Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
Kollegiyasının 3 fevral 2009-cu il tarixli
3 saylı qərarı ilə təsdiq edilmişdir
HAMİLƏLİK ZAMANI
QANAXMALAR ÜZRƏ
KLİNİK PROTOKOL
Bakı - 2009
1
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
57.16
H 26
H 26 Hamiləlik zamanı qanaxmalar üzrə klinik protokol – 31 səh.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə
Nazirliyinin səhiyyə islahatları çərçivəsində ictimai
səhiyyə kadrlarının hazırlanması üzrə Tədbirlər proqramı
əsasında tərtib edilmişdir.
2
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
3
Klinik protokolun redaktoru:
C.Məmmədov – Səhiyyə Nazirliyi İctimai Səhiyyə və
İslahatlar Mərkəzinin direktoru
Klinik protokolun tərtibçilər heyəti:
M.Həmzəyev – Ə.Əliyev adına ADHTİ-nin Mama-ginekologiya
kafedrasının dosenti, t.e.n
N.Poladova – ATU-nun III Mama-ginekologiya kafedrasının
dosenti, t.e.n.
S.Məmmədova – ATU-nun I Mama-ginekologiya kafedrasının
assistenti, t.e.n.
K.Məmmədov – Elmi-Tədqiqat Mama-Ginekologiya İnstitutu,
mama-ginekoloq, t.e.n.
G.Hüseynova – İctimai Səhiyyə və İslahatlar Mərkəzi tibb
işçilərinin peşəkar hazırlığı şöbəsinin həkim-metodisti
K.Süleymanova – Abt Associates, İlkin Səhiyyənin
Gücləndirilməsi Layihəsi, həkim
Rəyçilər:
S.İsrafilbəyli – SN baş mama-ginekoloqu, Ə.Əliyev adına
ADHTİ-nin Mama-ginekologiya kafedrasının müdiri, ə.e.x.,
t.e.d., professor
Z.Topçubaşova – ATU-nun I Mama-ginekologiya kafedrasının
müdiri, t.e.d., professor
H.Bağırova – ATU-nun II Mama-ginekologiya kafedrasının
müdiri, t.e.d., professor
E.Əliyeva – ATU-nun III Mama-ginekologiya kafedrasının
müdiri, t.e.d., professor
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
4
Sübutların etibarlılıq dərəcəsi və elmi tədqiqatların tipləri
Sübutların
etibarlılıq
dərəcəsi
Sübutların mənbələri
(elmi tədqiqatların tipləri)
Ia
Sübutlar meta-analiz, sistematik icmal və ya
randomizasiya olunmuş klinik tədqiqatlardan (RKT)
alınmışdır
Ib
Sübutlar ən azı bir RKT-dən alınmışdır
IIa
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış, nəzarət edilən,
randomizasiya olunmamış tədqiqatdan alınmışdır
IIb
Sübutlar ən azı bir yaxşı planlaşdırılmış kvazi-
eksperimental tədqiqatdan alınmışdır
III
Sübutlar təsviri tədqiqatdan (məsələn, müqayisəli,
korrelyasion tədqiqatlar, ayrı-ayrı halların öyrənilməsi)
alınmışdır
IV
Sübutlar ekspertlərin rəyinə və ya klinik təcrübəyə
əsaslanmışdır
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
5
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların
etibarlılıq dərəcəsi
A
• RKT-lərin yüksək keyfiyyətli meta-analizi,
sistematik icmalı və ya nəticələri uyğun
populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
• Sübutların etibarlılıq dərəcəsi Ia.
B
• Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların
yüksək keyfiyyətli (++) sistematik icmalı, yaxud
• Sistematik səhv riski çox aşağı olan (++) yüksək
keyfiyyətli kohort və ya klinik hal - nəzarət tipli
tədqiqat, yaxud
• Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) RKT.
• Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
• Nəticələri uyğun populyasiyaya şamil edilə bilən,
sistematik səhv riski yüksək olmayan (+) kohort və
ya klinik hal - nəzarət tipli və ya nəzarət edilən,
randomizasiya olunmamış tədqiqat, yaxud
• Nəticələri uyğun populyasiyaya bilavasitə şamil
edilə bilməyən, sistematik səhv riski çox aşağı olan
və ya yüksək olmayan (++ və ya +) RKT.
• Sübutların etibarlılıq dərəcəsi IIb.
D
• Klinik hallar seriyasının təsviri, yaxud
• Nəzarət edilməyən tədqiqat, yaxud
• Ekspertlərin rəyi.
• Yüksək səviyyəli sübutların mövcud olmamasının
göstəricisidir.
• Sübutların etibarlılıq dərəcəsi III və IV.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
6
İxtisarların siyahısı:
ALT
– alanin-aminotransferaza
AST
– aspartat-aminotransferaza
A/T
– arterial təzyiq
CVƏQ – ciftin vaxtından əvvəl qopması
DÜD – dölün ürək döyünməsi
D/D
– damar daxili
ETN
– endotraxeal narkoz
CRL
– dölün təpə-büzdüm ölçüsü
HZQ – hamiləlik zamanı qanaxmalar
HCG – insan xorion qonadotropin hormonu
XBT-10 – Xəstəliklərin Beynəlxalq Təsnifatı (10-cu buraxılış)
KT
– kompüter tomoqrafiyası
KTQ – kardiotokoqrafiya
MRT – maqnit-rezonans tomoqrafiyası
PG
– prostaqlandin
PG-E2
– prostaqlandin-E
2
USM
– ultrasəs müayinəsi
ÜD
– ürək döyüntüsü
V/D
– vena daxili
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
7
Protokol mama-ginekoloqlar üçün nəzərdə tutulmuşdur.
Pasiyent qrupu: qanaxması olan hamilə qadınlar.
Klinik protokolun məqsədləri:
►
Hamiləlik dövrü qanaxmasının profilaktika, diaqnostika və
müalicəsinə sübutlu təbabət prinsiplərinə əsaslanan standart
yanaşmanın formalaşdırılması
►
Ana və perinatal xəstələnmə və ölüm hallarının azaldılması
►
Hamilə qadınlara göstərilən tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılması və xidmətlərdən istifadə imkanının artırılması
ÜMUMİ MÜDDƏALAR
Qanaxmalar – müasir mamalığın aktual problemlərindən biri
olaraq gündəmdə qalmaqdadır.
Mamalıq qanaxmaları üzrə risk qrupuna daxil olan hamilə
qadınların vaxtında aşkarlanması, onlarda patoloji halın ağırlaşma
dərəcəsinin qiymətləndirilməsi və bunun əsasında vaxtında
hamiləliyin optimal aparılma taktikasının seçilməsi ana və perinatal
xəstələnmə və ölüm səviyyəsinin azalmasına imkan yaradacaq.
Müvafiq ədəbiyyatın təhlili bu kateqoriyaya aid olan hamilələrə
göstərilən tibbi yardımın mübahisəliliyini ortaya çıxarmışdır.
Hamiləlik vaxtı olan qanaxmalar şərti olaraq erkən və gec
hamiləlik dövründə baş verən patologiyalar zamanı meydana çıxır.
Odur ki, asan qavramaq üçün hamiləlik vaxtı qanaxmaları belə təsnif
edirlər:
1. Erkən hamiləlik zamanı qanaxmalar
2. Gec hamiləlik zamanı qanaxmalar:
a) cift gəlişləri
b) ciftin vaxtından əvvəl qopması
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
8
ERKƏN HAMİLƏLİK ZAMANI QANAXMALAR
Hamiləliyin I trimestrində rast gələn fəsadlar ilbəil artır. Əksər
hamilələr qanaxma, ağrı və ya hər ikisindən şikayət edirlər.
Hamiləlik diaqnozu qoyulmuş qadınların 20%-ində uşaqlıq yolundan
qanaxma baş verə bilər.
XBT-10 üzrə təsnifat
O 00
– Uşaqlıqdankənar (ektopik) hamiləlik
O 01
– Beçəxor
O 02
– Döllənmənin digər anormal nəticələri
O 03
– Spontan abort
O 04
– Tibbi abort
O 05
– Abortun digər növləri
O 06
– Dəqiqləşdirilməmiş abort
O 07
– Uğursuz nəticələnmiş abort
O 08
– Abort, uşaqlıqdankənar və molyar hamiləliklə
əlaqədar ağırlaşmalar
Səbəblər:
►
Hamiləliklə əlaqədar:
Özbaşına abort (abort təhlükəsi, başlanmış abort, natamam,
tam, inkişafdan qalmış və septik abort forması ola bilər)
Uşaqlıqdankənar hamiləlik
Beçəxor
►
Hamiləlik zamanı ginekoloji patologiyalar
Hamiləlik zamanı sarı cisim sistinin partlaması
Yumurtalıq sistinin partlaması
Üzərində törəmə olan ayaqcığın burulması və degenerasiyası.
İlk trimestr zamanı baş verən qanaxmalar 30% özbaşına abortlar,
10-15% uşaqlıqdankənar hamiləlik, 0,2% beçəxor səbəbindən
inkişaf edir. (A)
İnkişaf etmiş dövlətlərdə ana ölümləri səbəbləri içərisində
uşaqlıqdankənar hamiləlik I trimestrdə rast gələn ən təhlükəli fəsad
hesab edilir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
9
ÖZBAŞINA ABORTLAR ZAMANI QANAXMALAR
Özbaşına abort – bioloji olaraq hamiləlik elementlərinin dölün
yaşama qabiliyyəti olmadan düşməsi və ya xaric olması kimi
anlaşılır.
Epidemioloji olaraq – 1000 qr-dan az çəkili dölün düşməsi və ya
xaric edilməsi kimi başa düşülür.
Səbəblər:
►
Səbəbi məlum olmayan hallar – əksər hadisələrdə abortun səbəbi
məlum olmur. (B)
►
Xromosom anomaliyaları – 25% hadisələrdə abortlar bu
səbəbdən baş verir (B)
►
Rüşeymsiz hamiləlik – ciftin inkişaf anomaliyası olaraq hamiləlik
vaxtı rüşeymin inkişaf etməməsinə deyilir. (A)
►
Çoxdöllü hamiləlik (iki və ya daha artıq dölün inkişafı). (A )
►
Uşaqlığın inkişaf qüsuru və baş verən uşaqlıq boynu çatışmazlığı.
(A)
►
Sarı cisim çatışmazlığı (Yumurtalığın polisistik sindromu). (A)
►
İnfeksiyalar – məxmərək, sitomeqaliya və hər hansı kəskin
qızdırma yaradan xəstəliklər. (A)
Abort təhlükəsi – əlamətləri aşağıdakılardır:
►
Aybaşının kəsilməsi və zəif vaginal qanaxmalar (A)
►
Uşaqlığın ölçüsü hamiləlik müddətinə uyğun gəlir (A)
►
Uşaqlıq boynu bağlıdır (A)
Əgər ultrasəs müayinəsi dölün ürək döyünmələrini qeydə alıbsa,
90% hamiləliklər uğurla başa çata bilər (A). Ciddi yataq rejimi,
progesteron və ya HCG təyini məsləhət görülür (A).
Natamam (yolda olan) abort – əlamətləri aşağıdakılardır:
►
Aybaşının kəsilməsi, güclü vaginal qanaxma ilə müşayiət edilir.
(A)
►
Ağrı qanaxma zamanı artır. (A)
►
Uşaqlıq kiçik, böyük və ya hamiləlik müddətinə uyğun ölçüdə
ola bilər. (A)
►
Uşaqlıq boynu – açıqdır, döl yumurtası elementləri dəlikdən
xaric olur. (A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
10
Qeyd edilən növ abort zamanı:
►
Gözləmə (A)
►
Konservativ (A)
►
Cərrahi taktika seçilə bilər. (A)
Əgər qanaxma güclüdürsə və qeyd edilməyən digər hallar təsadüf
edilərsə, aktiv müdaxilə zəruridir: (A)
►
Erqometrin 1.0 q ə/d təyin edilib, uşaqlıq boşluğu evakuasiya
edilir (vakuum ekstraksiya və ya kuretaj üsulu ilə) (A)
►
Əgər uşaqlığın ölçüsü 13 həftə hamiləlik müddətindən böyük
olsa, oksitosin infuziyası başlayaraq uşaqlıq küret vasitəsilə
qaşınır (500 ml fizioloji məhlul + 1 ml oksitosin v/d damcı üsulu
ilə) (A)
►
Medikamentoz yol ilə uşaqlıq boşluğunu təmizləmək üçün
prostaqlandin (saytotek-600 mg ) təyin edilir (A)
Tam abortun əlamətləri:
►
Aybaşının kəsilməsi və davam etməyən qanaxma.
►
Uşaqlığın güman olunan ölçüdən kiçik olması.
►
Uşaqlıq boynunun bağlı olması.
Əgər USM zamanı uşaqlıq boşluğunda qalıq aşkar olmasa,
konservativ üsul seçilir (ə/d erqometrin 1.0 q), əgər qalıq qalıbsa
natamam abort zamanı tövsiyə edilən cərrahi üsul seçilir. (A)
Rüşeymsiz hamiləlik
►
Uşaqlıq daxilində hamiləlik kisəsi olsa da rüşeym yoxdur.
►
Diaqnoz dinamikada 7 gün fasilə ilə aparılan transvaginal
ultrasəs zamanı qoyulur. (B)
►
Sona çatdırılması – inkişafdan qalmış hamiləlik zamanı tövsiyə
olunan üsullarladır.
İnkişafdan qalmış abort
- Rüşeym və ya döl öldükdən sonra döl yumurtası
elementlərinin uşaqlıq boşluğunda qalması hadisəsidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
11
Əlamətlər:
►
Aybaşının kəsilməsi zamanı zəif qanaxma halları müşahidə
edilir. (A)
►
Erkən hamiləlik əlamətləri (qusma, ürəkbulanma) dayanır. (B)
►
Uşaqlığın ölçüləri hamiləlik zamanına nisbətən kiçik olur. (B)
►
Uşaqlıq boynu bağlı olur. (B)
►
Dinamikada 7 gün fasilə ilə icra edilmiş ultrasəs müayinəsi (trans-
vaginal yoldan) embrionun ürək döyünməsini aşkar etmir. (A)
►
Əgər döl kisəsinin diametri < 15 mm və təpə-büzdüm ölçüsü
(CRL) < 6 mm olarsa, müayinə 2 həftə sonra təkrar
aparılmalıdır. (A)
Bu patologiyanın sona çatdırılması üçün diaqnoz qoyulduqdan
sonra aktiv üsul ilə uşaqlıq boşluğu evakuasiya edilir (küretaj və ya
vakuum ekstraksiyası yolu ilə) (A)
Abortun sona çatdırılması üçün aktiv müdaxilə üsulları
Hamiləlik müddətindən asılı olaraq 3 müxtəlif vəziyyətdə fərqli
üsullar tətbiq edilə bilər:
I vəziyyət:
9 həftədən kiçik hamiləlikdə prostaqlandin (PG) (saytotek) vaginal
yoldan istifadə edilə bilər (A). Əgər xəstədə astma, ürək-qan damar,
kəskin qaraciyər-böyrək çatışmazlığı olarsa, prostaqlandin əks-
göstərişdir (A). Bu vəziyyətlərdə vakuum ekstraksiyası seçim
üsuludur (A).
II vəziyyət:
9-12 həftəlik hamiləlik müddətində uşaqlıq boşluğu ümumi
anesteziya altında ehtiyatla boşaldılır (küretaj və ya vakuum
aspirasiya vasitəsilə). (A)
III vəziyyət:
Uşaqlıq >12 həftə ölçüdə hamiləlik hesabına böyüyübsə, ekstra-
amniotik kateter qoyub prostaqlandin (PG-E
2
) təyin etməklə
hamiləlik sona çatdırılır. (A)
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Septik abort
Natamam abort baş verən zaman uşaqlıq boşluğuna infeksiya
yoluxur. Belə hallar kriminal (xəstəxanadan kənar) üsullar ilə
hamiləlik pozulan zaman daha çox təsadüf edilir.
►
Xəstədə qızdırma (t
≥
38ºC), taxikardiya, ümumi zəiflik,
abdominal ağrı, çox miqdarda pis qoxulu, irinli vaginal ifrazat və
qasıq nahiyəsində gərginlik müşahidə edilir. (A)
►
Kəskin qarın yaradan səbəblər ilə diferensiasiya etmək vacibdir.
(A)
Septik abort inkişaf edən zaman servikal yaxma götürülüb
mikrobioloji müayinə (flora və antibiotiklərə həssaslıq) və qanın
əkilməsi məsləhətdir. (A)
Koaqulopatiya tez-tez inkişaf etdiyi üçün koaquloqrammanı
yoxlamaq vacibdir. (A)
Septik abort hadisəsinin sona çatdırılması zamanı dərhal geniş
spektrli antibiotik və metronidazol qrupundan preparat təyin edilir
(məsələn: Cefazolin 1.0 q sutkada 3 dəfə ə/d və ya Ceftriakson 1.0 q
sutkada 2 dəfə və metronidazol 100 ml sutkada 3 dəfə v/d təyin
edilir). Əgər uşaqlıq boynundan götürülmüş yaxmada fərqli
antibiotikə həssaslıq təyin olunarsa, dərmanlar müvafiqləri ilə
dəyişdirilir. (A)
Antibiotik təyini etdikdən 12 saat sonra uşaqlıq boşluğunun
təmizlənməsi tövsiyə edilir (A). Lakin əməliyyatın başlanmasının
vaxtı şəraitə uyğun dəyişə bilər (A). Bu diaqnozla xəstə daxil
olduqda v/d S.Ringer-laktat, S.NaCl-0.9% – 500 ml, damcı şəklində
1500-2000 ml-ə qədər infuziya etmək və antibiotikləri v/d təyin
etmək vacibdir. (A)
12
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
UŞAQLIQDAN KƏNAR HAMİLƏLİK
Hamiləlik uşaqlıqdan kənarda inkişaf edərsə, bu ektopik
hamiləlik adlanır.
Hər 1000 hadisədən 2-də letal fəsad inkişaf etdiyi üçün
öyrənilməsi böyük əhəmiyyət kəsb edir(A). Ektopik hamiləlik qarın
boşluğunda, yumurtalıq toxumasında, uşaqlıq borularının fimbriya,
ampula, istmus, interstisial hissələrində və nadir halda uşaqlıq
boynunda (servikal hamiləlik) inkişaf edə bilər.
Əlamətlər:
Bu patologiya heç də həmişə klassik əlamətlərlə müşahidə olunmur.
►
6-8 həftəyə qədər aybaşının kəsilməsi
►
birtərəfli abdominal ağrı
►
huşun itməsi (qısamüddətli)
►
yüngül vaginal qanaxma halları
►
ağrıların çiyin nahiyəsinə irradiasiya etməsi
►
uşaqlıq müayinədə bir qədər böyük və boynu hərəkət zamanı çox
ağrılıdır
►
uşaqlığın sağ və ya sol yan tərəfində daxili müayinədə böyük
kütlə əllənir
Müayinə zamanı hamiləlik testi müsbət olub, US müayinəsində
uşaqlıq boşdursa, stabil xəstələrdə qanda
β
-HCG titrini yoxlamaq
məsləhətdir. (B)
Əgər uşaqlıqdan kənar ektopik hamiləlik olarsa,
β
-HCG < 3000
BV/l
olur.
2 gün sonra təkrar müayinədə titr ikiqat artarsa, hamiləliyin
uşaqlıq daxilində inkişaf etdiyini düşünməyə əsas verir (A). Əgər
β
-
HCG titri zəif inkişaf edərsə, uşaqlıqdan kənar hamiləlik göz önünə
gəlməlidir (A). Vaginal yoldan USM diaqnostik əhəmiyyətlidir (A).
Laparoskopik müayinə və müalicə “qızıl “standart hesab edilir (A).
Uşaqlıqdan kənar hamiləlik zamanı stabil xəstələrdə Metotreksat
inyeksiyası tövsiyə edilir (A), hipovolemik şok zamanı laparotomiya
tövsiyə edilir (A). (Qan itkisi çox və təzyiq aşağı olarsa, təcili qan və
qan əvəzedicilər infuziya edilərək cərrahi əməliyyat təxirə
salınmadan aparılır). (A)
Uşaqlıq boynu hamiləliyi zamanı profuz qanaxma başlayır.
Xəstəni xilas etmək üçün total histerektomiya vacibdir (A). Diaqnoz
transvaginal USM zamanı qoyulur (A).
13
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
BEÇƏXOR
Hamiləliyin trofoblastik xəstəliklərindən olub 1200 hamilə
arasında 1 hadisədə təsadüf etsə də, öyrənilməsi I trimestr
qanaxmaları səbəbləri içərisində çox vacibdir.
Bu xəstəliyin iki növü aşkar edilir: tam və hissəvi beçəxor.
Tam beçəxor zamanı xorion xovları hiperplaziya olur və döl
inkişaf etmir. Bu hadisə mayalanmış yumurta nüvəsini itirmiş
vəziyyətdə implantasiya etdikdə baş verir (xromosomların meyozu
zamanı). (A)
Hissəvi beçə xor zamanı trofoblast qismən zədələnir və döl
inkişaf edə bilir.
Əksər hadisələrdə xromosom abnormallığı baş verir. (A)
Əlamətlər:
►
Aybaşı kəsilməsi zamanı hamiləliyin erkən əlamətləri (qusma,
ürək bulanma) daha ağır keçir. (B)
►
Ara-sıra təkrarlanan vaginal qanaxma hadisələri baş verir. (A)
►
Uşaqlıq hamiləlik müddətinə nisbətən daha böyük olur. (A)
►
Çox vaxt sarı cisim toxumasının sisti inkişaf edir və
hipertireoidizm əmələ gəlir. (B)
Diaqnoz
Qanda
β
-HCG titri çox yüksək olur (A) və USM zamanı “qar
çovğunu” şəklini xatırladan təsvir müəyyən edilir (A). Dölü aşkar
etmək olmur (A).
Beçəxor zamanı uşaqlıq boşluğu vena daxili infuziya altında
ümumi anesteziya ilə vakuum və ya kuret vasitəsi ilə boşaldılır (A).
Əgər qanaxma halları təkrar olarsa və
β
-HCG 6 həftə ərzində
yüksək qalarsa, kuretaj təkrar edilir (A) və metotreksat inyeksiyası
təyin edilir (B).
Yaşlı, çox övladlı qadınlarda histerektomiya məqsədəuyğun
hesab edilir. (B)
14
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
15
CİFT GƏLİŞLƏRİ
Cift gəlişləri – ciftin anormal yerləşməsi və bitişməsi, uşaqlığın
daxili dəliyindən bir qədər hündürdə və ya dölün gələcək hissəsindən
öndə yerləşməsidir.
Epidemiologiya
Hamiləliyin III trimestrində cift gəlişlərinin rastgəlmə tezliyi
ümumi doğuşların 0.2%-0.6%-ni təşkil edir. Hamiləliyin 22-24-cü
həftəliyində cift gəlişlərinə daha tez-tez təsadüf olunur. Lakin
hamiləlik artdıqca uşaqlığın böyüməsi nəticəsində cift yuxarıya
doğru sürüşür və daxili dəlikdən 7-10 sm yuxarıya qalxaraq normal
yerləşmiş olur.
Cift gəlişlərinin təxminən 80%-i çox doğan qadınlarda müşahidə
olunur (anamnezində 2 doğuşdan artıq) (A). Hamiləliklərin 20%-i
vaxtından əvvəl doğuşla nəticələnir (B). Ana xəstələnməsi – 23%,
ölümü isə 0-0,9% təşkil edir. Perinatal ölüm yüksəkdir (təxminən 17-
26%) (B).
Risk faktorları
►
Cinsiyyət üzvlərinin inkişaf anomaliyaları (qüsurları) və genital
infantilizm (C)
►
Endometriumda distrofik dəyişikliklər (keçirilən iltihabi
xəstəliklər, abortlar və doğuşlar nəticəsində) (C)
►
Uşaqlığın desidual qatında qan dövranının pozulması (cərrahi
əməliyyatdan sonra) (C)
►
İmplantasiya zamanı xorionun proteolitik aktivliyinin ləngiməsi
(C)
►
Çoxdöllü hamiləlikdə və ciftin ödemi olduqda ciftin səthinin
böyüməsi
►
Ekstrakorporal mayalanma (C)
XBT-10 üzrə təsnifat
O 44
- Cift gəlişləri
O 44.0
- Cift gəlişləri, təsdiq olunmuş qanaxmasız
O 44.1
- Cift gəlişləri qanaxma ilə
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
16
Təsnifat (lokalizasiyasına görə)
1. Mərkəzi cift gəlişi – cift aşağı seqmentdə yerləşib, uşaqlıq
boynunun daxili dəliyini tam örtür.
2. Ciftin yan gəlişi – cift ancaq daxili dəliyin 2/3 hissəsini örtür.
3. Ciftin kənar gəlişi – ciftin kənarı daxili dəliyə yaxın yerləşir və
1/3 hissəsini örtür.
4. Ciftin aşağıda yerləşməsi – ciftin uşaqlığın aşağı seqmentində,
daxili dəliyə çatmamış (6-7 sm) yerləşməsi.
Klinik gedişində, cift gəlişlərində qanaxma başlamamışdan az
miqdarda qanlı ifrazat ola bilər. Mərkəzi cift gəlişində əsas klinik
simptom, ağrı sindromu olmamaqla hamilənin proqressiv qan azlığı
ilə müşahidə olunan tez-tez və təkrar baş verən qanaxmalardır.
Qanaxmanın başlanması heç bir səbəb olmadan, qəflətən baş verə
bilər. Bəzi hallarda fiziki gərginlikdən, alınan travmadan, cinsi
əlaqədən və daxili müayinədən sonra baş verir.
Uşaqlıq qanaxmaları ən çox hamiləliyin 28-30-cu həftəsində,
uşaqlığın aşağı seqmentinin aktivliyi (yığılma) nəticəsində baş verir.
Qanaxma ancaq uşaqlıq əzələsinin yığılması və ciftin soyulması
dayandıqda, damarların trombozu baş verdikdə kəsilə bilər.
Qanaxmanın intensivliyi zədələnmiş damarların diametrinin
ölçülərindən və sayından asılıdır. Cift damarlarından uşaqlıq yoluna
axan qan hematoma yaratmır. Ona görə də, uşaqlığın bütün
nahiyəsində ağrı və gərginlik olmur.
Hamilənin və dölün ümumi vəziyyəti qanaxmanın miqdarından
asılıdır.
Diaqnostika
Cift gəlişlərinin diaqnostikası hamilənin anamnezinə və
şikayətlərinə, klinik və əlavə müayinə metodlarının (USM, MRT)
nəticələrinə əsaslanır. Əsas cift gəlişlərinin əlaməti – bir qayda
olaraq uşaqlıqda gərginlik və ağrı olmadığı halda qəflətən uşaqlıq
yolundan al qanın müxtəlif miqdarda və müddətdə axmasıdır.
Əksər hallarda obyektiv müayinə zamanı dölün gələcək
hissəsinin hündürdə durması, dölün düzgün yerləşməməsi və çanaq
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
17
gəlişləri müşahidə olunur. Cift gəlişlərində uşaqlığın palpasiyası
zamanı aşağı seqmentdə “xəmirvari” konsistensiya əllənir,
auskultasiya zamanı isə ciftin damarlarının döyüntüsü eşidilə bilir.
Cift gəlişlərində
uşaqlıq yolu müayinəsi aparılması
məqsədəuyğun deyil, çünki ciftin soyulması prosesi yarana bilər,
qanaxma güclənər. Lakin USM edilməsinə imkan olmadıqda,
diaqnozu qoymaq məqsədilə ehtiyatla uşaqlıq yolu müayinəsi
aparılmalıdır. Müayinə zamanı dölün gələcək hissəsi ilə barmaqlar
arasında kövşək toxuma əllənir. Uşaqlıq yolu müayinəsi əməliyyat
otağı hazır olduqdan sonra aparılmalıdır. Bu, qanaxma gücləndiyi
halda təcili olaraq hamiləliyi keysər əməliyyatı vasitəsilə başa
çatdırmağa şərait yaratmış olur.
USM hamiləliyin erkən dövründən (9 həftəsindən) (A) ciftin
yerləşməsinin (95% cift gəlişlərinin), xüsusən uşaqlığın ön və yan
divarlarında olduqda, geniş yayılmış, təhlükəsiz və dəqiq diaqnostik
müayinə üsuludur. USM hamiləliyin 10-13, 16-24, 32-36
həftələrində aparılmalı və hər müayinə zamanı ciftin lokalizasiyası
təsvir edilməlidir. Əgər diaqnozu dəqiqləşdirməkdə çətinlik
yaranarsa (cift uşaqlığın ön divarında yerləşdikdə, bir necə US
müayinələrinin nəticələri arasında ziddiyyət yarandıqda), MRT-dən
istifadə oluna bilinər.
Differensial diaqnostika aşağıdakı hallarla aparılır:
►
normal yerləşən ciftin vaxtından qabaq soyulması;
►
ciftin kənar sinusunun cırılması;
►
uşaqlığın cırılması;
►
göbək ciyəsinin döl qişasında birləşdiyi zaman onun damarlarının
cırılması;
►
uşaqlıq yolunda damar genişlənməsinin (varikoz) cırılması;
►
uşaqlıq boynunun patoloji prosesləri
Profilaktika
Abortların, iltihabi xəstəliklərin, lazımsız konservativ
miomaektomiyanın və keysər əməliyyatlarının sayının azaldılması.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
18
Hospitalizasiya üçün göstəriş
Mərkəzi cift gəlişi (hətta klinik simptom olmadıqda) zamanı və
cift gəlişlərinin başqa növlərində uşaqlıq yolundan qanlı ifrazatın
olması zamanı.
Müalicə
Konservativ müalicə
Gözləmə taktikası ancaq az miqdarda qanlı ifrazatın olması,
dölün yetişməməsi, doğuş fəaliyyətinin olmaması, hamilə qadının
vəziyyətinin stabil olması (daimi olaraq hamilə qadının hemostaz və
hemodinamik göstəricilərinin monitorinqinin nəticələrinə
əsaslanaraq) aparılır.
Müalicə: hamilənin vəziyyətinə nəzarət və vena əldə etməklə
venadaxili kristalloid məhlullarının (Ringer ya fizioloji məhlulların)
yeridilməsi.
Hamiləlik yetişməmişdirsə (34 həftəyə qədər) respirator distress-
sindromunun profilaktikası aparılmalı, yüksək dozada
qlükokortikoidlər – deksametazon gündə 8-12 mq 2-3 gün ərzində
verilməlidir. Rezus-mənfi olan qadınlara anti-Rh immunoqlobulin
zərdabı köçürülməlidir (D).
Doğuşun aparılması
Doğuşu təbii doğum yolları ilə idarə etmək qərarı hamiləliyin
müddətindən, dölün vəziyyətindən, ciftin yerləşməsindən,
qanaxmanın miqdarından asılı olaraq qəbul olunur. Bu zaman
göstəriş olduqda doğuşu təcili operativ yolla başa çatdırmaq hazırlığı
zəruridir.
Hamilə qadının vəziyyəti kafidirsə, az miqdarda qanaxma
vardırsa, amneotomiya əməliyyatı aparılmalıdır. Dölyanı mayenin bir
hissəsi axdıqdan sonra dölün gələcək hissəsi aşağı enib cifti sıxır. Bu
vaxt qanaxmanın dayanmasına və doğuşu təbii yolla idarə
edilməsinə şərait yarana bilər.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
19
Cərrahi müalicə
Hamiləliyin əməliyyat vasitəsilə başa çatdırılması hamilə qadının
ümumi vəziyyəti, hamiləliyin müddəti, itirilmiş qanın miqdarı, dölün
vəziyyəti və gəlişindən, cift gəlişinin növündən asılı olaraq qərara
alınır.
Mərkəzi cift gəlişində, hətta qanaxma olmadıqda hamiləliyin 37-
38 həftəsində planlı şəkildə keysər əməliyyatı vasitəsilə başa
çatdırılmalıdır.
Qanaxma 250 ml və ya artıq olarsa, hamiləliyin müddətindən və
ciftin yerləşməsindən asılı olmayaraq təcili keysər əməliyyatı
aparılmalıdır.
Klinik simptomsuz hamilələrin aparılması alqoritmi (uşaqlıq
yolundan qanaxma olmazsa) ümumi hamilələrin aparılma
standartından fərqlənmir. Lakin əlavə olaraq hemostaz
göstəricilərinin müntəzəm müayinələri aparılmalı və 3-4 həftədən
bir ciftin USM vasitəsilə yerləşməsinə nəzarət olunmalıdır. Əgər az
miqdarda qanlı ifrazat olarsa, hamilə stasionar müalicəsinə
göndərilməlidir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
20
CİFTİN VAXTINDAN ƏVVƏL QOPMASI
Ciftin vaxtından əvvəl qopması (CVƏQ) – döl doğulmamışdan
əvvəl normal yerləşmiş ciftin öz bitişmə yerindən vaxtından qabaq
ayrılmasıdır.
CVƏQ-in rast gəlmə tezliyi 0,4-1,4% təşkil edir
(A). 30%
hallarda CVƏQ massiv qanaxmaların səbəbi olub, ananın ölümü ilə
nəticələnir. CVƏQ zamanı ana ölümü 1,6-15,6% (A), perinatal ölüm
20,0-35,0%
(A) təşkil edir.
Qopmanın səbəbləri 2 növ olur: bilavasitə əmələ gətirən və
qopmaya meyl törədən səbəblər.
Ciftin vaxtından əvvəl qopmasını bilavasitə əmələ gətirən
səbəblər:
►
bilavasitə zədə (zərbə, dölün xarici döndərilməsi, amniosentez)
(A)
►
dolayı zədə (qısa göbək ciyəsi, çoxsululuq zamanı dölyanı
mayenin surətli axması (A), çoxdöllü hamiləlik zamanı birinci
dölün surətli doğulması
(A)
►
sinir-psixiki amillər (qorxu, stress).
Ciftin vaxtından əvvəl qopmasına meyl törədən səbəblər:
►
uşaqlıqda və ciftdə iltihabi və degenerativ dəyişikliklər
►
hamilənin orqanizminin damar sistemində dəyişikliklər, uşaqlığın
angiopatiyası
►
cift yatağının yararsızlığı, trofoblast invaziyasının çatışmazlığı
►
uşaqlığın həddindən artıq dartılması
Risk amilləri:
►
preeklampsiya və arterial hipertoniya
►
anamnezində CVƏQ-in olması
►
çoxsaylı doğuşlar (3 və artıq)
►
yaş (35-dən yuxarı)
►
siqaret çəkmə
►
narkomanlıq
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
►
alkoqol istifadəsi
►
dölyanı mayenin vaxtından əvvəl axması
(A)
►
çoxsululuq zamanı dölyanı mayenin sürətli axması (A)
►
çoxdöllü hamiləlik zamanı birinci dölün surətli doğulması
(A)
►
uşaqlığın mioması (miomatoz düyünün cift yatağı nahiyəsində
yerləşməsi).
Yuxarıda qeyd olunan risk amili olan hamilələr dispanser
müşahidə məqsədi ilə mamalıq stasionarına vaxtından əvvəl
göndərilməlidirlər.
XBT-10 üzrə təsnifat
O 45
- Ciftin vaxtından əvvəl qopması
O 45.0
- Ciftin qanın laxtalanma pozğunluqları ilə gedən
vaxtından əvvəl qopması
- afibrinogenemiya ilə
- disseminə olunmuş damardaxili laxtalanma ilə
- hiperfibrinoliz ilə
- hipofibrinogenemiya ilə
O 45.8
- Ciftin digər vaxtından əvvəl qopması
O 45.9
- Ciftin dəqiqləşdirilməmiş vaxtından qabaq qopması
Klinik təsnifat
1. Yüngül dərəcəli – ciftin kiçik hissəsinin qopması
uşaqlıq yolundan qan itkisinin həcmi 100 ml-dən az.
Retroplasentar hematoma əmələ gəldikdə qanlı ifrazat olmur
uşaqlığın tonusu bir qədər yüksəkdir
dölün ürək döyüntüsü tezliyi norma daxilindədir
qanın laxtalanma sisteminin göstəriciləri və əsas fizioloji
meyarları norma daxilindədir.
2. Orta dərəcəli – ciftin ¼ hissəsinin qopması
uşaqlıq yolundan qan itkisinin həcmi 100-500 ml-dən az.
Retroplasentar hematoma əmələ gəldikdə qanlı ifrazat olmur
uşaqlığın tonusu bir qədər yüksəkdir, palpasiya zamanı bərk,
asimmetrik,
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
kəskin ağrılıdır
dölün ürək döyüntüsünün xarakteri dəyişilib, dölün hərəkət
fəallığı artıb və ya zəifləyib
hamilənin dərisi avazımış, tənəffüsü tezləşmiş, nəbzi zəif
dolğunluqda tezləşmiş, təzyiqi normadan aşağıdır
fibrinogenin səviyyəsinin 150-250 mq-dan aşağı düşməsi
mümkündür.
3. Ağır dərəcəli – ciftin 2/3 hissəsinin qopması
uşaqlıq yolundan qan itkisinin həcmi 500 ml-dan cox.
Retroplasentar
hematoma əmələ gəldikdə qanlı ifrazat olmur
hamilənin qarnında kəskin ağrılar, ümumi zəiflik, baş
gicəllənməsi,
bayılma vəziyyəti qeyd edilir. Nəbzi tezləşmiş, zəif
dolğunluqda. Arterial təzyiq kəskin aşağı səviyyədədir
uşaqlıq həddindən artıq gərgin və palpasiya zamanı ağrılıdır
döl adətən tələf olur
çox vaxt damardaxili laxtalanma sindromu qoşulur.
Diaqnostika
Diaqnoz aşağıdakı klinik əlamətlər və obyektiv müayinələrin
nəticələri əsasında qoyulur:
►
uşaqlıq yolundan qanaxma,
►
qarında ağrılar,
►
uşaqlığın gərginliyi və palpasiya zamanı ağrılı olması.
Laborator müayinələr
Qanın və sidiyin ümumi analizi, koaquloqramma, qanın
biokimyəvi və elektrolit göstəricilərinin təhlili, hemostazioqramma,
qanın qurdeşənəyi antikoaqulyantına müayinəsi, qara ciyər
fermentlərinin funksional aktivliyinin vəziyyətinin müayinəsi (ALT
və AST).
Hemoqrammada: trombositlərin, fibrinogenin, protrombinin
miqdarı, aktivləşdirilmiş parsial tromboplastin zamanı, V və VIII
faktorların, fibrinogenin deqradasiya məhsullarının səviyyəsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
İnstrumental müayinələr
►
Ultrasəs müayinəsi
►
Kardiotokoqrafiya (KTQ)
Müalicə
CVƏQ zamanı müalicə taktikasının seçimi qan itkisinin həcmi və
miqdarından, hamilənin və dölün ümumi vəziyyətindən asılıdır.
I. Ciftin qopması hamiləlik zamanı baş verərsə, ananın və dölün
vəziyyətini nəzərə alaraq:
a. hamiləliyin 28-34 həftəlik müddətində – mamalıq
stasionarına təxirəsalınmaz hospitalizasiya olunmalıdır ki,
dölün distress-sindromunun profilaktikası aparıldıqdan sonra
abdominal doğuşa müvafiq əməliyyat önü hazırlıq aparılsın.
β-mimetiklərin istifadəsi qadağandır!
b. hamiləliyin müddəti 34 həftə və yuxarı olduqda – ETN
altında keysər kəsiyi əməliyyatı vasitəsi ilə təcili doğuş:
qopma inkişaf etdikdə, təkrar qanaxma olduqda, hamiləlik
zamanı ciftin qopmasının kəskin klinik mənzərəsi olduğu
halda.
Abdominal doğuş icra olunduqdan sonra qanaxma davam
edərsə, magistral damarların bağlanması göstərişdir.
Keysər kəsiyi ilə əməliyyat aparılan zaman uşaqlığın seroz
qişası altında qansızmalar aşkarlanan hallarda (Kyuveler
uşaqlıq) – taktika uşaqlığın yığılma qabiliyyətindən asılıdır.
Uşaqlığın artımlarsız ekstirpasiyası uşaqlıq əzələlərinin
yığılma qabiliyyəti pozulduqda və ya olmadığı hallarda icra
olunur.
CVƏQ-ə görə icra olunan əməliyyat zamanı izo- və ya
hipokoaqulyasiya olduqda, hemostatik məqsədlə təzə
dondurulmuş plazmanın istifadəsi göstərişdir. Oliquriya
olduğu zaman furosemidin istifadəsi qadağandır.
Furosemid ağ ciyərlərdə durğunluq zamanı istifadə olunur.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
II. Ciftin qopması doğuşun I dövründə baş verərsə, hamilədə
kəskin qanaxma olmadığı hallarda, ananın kafi vəziyyətində, dölün
bətndaxili hipoksiyası olmadığı hallarda, su kisəsi tam və gərgin
olduqda amniotomiya göstərişdir. Vaginal doğuş uşaqlığın yığılma
qabiliyyətinin və eyni zamanda dölün ürək döyüntüsünün mütəmadi
monitor nəzarəti altında aparılmalıdır. Ciftin qopması doğuşun I
dövründə baş verən zaman oksitosinin istifadəsi qadağandır.
III. Cift qopmasının doğuşun II dövründə diaqnostikası – dölün
kəskin hipoksiyası əsasında təyin olunur. Müvafiq şərait olduqda
təcili doğuzdurma göstərişdir: mamalıq maşalarının və ya vakuum-
ekstraktorun istifadəsi, sağrı gəlişlərində isə dölün ekstraksiyası yolu
ilə.
IV. Son və zahılıq dövründə – qanaxmanın profilaktikası
məqsədi ilə uterotonik vasitələrin təyini:
Oksitosin – 40 vahid 200 ml izotonik natrium xlorid
məhlulunda vena daxili
Metilerqometrin – 1ml 0,02% məhlul 10 ml 40% qlükoza
məhlulunda
Mizoprostol
∗
– 600 mq birdəfəlik düz bağırsağa.
Koaqulopatik qanaxmanın dayandırılması
məqsədi ilə
damardaxili təzə dondurulmuş plazma, fibrinogen,
trombositopeniyalarda – trombositar kütlənin istifadəsi göstərişdir.
∗ Klinik protokolun tərtib edildiyi dövrdə Azərbaycan Respublikasında dövlət qeydiyyatından
keçməmiş dərman vasitəsi.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
CVƏQ zamanı müalicə taktikasının seçimi
CVƏQ hamiləlik zamanı (hamiləliyin 28-34 həftəsi)
Təxirəsalınmaz hospitalizasiya
Dölün distress-sindromunun profilaktikası,
əməliyyat önü hazırlıq
Abdominal doğuş
CVƏQ hamiləlik zamanı (34 və yuxarı həftəsində)
Abdominal doğuş
CVƏQ doğuşun I dövründə:
hamilənin vəziyyəti kafi və dölün bətndaxili
hipoksiyası olmadıqda
amniotomiya
vaginal doğuş
CVƏQ doğuşun II dövründə:
döldə kəskin hipoksiya olduqda
Təxirəsalınmaz doğuzdurma:
mamalıq maşaları
vakuum-ekstraktor
dölün sağrı gəlişində ekstraksiya
CVƏQ son və zahılıq dövründə:
Qanaxmanın profilaktikası
25
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
CVƏQ zamanı:
I. Stasionara gətirilənə qədər vaginal müayinə aparılmadan:
►
Damarı "ələ almaq" (vena daxili kateterin qoyulması)
►
Təcili maye köçürmək: ağır qanaxmalar və ya şok halları olduqda
►
Hamiləni təxirə salınmadan stasionara çatdırma
II. Stasionarda
►
Təcili klinik situasiyanın qiymətləndirilməsi
►
Qan itkisinin həcminin qiymətləndirilməsi
►
Səbəblərinin aşkarlanması və diferensial diaqnostikanın
aparılması:
Cift gəlişi
Kənar sinusun cırılması
Göbək ciyəsi damarlarının cırılması
Uşaqlığın cırılması
Uşaqlıq boynunun cırılması ilə.
Vaginal müayinə cift gəlişi istisna olunduqdan sonra aparılır.
CVƏQ zamanı pasiyentin aparılma alqoritmi
CVƏQ yüngül dərəcədə
(ciftin kiçik hissəsinin qopması)
USM, Laborator müayinələr
Doğuş taktikasının seçimi
CVƏQ orta dərəcədə
(ciftin ¼ hissəsinin qopması)
Təxirəsalınmaz USM, KT
Laborator müayinələr
Doğuş taktikasının seçimi
CVƏQ ağır dərəcədə
(2/3-dən artıq hissəsinin qopması)
Müvafiq əməliyyat önü hazırlıq
Abdominal doğuş
26
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
27
CVƏQ-in profilaktikası
Damar pozulmaları ilə müşayiət olunan mamalıq və ekstragenital
patologiyanın vaxtında aşkarlanması və müalicəsidir: məsələn,
hestozun müalicəsi
(A), uşaqlıq tonusunun azalması
(A), hemostazın
korreksiyası (A).
.
CVƏQ zamanı hospitalizasiyaya göstəriş
Hamilənin cinsiyyət yollarından hər hansı bir qanlı ifrazatın
və/ya uşaqlıq nahiyəsində kəskin ağrıların olması.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
28
Ədəbiyyat:
1.
Williams “Manual of Obstetrics. Pregnancy Complications”-
/Kenneth J. Leveno... (et al.) 22-nd ed. 2007
2.
“Aids to Obstetrics and Gynaecology” – Gordon M. Stirrat
(4-s ed) 1997
3.
High risk pregnancy – management options, 2002 James D.K.
Steer P.J.et al
4.
Ectopic pregnancy: a review of incidence, etiology and
diagnostic aspects. Obstetrical and Gynecological Survey
45:375-447. Stabile I. et al. 1999
5.
Практическое Акушерство в алгоритмах и задачах. Под
ред. В.А.Поляковой Москва, Мед.книга, 2002.
6.
Акушерство Национальное руководство. гл.редакторы
Э.К.Айламазян, В.И.Кулаков, В.Е.Радзинский,
Г.М.Савельева Москва, ГЭОТАР-медиа, 2007.
7.
Руководство по амбулаторно-поликлинической помощи а
акушерстве и гинекологии. Гл.редакторы В.И.Кулаков,
В.Е.Радзинский. Москва, ГЭОТАР-медиа, 2007.
8.
Акушерство и гинекология А.Х.ДеЧерни, Л. Натан том 1,
Акушерство, под редакцией А.М.Стрижакова, Москва,
МИ агенство, 2006.
9.
Eğitim el kitabı Z.T.Burak Kadın Sağlığı Eğitim ve Araştırma
Hastanesi 2005
10. Акушерство под.ред.С.Кембелла и К.Лиза. Переведено с
английского под ред. В.Н.Серова Москва, МИ агентство,
2004.
11. Рациональная фармакотерапия. Кулаков В.И., 2005, с. 1151.
12. Рациональная фармакотерапия в акушерстве и
гинекологии. Под.ред. В.И.Кулакова и В.Н.Серова.
Москва, изд.Литерра, 2005.
13. Родовой блок. Чернуха Е.А., 2003, 709 с.
14. Manual of Obstetrics Pregnancy Complications. William. W,
Beck. Jr Philadelphia, 2002.
15. Yüksek Riskli Gebelikler. D.K.James, F.J.Steer, B.Gonik,
H.Güner Copyright, 2008, 1792 s.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
29
16. Руководство по амбулаторно-поликлинической помощи в
акушерстве и гинекологии под ред. В.И.Кулакова и соавт.,-
М.:ГЭОТАР-Медиа, 2007-1056 с.
17. Баркаган З.С, Морозова Л.И, Мамаев А.Н.
Органосберегающая технология в терапии терминальных
акушерских кровотечений.//Трудный пациент-2006.Т.4,
№2,с.13-15.
18. Серов В.Н., Маркин С.А. Критические состояния в
акушерстве: руководство для врачей.-М- Медиздат,2003.
19. Серов В.Н., Соколова Ю.В. Инфузионно-трансфузионная
терапия в акушерской практике// Ж.акуш. и гин.,2005-№6,
с.14-17.
20. Серов В.Н. и соавт. Практическое акушерство. - М. МИА,
1997.
21. Чернуха Е.А. Родовой блок.-М.ТриадаХ,2003.
22. Swindon and Marlborough NHS TRUST. Labourward clinical
Guidelines, 2002,November
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №1
Hamiləlik zamanı qanaxmanın stasionarda aparılma
ALQORİTMİ
Hamilə qadında uşaqlıq yolundan hər hansı bir qanaxma olarsa,
onun stasionarda müalicəsi zəruridir.
30
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
ƏLAVƏ №2
Ağır qanaxmaların aparılma
ALQORİTMİ
31
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Document Outline - bleeding pregnancy oblojka.png
- Bleeding during pregnancyA5.doc
Dostları ilə paylaş: |