Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə6/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   ...   88

azərbaycanlılar  haqqında  isə  belə  deyir:  “Azərbaycanlılar  qan 
etibarilə  nəcibdirlər;  onlar  təbiətin  xeyirxah,  mərd,  alicənab  olub, 
zehni və əxlaqi inkişafa qabildirlər” (15,  s.  155).
Müstəqilliyimizin 20  illik  tarixi müşahidələri  göstərir ki,  heç 
bir  xalq  öz  mütərəqqi  mənəvi  dəyərlərini  nəinki  kənara  atmır, 
əksinə  keçmiş  mədəniyyətdə  qiymətli  nə  varsa  onları  mənimsəyib 
yeniləşdirərək, zənginləşdirir.
Milli-mənəvi  dəyərlərin  yaşadılması  və  qorunması  heç  də 
ümumbəşəri  mədəniyyətin  formalaşmasına  nəinki  mane  olmur, 
əksinə  ümumbəşəri  mədəniyyət  məhz  milli  mədəniyyətlərin 
nailiyətləri  əsasında  formalaşır.  Milli  və  ümumbəşəri  mədəniyyət 
bir-birini  tamamlayır  və  qarşılıqlı  surətdə  zənginləşdirir.  Hər  bir 
adət-ənənələlərdə,  milli-mənəvi  dəyərlərdə,  milli  mədəniyyətdə 
ümumbəşəri  qayə  və  keyfiyyətlər  mövcuddur.  Məsələn,  sadə  dini 
əxlaqi  anlayışlar  (düzlük,  doğruçuluq,  satlıq,  ədalət,  xeyir-şər  və 
s.)  demək  olar  ki,  bütün  millətlərin  xalq  yaradıcılığına  xasdır  və 
bu  onları  yaxınlaşdıraraq,  birləşdirir.  Bununla  bərabər  müasir 
ümümbəşəri  ideyalar,  məsələn,  demokratiya,  qanunların  aliliyi, 
insan  haqları  kimi  ideyalar  vardır  ki,  bütün  millətlər  onları 
mənimsəməyə  çalışır.  Qərb  ölkələri  və  Amerika  Birləşmiş 
Ştatlarında  bu  sahədə  artıq  böyük  tarixi  təcrübə  varsa,  Şərq 
ölkələri  bu  yeni  fəlsəfi  adət-ənənələri  mənimsəməkdədirlər. 
Postsovet  respublikaları,  o  cümlədən  müstəqil  Azərbaycan 
respublikası  üçün həmin  ümumbəşəri  adət-ənənələr,  milli-mənəvi 
dəyərlərin mənimsənilməsi bir aktuallıq kəsb edir.
Milli-mənəvi  dəyərlər,  adət-ənənələr  milli  mədəniyyətin  bir 
növü  kimi  keçmişlə  gələcək  arasında  bir  körpü  salır,  varislik 
yaradır.  Mənəvi  tərəqqiyə  yeni  yollar  açır.  Gənc  nəslin  milli 
mədəniyyət,  milli  adət-ənənələr  ruhunda  tərbiyəsi  ilə  yanaşı 
qloballaşma  prosesində  mədəniyyət  sahəsində  meydana  çıxan 
görkəmli  nailiyyətlər  onları  zənginləşdirir  və  gələcək  bəşəri 
inkşafa  hazırlayır.  Gənclərdə  Azərbaycançılıq  məfkurəsinin, 
vətəndaşlıq  şüurunun  formalaşdırılması,  milli-mənəvi  dəyərlərin 
milli  adət-ənənələrin,  dini-əxlaqi  keyfiyyətlərin  onlar  tərəfindən 
mənimsənilməsi  ilə  bilavasitə  bağlıdır.  Böhran  keçirən  Qərb
18


sivilizasiyasının 
yad 
və 
bayağı 
təsirlərindən, 
eləcə 
də 
kosmopolitizmindən,  mənəvi  düşkünlüyündən  qorunmaqla  milli- 
mənəvi dəyərlərdən istifadə edilməsi zəruridir.
Müstəqillik  dövründə  dünya  azərbaycanlılarının  bir  milli 
məfkurəsi,  azərbaycançılıq  məfkurəsi  ətrafında,  milli-mənəvi 
dəyərlərin  kontekstində  bir  milli  varlıq  kimi  birləşməsi,  müvcud 
olub  fəaliyyət  göstərməsi  üçün  milli  mədəniyyətin  qorunması, 
onların  inkişaf etdirilməsinin  mühüm  əhəmiyyəti  vardır.  Müxtəlif 
ölkələrdə  fəaliyyət  göstərən  Azərbaycan  diasporası  Azərbaycan 
milli  konqresi  halında  birləşmək  üçün  milli-mənəvi  dəyərlər,  o 
cümlədən  milli  mədəniyyətdən  bir  vasitə-resurs  kimi  istifadə 
etməsi məqsədə uyğundur.
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
Azərbaycançılıq  məfkurəsinin  nə  demək  olduğunu  qeyd  edərək 
deyirdi:  “Azərbaycançılıq  öz  milli  mənsubiyyətini  qoruyub
saxlamaq,  eyni  zamanda  onların  ümumbəşəri  dəyərlərlə 
sintezindən, 
dünya 
sivilizasiyasına 
inteqrasiyasından 
bəhrələnmək  hər  bir  insanın  inkişafının  təmin  olunması 
deməkdir” (9, s.  141).
XX  əsrdə  bir  sıra  xalqların  həyatında  olduğu  kimi, 
Azərbaycan  xalqının  milli-mənəvi  həyatında,  eləcə  də  onun 
mədəniyyətində,  adət-ənənələrində  bəzi  deformasiya  halları  baş 
vermişdir.  Lakin,  indi  müstəqillik  əldə  edən,  vətəndaş  cəmiyyəti 
formalaşdıran Azərbaycan  xalqı  öz milli-mənəvi  dəyərlərini,  milli 
adət-ənənələrini,  milli  mədəniyyətini,  dini-əxlaqi  normalarını 
bərpa edib zənginləşdirmək yolu  ilə  irəliləyir.
Bu  baxımdan  ümummilli  lider  Heydər  Əliyev  xalqımıza 
olan  misilsiz  xidmətləri  nəticəsində  müstəqilliyə,  azadlığa, 
demokratiyaya  nail  olmuş  və  bu  proseslərdə  də  milli-mənəvi 
dəyərlərimiz,  adət-ənənələrimiz geniş  vüsət  alaraq  inkişaf etmişdi. 
Müstəqilliyimiz  dövründə  ulu  öndər  Heydər  Əliyev  milli-mənəvi 
dəyərlərimizin  qorunması  ilə  bağlı  13  avqust  2001-ci  ildə 
xalqımıza  ünvanladığı  bəyanatında  haqlı  olaraq  qeyd  edirdi  ki, 
“Bizim  xalqımız yüz  illərlə,  min  illərlə  adət-ənənələrimizi milli- 
mənəvi  dəyərlərimizi yaradıbdır  və  bunlar  indi bizim xalqımızın
19


mənəviyyatını  təşkil edən  amillərdir.  Hər xalqın  özünə,  öz tarixi 
köklərinə, 
əcdadları 
tərəfindən 
yaradılmış 
milli-mənəvi 
dəyərlərinə bağlılığı böyük amildir”.
Həmçinin  müstəqil  Azərbaycan  adına  böyük  tarix  yazan, 
onun memarı və qurucusu  ümummilli  lider Heydər Əliyevin adını 
yuxarıda 
qeyd 
etdiyimiz 
tarixi 
bəyanatında 
Azərbaycan 
ziyalılığmdan  tələb  olunduğu  kimi.  “...biz  öz  milli-mənəvi 
dəyərlərimizi,  adət-ənənələrimizi,  əxlaqi  dəyərlərimizi  bütün 
istiqamətlərdə  qorumalıyıq,  saxlamalıyıq  və  gənc  nəsli  əsrlər 
boyu  böyük  sınaqlardan  keçmiş  bu  mənəvi,  əxlaqi  dəyərlər 
ruh un da tərbiyələn dirməliyik ”.
Milli  adət-ənənələr,  milli-mənəvi  dəyərlər  milli  birliyin 
səciyyəvi  xüsusiyyətlərini  təmsil  etdiyi  üçün  millətlərin  bir-birini 
tanıması  zərurəti  baxımından  da  müəyyən  maraq  və  əhəmiyyətə 
malikdir.  “Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə, 
mentalitetinə 
görə 
qürur 
hissi  keçirməlidir 
və 
biz
azərbaycançılığı  -   Azərbaycanın  dilini,  mədəniyyətini,  milli- 
mənəvi  dəyərlərini,  adətlərini  yaşatmalıyıq”  (9,  s.  239)  deyən 
ümummilli  lider  Heydər  Əliyev  qeyd  etmişdir.  Milli  adət- 
ənənələri, 
milli-mənəvi 
dəyərləri, 
milli 
özünəməxsusluğu 
qorumaqla,  yeni  ümumbəşəri  dəyərləri  mənimsəməklə,  onların 
ahəngdar  vəhdətinə  nail  olmaq  dövrümüzün  zəruri  təlabatıdır.  Bu 
baxımdan  xalqımız  ulu  öndər  Heydər  Əliyevin  bu  xidmətlərini 
heç  zaman  yaddan  çıxarmayacaq  və  hər  zaman  ülvü  xatirələrlə 
onu yad edəcəkdir.
20


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə