Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə2/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   ...   88

Heydər  Əliyev  xalq  tərəfindən  ümummilli  lider  kimi  sevilir. 
Azərbaycan  vətəndaşları  onun  ideyaları  ətrafında  sıx  birləşmişlər. 
Heydər  Əliyevin  daxili  aləmində,  əməlində,  sözündə,  fikir  və 
humanistliyində,  əqidəsində  xalqına  və  vətəninə  bağlılığında  müdrik 
keyfiyyətlər öz  əksini  tapmışdır.  Ən  qlobal  məsələlərin  həllində  belə 
milli  liderimizin  iştirakı  insanlarda  nikbinlik  hissi  formalaşdırırdı. 
Təsadüfi  deyildir  ki,  dünyanın  ən  inkişaf  etmiş  ölkələrinin  dövlət 
başçıları  və  görkəmli  siyasət  adamları  türk  dünyasının  ümummilli 
lideri  Heydər  Əliyevi  dahi  şəxsiyyət,  böyük  siyasət  ustadı  sayır  və 
onun həyat yolunun bir məktəb olduğunu vurğulayırlar.
Heydər  Əliyev  vətəndaş  qarşıdurmasına  düçar  olmuş  və  par­
çalanmaq  təhlükəsi  ilə  üzləşmiş  bir ölkədə  xaosa  və  anarxiyaya  son 
qoydu.  Dünya  şöhrətli  siyasətçi  müasir,  müstəqil,  inkişaf edən,  sivil, 
demokratik-dlinyəvi  Azərbaycan  dövlətini  yaratdı,  onun  işlək 
idarəçilik  mexanizmini  formalaşdırdı.Heydər  Əliyev  milli  -   mənəvi 
dəyərlərimizi  dirçəltdi  və  inkişaf  etdirdi.  Heydər  Əliyev  milli 
iqtisadiyyatı  böhrandan  çıxardı  və  onu  azad  bazar  münasibətləri 
əsasında yenidən qurdu.
Ümummilli  lider  Azərbaycan  xalqına  dünya  birliyində  öz  la­
yiqli  yerini  tutan  bir  dövlət  qoyub  getdi.  Heydər  Əliyev  Qafqazda 
sülhün  bərqərar  olması  sahəsindəki  xidmətləri  ilə  yanaşı,  türk  dün­
yasında  cərəyan  etməkdə  olan  münasibətlərin  böyük  rəhbəri  idi. 
«Əsrin  müqaviləsi»  adlandırılan  Bakı-Tbilisi-Ceyhan  əsas  neft  ixrac 
kəməri layihəsinin memarı da məhz Heydər Əliyev olmuşdur.
Bu  gün  ümummilli  lidersiz  yaşadığımız  bir  dövrdə  Heydər 
Əliyevin öz xalqına  həsr olunmuş mübariz həyat yolunun elmi əsaslarla 
daha hərtərəfli  öyrənilməsi,  bu  nadir şəxsiyyətin  həyatının  ayrı-ayrı dövr 
və  məqamlarının  bütünlüklə  işıqlandırılması  üçün  geniş  tədqiqatlar 
aparılmalıdır. Ümummilli liderimiz möhtərəm  Heydər Əliyevin şərəfli 
adı  və  ölməz  ruhu  qarşısında  Azərbaycanın  bu  günkü  və  gələcək 
nəsillərinin  müqəddəs  borcu  onun  şah  əsəri  olan  müstəqil 
Azərbaycan  dövlətinin  daha  da  çiçəklənməsi  və  qüdrətlənməsi 
naminə fədakarlıqla  çalışmaqdan,  milli  birliyimizə sədaqətlə xidmət 
göstərməkdən ibarətdir.
Heydər  Əliyev  xalqımızın  milli-mənəvi  dəyərlərinin  qorun­
masını,  inamımızdan,  dinimizdən  və  mənəvi  mənbələrimizdən 
istifadə  olunmasını  dəfələrlə  vurğulamişdir.  Milli-mənəvi  dəyərləri
6


Azərbaycan  xalqının  ruhunda  yaşadan  ulu  öndər  Heydər  Əliyevin 
'əzəmət  və  qüdrətinə,  namus  və  qeyrətinə  arxalandığım  və 
güvəndiyim  Azərbaycan  övladları"  kəlamı  bu  gün  də  milli 
düşüncəmizin,  şərəf  və  ləyaqətimizin,  inam  və  imanımızın,  dini- 
əxlaqi qaynağına çevrilmişdir.
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  2012-ci  il 
dekabrın  22-də  keçirilən  dördüncü  çağırış  altıncı  sessiyasında  Ali 
Məclisin  Sədri  Vasif  Talıbov  demişdir:  "2012-ci  ildə  muxtar  res­
publika  həyatının  bütün  sahələrində  inkişaf təmin  olunmuş,  əhalinin 
sosial  vəziyyətinin  yaxşılaşdırılması  istiqamətində  əhəmiyyətli 
addımlar  atılmışdır.  Bütün  bunlar  Azərbaycanda  və  onun  Naxçıvan
Muxtar  Respublikasında  Heydər  Əliyev  quruculuq  xəttinin  davam
• •
etdirilməsi,  bu  yola  sədaqət  hesabına  əldə  olunmuşdur.  Ümummilli 
liderimizin  quruculuq  konsepsiyası  2013-cü  ildə  -   "Heydər  Əliyev 
ilrndə  də  muxtar  respublikamızda  inkişafın  əsas  hərəkət  verici 
qüvvəsi  olacaqdır.  Biz  bu  yolla  gedərək,  muxtar  respublikamızı 
davamlı  inkişafa  qovuşduraraq  doğma  Azərbaycanımızın  inkişafına 
öz töhfəmizi verəcəyik”.
Əxlaqi  dəyərlərimizi  zənginləşdirən  qədim  Nuh  yurdu 
Naxçıvanın  tarixi  əlyazmaları  sözün  əsl  mənasında  zəngin  xəzinə  və 
yeni  tədqiqatların  aparılması,  yeni  elmi  biliklərin  inkişaf etdirilməsi 
üçün əsl elm yoludur.
Ümummilli  lider  Heydər  Əliyevin  07  avqust  2002-ci  ildə 
imzaladığı  tarixi  sərəncama  uyğun  olaraq  yaradılmış  AMEA  Nax­
çıvan bölməsinin tərkib hissələrindən biri  də Əlyazmalar Fondudur.
Ümidvaram  ki,  Fondda  saxlanılan  əlyazmaların  öyrənilməsi 
baxımından  ərsəyə  gələn  bu  əsər  də  öz  növbəsində  Heydər  Əliyevin 
müdrik  siyasətini,  onun  titanik  fəaliyyətini  insanlara  yaxından 
çatdırmaq  üçün  bir  daha  geniş  imkanlar  açacaqdır.  Həmçinin  əsər 
dahi 
şəxsiyyətin 
əvəzsiz 
xidmətlərinin 
və 
azərbaycançılıq 
ideyalarının  təbliğində  və  əxlaqi  dəyərlərimizi  zənginləşdirən 
Naxçıvan  əlyazmalarının  öyrənilməsi  istiqamətində  müstəsna  rol 
oynayacaqdır.
Məmməd  RZAYEV 
fəlsəfə elmləri doktoru, professor
7


I FƏSİL
UMUMMILLI LİDER HEYDƏR ƏLİYEVİN 
DİNƏ VERDİYİ YÜKSƏK FƏLSƏFİ
DƏYƏRLƏR
Əsərdə  əsasən,  Heydər  Əliyevin  İslam  dininə,  müqəddəs 
Qurani-Kərimin  ayrı-ayrı  ehkamlarına,  şəriət  qaydalarına,  müxtəlif 
İlahi fikirlərə,  müqəddəslərə,  ayin  və  mərasimlərə,  dinin  irəli  sürdüyü 
müasir  elmi  mülahizələrə  və  əxlaqi  dəyərlərə  yüksək  fəlsəfi  qiymət 
verilməsi açıqlanmışdır. Həmçinin  ümummilli lider Azərbaycan xalqının 
digər  dinlərə  olan  münasibətini  belə  bir  həqiqət  anlamında  olmasını 
qeyd  etmişdir.  Dində  “səbir”,  "qəzavü-qədər”  kimi  məfhumlara  və 
onların  ifadə  etdiyi  mahiyyətə  inanc  çox  əhəmiyyətlidir.  İnsanların 
hərəkətlərinin,  həyat yolunun  İlahi  qüvvə  tərəfindən  müəyyən  edilməsi 
doğru  və  düzgün fakt  kəsb  edir.  Allah  yanında  adamların  sevinc  və 
kədəri,  xoşbəxtliyi və bədbəxtliyi qabaqcadan müəyyən olunmuşdur.
İslam dini hakim  və  məhkumlara  bölünmüş cəmiyyəti,  varlıların 
mövqeyini,  məzlumların  müti  vəziyyətini  araşdırmağa  cəhd  edir  və  hər 
ciir  ədalətsizliyə  öz  mövqeyin  bildirir.  İslam  dininin  və  onım  əxlaq 
qaydalarının  ictimai  həyatda  son  dərəcə  xeyirli  olduğunu  görən  ulu 
öndər  Heydər  Əliyev  onun  inkişafı  üçün yardım  elmək prinsipini  əsas 
vəzifə kimi qarşıya qoyur.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
müqəddəs dinimizin fəlsəfi  mahiyyətini qeyd edərək deyirdi:  “Ulu 
Peyğəmbərimiz Məhəmməd əleyhissalamın yaydığı İslam dini və 
onun  biitün  müsəlman  aləminə  qoyduğu  yadigar  —  Qurani- 
Kərim  əsrlər  boyudur  ki,  müsəlman  dininə  məxsus  olan 
insanların  həyatında  çox  böyük  rol  oynayır.  Onların  həyatı, 
yaşayışı,  bu  günü  və  gələcəyi,  bu  dünyada,  o  dünyada  xoşbəxt 
olması üçün zəmin у  aratdı” (1, s.  3).
Ulu  öndər  Heydər  Əliyev  bütün  şüurlu  həyatmı  Azər­
baycan xalqının siyasi və mənəvi cəhətdən azadlığa çıxarmaq, dini
8


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə