Halal Qida Standartları və İslam maliyyələşməsi Qarşılıqlı əlaqə və perespektivlər. Fuad Ağayev Halal Konsaltinq Qrup



Yüklə 318,8 Kb.
Pdf görüntüsü
tarix31.10.2018
ölçüsü318,8 Kb.
#77329


Halal Qida Standartları və İslam maliyyələşməsi - Qarşılıqlı əlaqə və 

perespektivlər. 

Fuad Ağayev 

Halal Konsaltinq Qrup

 

 



 

Müasir  dövrün  aktual  və  inkişaf  edən  mövzularından  biri  də  İslam  maliyyələşməsi, 

“Halal”  qida  və  ümumilikdə  “Halal”konsepsiyasının  özüdür.  Bəs  bu  konsepsiyanın  özü  nə 

dən  ibarətdir  və  bu  ad  altında  formalaşmış  baxışlar,  normalar  necə  başa  düşülməlidir. 

Mövzunu daha yaxşı anlamaqdan ötrü qısaca bəzi terminlərin mahiyyətinə diqqət yetirək. 

“Halal”  sözü  özü  İslam  dininə  məxsus  termin  olaraq,  hərfi  mənada  “icazəverilən” 

mənasına gəlir. Qeyri-ərəblər üçün adətən “Halal” sözü daha çox qida və ərzaq məhsulları ilə 

əlaqədar olaraq işlədilir. Lakin Ərəb dilinin özündə “Halal” sözü icazə verilən bütün hərəkət 

və davranışları, geyim tərzini, danışıq tərzini, maliyyəni və sairəni əhatə edir. Həmçinin qərb 

ölkələrində  də  “Halal”  termininə  müsəlmanların  qida  qaydaları  kontekstindən  yanaşlılır, 

xüsüsən də ət və ət məhsulları nəzərdə tutulur. 

 Əslində isə konsepsiyanın özü müsəlmanın həyatının İslam qaydaları ilə tənzimlənən 

bütün  aspektlərini  nəzərdə  tutur.  Bu  konsepsiyaya  bütövlükdə  tam  bir  sistem  kimi 

yanaşılmalıdır  və  sistemin  hər  hansı  bir  elementi  çatışmırsa,  təbii  ki,  bunu  təkmil  sistem 

adlandırmaq olmaz. 

Sözsüz  ki,  “Halal”  konsepsiyasının  əsas  mənbəyi  müqəddəs  kitabımız  “Qurani-

Kərim”  və  hədislərdir.  “Halal”  konsepsiyası  ilk  növbədə  Allah-Təalanın  və  Məhəmməd 

peyğəmbər(ə) icazə verdikləri deməkdir. Bir necə nümunəyə nəzər salaq: 

“Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, Şeytanın izi ilə getməyin! 

Həqiqətən, o 

(Şeytan) 

sizinlə açıq-aşkar düşməndir” 

(2:168). 

“Riba  (sələm,  faiz)  yeyənlər  (qiyamət  günü)  qəbirlərindən  ancaq  Şeytan  toxunmuş  (cin 

vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış veriş də, sələm kimi bir şeydir!” -

dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) 

etmişdir” (2:275). 

 

    Hər iki ayədən göründüyü kimi Halal tək qidaya deyil, maliyəyə, ticarətə də aiddir. 



 

Müasir  dövrdə  Halal  konsepsiyası  İslam  qanunlarının  şərtlərinə  uyğun  şəkildə 

hazırlanmış  məhsul  və  xidmətlərə  istiqamətlənmişdir.    Məhsul  və  xidmətlər  dedikdə  

maliyyə, sığorta, qida, kosmetika, turizm və sairə sahələrlə əlaqədar məhsullar başa düşülür.  

Hal-hazırda  İslam  Əməkdaşlıq  Təşkilatının  (İƏT)  57  üzvü  vardır.  Dünya  üzrə 

müsəlmanların  sayı  1.8  milyard  olaraq  qiymətləndirilir.  Halal  İqtisadiyyatın  həcmi  2013-cü 

ildə  3.5  trillion  dollar  təşkil  etmişdir.  Bu  rəqəmin  2018-ci  ilin  sonuna  6.4  trillion  dollara 

çatması planlaşdırılır. Bu rəqəmin 634.6 milyard dolları yalnız halal qidanın payına düşür ki, 

bunun  da  əsas  hissəsi  müvafiq  olaraq  Halal  Turizm  və  İslam  maliyələşməsinin  hesabına 

formalaşır. 

 

Müqayisə  üçün  qeyd  edək  ki,  dünya  üzrə  yəhudilərin  sayı  2013-ci  ilin  məlumatına 



görə  15  milyon  olmuşdur.  Dünyada  100  minə  yaxın  koşər  məhsulları  üzrə  sertifikat  almış 

supermarket  şəbəkələri  mövcuddur.  Koşər  standartlarına  uyğun  məhsullar  100  milyardlarla 

dollarla  ölçülür.  Son  araşdırmalar  göstərir  ki,  ABŞ-də  cəmi  15  faiz  yəhudi  Koşər 

standartlarına uyğun hazırlanmış məhsullardan istifadə edirlər. 55 faiz ABŞ əhalisi ona görə 

Koşərdən istifadə edir ki, o daha təhlükəsiz və təmiz qida heasb olunur. 38 faiz ABŞ əhalisi 

isə vegetarian qidalarından istifadə edir.  ABŞ-də bir halal sertifikatlaşmadan keçən məhsulun 

müqabilində 86 koşər sertifikatı almış məhsul mövcuddur. Müsəlmanlar il ərzində ABŞ-də 16 

milyard dollar koşər məhsullarına pul xərcləyirlər. 

Ancaq bütün bunlara baxmayaraq  İslam maliyələşmə qurumları və vasitələri hələ ki, 

halal qida sənayesində xüsusən kiçik və orta müəssilərdə aparıcı rol oynaya billməyib. İslam 




dini  elə  bir  dindir  ki,  onu  hissəli  deyil    tam  (bütöv)  şəkildə  qəbul  etmək    lazımdır.  Son 

araşdırmalar göstərir ki, qida sektorunda halal standartlara uyğun fəaliyyət göstərən kiçik və 

orta bizneslərin yalnız 15-20 faizi İslam maliyələşməsindən istifadə edir. Əsasən kiçik və orta 

biznesin  təmsilçiləri  Halal  standartlara  və  normativlərə  uyğun  məhsul    istehsalı  dedikdə, 

yalnız  qida  zəncirinin  mərhələlərinin  İslam  şərtlərinə  uyğun  formada  qurlmasını  başa 

düşürlər.  Lakin,  həmin  kiçik  və  orta  bizneslərin  təmsilçilərini    götürdükləri  kreditlər,    faiz 

dərəcələri,  ödədiklər  və  ya  lizinq  vasitəsi  ilə  əldə  etdikləri  avadanlıqların  hansı  prinsiplərə 

əsasən götürüldüyü maraqlandırmır. Bu zaman məntiqi bir sual meydana cıxır. Bəs nəyə görə 

halal  məhsul  istehsalçıları  tamamilə  halal  təchizat  zənciri  yaratmirlar?  Niyə  görə  ilkin 

biznesin başlanmısından tutmuş, kreditlərin alınması və son qida məhsulunun çatdırılmasına 

qədər olan bir proses eyni İslami dəyərlərə əsaslanmır? 

Təəsüflər  olsun  ki,  bu  tip  müəssilər  və  tədqiqat  inistitutları  yalnız  istehsal  edilən  

məhsullar  ucün kriteriyalar formalasdırıblar. Eyni sual islam maliyyələşməsi ilə məsğul olan 

inistitutlara da aiddir. 

 

Məsələn,  gəlin  baxaq  İslam  maliyələşməsi  xüsusən  bankçılıq  sektoru    kiçik  və  orta 



biznesi hansı şərtlər daxilində malyələşdirirlər.  İslam bankçılığında müştəriyə qoyulan əsas 

kriteriyalar əsasən aşağıdakı kimidir: 

1)

 

Donuz və onunla əlaqədar biznesin maliyələşdirilməməsi 



2)

 

Alkaqollu içki biznesinin maliyələşdirilməməsi 



3)

 

Kazino və qumar biznesinin maliyələşdirilməməsi və sairə. 



 

Amma  bu  günki  qida  sənayesi  çox  mürəkkəb  bir  formatdadır.  Xüsusən  qida 

qatqılarının  çoxluğu  və  onlardan  hansının  halal  mənşəli  olub  olmaması,  eləcədə  heyvan 

kəsiminin  hansı  formada  aparılması  çox  mürəkkəb  bir  məsələyə  çevrilmişdir.  Bütün  bu  adı 

çəkilən  sahələrin  ciddi  şəkildə  audit  olunmasına  və  sertifikatlaşdırılmasına  ehtiyac  vardır. 

Halal sertifkatı olmayan qida sənayesinin, fabrik, restoran və sair müəssələrin İslam maliyəsi 

ilə  təmin  edilməsi  artıq  şübhəli  məsələ  hesab  edilməlidir.  Çox  təəsüf  ki,  hal-hazırda  İslam 

bankçılığı və sığortası ilə məşğul olan inistitutlar, halal sertifikatın olmasını məcburi kriteriya 

kimi öz şərtləri siyahısına daxil etməyiblər. 

Bütün bunlardan belə  bir nəticə çıxarmaq olar ki, İslam maliyələşməsi və Halal Qida 

standartları,  eləcə  də  Turizm  sektoru  arasında  koordinasiya  əlaqələri  zəifdir  və  burada 

müəyyən boşluqlar vardır.  

Bəs  problemin  həlli  yolları  və  perspektivləri  nədən  ibarədtdir.  Müəyyən  təkliflər 

əsasında bu prosesi sürətləndirmək olar. Məsələn,  



1)

 

Şərti olaraq sahələri ilk növbədə təsnifatlandirmaq 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Qida 



Turizm 

İstehlak 

Maliyyə 

İstehsal 

Paylanma

 

Loqistika 



Otel və digər 

infrastrukturlar 

Kosmetika 

Bank 


Nəqliyyat 

Restoran  

Farmakaloqiya

 

Media 



Takaful (Sığorta) 

Kapital Bazarı 




Bu  cür  və  buna  oxşar  təsnifatlaşdırma  ümumi  mənzərəni  daha  da  konkretləşdirməyə 

xidmət  edə  bilər  ki,  bu  da  öz  növbəsində  hər  bir  istqamət  üzrə  gələcək  planların  və 

fəaliyyətlərin daha dəqiq şəkildə icra edilməsinə səbəb olar. 

2)

 

Hər  bir  istiqamət  üzrə  mövcud  olan  standart  və  normativlərin  bir-birinə 

yaxınlaşdırmaq və əlaqəli şəkildə təkmilləşdirmək. 

Hal-hazırda  bu  istiqamətlərin  ayrı-ayrılqıda  müəəyyən  standartlara  və  normativlərə 

malik  olmasını  görə  bilirik.  amma  qarşılıqlı  şəkildə  ortaq  kriteriyaların  azlığını  müşahidə 

etmək olar.  

Ümumiyyətlə  qlobal  halal  iqtisadiyyatı  şəriət  prinsiplərinə  əsaslanan  bisnes 

müəssisələri formalaşdırır. Baxmayaraq ki, halal dedikdə ilk növbədə  İslam dini yada düşür 

amma  unutmaq  lazım  deyil  ki,  halal  iqtisadiyyatın  formalaşması  ümumən  qlobal  şəkildə 

dünya  iqtisadiyyatı  üçün  faydaları  var.    Nəticə  etibarı  ilə  İslam  dəyərləri  də  ümumbəşəri 

dəyərlər  olduğu  üçün    halal  məhsul  və  xidmətlər  qeyri-müsəlman  istehlakçıları  üçün  də 

cəlbedicidir.  Bu tendensiya  son  dövrlər qlobal şəkildə inanc,  etik və  sosial-ictimai  dəyərləri 

fonunda  artmaq  üzrədir.  Bütün  bunları  nəzərə  alaraq  ayrı-ayrı  sektorlarda  standartları 

təkmilləşdirən zaman digər sektorların da nümayəndələrinin iştirakını təmin etmək məhsuldar 

nəticələrə gətirib çıxara bilər. 

 

3)



 

Qanunvericilik bazasının təkmilləşdirilməsi. 

İƏT-ə  yə  üzv  olan  57  ölkədən  bəzilərini  çıxmaq  şərti  ilə  digər  ölkələrdə  İslam 

maliyyələşməsi,  Halal  qida  standartları  və  sertifikatlaşdırma  və  sairə  istiqamətlər  qanun 

səviyyəsində tənzimlənmir. Yalnız pərakəndə şəkildə və hansısa digər dövlətlərin hazırladığı 

normativlərə  əsaslanır.  Bu  isə  bir  sıra  problemlərə  gətirib  çıxarır.  Nəzarət  və  tətbiq 

mexanizmlərinində  boşluqlar əmələ gətirir.  Hər bir ölkə bu sahədə qanunvericilik bazasını 

genişləndirib təkmilləşdirsə çox sürətli və müsbət nəticələr əldə etmək olar. 

 

4)



 

Halal zəmanət sisteminin yaradılması.

 

Yuxarıda  təsnifatlaşdırdığımız  kimi,  həmin  sektorlarda  fəaliyyət  göstərən  hər    bir 

müəssisənin öz daxilində halal zəmanət sisteminin yardılması məqsədəuyğundur. Belə ki, bu 

sistem yalnız istehsal edilən məhsul və xidmətlərə deyil, eləcə də idarəetməni, resursları və 

digər  məsələləri  özündə  əks  etdirməlidir.  Bu  cür  daxili  sistemlərin  yaradılması  nəinki 

müəssiələrin  bir-biri  ilə  əlaqələrini  həmçinin  sektorlar  arası  əlaqələrin  də  yaxınlaşmasına 

təkan verəcək. Bu cür daxili sistemlərin yaradılması  dırnaqarası desək, hər kəsin eyni dildə 

danışmasına və bir-birinin problemini asan başa düşməsinə gətirib çıxaracaq. 

 

 

Bu  təkliflərdən  nəticə  çıxararaq  görürük  ki,  İslam  maliyyə  inistitutları    halal  sistem 



yaratmaq  istəyən  müəssisələri  dəstəkləmək  baxımından  ümidverici  imkanlara  malikdirlər. 

Halal sənayedə fəaliyyət göstərən bizneslər digər sahədə fəaliyyət göstərən müəssisələr kimi 

maliyyə, risk menecment, kapital, kredit və sairəyə ehtiyacları vardır.  

 

Bundan  başqa  İslam  maliyyələşməsi  xalis  mənfəətləri  məhsuldar  investisayaya 



çevrilməsində  əhəmiyyətli  rol  oynaya  bilər.  İslam  maliyələşməsi  və  halal  sənayeinin 

qarşılıqlı əlaqəsi  hər sektor üçün faydalıdır:  

 

 

 



 

 

 




 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Bütün  bunları  ümumiləşdirirək  qeyd  etmək  lazımdır  ki,    bu  sektorlarda  fəaliyyət 

göstərən  maraqlı  tərəflər  sinerji  formatının  yaradılmasını  gücləndirməlidirlər  və  bu    da  öz 

növbəsində  hər  sektordakı  bizneslər  üçün  faydalar  gətirəcək.  Bu  cür  əməkdaşlığın  nəticəsi 

olaraq başdan ayağa İslam prinsiplərinə əsaslanan dəyər zənciri yaranacaq. 

 

Əsas  marqlı  tərəflər  bu  cür  işlərin  həyata  keçirilməsi  üçün  qanunvericiliyi,  maliyyə 



inistitutlarını, halal sertifikatlı müəssisələri həmçinin istehlakçıları da bu dəyər zəncirinə cəlb 

etməlidirlər. İstehlakçıların da bu zəncirə cəlb edilməsi alıcılıq qabiliyyətnin artmasına gətirib 

çıxaracaq. 

 

İƏT təşkilatı çərçıvəsində gələcəkdə bu təşkilata üzv olan 57 ölkə  bu sahəyə diqqəti 



daha  da  artırmalıdır.  Bu  təşkilatın  müvafiq  struktrları  səviyyələrində  işlər  daha  da 

sürətlənməlidir. 

 

Sonunda  unutmayaq  ki,  “qarşılıqlı  əməkdaşlıq  və  həmrəylik”  İslam  norma  və 



prinsiplərindən  biridir.  Bu  norma  İslam  dəyərlərində  əsas  yeri  tutur.  Müqəddəs  kitabımız 

Qurani Kərimin Maidə surəsində ikinci ayəsinin sonunda deyildiyi kimi: 

“Yaxşılıq  etməkdə və  Allahdan qorxmaqda bir-birinizə  yardım edin.  Günah işlər  görməkdə 

və düşmənçilikdə  bir-birinizə  köməkçi  olmayın.  Allahdan qorxun.  Həqiqətən, Allah şiddətli 

cəza verəndir” (5:2). 

 

Ədəbiyyat və istinadlar 

1.

 



Qurani-Kərim 

2.

 



Əl-Mizan fi Tefsir-il Quran, Əllamə Təbətəbai 

3.

 



Halal Food Production, Mian Riaz, Muhammad Chaudry 2004 

4.

 



Halal Qida Standartları, Fuad Ağayev, Bakı 2011 

5.

 



Dünya Bankı, KFH Araşdırma Hesabatı 

6.

 



ASEAN, KFH Araşdırma hesabatı 

7.

 



www.ekonis-ukm.my 

8.

 



Beynalxalq İslam İqtisadiyyatı Ölkələrinin Hesabatı  

9.

 



www.mifc.com

 

İslam  maliyə



l

əşmə


si üçün is

ə

 



ayırdıqları 

maliy


ə

nin tamamil

ə

 halal kriteriyalar 



əsasında 

işlə


y

ən müştə


ril

ə

r



ə

 

çatmasına yardım edir. Bu 



da öz növb

ə

sind



ə

 

İslam maliyə



sind

ə

 olan 



boşluğu tamamlayır.

 

İslam maliyyə



l

əşməsi halal sektordakı 

ə

ssis



ə

l

ər üçün onların maliyyə



 

boşluğun


tamamlayır və

 dig

ə

r m



ə

nb

ə



l

ə

r



ə

dn 


maliy

ə

l



əşmənin qarşısın alır. Bu halal istehsal 

ə



ssis

ə

l



əri üçün faydalıdır.

 

Yüklə 318,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə