Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   2   3   4   5   6   7   8   9   10   ...   32

Təbəssüm, rəzalət birgə olarmış!  
Heç yanda, heç yerdə bu olmasa da
 İnanıram, vardır Danimarkada.  
(Yazır). 
Hə, əmi, möhkəm dur indi yerində. 
 İndi şüarımdır mənim bu sözlər:  
"Əlvida, əlvida, məni unutma!" 
 And içirəm, səni unutmaram mən. 
H o r a t s i o (səhnə arxasından). Prins, əziz prins! 
M a r s e 1 (səhnə arxasından). Prins Hamlet! 
H o r a t s i o (səhnə arxasından). Allah pənahında saxlasın 
onu! 
H a m 1 e t. Amin, ulu göylər! 
H o r a t s i o (səhnə arxasından). Hey, ey-ey, milord! 
H a m 1 e t. Ehey, ey-ey, dostlar, gəlin, burdayam! 
Horatsio və Marsel daxil olurlar. 
M a r s e 1. Hə, nə oldu, prins? 
H o r a t s i o. Nə xəbər, milord? 
H a m 1 e t. Əcaib möcüzə! 
H o r a t s i o. Danışın, milord. 
H a m 1 e t. Yox, yox, deyərsiniz bunu hamıya. 
H o r a t s i o. Vallah, mən demərəm. 
M a r s e 1. Mən də, inanın. 
H a m 1 e t. 
Yaxşı, heç ağıla gələrdimi ki... 
Ancaq siz bu sirri açmayınız ha! 
Horatsio və Marsel. Göylərə and olsun, açmarıq, milord.  
H a m 1 e t. 
Yoxdur belə cani Danimarkada
O həm də ən qəddar bir yaramazdır.  
H o r a t s i o .  
Bir bunu deməkçün məzardan çıxıb 
Ruhun gəlməsinə axı nə hacət!  
H a m 1 e t. 
Doğrudur, doğrudur. Gəlin əl verib, 
Artıq danışmadan ayrılağın biz. 
Siz öz işinizə, mən öz işimə, 


Hər kəsin dünyada bir arzusu var. 
Taleyim ümüdsiz, zavallı, miskin, 
Gedim məşğul olum ibadətimlə.  
H o r a t s i o. Bu sözlər bulanlıq girdabdır ancaq.  
H a m 1 e t. Qəlbinizə dəydi, bağışlayınız.  
H o r a t s i o. Burda qəlbə dəyən bir təhqir yoxdur. 
H a m 1 e t. 
Müqəddəs Patrikə and olsun, vardır, 
Özü də ən böyük, ən dəhşətlisi. 
Kölgə barəsində, Horatsio, mən 
Deyə bilərəm ki, o namusludur. 
Bizim aramızda olan söhbəti 
Bilmək arzunuzu boğun bir təhər. 
İndisə mehriban, əziz dostlarım, 
Sizdən məktəb, qılınc dostlarım kimi, 
Mənim acizanə bir xahişim var. 
 H o r a t s i o. Buyurunuz, milord!  
H a m 1 e t. 
Bu əhvalatı 
Heç zaman heç kimə danışmayınız.  
H o r a t s i o ,   Marsel.  Danışmarıq, milord.  
H a m 1 e t. Yox, yox, and için.  
H o r a t s i o. Milord, danışmaram, vicdanım haqqı!  
M a r s e 1. Mən də and içirəm öz vicdanına. 
 H a m 1 e t. Mənim qılıncıma and için, dostlar.  
M a r s e 1. Biz artıq and içdik, mehriban milord. 
 H a m 1 e t. Yalnız qılıncıma and için mənim. 
 K ö 1 g ə (yer altından). And için!  
H a m 1 e t. 
Ordasan, sədaqətli dost? 
Sen də şəriksənmi dediklərimə? 
Onu yer altından eşitdinizmi? 
Di gəlin, and için! 
 H o r a t s i o. Necə and içək?  
H a m 1 e t. 
Mənim qılıncıma and için ki, siz 
Bu gecə burada gördüyünüzü 


Heç yanda heç kimə söyləməzsiniz. 
And için. 
K ö 1 g ə (yer altından). And için! 
 H a m 1 e t. 
Hic et ubique? - 
Hər yerdə dolanır, hər yerdə gəzir. 
Gəlin dəyişdirək yerlərimizi. 
Keçin bu tərəfə, keçin, cənablar, 
Basıb qılıncıma əllərinizi 
And için: burada eşitdiyiniz  
Hamıdan hər zaman gizli qalacaq.  
K ö 1 g ə (yer altından). And için! 
 H a m 1 e t. 
Ah, səni, qoca köstəbək, 
Nə bərk işləyirsən torpağın altda? 
Gözəl lağım atan istehkamçısan! 
Yenə yerimizi dəyişək, dostlar. 
 
H o r a t s i o. İlahi, ilahi, bu möcüzədir! 
 
H a m 1 e t. 
Elə sız də onu möcüzə sayın. 
Horatsio, bir çox sirr var dünyada  
Hələ aydın deyil fəlsəfənizə.  
Gəlin işə keçək.  
Bugünden sonra  
Özümü mən necə, nə cür aparsam,  
Qəribə, əcaib hallara düşsem,  
Arabir dəlilik, təlxəklik etsəm,  
Siz məni görəndə heç vaxt, heç vədə  
Əlinizi belə çarpazlayaraq,  
Başmızı belə yırğalayaraq 
"Hə, hə, biz bilirik", ya "arzu etsək", 
Ya "deyə bilərik", ya "bacararıq"  
Kimi ikibaşlı sözlər deməyin.  
And için ki, bunu bildiyinizə  
Bir eyham-işarə olmayacaqdır.  


Mənim dediyimə əməl etsəniz,  
Çətində yaradan sizə yar olar.  
And için! 
 
K ö 1 g ə (yer atından). And için!  
H a m 1 e t. 
Ey üsyankar ruh, 
Sakit ol, sakit ol! 
(And içirlər).  
Artıq, cənablar, 
Özümü mən bütün məhəbbətimlə  
Sizə tapşırıram.  
Biçarə Hamlet  
Nə qədər miskin bir insan olsa da, 
Haqqın köməyiylə öz  sevgisini,  
Dostluğunu sizə sübut 
eyləyər.  
Gəlin birgə gedək.  Xahişim  budur,  
Barmaqlar dayansın dodaqlar üstdə.  
Zaman ayrı düşüb öz mehvərindən,  
Onu düzəltməkçün doğulmuşam mən.  
Gəlin birgə gedək. 
Gedirlər. 
İKİNCİ PƏRDƏ 
BİRİNCİ SƏHNƏ 
Poloninin evində bir otaq. 


Poloni və Reynaldo daxil 
olurlar. 
Poloni. 
Bu pulu, məktubu, əziz Reynaldo, 
Ona verərsiniz. 
R e y n a 1 d o. Can-başla, milord.  
Poloni. 
Çox əla olardı, gözəl olardı, 
Onu görməmişdən öyrənsəydiniz, 
Orada 
özünü necə aparır. 
 R e y n a 1 d o. Mən bu niyyətdəydim. 
 Poloni. 
Əhsən, min əhsən! 
Əvvəlcə soruşun, mehriban dostum, 
Parisdə nə qədər daniyalı var. 
Onlar nəçidirlər, harda qalırlar? 
Əsil-nəcabəti, dostları kimdır? 
Nə məqsəd güdürlər, nə xərcləyirlər? 
Elə ki, oğlumu tanıyan oldu, 
Dolayı, dolanbac bu suallardan 
Siz keçin birbaşa mətləbin üstə. 
Yaxın tanışlıqdan söhbət salaraq 
Təbəssümlə deyin: "Tanıyıram mən 
Onun atasını, qohumlaını, 
Bir az da özünü".  
Bunlar, Reynaldo, 
Sizə aydmdırmı? 
R e y n a 1 d o. Əlbəttə, milord. 
Po loni. 
"Bir az da özünü, - tez davam edin, 
 -Özünü olduqca az tanıyıram.  
Əgər mən bildiyim o dəcəldirsə,  
Yaman özbaşınadır", sair və sair. 
 Bu yerə çatanda onun haqqında  
Siz nə istəsəniz, uydurarsınız. 
 Lakin ağılsız söz quraşdırmayın,  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə