fövqəladə  əhəmiyyətini  və  bununla  yanaşı  həmdə  çətin 
olduğu  qədər  də  şərəfli  olduğunu  nəzərə  alaraq  hər  bir 
əməkdaşdan maksimum səy tələb edir
Naxçıvanın  milli-mənəvi  sərvəti  olan  qədim  əlyazma 
mətnləri  tarixin  həqiqi  yaddaş  reallığını  özündə  əks  etdirir. 
Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  doğma  Naxçıvan,  öz 
zəngin  tarixi-keçmişi  və  ədəbi-mühiti  ilə  dünya  sivilizasiyasının 
önündə  gedir.  Qədim Naxçıvan  əlyazma  mətnləri  tarixi  baxımdan 
çox  əhəmiyyətli  dərəcədə  başqa  əlyazma  mətnlərindən  fərqlənir. 
Naxçıvanın  əlyazma  mətnlərinin  araşdırılması,  milli-mənəvi,  dini- 
əxlaqi,  tarixi-keçmişi,  ədəbi-mühiti,  fəlsəfi  və  regional  baxımdan 
geniş  bir sahəni əhatə etdiyi  üçün çox böyük əhəmiyyət kəsb edir.
Araz  çayı  sahilində  yerləşən  qədim  Naxçıvan  diyarı 
özünün  zəngin  tarixi-keçmişi  ilə  dünya  mədəniyyəti  xəzinəsinə
43


əvəzsiz  dahi  şəxsiyyətlər  bəxş  etmişdir.  Coğrafi  şəraitinə  görə 
Araz çayının fövqündə duran Naxçıvan,  böyük  strateji əhəmiyyətə 
malik  olmuşdur.  Sanki  Araz  çayı  Naxçıvanın  dünyada  tanınma 
işarə-mərkəzi 
olmuşdur. 
Qədim 
əlyazma 
mətnlərdə 
rast 
gəldiyimiz  Araz  çayının  forma  və  məzmun  baxımdan  necə  çay 
olması barədə qısa da olsa məlumat  verilir.  Şərqin tanınmış  böyük 
alimi  İbn  əl-Vərdi  “Xəridət  əl-əcaib  və  fəridət  əl-qəraib”  əsərində 
nümunə  olaraq  Araz  çayı  haqqında  verilmiş  əlyazma  mətnin  bir 
hissəsinin  Mahmud  Şirvani  tərəfindən  tərcümə  edilmiş  cümləsinə 
nəzər yetirək.
“Nəhr  Araz  Azərbaycandadır.  Qayət  bərk  akar  və  içində 
böyük taşlar  var,  bəzi  bəllüdür, bəzi degil.  Ol səbəbdən gəmi  anda 
yürüməz.  Bu  dəxi  mübarək  sudur,  qərq  olmuşların  əksəri  nicat 
bulmuşdur...” (33, s.  126b).
Araz  çayı  boyunca  Naxçıvanın  şəhər  və  kəndlərinin 
yerləşdiyi  bir  ərazidə  tarixin  zəngin  arxiv  materialları  gizlənir. 
“İstər 
osmanlı, 
istərsə 
də 
onlardan 
əvvəlki 
dövrlərin 
mənbələrindən  Naxçıvan  diyarının  şəhərləri  kimi  Naxçıvan  və 
Ordubadın  adı  qeyd  edilir.  XVI  əsrin  II  yarısından  etibarən 
şəhərlər  sırasına  Culfanın  (Culha)  əlavə  olunduğu  görülür. 
Doğrudur,  osmanlı  narrativ  mənbələrində  Culfanın  “qala”  olduğu 
göstərilsə  də,  1590-cı  il  tarixli  İrəvan  əyalətinin  və  1727-ci  il 
tarixli  Naxçıvan  sancağının  “müfəssəl  dəftər”lərində  Culfanın 
“kənd” (“qərye”) olduğu yazılmışdır” (34,  s.  15).
Bu  gün  əlimizdə  çox  qiymətli  əsər  olan  “Naxçıvan 
sancağmın 
müfəssəl 
dəftəri” 
qədim 
Naxçıvan 
əhalisinin 
mətanətli 1 iy indən,  dəyanətliliy indən,  qeyrətindən  xəbər  verir. 
“Baxmayaraq  ki,  osmanlılar  tərəfindən  təqibə  məruz  qalmış 
naxçıvanlılar  tez  bir  zaman  kəsiyində  inkişaf etmiş  və  tərəqqiyə 
nail olmuşlar” (35, s.  127).
Naxçıvan  əhalisi  həmişə  olduğu  kimi  XVI-XVIII  əsrlərdə 
də  öz  milli-mənəvi  dəyərlərin  qorunmasında  fəal  iştirak  etmiş  və 
etiqad  etdikləri dinin mənafeyi  üçün mühüm əhəmiyyətli addımlar 
atmışlar.  Elə  bunun  sayəsində  də  XVI-XVIII  əsrlərdə  Naxçıvan 
tipik  bir  müsəlman  şəhəri,  hərbi-inzibati,  ticarət,  sənətkarlıq
44


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə