Hacıqabul şəhər F. Cəbrayılov adına 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Həmidova Fidan



Yüklə 445 b.
tarix31.08.2018
ölçüsü445 b.


Hacıqabul şəhər F.Cəbrayılov adına 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Həmidova Fidan

  • Mövzu : Yaşıllıqların artırılması


  • Ekoloji problemlər - müxtəlif ekoloji amillər nəticəsində təbiətin strukturunun və funksiyasının dəyişməsi nəticəsində yaranan problemlərdir. Bəşər (texnika) inkişaf etdikcə oksigen ehtiyyatı azalmağa və karbon qazı çoxalmağa doğru getmişdir. Bu proses 20-ci əsrdə çox-çox sürətlənmişdir. Milyonlarla avtomobillərdən çıxan tüstülər, qazanxanalar, zavodlarin tüstüsü, kondisionerlər və s. Texnika dünyamızı addım-addım məhvə doğru aparır. Düzdür oksigen ehtiyyatını, okeanlarda buxarlanan su tarazlasada, yaşıllıqlarda fotosintez prosesi getsə də, bu tarazliq keçən əsrlərdə qalmışdır.





  • Meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti. Meşələr quru ərazinin üçdə birini tutur. Yer kürəsində meşələrin ümumi sahəsi 38×106 км²-dir. Meşə sahələri Yer kürəsinin ən qiymətli milli təbii sərvəti hesab olunur. Dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür.Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə ilə örtülü olmuşdur. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,4%-ni təşkil edir. Bu rəqəm Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. 1 hektar meşə 200 insanı xilas edir.





  • Əhali artımı meşələrin azalmasına güclü təsir göstərir, meşələr kənd təsərrüfatının ehtiyacları üçün, ticarət, yanacaq və s. məqsədlə qırılır. Əkinçilik və maldarlıq yaranarkən bütün quru səthinin 56%-i meşə ilə örtülmüşdü. Hazırda isə bu göstərici 30%-ə enmişdir. Meşələrin məhv edilməsi prosesi xüsusilə Avropaya toxunmuşdur. Əgər VII əsrə qədər burada meşələr bütün ərazinin 80%-ni tuturdusa, hazırda bu, cəmi 30% təşkil edir. Rusiyada, ABŞ-da, Kanadada, Hindistanda, Çində, Braziliyada meşələr kütləvi sürətdə qırılmışdır. Bütün bunlar torpağın tullantılarla çirklənməsinə səbəb olan "istixana effekti"nə şərait yaradır. İsti torpağı qızdıraraq atmosferdəki karbon səddini dəf edib, kosmik fəzaya çıxa bilmir, torpağı isitməklə temperaturu qaldırır. Yerin hərarətinin +10 S artması belə dünya kataklizminə gətirib çıxara bilər, qütb buzlaqlarının əriməsi sürətlənər, mütəxəssislərin hesablamalarına görə, artıq XXI əsrin ortalarında dünya okeanının səviyyəsi 1-5 metr qalxa bilər ki, bu da Yerin bir sıra regionlarının – Maldiv adalarının, Sankt-Peterburqun, Nil deltasının, Azərbaycan hüdudlarında Xəzər dənizinin cənub sahillərinin su altında qalmasına səbəb olar. Havaların qızması ABS-da, Rusiyada, Çində və digər ölkələrdə quraqlıgın artması ilə müşayiət olunmuşdur.





  • Meşələrin sahəsinin azalması, onların cins tərkibinin qiymətli ağac cinslərinin ikinci dərəcəli cinslərlə əvəz olunmasına doğru dəyişməsi, mövcud meşələrin seyrəkləşməsi, ağacların yandırılması nəticəsində bitki örtüyünün azalması halları istisna deyil. Bu proseslərin qarşısı vaxtında alınmazsa, respublika ağır ekoloji fəlakətlər, eroziya proseslərinin, bozqır ərazilərin artması, dağlıq ərazilərdə sel və sürüşmə, qar uçqunları, bulaqların və çayların quruması təhlükəsi ilə üz-üzə qala bilər. Ona görə də meşə təsərrüfatının problemləri və onun həlli istiqamətində diqqəti artırmaq lazımdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyində hesab edilir ki, respublikanın xüsusilə də az meşəli aran rayonlarında meşəbərpa və qoruyucu meşə zolaqlarının həcmini bir neçə dəfə artırmaq lazımdır. Bu istiqamətdə respublikamızın əsas su arteriyası olan Kür və Araz çayları vadisində yerləşən Tuqay meşələrinin bərpası istiqamətində böyük miqyaslı işlər həyata keçirilməlidir. Dağ yamaclarında su eroziyasının qarşısını almaq üçün geniş sahələrdə qoruyucu meşəliklər salınmalı, eləcə də iri dağ çaylarının hövzələrinin islah edilməsi üçün kompleks tədbirlər (meşəbərpa və hidromeliorativ) aparılmalıdır və s. Lənkəran Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən bildiriblər ki, meşələrin artırılması istiqamətində müəssisənin işçiləri ilin bütün fəsillərində meşələrə və yeni salınmış yaşıllıqlara qayğı ilə qulluq edirlər. Körpə şitilləri əli baltalılardan, pöhrələnənləri isə mal-qaradan qorumaq üçün 12 sahə gözətçisi və 2 təcrübəli meşəbəyi bu işə cəlb olunub. Cari ilin sonunadək Lənkəranda daha 300 hektar sahədə meşə əkini aparmaq planlaşdırılır. Müəssisədən bildirirlər ki, əməkçilər ətraf mühiti qorumaqla yanaşı, yeni meşələrin salınması və bərpa işlərini də böyük həvəslə yerinə yetirirlər. Məsələn, keçən il 150 hektar ərazidə yeni meşə əkini salınıb. Bununla yanaşı, xeyli sayda müxtəlif növ ağac ştili yetişdirilib. Müəssisədə işlərin dövrün tələbinə uyğun qurulmasına çalışır, nöqsan və çatışmazlığın qarşısını vaxtında almağa, yaranmış problemləri həll etməyə səy göstərirlər. Bəzən meşələrdən icazəsiz istifadə edib özbaşına ağac kəsənlərə də rast gəlinir. Belələri qanuna müvafiq qaydada vurduqları ziyanın cəriməsini ödəməli olurlar. İstər qanunsuz ağac kəsimində, istərsə də icazəsiz meşələrə mal-qara, davar otaranlara heç bir güzəşt edilmir.





Ey insanlar!Ekologiyanı qoruyun!



  • Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da iqlim dəyişməsi ilə əlaqədar xüsusi proqram hazırlanıb və bu proqrama görə respublikada meşələrin sahəsinin ərazinin 20%-inə qədər artırılması nəzərdə tutulub. Respublikamızın flora və faunasını qoruyub mühafizə etmək məsuliyyəti təkcə dövlət qurumlarının deyil, eyni zamanda meşəçilərin, təbiəti sevənlərin, bir sözlə hamının üzərinə düşür. Buna görə də hamı təbiəti qorumaq üçün əlindən gələni etməlidir.



  • Diqqətinizə görə təşəkkürlər!



: upload -> iblock -> 831
iblock -> Biologiya(yun."bios"-həyat, "loqos"-elm) planetimizdə yaşayan bütün canlıların həyat və fəaliyyətini qanunauyğunluqlarını öyrənən elmdir. Bu termin ilk dəfə 1802-ci ildə J. B. Lamark və Q. R
iblock -> Yeni informasiya texnologiyalarının öyrənmə prosesinə tətbiqində müəllimin rolu
iblock -> Ci illər hesab olunur. 1974-cü ildə iki amerikalı alim S. Voznyak və S. Jobs fərdi kompyuter yaratmış və onu Apple adlandırmışlar. Fərdi kompyuterlərin yaranma tarixi 1974-1975
iblock -> Mövzu: Tədrisdə ən yaxşı
iblock -> Gəncə şəhər Nadir Hüseynov adına 38 №-li tam orta məktəbin
iblock -> Vətən sizin üçün nə deməkdir? Həmin dövlətdə yaşayan və o dövlətin hüquqlarına tabe olan şəxs necə adlanır?
831 -> Hacıqabul şəhər F. Cəbrayılov adına 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Həmidova Fidan


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə