Hamlet ingilis dilindən tərcümə edəni: Sabir Mustafa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/32
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51033
1   ...   4   5   6   7   8   9   10   11   ...   32

Bu, ləkə gətirər onun adına.  
Ehtiyatlı olun, elə ümumi  
Qüsurdan, nöqsandan, söhbət açın ki, 
 Qayğısız gəncliyin, asudəliyin  
Yol yoldaşı olsun. 
R e y n a 1 d o. Məsələn, qumar. 
Poloni. 
Bəli, içki, söyüş, dava-qalmaqal, 
 Qadınlar barədə söz salarsınız. 
R e y n a 1 d o. Bunlar bir ləkədir insana, milord. 
Po 1 oni. 
İnanın, düz deyil; sözün təsiri  
Asılıdır sözü necə deməkdən.  
Onu həddən artıq rüsvay etməyin,  
Doğrudan sırtılıb korlana bilər.  
Bu cür istəmirəm, mənim əzizim.  
Onun səhvlərini elə deyin ki,  
Guya sərbəstlikdən törəyib onlar; 
 Qanın coşqunluğu, qəlbin atəşi  
Gəncliyin cilovsuz şıltaqlığıdır.  
Bağışlana bilər hər vaxt hamıya. 
R e y n a 1 d o. Lakin, əziz milord... 
P o 1 o n i. 
Deyəcəksiniz 
Bunlar nəyə gərək? 
Rey naldo. 
Elədir, milord, Bilmək 
istəyərdim. 
Poloni. 
Planım budur: 
Yaxşı bir tələdir belə sorğular.  
İş vaxtı bilmədən öz paltarına  
Azca ləkə salan bir fəhlə kimi,  
Oğluma siz azca ləkə vursanız,  
İnanın, görübsə müsahibiniz  
Oğlumun bu cürə günahlarmı,  
Sizinlə söhbətə qoşulacaqdır.  


"İltifatlı ağa", ya "dost", ya "cənab"  
Deyə öz elinə, tərbiyəsinə 
 Görə başlayacaq. 
Reynaldo. Çox düzdür, milord. 
Pol oni. 
Onda belə etdi, bax, etdi belə... 
Mən nə deyəcəkdim? Din haqqı, nəsə 
Demək istəyirdim. Mən harda qaldım? 
Reynaldo. "Sizinlə söhbətə qoşulacaqdır" 
Pol oni. 
"Sizinlə söhbətə qoşulacaqdır". 
 Hə, hə, hə, bu sayaq qoşulacaqdır: 
 "Həmin o cənabı tanıyıram mən. 
 Onu ya ötən gün, ya srağagün  
Axşam fılan yerdə fılanla gördüm. 
 Qumar oynayırdı, lül-qəmbər idi,  
Yaman dava saldı axırda, yaman''.  
Yaxud söyləyəcək: "Özüm şahidəm,  
O gedir arabir şübhəli evə",  
Lap elə deyəcək: "qəhbəxanaya".  
Və sair və sair. Beləliklə, siz  
Yalanın sehrli qarmağı ilə  
Həqiqət balığı tutacaqsınız.  
Biz ağıllı, uzaqgörən adamlar  
Dolayı, dolanbac, əyri yollarla 
Çıxırıq həqiqi, əsl yollara. 
Siz də bu üsulla oğlum barədə 
Bir xəbər öyrənin, xəbər gətirin. 
Fikrim aydındırmı?  
R e y n a 1 d o. Aydındır, milord.  
P o 1 o n i. Allah amanında, gedin, yaxşı yol. 
R e y n a 1 d o. Sağ-salamat qalın, mehriban milord. 
P o 1 o n i. Onu elə güdün, özü bilməsin. 
R e y n a 1 d o. Mütləq, mütləq milord.  
Poloni. 
Öz havasını 
Qoy çalsın yenə də.  
R e y n a 1 d o. Baş üstə, milord. 


 Po1oni. 
Gedin, uğur olsun! 
(Reynaldo gedir, Ofeliya gəlir). 
Hə, Ofeliya, 
Nə var belə, qızım!  
O f e 1 i y a. 
Aman, ilahi, 
Hələ də qorxudan əsir bədənim! 
 P o 1 o n i. Nə üçün? Tez söylə Allah eşqinə!  
Ofe 1 i y a. 
Mən tikiş tikirdim öz otağımda, 
Birdən prins Hamlet girdi içəri. 
Az qalırdı düşsün köynək əynindən, 
Başı açıq idi, saçı pərişan. 
Palçığa bulaşmış bağsız corablar 
Qandaltək keçmişdi topuqlarına. 
Rəngi köynəyitək avazımışdı, 
Dizləri dəyirdi biri-birinə. 
Elə qorxuluydu onun görkəmi, 
Çəkdiyi dəhşəti danışmaq üçün 
Sanki cəhənnəmdən qaçıb gəlmişdi.  
P o 1 o n i. Yoxsa dəli olub sənin eşqindən?  
O f e l  iy a. 
Bilmirəm, doğrusu, qorxuram, ata, 
Birdən elə olsun. 
P o 1 o n i. Yaxşı, nə dedi? 
O  fe  l i y   a. 
Biləyimdən tutub sıxdı möhkəmcə, 
 Əlini açmadan çəkildi geri.  
O biri əlini qoyub qaşına,  
Beləcə diqqətlə üzümə baxdı,  
Guya çəkəcəkdi mənim şəklimi.  
Bu halda dayandı bir xeyli müddət.  
Sonra silkələyib əlimi bir az,  
Üç dəfə qarşımda təzim eylədi.  
Dərindən yanıqlı bir ah çəkdi ki,  
Sanki parçalanıb bütün varlığı,  
Həyatı ordaca məhv olacaqdır. 


 Nəhayət, əlimi buraxdı, getdi.  
Başını çevirib çiyni üstündən,  
Geriyə boylandı heyrət içində,  
Önünə baxmadan axıra kimi,  
Gözünü qırpmadan yeridi o cür,  
Bir an da gözünü çəkmədi məndən. 
P  o l o n   i. 
Gəl gedək, axtaraq, tapaq kralı.  
Bu əsl məhəbbət tutmasıdır ki, 
 Çox zaman məhv edir özü özünü,  
Ağlı, iradəni sarsıdır tamam.  
Başqa dərdlər kimi, göylərin altda 
 Eşq do bizə tez-tez işgəncə verir. 
 Təəssüf, təəssüf! Son vaxtlar, qızım,  
Sən ona sort bir söz deməmisən ki? 
Of e 1 i y a. 
Xeyr, lakin əmr etdiyiniztək,  
Qaytarmışam onun məktublarını,  
Onunla bir daha görüşməmişəm. 
Po  l o n   i, 
Fikirdən başına hava gəlibdir.  
Heyf, bu ağlımla, bu dərrakəmlə  
Ona düzgün qiymət verməmişəm mən.  
Elə zənn etmişəm, yüngül adamdır 
Sənin həyatım korlaya bilər.  
Boş yerə, havayı şübhələnmişəm.  
Görüm, şübhələri lənətə gəlsin! 
 Göylər şahiddir ki, bu cavanlara  
Qayğısızlıq bəla olduğu kimi
 Yersiz qayğılar da biz qocalara  
Artıq əzab verir, əziyyət verir. 
 Kralın yanma gəl gedək indi,  
Bu işi biz ona bildirməliyik.  
Bədbəxtliyi demək pissə de, ancaq  
Onu daha pisdir gizli saxlamaq.  
Gedək. 


Gedirlər.  
 
İ K İ N C İ  SƏHNƏ 
Qəsrdə bir otaq. 
Təntənəli musiqi. Kral, kraliça, Rozenkrans, 
Qildenstern və məiyyət daxil olurlar. 
Kral. 
Əziz Rozenkrans, Qildenstern, siz  
Bizim bu saraya xoş gəlmisiniz.  
Yaman istəyirdik sizi görməyi,  
Təcili gətirdib sizi ehtiyac.  
Hamletin son vaxtlar, yəqin ki, bu cür  
Dəyişməsi haqda eşitmisiniz.  
Dəyişməsi dedim, çünki dünyada  
Zahirən, daxilən hələ heç bir kəs  
Onuntək bu sayaq başqalaşmayıb. 
 Mən başa düşmürəm, hansı qəm-qüssə  
Onun atasınmın ölümündən çox  
Onda belə dönüş yarada bilər.  
Siz ki onun gənclik dostları kimi  
Yaxşı bələdsiniz xasiyyətinə.  
Rica eyləyirəm hər ikinizdən,  
Bir azcana qalın sarayımızda, 
Hamleti bir qədər əyləndirin siz. 
Arayın, axtarın imkan düşüncə, 
Ona əzab verən bu möhnət nədir? 
Dərdin səbəbini öyrənə bilsək, 
Öyrənə bilərik çarəsini də. 
 K r a l i ç a. 
Möhtərəm cənablar, Hamlet çox vaxtı 
Sizdən danışırdı, sizdən deyirdi. 
İnanıram, yoxdur elə bir kəs ki, 
Ona o bu qədər vəfalı olsun. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə