Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   ...   32

  
H o r  at s io. 
Mən izah edərəm. Belə deyirlər,  
İndicə surəti bizə görünən,    
-Bildiyiniz kimi, bizim kralı  
-İxtiyar Hamleti Norveç hakimi  
Lovğa Fortinbras qanlı döyüşə  
Təhrik eləyibdir. Həmin döyüşdə  
Bizim cəsur kral öldürüb onu, 
 Çatıbdır dünyada şana-şöhrətə. 
 Şərəf qanunuyla təsdiq olunan  
Belə müqavilə bağlanıb əvvəl:  
Əgər Fortinbras məğlub olarsa,  
Onun həyatı da, torpaqları da  
Keçəcək əlinə bizim kralın.  
Yox, əgər döyüşdə qalib glərsə,  
Bizim hökmdarın varı-dövləti  
Keçəcəkdir onun sərəncamına.  
O müqaviləyə uyğun olaraq  
Bütün malı-mülkü Fortinbrasın  
Verilib Hamletin ixtiyarına.  
İndi onun oğlu gənc Fortinbras  
Sönməz coşqunluqla alovlanaraq 
 Gəzib oymaq-oymaq bütün  
Norveçi Qanuna-qaydaya tabe olmayan,  
Bir qarın yeməkçün başkəsənləri  
Başına toplayıb, qoşun düzəldib. 
İstəyir, atası qoca kralın  
Bir vaxt itirdiyi bütün yerləri  
Zor ilə, güc ilə geri qaytarsın.  
Bu yaxşı məlumdur bizim dövlətə.  
Zənnimcə, ölkədə tələm-tələsik  
Əsgər toplamağın, çaxnaşmaların  
Əsas səbəbi də elə tək budur. 
B e r n a r d o .  
Bu ancaq belədir, başqa cür olmaz.  
Al qanlara həris, hərblərə bais  


Krala bənzəyən o qorxunc kölgə  
Belə qəzəb ilə silahlanaraq  
Bizim düşərgəni nahaq dolanmır. 
H o r a 1 s i o. 
Ağlımın gözünə o batır qumtək... 
 Roma dövlətinin ən şanlı vaxtı,  
Qüdrətli Sezarm qətlindən əvvəl  
Ölülər məzardan çıxıb bayıra,  
Gəzib küçələri ağ kəfənlərdə 
 Qorxunc, anlaşılmaz sözlər deyirmiş.  
Quyruqlu ulduzlar göydən od töküb,  
Qanlı yağış yağıb, tutulub günəş.  
Dəniz Allahmı - qadir Neptunu  
Hər zaman hökmündə saxlayan ay da 
 Müdhiş qaranlığa qərq olub tamam.  
Elə bil ki, çatıb qiyamət günü.  
Bəlkə, yerlər, göylər birləşib indi  
Bizim yurddaşlara, bizim ellərə  
Xəbərlər gətirən carçılar kimi,  
Elə dəhşətlərtək dəhşət göstərir,  
Sonra da fəlakət baş verəcəkdir. 
Kölgə qayıdır. 
 
Dinməyin, bir baxın, o yenə gəlir! 
 Ölsəm də mən onu saxlayacağam. 
 
 Dayan, sən ey xəyal! Səsin vardısa, 
 Əgər danışmağı bacarırsansa, 
Sirrini söylə! 
Sənə istirahət, bizə səadət 
Gətirə biləcək, bəlkə, bir iş var, 
Sirrini söylə! 
Ölkənin dərdini duyubsan, bəlkə, 
Biz onu tez bilsək, dəf eyləyərik, 
Tez mənə söylə! 
Bəlkə, sağlığında sən bir xəzinə 


Zorla əldə edib, zorla qəsb edib 
Gizlədibsən onu torpağın altda. 
Belə deyirlər ki el arasında, 
Siz ruhlar gəzirsiz xəzinə üçün, 
Xoruz banlayır. 
Sirrini aç mənə, dayan, bir söylə! 
 Marsel, saxla onu! 
M a r s e 1. Qılıncla vurum? 
H o r a t s i o. Hə, vur dayanmasa. 
B e r n a r d o .   Burdadır! 
H o r a t  s i o. Budur! 
M a r s e 1. O getdi! (Kölgə gedir). Toxunduq şah vüqarına,  
                  Güc göstərib təhqir eylədik onu.  
                  O hava kimidir, qılınc kəsməyir,  
                  Hədərdir, gülüncdür zərbələrimiz. 
B e r n a r d o .   Danışardı, heyf, banladı xoruz. 
H o r a t s i o. 
Bu səsdən diksinib çəkildi dərhal,  
Qorxdu günahkartək cavab verməyə.  
Belə bir söz var ki, sübhün carçısı  
Xoruz zil səsiylə gündüz  
Allahı -Günəşi oyadır öz yuxusundan. 
 Bu səsi eşitcək suda, atəşdə, 
 Torpaqda, havada dolaşan ruhlar  
Tələsik qayıdır qəbirlərinə.  
Biz indicə gördük bu həqiqəti. 
Marse1. 
Xoruz banlayanda qeyb oldu kölgə.  
Deyirlər ki, hər il qışdan az əvvəl,  
Milad bayramında gecə sübhədək  
Banlayır durmadan o səhər quşu. 
 Onda gəzə bilmir heç yerdə ruhlar,  
Onda gecə keçir asııdə, rahat,  
Yerə ziyan vurmur səyyarələr də, 
 Sehr də, cadu da düşür kəsərdən.  


Vaxt belə müqəddəs, belə xoş olur! 
H o r a t  si o. 
Mən də eşitmişəm, az inamım var.  
Baxın, səhər geyib qızıl donunu,  
Gəlir şərq tərəfdən şehli zirvəylə.  
Keşikdən gedəyin, budur 
məsləhət.  
Bu gecə burada gördüyümüzü  
Tez xəbər verəyin prins Hamletə. 
 Canım haqqı, bizə lal olan bu ruh 
Onu görən kimi danışacaqdır.  
Dostluğun, vəfanın hökm etdiyitək, 
 Deyin, biz bu sirri açaqmı ona? 
M ars e 1. 
Gərək mütləq açaq, indi Hamletin  
Harda olduğunu bilirəm, dostlar. 
Gedirlər. 
İKİNCI SƏHNƏ 
Kral sarayında qəbul salonu. 
Təntənəli musiqi. Kral, kraliça, müşavirlər, Poloni, Laert, 
Voltimand, Korneli, Hamlet və başqaları 
daxil olurlar. 
Kral. 
Əziz qardaşımız Hamletin yası  
Hələ sona çatıb qurtarmasa da,  
Qəlbimiz qalsa da kədər içində
 Matəmə batsa da bütün krallıq, 
Gərək biz ağılla dözək bu dərdə.  
Ağıl fəlakətlə vuruşub hər vaxt,  
Gərək unutmayaq özümüzü biz.  
Odur ki, əvvəllər bacımız olan,  
İndi hamımızın kraliçamız  
-Bu hərbi dövlətin varisi ilə  
Biz kəbin kəsdirdik. 


 Gözlərimizin İndi biri gülür, biri ağlayır.  
Dərdimiz birləşib şadlığımızla. 
 İndi tərəzinin iki gözünün  
Birində sevinc var, birində kədər.  
Nikah bağlayanda müşavirlərin  
Bütün sözlərinə biz əməl etdik.  
Siz də yaxşı, müdrik məsləhət üçün 
 Bizim təşəkkürü qəbul eyləyin.  
Sonra da aydındır: gənc Fortinbras  
Ya bizi saymayır, ya zənn edir ki,  
Əziz və istəkli qardaşımızın  
Ölümündən sonra dövlətimizdə  
Hərc-mərcilikdir, özbaşınalıqdır. 
Aldanıb uyaraq boş xəyallara  
Elə düşünür ki, güclüdür bizdən.  
Bizi dəng eləyib məktublarıyla,  
Qoca atasının itirdiyini  
-Cəsur, şücaətli qardaşımızın  
Qanunla aldığı bütün yerləri  
Bizdən qaytarmağı tələb eyləyir.  
Budur müxtəsəri onun haqqında.  
İndi həm özümüz, həm də məclisin 
 Əsl mahiyyəti, məğzi barədə:  
Qarşıda görməli çox işimiz var;  
Norveç kralına, Fortinbrasın  
Əmisinə məktub hazırlamışıq. 
 O qoca xəstədir, düşüb yatağa.  
Qardaşı oğlunun əməllərini,  
Yəqin ki, eşitmir zəifliyindən.  
Məktubda biz ondan rica edirik
Alsın qabağım bu dikbaşlığın. 
 Yazmışıq bilsin ki, bütün qoşunlar  
Toplanıbdır onun rəiyyətindən,  
Xərci də verilir xəzinəsindən.  
Mehriban Korneli, əziz Voltimand,  
Məktubu sizinlə göndəririk biz.  
O qoca krala salam aparın,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə