Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   ...   32

(Horatsio). 
Doğrudan, söylə, 
Səni nə gətirdib Vittenberqdən? 
 H o r a t s i o. Tənbəllik gətirdib, əzizim milord.  
Hamlet. 
Düşmən belə deməz sənin haqqında. 
Sən özün-özünə böhtan ataraq 
Gəl məni boş yerə təngə gətirmə. 
Yaxşı bilirəm ki, tənbəl deyilsən. 
Düz de, Elsinorda nə işin vardır? 
Yoxsa içmək üçün gəldin buraya, 
Sənə sərxoşluğu öyrədərik biz.  
H o r a t s i o. Milord, atanızın dəfninə gəldim.  
H a m l e   t. 
Məni ələ salma, tələbə dostum, 
De ki, ananızın toyuna gəldim. 
 H o r a t s i o. Doğrudan da, milord, bu iş tez oldu.  
Hamlet. 
Qənaət, qənaət gərək, Horatsio! 
Qabaqlarda qalmış ehsan yeməyi 
Birbaşa verildi toy sürfəsinə. 
Qəddar düşmənimi cənnətdə görmək 
Bu günü görməkdən yaxşı olardı. 
Atamı görürəm, sanki atamı.  
H o r a t s i o. Harda, əziz milord?  
H a m 1 e t. Öz xəyalımda.  
H o r a t s i o .  
Ömrümdə bir dəfə görmüşəm onu, 
Gözəl, əzəmətli bir kral idi. 
 Hamlet. 
İnsanlar içində bir insan idi. 
Elə bir insanı görmərəm daha 
H o r a t s i o. Milord, dünən gecə mən gördüm onu. 
H a m I e t. Gördün? Kimi? 
H o r a t s  i o. 
Milord, şanlı kralı, Sizin atanızı. 
H a m 1 e t. Mənim atamı! 


H o r a t  s io. 
Təəccüb etməyin, dinləyin bir az,  
Danışım mən sizə bu möcüzəni. 
 Qoy bu cənablar da şahid olsunlar. 
H a m 1 e t. Danış, tez ol, tez ol, Allah eşqinə! 
H o r a t  s io. 
Ötən iki gecə bu iki cənab, 
 Marsellə Bernardo növbə çəkərkən  
Heç vaxt görünməmiş belə iş olub:  
Sizin atanıza bənzəyən bir şəxs  
Başdan ağayadək silah içində  
Onların gözünə görünüb birdən.  
Təmkinlə, vüqarla, əzəmət ilə  
Üç dəfə onların önündən keçib, 
 Yazıqların nitqi batıb dəhşətdən,  
İldırım vurmuştək donub qalıblar. 
 Sonra qorxunc sirri açıblar mənə.  
Onlarla birlikdə üçüncü gecə  
Mən də keşik çəkdim, nə demişdilər  
Bir-bir tamamilə təsdiq olundu.  
O kölgə həmin vaxt həmin yerdəcə  
Gəlib qarşımızdan keçdi bir daha.  
Elə oxşayırdı atanıza ki,  
İnsan əlləri də biri-birinə  
Bu cürə bənzəməz. 
H a m 1 e t. Bu harda olub? 
M a r s e 1. Keşik çəkdiyimiz meydanda, milord. 
H a m 1 e t. Danışa bilmədiz bəs siz onunla? 
Horatsio. 
Danışdım, ancaq o cavab vermədi.  
Başını qaldırdı, elə zənn etdim 
 
Danışmaq istəyir, fəqət bu ara 
Bir xoruz banladı. Xoruz səsini 
Kölgə eşidəntək tez uzaqlaşdı, 
Bir anda qeyb oldu.  
H a m 1 e t. Çox qəribədir.  


H o r  atsio. 
Canıma and olsun, bu həqiqətdir. 
Borc bildik bu sirri açmağı sizə. 
 H a m 1 e t. 
Təşəkkür, təşəkkür edirəm, dostlar. 
Lakin sözləriniz çaşdırır məni. 
Bu axşam növbəyə kim gedəcəkdir?  
Marsel və Bernardo. Biz, milord.  
H a m 1 e t.  
Dediniz, o silahlıydı?       
Marsel və Bernardo.  
Silahlıydı, milord.  
H a m 1 e t. Başdan ayağa?  
Marsel və Bernardo. 
                     Təpədən dırnağa.  
H a m 1 e t. 
Onun özünü, 
Demək, görmədiniz?  
Horatsio. 
Xeyr, gördük, milord. 
Kölgə qaldırmışdı öz niqabını.  
H a m 1 e t. Hirslə tökmüşdümü qaş-qabağını?  
H o r a t s i o. Hirslidən daha çox kədərli idi. 
 H a m 1 e t. Çöhrəsi solğundu, yoxsa qırmızı?  
H o r a t s i o. Yaman saralmışdı.  
H a m 1 e t. 
Gözünü sizə 
Zilləyib baxırdı?  
H o r a t s i o. Kirpik çalmırdı.  
H a m 1 e t. Kaş orda sizinlə mən də olaydım.  
H o r a t s i o. Siz sonsuz heyrətdən şaşırardınız.  
H a m 1 e t. Elədir, elədir. O çox dayandı?  
H o r a t s i o. Rahat yüzə qədər saymaq olardı.  
Marsel və Bernardo. Daha çox, daha çox. 
 
H o r a   t sio. 
Mən görən zaman 


Şübhəsiz, o bundan artıq qalmadı. 
H a m 1 e t. Saqqalı ağdımı? 
H o r a  ts io. 
Sağlığında mən 
Gördüyümtək azca qırov düşmüşdü. 
H a m 1 e t. 
Keşik çəkəcəyəm sizinlə mən də,  
Bəlkə, yenə gəldi. 
H o r a t s i o. Hökmən gələcək. 
H a m 1 e t. 
O kölgə bir daha əziz atamın  
Əziz surətində gözə görünsə, 
 Cəhənnəm də yumsa ağzımı hətta,  
Onunla mən mütləq danışacağam.  
Mənim hamınızdan bir xahişim var:  
Bu sirri siz gizli saxlamısızsa,  
Yenə, yenə onu gizli saxlayın.  
Bu gecə orada nə iş baş versə,  
Göz qoyun, heç kimə deməyin ancaq.  
Sevginizə qarşı borclu qalmaram.  
Di gedin, hələlik. Saat on birlə 
 On iki arası həmin meydana,  
Sizin yanınıza gələcəyəm mən. 
H a m ı s ı. Borcumuzdur sizə xidmət eyləmək. 
H a m 1 e t. 
Yox, yox, sevginizdir arxam, dayağım.  
Qəlbimiz eynidir, dostlar, sağ olun.  
 
(Horatsio, Marsel və Bernardo gedirlər).  
 
Atamın kölgəsi, həm də silahlı!  
Bunlar fəlakətdən bir nişanədir.  
Bəlkə də, hiylədir. Kaş ki, bu gecə  
Bircə tez olaydı. Sakit qal, könlüm!  
Cinayət girsə də yerin dibinə, 
 Üzə çıxacaqdır vaxtında yenə.  
Gedir. 


ÜÇÜNCÜ SƏHNƏ 
Poloninin evində bir otaq. Laert ve 
Ofeliya gəlirlər. 
L a e r t. 
Artıq gəmidədir bağlamalarım.  
Salamat qal, bacım, tənbəllik etmə,  
Bir imkan, bir fürsət tapan kimi sən  
Mənə məktub göndər. 
O f e 1 i y a. Şübhən var buna? 
Laert. 
Hamlet barədəsə... onun eşqini  
Qanın coşması bil, boş əyləncə say. 
Gənclərə dəb düşüb indi vurulmaq.  
İlk bahar gələndə, bənövşə kimi, 
Tez açıb, tez solar onun sevgisi,  
Ətri, gözəlliyi bir anlıq olar.  
Çox çəkməz. 
O f e 1 i y a. Çox çəkməz? 
Laert. 
İnan, çox çəkməz.  
Yalnız əzələylə böyümür bədən,  
-Bu məbəd böyüyüb yekələndikcə 
 Ağlın da, qəlbin də artır xidməti. 
 Bəlkə də, o sevir səni ürəkdən,  
Niyyəti təmizdir, məhəbbəti saf,  
Fəqət sən hər zaman ehtiyatlı ol.  
Unutma, yüksəkdir onun mövqeyi,  
Lakin hakim deyil özü özünə.  
Hissinin, qəlbinin əsiridir o,  
Öz arzusu ilə, öz zövqü ilə  
Adi adamlartək hərəkət etmir.  
Bütün bu dövlətin müqəddaratı 
 Asılıdır onun hər bir işindən.  
Onun sevgisi də, məhəbbəti də  
Dövlətin xeyrini güdməlidir, bil. 
Başında öz fikri olmur prinsin,  
Başqa bədənlərə o, başdır ancaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə