Haci səbuhi İbrahimov heydəR ƏLİyev


HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN ŞƏRQ



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə7/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   2   3   4   5   6   7   8   9   10   ...   88

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN ŞƏRQ 
MƏDƏNİYYƏTİ İLƏ BAĞLILIĞI, TARİXİ KÖKLƏRİ VƏ
FƏLSƏFİ DƏYƏRLƏRİ
Doğma  vətənimiz  Azərbaycan,  milli  mənsubiyyətindən 
asılı  olmayaraq hər  bir  xalqın,  millətin  nümayəndəsi  üçün  əziz  və 
doğma  olmalıdır.  Çünki  odlar  yurdu  Azərbaycan  öz  milli 
mədəniyyəti  ilə  digərlərinə  örnək  ola  bilən  bir  çox  keyfiyyətlərə 
malikdir.  O  cümlədən  islami  dəyərləri,  mənəvi  amilləri,  dini- 
əxlaqi  dəyərləri  olduğu  kimi,  həm  də  başqa  müsbət  keyfiyyətli 
prinsiplərə  malik  olan  ən  qədim  xalqdır.  Ulu  öndərimizin  tarixi 
kəlamı  ilə  desək  “Azərbaycanda  islam  dini  VII əsrdən yayılıb  və 
Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin  əsasını  təşkil 
edir.  Bizim  çoxəsrlik  islam  dövrü  tariximiz  zəngindir.  Bu  gün 
iftixar hissi ilə  deyirik  ki, Azərbaycanın  islam  mədəniyəti,  islam 
dini ilə bağlı  olan  dahi insanları -  Nizami,  Füzuli, Nəsimi,  Tusi, 
Oətran  Təbrizi  və  bir  çox  digər  böyük  şəxsiyyətləri  dünya 
sivilizasiyasına  böyük  töhfələr  vermiş  və  islam  mədəniyyətini 
zənginləşdirmişlər.  Biz bunlarla fəxr edirik”.
XIV  əsrin  sonu  və  XV  əsrdə  Azərbaycan  dilində  yazıb
ф
_
yaratmış  Seyyid  imadəddin Nəsimi,  Qasim  Ənvar,  Əbdürrəşid  əl- 
Bakuvi,  Məhəmməd  Hinduşalı Naxçıvani,  Seyyid  Yəhya  Bakuvi, 
Cəlaləddin  Dəvvani,  Şah  İsmayıl  Xətai,  Məhəmməd  Süleyman 
oğlu  Füzulu,  XVII  əsrdə  Saib  Təbrizi,  İbrahim  Ordubadi,  Hüseyn 
Bürham,  Mirzə  Sadiq  Ordubadi, Naci  Ordubadi kimi  bütün Yaxın 
və  Orta  Şərq  ölkələrində  geniş  şöhrət  qazanmış  görkəmli 
şəxsiyyətlərin həyatı,  ictimai-siyasi,  elmi və ədəbi  fəaliyyəti milli- 
mənəvi  dəyərlərimizin  səviyyəsini  nümayiş  etdirir.  Onuda  qeyd 
etmək olar ki,  bunlar Azərbaycanda təşəkkül tapmış  intibah dünya 
mədəniyyəti  tarixinin  ən  parlaq  səhifələrindən  birinə  çevrilməklə 
yanaşı,  həm  də  xalqımızın  çox  böyük  mənəvi  uğurlarının  məntiqi 
nəticəsi olmuşdur.
21


Ümummilli  lider  Heydər  Əliyev  Azərbaycan  xalqının 
milli-mənəvi 
dəyərlərinin 
yaranmasında, 
formalaşmasında 
alimlərin,  ədiblərin,  şair  və  yazıçılarımızın  o  cümlədən  ziyalıların 
rolunu  həmişə  yüksək  qiymətləndirmişdir.  O,  milli-mənəvi 
dəyərlərimizdən  və  onun  yaradıcılarından  danışarkən  demişdir: 
"Xalqımız  öz  böyük  şəxsiyyətləri  vasitəsilə  Azərbaycanın  milli- 
mənəvi 
dəyərlərini 
formalaşdırmış, 
qoruyub 
saxlamış, 
zənginləşdirmiş  və  bu  güıı  onu  ümumbəşəri  dəyərlərin  bir 
hissəsinə  çevrilmişdir.  Milli-mənəvi  dəyərlərimiz  dedikdə, 
burada  inam  və  etiqadımız,  böyük  şəxsiyyətlərimizin  və 
mütəfəkkirlərimizin  yaratdığı  ümumbəşəri  ideyalar  və  milli 
mədəniyyətimiz,  adət-ənənələrimiz,  milli-əxlaqi  keyfiyyətlərimiz 
nəzərdə tutulur ”.
Həmçinin 
Azərbaycan 
xalqının 
böyük 
tarixi 
şəxsiyyətlərini,  yazıçı  və  mütəfəkkirlərini  milli-mənəvi  sərvətimiz 
hesab  edən  ulu  öndər  Heydər  Əliyev  yüksək  düha,  aydm  məslək 
və  əqidə  sahiblərinin  siyasi,  elmi  və  ya  ədəbi  irsinin  mahiyyətini 
birmənalı 
şəkildə 
belə 
qiymətləndirmişdir: 
“Cəlil
Məmmədquluzadənin,  Hüseyn  Cavidin  və  yüzlərlə  bu  kimi 
böyük  şəxsiyyətlərin  yaratdığı  əsərlər  Azərbaycan  xalqının 
mənəvi sərvətidir ”.
Azərbaycan  Respublikasının  müstəqil  yaşamaq  ümidini 
yaradan,  milli  mədəniyyətimizin ən böyük  banisi  ümummilli  lider 
Heydər Əliyev günümüzə gəlib çatmış tarixi abidələrin,  müqəddəs 
ocaqların  mühüm  əhəmiyyətindən  bəhs  edərək  demişdir: 
“Qobustan,  Gəmi qaya  və  başqa  qayaüstü  təsvirlər Kür-Ar az  və 
Xocalı 
mədəniyyətinə 
məxsus 
maddi-mənəvi 
mədəniyyət 
nümunələri,  nurqan  tapıntıları  Azərbaycanda  hələ  qədim 
dövrlərdən  yüksək  və  zəngin  mədəniyyətin  mövcud  olmasını 
sübuta yetirir”.
Azərbaycanın  islam  mədəniyyəti,  islam  dini  ilə  bilavasitə 
bağlılığı  konkret  olaraq  xalqımıza  çox  böyük  ərməğanlar  bəxş 
etmişdir.  Planetar  miqyaslı  ictimai  şüur  formalarından  biri,  bəlkə 
də  ilki  olan  islam  şüuru  Azərbaycanda  əsasən  VII  əsrdən,  daha 
sonra  isə  1991-ci  ildən,  o  cümlədən,  xüsusilə  1993-cü  ilin  ikinci
22


yarısından  sonra  xalqımızın  qədim  və  zəngin  mifoloji,  bədii- 
estetik,  əxlaqi-mənəvi,  fəlsəfi,  hüquqi,  iqtisadi,  habelə  hərbi  şüuru 
ilə  bir  konteksdə  təkamül  yolu  ilə  təşəkkül  taparaq  formalaşıb 
inkişaf etməyə başlamışdır.
İslam  mədəniyyəti  şüurumuza  yuxarıda  qeyd  olunan 
dövrlərdən  başlayaraq  xalqımızın  tarixi  yaddaşının 
bərpa 
olunmasında  xüsusi  rol  oynaması,  milli  mənlik  şüurunun  təkrar 
istehsalında  bilavasitə  özünəməxsus  xüsusi  çəkiyə  malik  olması, 
milli  mentalitetin  zənginləşməsində  aparıcı  istiqamətlərdən  birini 
təşkil  etdirilməsi,  xüsusən  islam  amili  kimi  1991-ci  ildə  müstəqil 
Azərbaycanın  İslam  Konfransı  Təşkilatına  üzv  seçildikdən  sonra 
ölkəmizin  beynəlxalq  miqyasda  nüfuzunun  artmasında  çox  böyük 
rol oynamışdır.
Müstəqil  Azərbaycan  qurucusu,  həmçinin  onun  xilaskarı 
olan  ümummilli  lider  Heydər  Əliyevin  uzaqgörən,  müdrik,  Şərq 
dünyası  siyasətində  apardığı  uğurlu  yol,  onun  1994-cü  ildə  ilk 
dəfə  islamın  tarixi  vətəni olan  Səudiyyə  Ərəbistanına rəsmi dövlət 
səfəri,  müqəddəs  Məkkə  və  Mədinə  ziyarətlərindən  sonra 
Azərbaycan  xalqı  dinimizin  çox  zəngin  ümumbəşəri  mənəvi 
dəyərlərindən  ölkəmizdə  dünyəvi,  hüquqi,  demokratik  dövlət, 
humanist,  sivilizasiyalı  və  vətəndaş  həmrəyliyi  cəmiyyəti 
quruculuğunda  islam  mədəniyyətinin  səmərəli  və  məqsədyönlü 
şəkildə istifadə olumnası  bir daha özünü büruzə vermişdir.
Dünya  şöhrətli  ictimai,  siyasi  və  dövlət  xadimi  Heydər 
Əliyevin uzaqgörən,  apardığı  müdrik  daxili  və  xarici,  o  cümlədən, 
Şərq  siyasətinin  və  onun  uğurlu,  layiqli  davamçısı  olan  möhtərəm 
Prezidentimiz  İlham  Əliyevin  titanik  fəaliyyətində  də  islam 
amilinə,  mədəniyyətinə  xüsusi  diqqət  yetirilir.  Bununla  belə  bəzi 
faktlara  müraciət  etməklə  görürük  ki,  həqiqətən  1993-cü  ildə 
ümummili  liderimizin  “Allahın  yolunda  hamımız  bir  olaq”  adlı 
kitabı Azərbaycan və  bir neçə xarici  dilə,  o  cümlədən, ərəb dilində 
nəşr  olunmuşdur.  Bu  kitabda  qarşıya  qoyulan  başlıca  ideya  ölkə 
daxilində  iqtidarla  müxalifəti,  ölkə  xaricində  isə  bütün  dünya 
insanların, o  cümlədən,  xüsusilə  müsəlmanları vahid Allah  ideyası 
ətrafında  birləşdirərək  ölkəmizi  gözəl,  parlaq  gələcəyə  inam
23


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə