Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə9/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   5   6   7   8   9   10   11   12   ...   88

hörmətli  münasibət,  azad  dialoq  mədəni  inkişaf  üçün  münasib
- •
şərait  yaradırdı.  Bir  sözlə  Azərbaycanda  islamın  qəbul  edilməsi, 
yayılması  və  möhkəmlənməsi  ölkənin  həmin  dövrdə  təşəkkül 
tapan  islam  mədəniyyəti  sisteminə  qoşulmasına,  bu  sistem 
hüdudlarında  öz  milli  mədəniyyətini  inkişaf etdirmək  üçün  güclü 
mənəvi dəyərlər kəsb etməsinə  şərait yaratdı.
Azərbaycan  xalqının  mənəvi  dayağı  olan,  öz  xalqının 
tarixi-mədəni 
keçmişinə, 
milli-mənəvi 
dəyərlərinə 
bütün 
varlığıyla 
bağlı 
olan  ulu 
öndər  cəmiyyətin  dini-mənəvi 
ehtiyaclarına  son  dərəcə  diqqət  və  qayğıyla  yanaşır,  dövlət-din 
münasibətlərinin tarixi-milli ənənəyə  və  müasir hüquqi prinsiplərə 
uyğun  olaraq  tənzimlənməsinə,  vicdan  azadlığının  maneəsiz 
təminatına,  dini-mənəvi,  əxlaqi-etik  dəyərlərin  cəmiyyətdə  təbliğ 
və  təşviq  edilməsinə  böyük  əhəmiyyət  verirdi.  Bu  sadalanan 
müsbət  münasibətləri  böyük  nəzmilə  qələmə  alan 
Asiya 
Müsəlmanları  Komitəsinin  sədri,  Küveytin  vəqflər  və  islam  işləri 
nazirinin müavini doktor Adil Abdulla əl-Fəlahm “Heydər Əliyev 
və  milli-mənəvi  dəyərlər”  haqqında  yazdığı  qiymətli  kitab  buna 
əyani  sübutdur  ki,  həqiqətən  Azərbaycanın  dahi  insanı  islam 
mədəniyyəti ilə nə qədər bağlıdır və öz milli mədəniyyətinə,  milli- 
mənəvi dəyərlərinə,  adət-ənənələrinə sadiq olan  bir şəxsiyyətdir.
Ukraynanm  böyük  fılosofiı  həmçinin  görkəmli  alimi 
E.K.Bıstriçkiy özünün məşhur “Dünya mədəniyyətində  şəxsiyyət” 
adlı  əsərində  qeyd  edir  ki,  həqiqətən  insan  amili  onun  təbii 
varlığının  yaşanması  deməkdir.  Həmçinin  filosof  izah  etməyə 
çalışır  ki,  “İnsanın  mədəniyyətdəki  varlığı  heç  də  həmişə  sözün 
əsl  mənasında  şüurlu  səviyyədə  qavranılmır,  lakin  o  həmişə 
insanın  mədəni  dünyaya  təbii  mənsubiyyətinin  yaşanması,  hiss 
olunması  deməkdir.  Buna  görə  də  fərdin  mədəniyyətə  münasibəti 
mədəni  ənənələrin,  dilin,  adətlərin,  xislətin  -   bütövlükdə  mədəni 
mühiti  təşkil  edən  bütün  amillərin  qorunub  saxlanılması  və 
möhkəmləndirilməsi  praktiki  vəzifəsini  ifadə  edir.  Sözügedən 
baxımdan  yanaşdıqda  şəxsiyyətin  mədəniyyət  aləmində  varlığı, 
onun real həyat prosesi kimi çıxış edir (53,  s. 42).
27


Hər  hansı  bir  mədəniyyətin  yaranması  ilə  əsl  insanın 
formalaşması  prinsipcə  eyniyyət  təşkil  edir.  Mədəniyyətin 
yaranması  o  deməkdir  ki,  insanın  təbiətə  münasibəti  onun 
yaratdığı  əmək  alətləri  sistemindən  keçərək  baş  verir,  dünyanın 
bilavasitə  anlaşılması  və  bir-biri  ilə  ünsiyyət  simvolları  vasitəsilə 
qavramağa  və  ünsiyyətə  çevrilir,  davranışın  təbii  instiktiv 
requlyasiyası  sosial-normativ  tənzimləmə  ilə  əvəz  olunur. 
Azərbaycanda  islam  mədəniyyətinin  yayılması  və  inkişaf 
etdirilməsi  xalqımız  üçün  çox  önəm  daşımışdır.  Mədəni  bağlılıq 
deyəndə  hər  hansı  mədəniyyət  insanın onu  əhatə  edən  mühitə  fəal 
yaradıcı  və  dəyişdirici  münasibətini  ifadə  edir.  “Mədəniyyət  özü 
də  təbii  -   bioloji  amillərin  sosial  amillərə  çevrilməsi  nəticəsində 
yaranmışdır.  O,  insan  nəslinin  şəxsiyyətə  məxsus  həyat 
qüvvələrinin təcəssümü deməkdir”(52,  s.  92).
Dünyanın  böyük  şəxsiyyətlərindən  olan  ulu  öndər  islamı 
sülh  dini  kimi  qiymətləndirməsi  bir  tarixi  həqiqətdir.  Bu  tarixi 
həqiqətə əsaslanaraq  islam dünyası da hər zaman öz böyük  oğlunu 
sevmiş  və  dəyərləndirmişdir.  Azərbaycan  xalqı  isə  böyük  düha 
sahibi  ulu  öndəri  ilə  dünyada  fəxr  edir  və  özünə  sanki  bir  böyük 
mənəvi  dayaq  tapır.  Bunun  nəticəsidir  ki,  2009-cu  ilin  fevral 
ayından  Azərbaycan  islam  mədəniyyətinin  mərkəzi  təyin 
edilmişdir.  Həmçinin  aprel  ayının  25-27-si  İslam  mədəniyyətinin 
paytaxtı  elan  olunmuş  Bakı  şəhərində  keçirilmiş  bütün  dünya 
dinləri  arasında  “Sülh  uğrunda  mübarizə”  beynəlxalq  konfransı 
bütün bunlara  bir daha bariz nümunəsidir.
Azərbaycanda  islamın  qəbul  edilməsi  dövründə  ölkənin 
həm  cənub,  həm  də  şimal  ərazilərində  fikir  və  əqidə  ayrılıqları 
olduqca  müxtəlif  idi.  “Burada  xristianlıqla  yanaşı  nəsturilik, 
manilik,  bütpərəstlik və atəşpərəstlik də yayılmışdı” (49, s.  147).
Azərbaycana  islam  ordularının  daxil  olması  üçün  əsas 
dayaq  nöqtəsi  İraqın  Mosul  və  Kufə  şəhərləri  olmuşdu.  İkinci 
xəlifə olan Ömər ibn əl-Xəttabın hakimiyyəti dövründə ərəb-islam 
qoşunları  deyilən  bu  şəhərlərdən  hücum  edərək  birinci  Rey  və 
Qəzvini sonra isə Azərbaycana doğru hərəkət etdilər.
28


Azərbaycanda  çox  güman  ki, ~ islam  qoşunlarının  tarixi 
qələbəsi  bir  çox  başqa  yerlərdə  olduğu  kimi  daha  çox  siyasi 
müahidələr  tarixini  xatırladır.  “'Hicrətin  18-ci  ilində  “Azərbaycan 
əhli  ilə”,  21-ci  ilində  Muğanla,  22-ci  ilində  Şirvanla,  25-ci  ilində 
Təbriz,  Talış,  Naxçıvan (Arran)  və  başqa ərazilərdə  yaşayan əhali 
ilə  sülh  müahidələri  imzalandı.  Başqa  şəhər  və  vilayətlərlə  də 
buna bənzər müahidələr  imzalanmışdı” (46, s.  326).
Azərbaycan ərazisində ilk dəfə olaraq  Ərdəbil yaxınlığında
18/639-cu  ildə  Azərbaycan  mərzbanı  İsfəndiyar  ibn  Fərruxzadla
müahidə  bağlanılmışdır.  Müahidəyə  çoxlu  maddələr  daxil  olsa  da
əsasən aşağıdakı məzmunda sənəd  imzalanmışdır.
• •
“Bismillahir-rəhmanir-rəhim. 
Omər 
ibn 
əl-Xəttabın 
canişini 
Üqbə  ibn 
Fərqəd 
Azərbaycanın 
vadilərindəki,
dağlarındakı, 
nahiyələrindəki 
və 
sərhəd lərindəki 
əhalisinə, 
dinlərinin  ardıcıllarına -  özlərinə və  mal-dövlətlərinə,  dinlərinə  və 
ailələrinə  -  əmin-amanlıq  verir,  o  şərtlə  ki,  uşaqlardan, 
qadınlardan,  dünya  malından  heç  nəyi  olmayan  mütəmadi 
xəstələrdən  və  dünyada  hər  şeydən  əl  çəkmiş  abidlərdən  savayı, 
onlar gücləri çatdıqları qədər cizyə  ödəsinlər.  Bu  onlara və  onlarla 
yaşayanlara  aiddir. 
Onlar  müsəlman  döyüşçülərindən 
bir 
müsəlmanı  bir  gün  -   bir  gecə  saxlamalı  və  ona  yol 
göstərməlidirlər.  Onlardan  kim  hansı  ildə  orduya  cəlb  olundu,  o 
həmin  ilin  vergisindən  azad  olunur,  kim  qaldı  -   ona  qalanlarla 
eyni  şey  verilir,  kim  çıxdı  -   ona  sığınacağına  çatana  kimi  əmin- 
amanlıq  verilir.  Yazdı  -   Cündüb.  Şahidlik  etdilər  -   Bükeyr  ibn 
Əbdullah əl-Leysi  və  Simək  ibn Xərəşə  əl-Ənsari.  Yazıldı -   18-ci 
ildə” (47,  s. 255-256).
Həqiqətən 
bu 
bağlanan 
mühüm 
və 
əhəmiyyətli 
müahidələrə əsasən ərəblər təəhhüd  götürürdülər ki,  “əhalidən heç 
kim  öldürülməyəcək,  əsir  edilməyəcək,  atəşgədələrdən  heç  biri 
dağıdılmayacaq...,  əhaliyə  bayramlarda  öz  rəqslərini  ifa  etməyə, 
əvvəllər  nə  edirdilərsə,  onu  etməyə  mane  olmayacaqlar”  (48,  s. 
161).
Mühüm əhəmiyyətə malik olan bu müahidələr onu  deməyə 
əsas  verir  ki,  vaxtilə  elmdə  belə  bir  fikir  irəli  gəlmişdi  ki,  islam
29


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə