Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə8/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   4   5   6   7   8   9   10   11   ...   88

hissinə  sadiq  olmağa  çağırışdan  ibarət  idi.  Bu  ideya  ulu 
öndərimizin  hər  zaman  öz  düşüncə  tərzində  duran  ən  mühüm 
zəruri və  məqsədyönlü  düşüncələrindən  biri  idi.  Çünki  O  deyirdi: 
“Biz Azərbaycanlılar  -  bu,  sonralar  gələcək  bütün  nəsillərə  də 
tövsiyə 
olunur 
heç 
vaxt 
inamımızdan, 
dinimizdən
uzaqlaşmayacaq  və  bu  mənəvi  mənbələrimizdən  istifadə  edərək 
gələcəyimizi quracağıq” (5, s.  81).
Bu  bir  danılmaz  həqiqətdir  ki,  Azərbaycanın  islam 
mədəniyyəti  ilə 
bağlılığı demək  olar  yüksək səviyyədə  öz
bəhrəsini  verməkdədir.  Müstəqil  Azərbaycan  Dövləti  müsəlman 
ölkələrinin  Azərbaycandakı,  ölkəmizin  Şərq  dövlətlərindəki 
diplomatik  qurumları  ilə  Heydər  Əliyevin  apardığı  uğurlu  siyasət 
hazırda 
ulu 
öndərimizin 
layiqli 
davamçısı, 
möhtərəm 
Prezidentimiz  cənab  ilham  Əliyev  tərəfindən  müntəzəm  olaraq 
layiqincə uğurla həyata keçirilir.
Ümummilli liderin hələ Naxçıvan Muxtar Respublikası  Ali 
Məclisinin  sədri  olarkən  bir  neçə  müsəlman  ölkələrinə  xüsusən
Türkiyə  və  İrana  səfəri,  sonralar  yəni  1994-cü  ildə  İslam



Konfransı 
Təşkilatının 
VII  sammitində 
Mərakeş 
islam
Respublikasında, 
1997-ci  ildə  Tehranda  keçirilən  VIII  Zirvə
toplantısında  iştirakı,  orada  Azərbaycan  həqiqətləri,  reallıqları 
haqqında  dərin  məna,  məzmun  və  mühim  dərəcə  kəsb  edən 
çıxışları,  İKT-nm üzvü olan ölkələrin,  dövlətlərin başçıları  ilə olan 
təkbətək,  ikitərəfli  və  çoxtərəfli  görüşləri  zamanı  etdikləri 
söhbətlər  ölkəmizin 
islam  mədəniyyəti  ilə  sıx  bağlılığını  o 
cümlədən  Şərq  siyasətinin  düzgün  aparılması  üçün  yeni-yeni 
perspektivlər açmışdır.
Lakin  təəssüf  hissi  ilə  deyə  bilərik  ki,  XIX  əsrin 
əvvəllərindən  etibarən  Azərbaycan  rus  mədəniyyətinin  güclü 
təsirinə  məruz  qalmış,  bu  mədəniyyət  vasitəsilə  o  dövrün  tərəqqi 
meyarı  kimi  qəbul  edilən  Qərb  mədəniyyətinin  nailiyyətləri  ilə 
tanış  olmuş,  həmin  nailiyyətlərdən  bəhrələnmiş,  tədricən  milli 
inkişaf yönümləri,  o  cümlədən  türkçülük  və  avropalaşma  Qərbin 
təsiri  altında  təşəkkül  tapmışdır.  XX  əsrin  əvvəllərindən  etibarən 
Azərbaycan islam hüdudlarından,  demək olar ki,  qoparılmışdır.
24


Ümummilli  lider  1998-ci  ildə  İslam Konfransı  Təşkilatının 
tövsiyəsi  ilə  Bakıda  keçirilən  “İslam  sivilizasiyası  Qafqazda” 
mövzusunda  beynəlxalq  simpoziumdakı  proqram  xarakterli 
məruzəsində demişdir:
"...  Azərbaycanda  islamşünaslıq  sahəsində  XX  əsr, 
demək  olar  ki,  tam  itirilmişdir.  Bu  işləri  görmək  üçün 
Azərbaycanda  islamşünaslıq  elmini  inkişaf  etdirmək  lazımdır. 
Bu  məqsədlə  Azərbaycan  Milli  Elimlər  Akademiyası,  Bakı 
Dövlət  Universiteti və  elmi-tədqiqat institutları  həmin sahə  üçün 
xüsusi  təşkilatlar,  orqanlar  və  elnıi  mərkəzlər  yaratmalıdırlar. 
Belə  təşəbbiisülər  olsa,  mən  onları  dəstəkləyəcəyəm,  bunlar 
üçün  hər  cür  şərait yaradacağam.  Buna  arxayın  olun”(50,  s. 
208).
ф
 m
Ölkəmiz  ikinci  dəfə  müstəqillik  əldə  etdikdən  sonra 
qərbləşmə  prosesi  dayanmasa  da,  islamlaşmaya  meyl  demək  olar 
ki,  güclənmişdir.  Azərbaycan  mədəniyyətinin  inkişafında  islamın 
yeri  və  bağlılığı  məsələsindən  danışarkən,  hər  şeydən  əvvəl  qeyd 
edilməlidir  ki,  islam  din,  əxlaq  və  hüquq  normaları  məcmusu, 
həyat  tərzi  kimi  Azərbaycanın  ayrı-ayrı  bölgələrini  vahid 
Azərbaycan  müsəlman  cəmiyyətində  birləşdirmək  üçün  güclü  bir 
vasitə  olmuşdu.  Azərbaycan  islamı  qəbul  etməklə  öz tarixində  ilk 
dəfə  olaraq  bütün  bölgələri  üçün  vahid  din,  ümumi  hüquq,  eyni 
yazı sistemi,  hamı üçün məqbul  həyat tərzi kəsb etmişdi.  Beləliklə 
ən  başlıcası  o  idi  ki,  Azərbaycan  islam  dünyasının  (dar  əl-islam) 
tərkibinə  daxil  olmaqla  böyük  bir  mədəni-iqtisadi  bölgəyə 
inteqrasiya olmuşdu.  Bölgənin əhalisi arasında gediş-gəliş intensiv 
xarakter daşıyırdı.  Böyük-böyük köçmələr  adi  hal  almışdır.  Bütün 
bunlar  sənətkarlığın  və  ticarət  əlaqələrinin  çiçəklənməsi  üçün 
şərait  yaradırdı.  İnkişaf etmiş  iqtisadi,  siyasi  və  mədəni  əlaqələri 
ilə  fərqlənən  şəhərlər  mədəniyyət  mərkəzlərinə  çevrilirdilər. 
Təbriz,  Gəncə,  Ərdəbil,  Naxçıvanda  müxtəlif  millətlərə  mənsub 
adamlar  məskən  salırdılar.  Bu  şəhərlərin  əhalisi  başqa  müsəlman 
şəhərlərlə, ümumiyyətlə,  xarici aləmlə geniş ticarət və mədəniyyət 
əlaqələrinə  giriı*  və  nəticədə  qarşılıqlı  təsir  və  təsirlənmə
25


əməkdaşlıqda  iştirak  edən  bütün  tərəflərin  mədəni  inkişafına 
kömək ediı di.
Azərbaycanın  intibah  dövrü  hesab  edilən  XII  əsrdə 
Naxçıvanda  elmi  mərkəzlər  yaradılırdı.  Naxçıvan  Atabəylər 
dövlətini  idarə  edən  Şəmsəddin  Eldəgizlərin  sarayında  dövrün  ən 
mötəbər  alimləri  toplanmışdılar.  Onlar  riyaziyyat,  təbiətşünaslıq, 
tibb,  kimya,  fəlsəfə,  məntiq,  hüquq,  astronomiya,  ərəb  və  fars 
ədəbiyyatı  sahələrində  böyük  uğurlar  qazanmışdılar.  Bu  dövrdə 
Azərbaycan özünün  fiqh və hədis alimləri  ilə  məşhur olmuşdur ki, 
bunların  da  çoxu  “Naxçıvani”  ləqəbi  ilə  tanınaraq  dünya  tarix 
səhnəsinə  öz  layiqli  adlarını  salmışlar.  İslam  dünyasınm  hər 
yerində  olduğu  kimi,  Azərbaycanda  da  beynəlxalq  ünsiyyət 
vasitəsi  rolunu  Quran  dili  olan  ərəb  dili  oynayırdı.  Ərəb  dili  həm 
də  elm  və  ayinçilik  dili  idi.  Azərbaycanda  təşəkkül  tapan  yeni 
mədəniyyət  özünü  bu  dildə  ifadə  edirdi,  çünki  islamı  qəbul  etmiş 
bütün  xalqlar  ərəb-müsəlman  mədəniyyətinin  ümumi  inkişafında 
öz paylarını əsasən ərəb dilində əlavə edirdilər.
Amma  bütün  ortaq  Azərbaycan  mədəniyyətində  islam 
ünsürü  güclü  və  aparıcı olmuş,  başqa  ünsürləri  müəyyən  etmiş  və 
istiqamətləndirmişdir. 
İslam 
mədəniyyətinin 
bütövlüyünü 
müəyyənləşdirən  əsas  hüdudları  islam  özü,  həm  də  müstəqil 
şəkildə  aydınlaşdırır  və  dəqiqləşdirirdi.  Yeni-yeni  islam ənənələri 
yaranırdı.  Nəticədə  Azərbaycanda  fəlsəfi  fikir,  elm,  incəsənət, 
memarlıq, 
poeziya, 
hüquq 
sahəsində 
islami 
dəyər 
və 
normalarından  bəhrələnmiş,  islamın  müəyyən  etdiyi  hüdudlar 
daxilində  inkişaf etmişdir.  Azərbaycanda  islamın  gəlişi  ilə  ərəb- 
müsəlman  mədəni  təsirlərinin  güclənməsi  heç  də  qədim  milli- 
mədəni  ənənələrin  bütünlüklə  sıxışdırıb  aradan  çıxarılması  ilə 
müşayiət 
olunmamışdır. 
Lakin 
Azərbaycan 
cəmiyyətinin 
islamlaşması  onun  etnoqrafik  simasını  tədricən  dəyişikliyə 
uğratmışdır.  Müsəlmanlar  geyimlərinə,  görkəmlərinə,  davranış  və 
məişətlərinə  görə  qeyri-müsəlmanlardan  fərqlənirdilər.  Eyni 
zamanda,  islamın  təbliğ  etdiyi  dəyərlər,  o  cümlədən  təmkinlik, 
səbirlilik,  dözümlülük,  salehlik,  yaxşılığa  əmr  etmək  və  pislikdən 
çəkindirmək  əhval  ruhiyyəsi,  müxtəlif dinlər  və  millətlər arasında
26


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə