Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə3/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   ...   88

saflığı  və  milli-mənəvi  dəyərləri  xilas  etmək  kimi  nəcib  bir 
məqsədə  sərf  etmişdir.  Onun  dəyərli  kəlamları  öz  mahiyyəti 
etibarilə,  əsasən  İslamın  müqəddəs  ehkamlarına  və  onlardan  irəli 
gələn əxlaqi vəzifələrə kömək etmişdir.  Odur ki, ulu öndər Heydər 
Əliyevin  dinə  verdiyi  yüksək  fəlsəfi  dəyərlər  İslam  dininin,  onun 
əxlaq  qaydaları  və  ibrətamiz  mərasimlərinin  tərifi  mühüm  yer 
tutur.
İslam  dini  Azərbaycan  xalqmı  uzun  illər  ərzində  ağıllı  və 
kamillik  pilləsində  saxlayaraq,  onun  tərəqqi  və  inkişafına  kömək 
olmuşdur.  İslam  dini  hakim  və  məhkumlara  bölünmüş  cəmiyyəti, 
varlıların  mövqeyini,  məzlumların  müti  vəziyyətini  araşdırmağa 
cəhd  edir  və  hər  cür  ədalətsizliyə  öz  mövqeyin  bildirir.  İslam 
dininin  və  onun  əxlaq  qaydalarının  ictimai  həyatda  son  dərəcə 
xeyirli  olduğunu  görən  ulu  öndər  Heydər  Əliyev  onun  inkişafı 
üçün yardım etmək prinsipini əsas vəzifə kimi qarşıya qoyur.
Ulu  öndər  Heydər  Əliyevin  dini  əxlaq  qaydalarını 
dəyərləndirməklə  bilavasitə əvvəl  onun fəlsəfi mahiyyətini  bilmək 
zəruri və vacibdir.
Heydər  Əliyev  İslam  dininə,  müqəddəs  Qurani-Kərimin 
ayrı-ayrı  ehkamlarına,  şəriət  qaydalarına,  müxtəlif İlahi  fikirlərə, 
müqəddəslərə,  ayin  və  mərasimlərə,  din  xadimlərinin  elmi  müha­
kimələrinə  böyük  qiymət  vermişdir.  Hətta o,  Allahm varlığının nə 
qədər  böyük  olduğunu,  Onun  bütün  məxluqatı  yoxdan  yaratması 
fikrini qeyd edərək təkallahlıq mövqeyində durmuşdur.  O, deyirdi: 
“Dini  etiqad Allahın  varlığı  ilə  əlaqədardır.  Ona  görə  Allahın 
insanlar  tərəfindən  qəbul  edilməsi  ilə  müxtəlif dini  inanclar,  o 
cümlədən  tövhid məsələsi də  qəbul edilir.  Bununla  belə Allahın 
varlığına  inanmaq  hər  bir  şeyin  mövcudluğuna  inanmaq 
deməkdir”.  Həmçinin  “İslam  dini  başqa  dinlərə  qarşı  heç  vaxt 
düşmən  olmamışdır.  Çünki  bu  dinlərin  hamısı Allahdan  gəlir” 
(6)  deyə söyləmişdir.
Ulu öndərimiz Allahm varlığının həqiqi olduğunu və  bütün 
canlıların,  o  cümlədən  insanların  da  onun  tərəfindən  haqq  olaraq 
xəlq  olunması  fikrini  irəli  sürmüşdür.  Ulu öndər həmçinin elm  ilə 
dinin vəhdətini, sintez  təşkil etdiyini göstərmişdir.
9


Din  insanları  maarifləndirərək  həyatı  dərk  etməyi  anladır 
və  yaradan  qarşısında  azad  qul  olaraq  qiymətləndirir.  Bu  isə 
adamların  hər  bir  tərəqqi  və  onun  inkişafından  bəhrələnməsinə 
səbəb  olur,  nəticədə  kamillik  və  ariflik  bilgisinə  nail  olunur. 
İslamda  olan  ayrı-ayrı  dini  ayin  və  mərasimlərin  icrasını,  Məkkə, 
Mədinə,  Hacc,  Kərbəla,  Məşhəd  ziyarətini,  müqəddəslərə  inamın 
xeyirli  və  insan  mənəviyyatı  üçün  arzu  olunmaz  dərəcədə  çox 
gərəkli  və  xeyirli  olduğunu,  həmçinin  insan  həyatı  üçün 
xoşbəxtlik  gətirən  bütün varlığı  ilə  qeyd  edən ulu  öndər  H.Əliyev 
demişdir:  “İslamın müqəddəs abidələrini, Həzrəti Məhəmməd (s) 
Peyğəmbərin  məscidini  ziyarət  etdiyim  üçün  bir  müsəlman 
kimi  özümü  xoşbəxt  hesab  edirəm”(2).
İslamda göstərilir ki,  əxlaq və din ayrılmazdır, əxlaq ayrıca 
olaraq  dindən  kənarda  mövcud  ola  bilməz.  Dini  etiqada  görə, 
ancaq  dini  ehkamlara  sadiq  olanlar  yüksək  əxlaqlı  adamlardır. 
Dünyada dinsiz məxluq yoxdur.  Hər bir  insanın dini  inancı var ki, 
istər  təkallahlılıq,  istərsə  də  qeyri  fövqəl-təbii  qüvvələrə  inanmaq. 
Mahiyyət  etibarilə  hər  hansı  dinlə  dərindən  maraqlananlar,  dini 
elmləri  hərtərəfli  öyrənmək  vasitəsilə  “kamil  insan”  olar  və  öz 
əxlaqlarını yaxşılaşdıra  bilərlər.  “Dindən  ayrı düşmək”  isə  insanın 
kamilləşməsinə,  insani  ünsiyyətin  yaranmasına  mane  olur,  onu 
başqa  hala  salaraq  mənəviyyatını  korlayır.  Hikməti  -   Ilahidə 
bilmək  insanı  kamil  edər.  Adamların  ”gözəl  əxlaqa”  sahib  olması 
ancaq ilahiyyət və dini etiqad vasitəsilə  mümkündür.
İslamda  din  əxlaqın  əsasında  durur,  dini  etiqad  və  adətlər 
adamları  pis  işlərdən  çəkindirir.  Deməli,  dini  adət  və  ənənələri 
yerinə  yetirən,  milli-mənəvi  dəyərləri qoruyub  saxlayan,  günlərini 
ibadət  və  itaətlə,  halal  əməklə  keçirən  adamlar  yaxşı  və  əxlaqi 
hərəkətlər  etməkdən  qürur  duymaqla  bu  nemətlərdən  səmərəli 
istifadə  etmiş  olur.  “İslam  dininin  bəşəriyyətə  bəxş  etdiyi  bütün 
nemətlərdən  hər  bir  azərbaycanlı  səmərəli  istifadə  etməli  və 
xüsusən,  cəmiyyətdə  davranışda  islam  dininin  tələblərinə  uyğun 
olaraq  özünü  göstərməlidir”  deyən  ümummilli  lider  Heydər 
Əliyev bir daha xalqımızın yüksək əxlaq  sahibi  olmaq  imkanlarını 
vurğulamışdır.
10


Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
deyirdi:  “Biz  Azərbaycanda  öz  milli-mənəvi  dəyərlərimizə
söykənərək,  eyni  zamanda  xalqımızın  elminin,  mədəniyyətinin 
inkişafına,  milli-mənəvi  dəyərlərin  ümumbəşəri  dəyərlərlə 
zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk” (3).
Həmçinin  ümummilli  lider  Azərbaycan  xalqının  digər 
dinlərə  olan  münasibətini  belə  bir  həqiqət  anlamında  qeyd  edirdi: 
“Azərbaycanda 
qədim 
dövrlərdən 
müxtəlif 
xalqların 
nümayəndələri  yaşamış,  bir  çox  xalqların  dinləri  mövcud 
olmuşdur.  Azərbaycan  və  onun  xalqı  həmişə  dini  dözümlülüyü 
ilə fərqlənmişdir” (4).
Belə  ki,  insanlar  İslamın  ayin  və  mərasimlərini  öz  qaydası 
ilə  yerinə  yetirir,  digər tərəfdən “dostluq  və  qardaşlıq”  prinsipləri, 
humanizm,  bərabərlik  və  yoldaşlıq  münasibətlərin  nümayiş 
etdirirlər.
Dinə  inanmaq,  onun  ehkamlarını  yerinə  yetirmək,  axirət 
qorxusu  insanlarm  pis  işlərdən  çəkinməsinə  səbəb  olur.  Dini 
etiqad  nəinki  adamları əxlaqlı hərəkət  etməyə  sövq  edir,  həmçinin 
pis  işlərdən çəkindirir,  daha  da  onların  mənəviyyatını  işıqlandırır. 
Din  həqiqətən  də  deyildiyi  kimi  insanlar  arasmdakı  münasibətləri 
yaxşılaşdırır,  ailənin  səmimi  və  mehriban  olmasına  səbəb  olur. 
Din  insanlarım  mənəviyyatmı  saflaşdıran,  onları  yüksək  əxlaq 
ruhunda  tərbiyə  edən  bir  vasitə  olmuş  və  olacaqdır.  Əsasən 
gənclərimizin  təlim-tərbiyə  obyekti  olan  təhsil  ocaqlarında  milli- 
mənəvi  dəyərlərin  mənimsənilməsi  sağlam  və  saf  insanlarm 
inkişafına  gətirib  çıxarır.  Ulu  öndər  Heydər  Əliyev  Azərbaycan 
xalqının  ali  məqam  sahiblərinə  üzün  tutaraq  deyirdi:  “Təhsil 
ocaqlarında  gənclərimizi  xalqımızın  mənəvi  dəyərləri  əsasında 
tərbiyələndirmək,  mənəvi  cəhətdən  sağlam  və  sa f  insanlar 
tərbiyə  etmək  məsələsi mühüm yer  tutmalıdır”.  Belə  ki,  insanlar 
dini  elmlərlə  yanaşı,  müasir  dünya  elmlərini  öyrənmək  vasitəsilə 
həyat  hadisələrini,  özlərinin  hərəkət  və  rəftarlarının düzgünlüyünü 
dərk edir, elm,  maarif yolu ilə kamilləşər və  mənəviyyatca yüksələ 
bilərlər.
11


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə