Hamlet İsaxanlı TƏzadlar



Yüklə 217,49 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix30.12.2017
ölçüsü217,49 Kb.
#18804
  1   2   3   4   5   6   7


 

 

Hamlet İsaxanlı 

 

 



TƏZADLAR 

 

 



 

Şer yolu 

 

Məchul bir yürüşə çıxıbdı şerim, 

Göylərdən yerlərə enir astaca. 

Kiminlə görüşə çıxıbdı şerim? 

Öz xəyal atını minir astaca... 

 

Ürəyimdən qopur, üzülüb gedir, 



Qələmdən kağıza süzülüb gedir, 

Qaydalı, qaydasız düzülüb gedir‐ 

Doğulur astaca, dinir astaca. 

 

Elə ki şerlə dolur varağım, 



Bir vüsal sevinci duymuram niyə? 

Astaca‐astaca sönür marağım, 

Nədən öz yazıma durmuram yiyə? 

 

Başqa bir sevdaya gəlir gümanım, 



Gerçək dünyamızdan uzaqlaşıram, 

Yeni bir şerlə qaynayır qanım, 

Təzə bir aləmlə qucaqlaşıram. 

 

Axtarış, ehtiras şerin canıymış... 



Könlümü oynadan şer deyilmiş, 

Şerə gedən yolun həyəcanıymış...

 

 

 



Səni sevdim çox sadəcə... 

 

Səni sevdim gündən‐günə daha dolğun, daha incə, 



Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə. 


Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi, 

Səni sevdim gözəlliyə heyran olan insan kimi. 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Mahnılarda anılmadım, dastanlarda yoxdur adım; 



Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım, 

İçimdəki ağrıların atəşindən kül olmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım, 



İnsanlardan uzaq düşüb ceyran‐cüyür ovutmadım, 

Xəyallara səcdə qılıb vüsalını unutmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Fərhad olub, dəryaları məcrasından döndərmədim, 



Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim... 

Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Romeo tək tez od alıb yanmaq üçün doğulmadım, 



Vaqif kimi pəri, sona göllərində boğulmadım, 

Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Koroğlu tək eşq yolunda davalara alışmadım, 



Haray salıb gözəllərin məclisinə qarışmadım; 

İstedadlı aşiq kimi Füzuliylə yarışmadım... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Səni sevdim gündən‐günə daha dolğun, daha incə, 



Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə. 

Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi, 

Səni sevdim gözəlliyə heyran olan insan kimi... 

Sadəcə, çox sevdim səni, 

Səni sevdim çox sadəcə!.. 

 

Bu şerə Nailə xanım İsayeva musiqi bəstələmişdir. 

 

 



Gözəldir 

 

Bulaq çaya dönür, axır şırhaşır, 

Sevdalı meşədə kim pıçıldaşır? 

Hər yanda möcüzə, xəyalım çaşır, 

Aran da gözəldir, dağ da gözəldir! 

 

Torpaqdan uzaqda, tozdan uzaqda, 



Hərcayi, töhmətli sözdən uzaqda, 

Qol‐qola gəzməyə gözdən uzaqda 

Bağça da gözəldir, bağ da gözəldir! 

 

Rəng verər gözəlin üzü, rəng alar, 



Utanıb qızarar, dərddən saralar, 

Binadan aybəniz, ya əsmər olar, 

Qara da gözəldir, ağ da gözəldir! 

 

Ürək çırpınanda, göz çağıranda, 



Nəfəs bir olanda, dil lal olanda, 

Dodaq can atanda, sifət yananda, 

Sol yanaq da gözəl, sağ da gözəldir! 

 

Yarım qana‐qana köks ötürəndə, 



Bostanı gül açıb bar gətirəndə, 

Aşiq o yerlərdə baş itirəndə, 

Şamama da gözəl, tağ da gözəldir! 

 

Yar nazı çəkməyə güc çatmayanda, 



Doğru söz qulağa heç batmayanda, 

Dözmək istedadı yoxsa mayanda, 

Tənə də gözəldir, lağ da gözəldir! 

 

Bir kəs ki, olubdur eşq avarəsi, 



Sağalmaz qəlbini didən yarəsi, 

Öldürər, dirildər, yoxdur çarəsi, 

Ölən də gözəldir, sağ da gözəldir! 

 

 



Dedim‐dedi 

 

Dedim: Eşq əlindən yarın xəstədir, 



Dedi: Xəstə düşən dəstə‐dəstədir. 

Dedim: Bil, qulağım hələ səsdədir... 

Dedi: Aç gözünü, bağlıdır yollar. 

 



Dedim: Məclis quraq kamanla, neylə, 

Dedi: Aram yoxdur məzəylə, meylə. 

Dedim: Yar bağında mənə yer eylə, 

Dedi: Döşəyindir tikanlı kollar. 

 

Dedim: Gözlərində şeytan görmüşəm, 



Dedi: Naz‐qəmzəylə ömür sürmüşəm. 

Dedim: Qulluğunda hazır durmuşam, 

Dedi: Çox sürünmə, rəngin tez solar. 

 

Dedim: Yalvarıram rəbbül‐aləmə, 



Dedi: Alıbsanmı çalma, əmmamə? 

Dedim: Rəhm et, ömür yetir tamamə, 

Dedi: Yetişməyən ömür kal olar. 

 

Dedim: Dodaqların azca aralı, 



Dedi:  Busələrdən dilim yaralı. 

Dedim: Qucaqlaram şıltaq maralı, 

Dedi: Səadətlə qucağın dolar! 

 

Dedim: Canım çıxır sən yeriyəndə, 



Dedi: Xoşum gəlir qar əriyəndə, 

Dedim: Bədən ölür qəlb kiriyəndə, 

Dedi: Ruhun ilə oynar bu qollar. 

 

 



Sən həyatdan dadlısanmış 

 

Eşq mülkünə ayaq basıb, 



Baş itirmək nə asanmış... 

 

Dodaqların ləbi‐dərya, 



Vədlərin quru lisanmış. 

 

Oxa döndün, yoxa çıxdın, 



Bir xəyal qanadlısanmış. 

 

Can almaqda tayın yoxdur, 



Qız, nə istedadlısanmış! 

 

Şirinliyin, turşməzənlə 



Sən həyatdan dadlısanmış. 

 

 




Yüklə 217,49 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə