HamiLƏLİYİn biRİNCİ trimestr ağirlaşmalari giRİŞ



Yüklə 321,8 Kb.
Pdf görüntüsü
səhifə10/11
tarix23.09.2017
ölçüsü321,8 Kb.
#1312
1   2   3   4   5   6   7   8   9   10   11

16.

 

Genişləndirmə  (dilyatasiya) və  kyuretaj  tamamlandıqdan  sonra  artıq  qanaxmaya  nəzarət 



m

əqsədilə  xəstənin  yaxından  müşahidəsi  aparılmalıdır.  Lazım  olduqda  uterotonik 

preparatlardan istifad

ə  edilə  bilər (məs.,  venadaxili  maye  infuziyası  zamanı  köçürülən 

mayenin h

ər bir litrinə 20 vahid Pitosin əlavə edilir və  ya əzələ daxilinə 10 vahid Pitosin 

yeridilir v

ə  ya Methergine® 0.2 mq ƏD və  ya peroral yolla verilir). Prostaglandin F2alfa 

preparatının  (Hemabate®)  abortdan  sonrakı  qanaxmaların  müalicəsində  istifadəsinə  rəsmi 

icaz


ə yoxdur, lakin nəzəri olaraq effektiv ola bilər. Qan preparatlarının transfuziyası nadir 

hallarda t

ələb olunur. 

17.


 

X

əstənin Rh qrupu mənfidirsə  (Rh-), ona 50 mkq (mini-doza) Rh immun qlobulin 



verilm

əlidir


 

(B Kateqoriyası). 



Dilyatasiya v

ə kyuretajla bağlı ağırlaşmalar  

H

ər bir cərrahi  prosedurda  olduğu  kimi  aspirasiyalı  D&K  üsulu ilə  aparılan  abort  da 



əyyən  ağırlaşamalarla  müşayiət olunur. Prosedurun ehtiyatla həyata keçirilməsi,  lazım 

olduqda daha t

əcrübəli həkimlə  konsultasiyanın  aparılması  və  ağırlaşmaların  baş  vermə 

ehtimalının daim nəzərdə saxlanması, onların baş verməsinin qarşısını ala bilər.  

1.

 



Perforasiya  — 

uşaqlıq daxilinə  yeridilən alətin uşaqlıq divarını dəlib keçməsi nəticəsində  baş 

verir. Zond v

ə ya dilyatator uşaqlıq boynundan keçib gözlənildiyindən daha çox dərinliyə daxil 

olduqda uşaqlığın perforasiyası, adətən, müəyyən edilir. Bəzi hallarda sorma kyuret və  ya iti 

kyuret vasit

əsilə  aparılan  kyuretaj  zamanı  qadının  qarın  boşluğu  orqanlarının  hissələri, 

m

əsələn,  piy  toxuması  və  ya  bağırsaq  uşaqlıq  boynundan  çıxarıla  bilər.  Ağır  qanaxma, 



peritonit 

əlamətləri və  ya  qarın  daxilinə  qanaxmanın  mövcudluğu  perforasiyanın  müəyyən 

edilm

əsinə yardımçı ola bilər.  



 

Əgər perforasiya zond kimi küt alətlə  manipulyasiya  zamanı  baş  veribsə  və  D&K 

tamamlanıbsa,  bu  zaman  xəstənin sadəcə  müşahidəsi yetərli ola bilər.  Əgər perforasiya iti 

kyuret v


ə  ya sorucu kyuret səbəbindən  baş  veribsə, bu zaman xəstənin müalicəsi üçün 

laparoskopiya v

ə ya laparotomiyanın aparılması tələb oluna bilər. Əgər perforasiya baş verən 

zaman D&K tamamlanmamışdırsa, onu ultrasəs müayinəsi və ya laparoskopiya müşahidəsi 

altında  başa  çatdırmaq  olar.  İstənilən  perforasiya  halında  xəstənin  geniş  spektrli 

antibiotikl

ərlə, məs., sefalosporin qrupu antibiotiki ilə müalicəsi nəzərdən keçirilməlidir.  

2.

 



Uşaqlığın  natamam  boşaldılması  —  D&K  prosedurundan  sonra  qanaxmanın  və  qarın 

ağrılarının  davam  etməsi və  ya  US müayinəsində  uşaqlıq  boşluğunda  abort  toxumasının 

qalması  və  ya endometritin müəyyən edilməsi  uşaqlıq  boşluğunun  natamam 

boşaldılmasından  xəbər verir. Bu cür hallarda prosedurun təkrarlanması  tələb oluna bilər. 

Ultras

əs nəzarəti və ya ümumi anesteziya çox vaxt faydalı olur. Birinci prosedurdan bir neçə 



saat sonra ikinci prosedurun (t

əkrar  D&K)  aparılması  tələb olunduqda antibiotiklərin 

verilm

əsi tövsiyə  edilir.  Uşaqlıq  əzələsini  stimullaşdıran  vasitələr və  ya oksitosik 



prepearatlar, o cüml

ədən venadaxili oksitosin, əzələdaxili və ya per os metilerqonovin, ya da 

əzələdaxili və ya per os qəbul edilən prostoqlandin də faydalı ola bilər.  

3.

 



Qanaxma  — 

Qanaxmanın  diferensial  diqnostikasına  uşaqlığın  perforasiyası,  uşaqlıq 

boşluğunda  abort  toxumasının  qalması  ilə  nəticələnən  uşaqlığın  boşaldılması  proseduru, 



uşaqlıq boynu və ya uşaqlığın zədələnməsi və ya qanaxma daxildir. Prosedur zamanı və ya 

ondan sonra ağır dərəcəli qanaxması olan xəstələrin müalicəsi, adətən, gündə 4 dəfə olmaqla 

iki gün 

ərzində  0.2 mq Metilerqonovinlə  (Methergine®)  aparılır.  Alternativ  kimi  iki  gün 

ərzində gündə 4 dəfə 200 mkq misoprostol (Cytotec®) istifadə edilə bilər. Qeyd edilməlidir 

ki,  misoprostolun  bir  sıra  ölkələrdə  (məs.,  ABŞ)  bu  məqsəd üçün istifadəsinə  icazə 

verilm

əyib.  


4.

 

İnfeksiya  —  Septik abort, endometrit, paraendometrit və  ya  çanaq  boşluğunun  peritoniti 

D&K-

nin  infeksion  ağırlaşmalarıdır.  İnfeksion  ağırlaşma  diaqnozu  qızdırma,  uşaqlıq  və 



uşaqlıqətrafı  strukturlarının  ağrılığı,  peritonit  və  leykositlərin  sayının  artması  əsasında 

qoyulur. Müalic

ə  antibiotiklərlə  aparılır.  Hospitalizasiya  edilməsi tələb olunan xəstələrin 

müalic


əsinin venadaxili sefalosporin və  ya üçlü antibiotiklərlə  (ampisillin, gentamitsin və 

klindamitsin v

ə ya metronidazol) aparılması tələb olunur. Klinik vəziyyəti daha yüngül olan 

x

əstələrin müalicəsi ambulator qaydada aparıla bilər. Antibiotiklərin istifadəsinə dair dəqiq 



t

əlimatlar  mövcud  deyil.  Uşaqlıq  daxilində  döl/abort  toxumasının  qaldığı  aşkar  edilərsə, 

uşaqlığın  təkrar  kyuretajı  tələb oluna bilər. Uterotonik  preparatlar  yuxarıda  verilmiş  ikinci 

paraqrafda t

əsvir edildiyi qaydada təyin edilə bilər. Nadir hallarda, çox ağır olan xəstələrin 

hospitalizasiyası və histerektomiyanın aparılması tələb oluna bilər. 

5.

 

Gec f



əsadlar  —  Uşaqlıqdaxili  sinexiyalar  və  ya bitişmələr  (Aşerman  sindromu)  çoxsaylı 

müzakir


ələrin obyekti olsa da, nadir hallarda qeydə  alınır.  Aşerman  sindromu  daha  çox 

infeksiya v

ə ya uzanmış gizli abort zamanı və ya doğuşdan sonra aparılan aspirasiyalı D&K-

d

ən  sonra  baş  verir.  Uşaqlıq  boynunun  zədələnməsi səbəbindən  onun  çatışmazlığı  nadir 



hallarda  inkişaf  edə  bilər.  Aspirasiyalı  D&K-nin  daha  geniş  yayılmış  gec  fəsadlarına 

hamil


əliyin itirilməsi səbəbindən inkişaf edən depressiya və müvafiq psixoloji reaksiyalardır. 

HAMİLƏLİYİN  ERKƏN  POZULMASI  HALLARINDA  KƏDƏR  REAKSİYASI  VƏ 

XƏSTƏLƏRİN İZLƏNMƏSİ 

Spontan abort hamil

ə  qadın  və  onun ailəsi üçün böyük itkidir. Bir çox hallarda sevimli bir 

insanın itirilməsinə bərabər olan səciyyəvi kədər reaksiyası müşahidə edilir (C Kateqoriyası). 

H

ətta yaxın dostlar və ailə üzvləri belə spontan abortun yaratdığı hisslərin ağırlığını başa düşə 



bilmirl

ər. Pasiyentlərə bəzən itkiləri ilə bağlı qeyri-həssas fikirlər söylənilir. “Sən yenə cəhd 

ed

ərsən” və  ya  “yaxşı  ki,  daha  tez  baş  verdi”  tipli  şərhlər kədərlənən insan üçün düzgün 



yanaşma  olmaya  bilər. Səhiyyə  xidməti  əməkdaşları  spontan  abort  ilə  bağlı  qadınlara  və 

onların həyat yoldaşlarına müvafiq məsləhət verməkdə böyük rol oynaya bilərlər. Pasiyentlərə 

itki bar

ədə ilk dəfə məlumat verərkən aşağıdakı məqamlar nəzərə alınmalıdır: 

1.

 

Günahı  etiraf  etmək və  o hissi məhv etməyə  cəhd etmək.  Bir  çox  qadınlar  düşünürlər ki, 



onların bəzi hərəkətləri düşüyə səbəb olmuş və ya təsir etmişdir. Bu günah hissi cinsi əlaqə, 

qidalanma, kiçik travma, fiziki aktivlik (

əyilmək,  yuxarı  qalxmaq,  idman  etmək) və  ya 

emosional stress il

ə  əlaqələndirilə  bilər. Pasiyenti heç bir səhv hərəkət etmədiyinə 

inandırmaq məqsədəuyğundur. Bu inandırıcı fikri bir neçə dəfə təkrarlamaq lazım gələ bilər. 

Qadına  izah  edilməlidir ki, böyük ehtimalla genetik və  ya  inkişaf  problemləri hamiləliyin 

erk


ən dövrlərində  baş  verib  və  bu  hamiləliyin  diri  doğuşla  başa  çatması  mümkünsüzdür. 


Yüklə 321,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə