Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə4/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   ...   88

Din mənəvi paklıq olaraq  insanlara tövsiyə edir ki.  adamlar 
öz  hərəkət  və  əməllərində  azad  olsunlar,  çünki  “Allahın  iradəsi 
xaricində  heç  bir  hadisə  baş  verə  bilməz”,  bütiin  hadisələr,  o 
cümlədən  adamların  adi  hərəkətləri  də  qabaqcadan  ilahi  qüvvə 
tərəfindən  müəyyən  edilir,  “əzəldən  nə  yazılıbsa  o  olacaqdır”. 
’’qismət”  və  “tale”  kimi  süzülüb  gəlmiş  ehkamlar  iradəli 
müsəlmanların  bütün  varlığına  kömək  edir  və  onlar  Allahın 
yaradıcı  qüvvə  sahibi  olduğu  kimi  xeyirli  ehkamları  əldə  rəhbər 
tuturlar.
Allahın 
vahid 
varlığına 
inam 
anlayışı 
insanların 
hərəkətlərində sərbəst  fikir azadlığmı qəbul  etməyə  gətirib  çıxarır. 
Allahın  vahid  varlığına  inam  adamların  istək  və  arzularının 
məsuliyyətli 
və  olduqca  əhəmiyyətli  olduğunu  irəli  sürərək 
onlarda  öz  gücünə  inamı  yaradır,  çətin  vəziyyətdən  çıxmaq  üçün 
çıxış yolu axtarmaq,  mübarizə etmək əzmini gücləndirir.
Dində  “səbr”,  ’’qəzavü-qədər”  kimi  məfhumlara  və
onların  ifadə  etdiyi  mahiyyətə  inanc  çox  əhəmiyyətlidir.
• 

insanların  hərəkətlərinin,  həyat  yolunun  ilahi  qüvvə  tərəfindən 
müəyyən edilməsi  doğru  və  düzgün  fakt  kəsb edir.  Allah  yanında 
adamların sevinc və kədəri,  xoşbəxtliyi və bədbəxtliyi qabaqcadan 
müəyyən  olunmuşdur.  Gözəl  həyata,  xoş  güzərana  sahib  olmaq 
üçün  taleyin  ağuşuna,  Allahın  mərhəmətinə  sığınmaq  olduqca 
əhəmiyyətlidir,  bundan ötrü  taət  və  ibadət,  halal  zəhmət  çəkmək, 
elm öyrənmək,  bilik əldə etmək lazım gəlir.
Hər  bir  mübarizə  və  fəaliyyətdən  bəhrələnməklə  ümidini 
Allaha  bağlayan  və  yalnız  Ondan  kömək  diləmək  hər  hansı  bir 
adam  üçün  dəyərlidir.  Hər  zaman  Allahın  mərhəmətin  istəyən 
adama -  Allah kömək  edər.  Bu  dünyada  hər  kəsin  ki,  nəyə  şövqü 
var  oxumaq,  elm  öyrənmək,  bütün  fənlərdən  xəbərdar  olmaq,  dil 
bilmək,  sənət  bacarığı  əldə  etmək,  ticarət  öyrənmək  və  başqa 
lazımlı  şeyləri  çalışaraq  əldə  etməlidir.  “Mən  həyatda  yalnız  iiç 
şeyə  arxalanıram:  Yaradanıma,  zəhmətimə  və  bir  də  xalqıma” 
deyən Dahi şəxsiyyət öz inancını bu cür tərənnüm etdirmişdir.
Din  bütün  mömin  müsəlmanların  hərəkətlərini  əxlaq 
qaydaları  çərçivəsinə  salaraq,  onların  tam  sərbəstliyini  təmin  edir
12


və  müstəqil  iş  görməsinə  kömək  edir.  İnsanlar  hətta  ən  ali 
məsələlərdə  fikir  yürütmək  qabiliyyətinə  malikdirlər.  Məhz  bu 
səbəbdən  də  bütün  müsəlman  olmuş  hər  kəs  böyük  iş  üçün  də, 
kiçik  iş üçün də azad  və səlahiyyətlidirlər.
Dinin təsiri  nəticəsində  insanlar  “qorxmaz”,  ’’mübariz” və 
olduqca sərbəst olurlar ki,  özləri hansı günün yaxşı və hansı günün 
pis  olmasım  müəyyənləşdirirlər.  Buna  görə  də  o,  adamların 
hərəkət  və  davranışlarında  dinin  nə  qədər  böyük  rolu  olduğunu 
təsdiq  edən  İslam  dini  əxlaqına,  onu  yaşadan  və  müdafiə  edən 
insanlar  göstərir  ki,  adamların  bu  qədər  geniş  səviyyəli  olması, 
mənəvi  kamilliyə  yetişməsi  deməkdir.  Adamlar  özləri  də 
tamamilə  sərbəst  olmaq  mənasını  görür  və  getdikcə  daha  artıq 
başa  düşürlər  ki,  Allah  insanları  nə  qədər  qiymətli  və  gözəl  xəlq 
etmiş,  onlarda  dostluğa,  həmrəyliyə,  birliyə  çağıran  düşüncə 
qabiliyyəti 
qoymuşdur. 
“İnsanların 
mənəvi 
sərvətlərinin 
hamısından  dinin  fərqi  ondadır  ki,  o,  dini  mənsubiyyətindən 
asılı  olmayaraq  həmişə  insanları  dostluğa,  həmrəyliyə,  birliyə 
dəvət  etmişdir”  (7)  deyən  Azərbaycan  xalqmm  ümummilli  lideri 
Heydər  Əliyev  bir  daha  dini  əxlaqın  nə  qədər  əhəmiyyətli 
olduğunu xatırlatmışdır.
Din  insanların  azad  və  firavan  yaşaması  üçün  ehkamların 
yerinə  yetirilməsini  əsas  xüsusiyyətlərdən  biri  hesab  edilir.  Din 
cəmiyyət  üzvlərinin  oxumasına,  bilik,  savad  kəsb  etməsinə, 
şəxsiyyətin  intellektual  inkişafına  böyük  əhəmiyyət  verir.  Onun 
ehkamlarına  görə,  adamlar  ancaq  bu  yol  ilə  öz  hərəkət  və 
əməllərində  sərbəst  olar,  müstəqil  fəaliyyət  göstərə  bilərlər.  Din 
belə  bir  nəzəriyyəni  də  əsaslandırır  ki,  insanların  iradə  azadlığı 
dinlə  bağlıdır,  Allahın  iradə  azadlı  çərçivəsində  insanlarm  hamısı 
elmə  və  biliyə  nail  ola  bilərlər.  Dinin  təbirincə,  adamların  əqli 
inkişafı,  savad  dərəcəsi  nə  qədər  yüsək  olarsa,  onlar  öz 
hərəkətlərində bir o  qədər azad və  firavan olarlar.
Zəngin  və  qədim  keçmişə  malik  olan  İslam  dini  bütün 
aktual  problemlərin  həllini  bəyan  edərək  göstərir  ki,  o,  insanlarm 
hərəkət  və  əməllərində  mütləq  iradə  sahibi  olan  Allahın  iradə 
azadlığı  daxilində  mümkündür.  Din  onu  da  xatırladır  ki,  adamlar
13


öz  hərəkətlərində  Allahı  düşünməklə,  əqlə  müraciət  etməlidirlər. 
Ancaq  belə  hərəkətlər  insanı  gözəlləşdirər,  mənəvi  cəhətdən 
yüksəldə  bilər.  “Biz  Azərbaycanlılar  -   bu,  son ralar  gələcək 
bütün  nəsillərə  də  tövsiyə  olunur  heç  vaxt  inamımızdan, 
dinimizdən  uzaqlaşmayacaq  və  bu  mənəvi  mənbələrimizdən 
istifadə  edərək  gələcəyimizi  quracağıq”  (5,  s.  81)  deyən 
ümummilli  lider  Heydər  Əliyev  bir  daha  öz  yüksək  fəlsəfi  dəyər 
və bilgisini bəyan etmişdir.
Din  insanları  bu  dünyada  halal  zəhmətlə  yaşamağı  təbliğ 
edən əxlaq normalarını yüksək qiymətləndirir və passivlik təlimini 
tənqid  edərək  bəyan  edir  ki,  passivlik  insanları  aldadaraq  onları 
maddi  və  mənəvi  olan  halal  nemətlərdən  məhrum  edir.  Həmçinin 
nəticə  etibarilə  real  gerçəkliyi  nəzərə  almaqla  mövcud  olan  hər 
hansı  qeyri-varlıq  növü,  o  cümlədən  insan,  əxlaqın  nizamlanması 
naminə səy göstərir və həyat tərzinin saflaşmasına xidmət edir.
14


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə