Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə78/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   74   75   76   77   78   79   80   81   ...   88

mehribanlığın  yaranması  mümkün  olur  və  heç  zaman  ailə 
münaqişəsi  yaranmn.  Məhz  bu  münasibət  nəslin  artırılmasına  və 
uşaqların tərbiyəvi  böyüməsinə təsir edirdi.
Qadına  hər  zaman  müstəqillik  verən  islam  dini  onun  hər 
bir  hərəkəti  üçün  ciddi  və  yüksəldici  tələblər  irəli  sürür,  qadının 
evdə  və  ictimaiyyətdə  azad  vəziyyətinə  bəraət  qazandırır.  Hər 
zaman  Azərbaycan  qadınları  da  cəmiyyətin  bərabər  hüquqi 
üzvülərinə və  fədakar qurucularına çevrilmişlər.
Qadınların  böyük  əksəriyyəti  dinə  bağlı  olmuş,  dini 
əxlaqın  normalarına  riayət  etməklə  məşğul  olmuş,  öz  hərəkət  və 
davranışında  İslam  əxlaqının  prinsiplərini  -   mehribanlıq,  ismət, 
namus,  qarşılıqlı  yardım,  müqəddəs  ana  torpaq  vətənpərvərliyi, 
humanizm,  əməyə  şüurlu  münasibət  və  s.  prinsipləri  əldə  rəhbər 
tuturlar.  İndi  din  bir  dünyagörüşü  halında  olmaqla,  ağıllı  və 
düşüncəli  qadınların  şüurunda  tarixi  keçmişin  yiyələnməsi  üçün 
mövcud irəliləyişdir.
Hazırda  müxtəlif  səbəblərə  görə  çox  az  qism  adamların 
şüurunda  dinin,  eləcə  də  hərəkət  və  davranışında  dini  əxlaqın 
zəifləməsinə rast gəlirik.  Hər halda dindarlar dini əxlaqın bu  və ya 
digər  tələbinə  -  normasına,  dini  əxlaqın  hər  hansı  tələbindən  irəli 
gələn  hərəkət  və  davranış  qaydalarına  əməl  etməklə  hələ  də  bu 
dini  yaşatmışlar.  Həmişə  olduğu kimi dindar adamlar namaz qılır, 
oruc  tutur,  məscid  və  pirlərə  gedirlər.  Dini  əxlaqın  qanunları 
özünü xüsusilə qadına münasibətdə daha açıq şəkildə büruzə verir. 
Bütün  yerlərdə  olduğu  kimi  Azərbaycanda  da  dini  nigaha  -  
kəbinə,  qadınların çadra örtməsi,  yaylıq  bağlaması,  yaşmaq  vurma 
halları davam edir və onlar tərəfindən qorunur.
Geniş  milli  mədəniyyət  quruculuğu  dövründə  dini  əxlaqın 
qorunmasına  yardım  etmək,  onların  milli  mənliyimizə  müsbət 
təsir  göstərməsinə  nail  olmaq  üçün  müntəzəm,  ardıcıl,  elmi 
biliklərə  əsaslanan  mədəni  təbliğ  yolu  təşkil  etmək  bütün 
ictimayyətin,  o cümlədən bütün ziyalıların mühüm vəzifəsidir.
244


i n s a n
 
u ç u n
 
ə n
 
g ö z ə l
 
ə m ə l
N A M A Z   V Ə   O R U C D U R
Naxçıvan  olyama  mətnlərinin  mühüm  xüsusiyyətlərindən 
biri  də  “Risalə”  adı  ilə  bağlıdır.  Risalə  şəriət  qanunları  ilə  yanaşı, 
həmçinin  İslamda  olan  vacib  əməllərin  yerinə  yetirilməsində 
zəruri  olan  namaz  və  oruc  barədə  də  ehkamlar  qeyd  edilir. 
Azərbaycan xalqının əksər  insanları dini etiqadla yaşayıb yaratmış 
və  öz  adət-ənənələrin  Risalə  hökmləri  ilə  qoruyaraq  saxlamışlar. 
Xalqımızın əksər  insanları  uşaqlıqdan göz açıb ata və  analarımızın 
din  və  şəriət  içində  görmüşük,  din  və  şəriətə  qulluq  edən 
görmüşük,  dinə  və  şəriətə  sözsüz  əməl  edən  görmüşük.  Ona  görə 
namaz  ibadətin  elə  vacib  ayinidir  ki,  onu  icra  edən  vaxt  hətta 
danışmaq  belə  günah  sayılır  və  namazı  batil  edir.  Müdriklərin 
etdiyi  ibrətamiz  nəsihətlər  bütün  insanların  ləyaqətini  və  nicatını 
din  və  şəriətin  müəyyən  etdiyi  qayda-qanuna  əməl  etməkdə 
görürdülər.  Bu  insanlarda  Allaha  olan  məhəbbətdən  və  axirət 
qorxusundan  əmələ  gələn  bir  hal  idi.  Məsəl  var  deyərlər 
müsəlmanlar  vacib  namazları  qılmaqla  yetmiş  peyğəmbərin  qətlə 
yetirilməsindən,  min  dənə  Quranın  yandırılmasından  və  yetmiş 
dəfə  zina  eyləyənin  günahından  qorunması  deməkdir.  İslam 
dinində  söz  sahibi  olan  üləma,  fazil  və  müctəhidlər  qeyd  edirlər 
ki,  Allah  tərəfindən  müəyyən  edilmiş  vacib  namazların  icra 
edilməsi  vacibdir.  İnsan  xəstələnib  yataqda  yatsa  belə  bu  fəzilətə 
çatmaq  üçün  vacib  namazları  yatdıq  yerdə  qılması  məsləhət 
görülür.  Əgər  hər  hansı  bir  şəxs  yatdığı  yerdə  namaz  qılmağa 
taqəti  olmasa,  başı  ilə  işarə  eyləyə-eyləyə  namazını  qılmalıdır. 
Əgər o,  başı  ilə  də  işarə  eləməyə  aciz olsa,  o  vaxt  gözləri  ilə  işarə 
eyləyə-eyləyə  namazını  qılmalıdır.  Əgər  gözü  ilə  işarə  eyləməyə 
imkanı  olmasa,  o  vaxt  namazın  ibarələrini  xatirinə  gətirmək  və 
beləliklə, namazı öz könlündə  qılmaq  kifayət edər buyurmuşlar.
Bunları  hökm  kimi  bildirən  Qurani-Kərim  öz  ayə  və 
surələrində  bu  barədə  söyləmişdir:  “Mənəm  Allah!  Məndən  başqa
245


Tanrı  yoxdur.  Mənə  ibadət  et  və  Məni  anmaq  üçün  namaz  qıl!” 
(Taha  surəsi-14).  "Günəş  doğmamışdan  və  batmamışdan  əvvəl 
Rəbbinə  şiikr  edib  şəninə  təriflər de  (sübh  və  əsr  namazlarını  qıl), 
gecənin  bir  vədəsində  (axşam  və  gecə  saatlarında)  və  günorta 
radələrində  də  Rəbbini  təqdis  et  (şam,  gecə  və  günorta 
namazlarını  qıl)  ki,  (bunun  müqabilində  Allahın  səni  böyük 
savaba,  yüksək  dərəcələrə,  yaxud  ümmətin  üçün  şəfaətə  nail 
etməsindən)  razı  olasan!”  (Taha  surəsi-130).  Müsəlman  üçün  hər 
gün  yerinə  yetirəcək  vacibi  namaz  17  rəkətdir:  2  rəkət  sübh,  4 
rəkət  günorta,  4  rəkət  ikindi,  3  rəkət  şam  və  4  rəkət  xiftən 
namazlarından  ibarətdir.  “İslamın  ən  mühüm  ibadətlərindən  biri 
namazdır” (77,  102).
Azərbaycanın  görkəmli  dramaturq  və  satirik  yazıçısı  Cəlil 
Məmmədquluzadə  də  öz  əsərlərində  namazın  qılınmasına  tənqidi 
yanaşsada  onun  nə  qədər  cazibəli  xarakter  daşıdığmı  fərz  olaraq 
hansı  halda  olursa  olsun  yerinə  yetirilməsini  qeyd  edərək  yazırdı: 
“Onunçun  da  hər  növ  ilə  olmuş  olsaydı,  mənim  haman 
vətəndaşlarım  və  dindaşlarım  labüd  gərək  namazlarını  əda  edə 
idilər.  Əgər  sihhət  halında  idilər -  ayaq  üstə  gərək  əda  edə  idilər; 
Əgər bimar  idilər gərək oturduqları yerdə namaz qıla  idilər...” (62, 
s.  389).  Həmçinin ədib  öz  ailə  mühitinin  əxlaqi  dəyərlərlə  tərbiyə 
olunmasını,  ata  və  anasının  hansı  inanclara  etiqat  etməsini  də 
xatırladaraq  yazırdı:  “...uşaqlıqdan  gözümü  açıb  ata  və  anamı  din 
və  şəriət  içində  görmüşəm,  din  və  şəriətə  qulluq  edən  görmüşəm, 
dinə və şəriətə qul görmüşəm” (62,  s.  402-403).
Namazın  əlamətlərindən  biri  də  azan  və  dəstəmazdır. 
Namazın  özü  kimi  onun  hazırlıq  mərhələləri  olan  azan  və 
dəstəmaz  da  şəriət  tərəfindən  savab  iş  və  xeyir  əməl  cərgəsinə 
yazılır.  Şəriətin  göstəricisi  belədir ki,  azan demək,  azan  çağırmaq, 
namaz  qılmağa  bərabər  savab  bir  ibadətdir.  Namaz  kimi  azan  da 
zəhmətkeşləri  işin  səmərəli  keçməsinə  yardım  edir.  Azanın  sübh 
tezdən  verilməsi  və  zəhmətkeş  insanları  yuxudan  oyatması  böyük 
əhəmiyyət  tələb  edirdi.  Təbii  ki,  azanın  verilməsi  namazın 
vaxtının yetişməsindən xəbər verir.  Həm zəhmətkeş  insanlar üçün, 
həm də ticarət  edən şəxslərin vaxtın bilinməsi üçün olduqca zəruri
246


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə