Hansı quruluş, hansı iqtisadi formasiya olursa-olsun iqtisadiyyatın özülünü kapital qoyuluşu təşkil edir



Yüklə 30,42 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü30,42 Kb.
#43390


 

Korrupusyasız azad iqtisadiyyat 

 

Hansı quruluş, hansı iqtisadi formasiya olursa



-

olsun iqtisadiyyatın özülünü kapital 

qoyuluşu  təşkil  edir.  İstər  kapitalist,  istərsə  də  sosialist  iqtisadi  sistemlərinin 

mövcudluğunda  kapital  qoyuluşu  bazarın

 

fəaliyyət  arealının  genişləndirilməsi  vacibdir. 



Ancaq  hər  iki  sistemdə  bazar  münasibətlərinin  azad  olması  inkişafın  təməl  şərtidir. 

Bürokratiya,  maksimal  dövlət  nəzarəti,  məmur  oliqarxiyası,  korrupsiya  idarəetməsinin 

olduğu  məkanda  kapitalist  ya

xud 


sosialist  yolu  ilə  inkişafın  hər  hansı  bir  fərqi  yoxdur

Çünki  əmlak  münasibətləri,  xalis  mənfəət  anlayışları  pozulacaq.  Ancaq  istənilən halda 



liberal iqtisadiyyat modeli bazarın sürətli hərəkət etməsi üçün lokomotiv rolunu oynayır. 

 

Liberal  iqtisadiyyat 



təkcə

  bazar  iqtisadiyyat

ının qanunlarda öz əksini tapması ilə 

formalaşmaz.  Adətən yeni müstəqillik qazanmış və öz inkişafını liberal modeldə quran  

dövlətlərdə demokratik sistem əvəzinə avtoritar bürokratik aparat formalaşır və tezliklə 

bütün  iqtisadiyyat  məmur  oliqarxiyasının  nəzarətinə  keçir.  Bazar  münasibətləri 

vətəndaşların rifahına xidmət etməkdənsə onların həyatının bütün sahələrini hörümçək 

toru kimi nəzarətdə saxlayır. Belə iqtisadiyyat davamlı olmur və hər an sosial partlayış 

riskini daşıyır. 

 

Nə  üçün  hökumət  və  biznes  sektorları  korrupsiyaya  uğramış  və  inhisarçı 



mahiyyətə malik mühit əvəzinə rəqabətli biznes mühitinin yaranmasına can atmalıdır

Şəffaf  sistem  fərdin  kapitala  münasibətini  dəyişir.  Psixoloji  cəhətdən  müsbət 



effekt  verir.  Yəni  azad  iqtisadiyyatın  mövcud  olduğu  məkanda  vətəndaş  özünə  inam 

qazanır.  Onda  kapital  qoyuluşuna  maraq  yaranır.  Nəzəri  olaraq  əldə  edəcəyi  gələcək 

mənfəətini  götür  qoy edir.  Əgər fərd  artıq  sahibkardısa o  sistemə  daha da

  etibar  edir. 

Daha böyük investisiyalar üçün riskə gedir. Daha əzmlə

 

çalışaraq daha çox kapital və 



insan resursu cəlb edir.  

 

Əgər  fərd  sadə  işçidirsə  onda  psixoloji  olaraq  gələcəyin  sahibkarı  olmaq  ümidi 



yaranır.  Yəni  o  aldığı  maaşın  artıq  qalanını  toplayaraq  sahibkarlıq  üçün  ilkin  kapitalı 

formalaşdıra bilər. Ölkənin şəffaf iqtisadi sistemi isə onu rahat şəkildə riskə getməyə və 

gələcəyini  qarant  altına  almağa  sövq  edəcək.  Bu  da  gələcək  sahibkarların  sayını 

artıraraq bazar üçün yeni imkanların açılması deməkdir.  Korrupsiyalaşmış iqtisadiyyat 

isə  bütün  ümid  və  stimulları  fəaliyyətə  başlamadan  məhv  edir.  Ümidsizlik  yaradır. 

Mülkiyyətin inkişafına təminat olmayan yerdə isə riskə gedərək kapital qoyuluşu etmək 

əhali arasında gələcəyi olmayan iş sayılır.

 



 



İnhisarsız  iqtisadiyyat  ucuz  bazar  yaradır.  Azad  bazar  iqtisadiyyatın  i

lkin 


şərtlərindən  biri  də  qanun  çərçivəsində  ədalətli  rəqabətdir.  Belə  şəraitdə  heç  kəsə 

fövqaladə səlahiyyət verilmir və hər kəs bazara uyğun gördüyü məhsulu təklif edə bilər. 

Rəqabət  şəraitində  istehsalçı  və  xidmət  sektoru  əmtəəni  daha  tez  satmaq  məqsədi

 

güdəcək. Bu isə qiymətlərin süni artırılmasının qarşısını alacaq. Habelə bazara yeni növ 



malların  daxil  olması  artıq  dəbdən  düşümüş  malların  endirimlərlə  alıcıya  təklif 

edilməsinə  şərait  yaradacaq.  İstehlak  prossesi  nə  qədər  tez  və  geniş  miqyaslarda 

həyata  keçərsə  bu  bir  o  qədər  sürətlə  inkişaf  edən  iqtisadiyyat  deməkdir.  İnhisarçı 

iqtisadiyyat isə sadəcə bir nəfərin qoyduğu qiymətləri tanıyır,

 

satış əmtəənin tez və ucuz 



istehlak edilməsinə deyil, bacardıqca mənfəət əldə etməsinə hesablanır. 

 



İnhisarsız  iqtisadyyat  reklam  bolluğu  deməkdir.  Rəqabət  sadəcə  əmtəəni 

bazara  çıxarmaqla  məhdudlaşmır.  Onun  qısa  bir  zamanda  istehlak  olunması  əsas 

şərtdir.  Bunun  üçünsə  reklam  lazımdır.  Azad  rəqabət  şəraitində  reklam  bazarı 

durmadan genişlənir. Bazarın sürətli rəqabəti nəticəsində ona aidiyyatı olmayan qəzet, 

radio, televiziya,  internet  kimi KİV

-

lər yaşamaq və fəaliyyət  göstərmək imkanı  qazanır. 



Bu isə xidmət sektorunda

 

minlərlə yeni iş yerinin açılması deməkdir.



 

Korrupsiyasız, məmur nəzarətində olmayan iqtisadiyyat yeni beyin resurslarının 



aşkara  çıxarılması  deməkdir.  Günümüzdə  zehni  əmək  sahələri  daha  çox  pul  gətirir 

nəinki  sənaye.  Məsələn  informasiya  texnologiyaları,  reklam,  dizayn  sahələrindəki 

yeniliklər  sənayeyə  güclü  təsir  edə  bilir,  həmçinin  bazarda  geniş  alıcı  kütləsi  tapır. 

Məsələn:  Microsoft  şirkətlərini  məhsulları.  Şəffaf  sistemdə  vətəndaşda  öz  zehni 

məhsulunu  kapitala  çevirmək  stimulu  yaranır.  O,  ilkin  kapital  qoyuluşu  edərək  bu 

məhsulu  satır.  Habelə  reklam,  ticarət  şəbəkələrini  quraraq  bir  vasitəçi  kimi  öz  gəlirini 

götürür.  İqtisadiyyatı  monopliyada  olan  bir  dövlətdə  isə  bunun  inkişafı  dalana  dirənir. 

Yəni əqli mülkiyyətin təminatı olmadığından sənin zəhmətin hər zaman mənimsənilə və 

başqa  biir  monopolist  şirkətin  nəzarətinə  keçə  bilər.  Bu  isə  ideyanın  ancaq  kağız 

üzərində  qalmasına  səbəb  olur  və  beyin  axını  ölkə  xaricinə  istiqamətlənir.  Dövlət  özü 

inkişaf  etmək  istədikdə  beyin  resurslarını  xaricdən  gətirməyə  məcbur  olur.  Bu  isə 

milyonlarla əlavə xərc və patent haqqı demə

kdir.  



Azad,  təminatı  olan  biznes  mühiti  bank



-

kredit  sisteminin  sürətli  inkişafı 

deməkdir.  İstənilən  kredit  götürən  şəxs  nəzəri  olaraq  istehlak  xərclərini  və  mənfəətini 

hesablayır. Əgər o istehsal etdiyi məhsulu sərbəst şəkildə və bazar qiymətlərinə uyğu

sata bilmirsə bu zaman onun götürdüyü krediti təminatlı gələcəyinə yox iflas olmasına 



şərait yaradır. Bu isə kreditin ödənilməsində problem yaradır. Girov qoyulmuş əmtəənin 

təkrar  pula  çevrilməsini  gecikdirir.  Nəticədə  kapital  şəklində  re

a

llaşa  bilməyən 



pul  adi 


 

kağızdan az fərqlənir. İnflyasiya sürətlənir. Bazarda qıtlıq yaranır. Ölkə iqtisadiyyatı isə 



xaricdən ixraca bağlanır. Monopoliyanın qaldırıldığı, azad biznez şəraitinin olduğu ölkə 

isə öz problemlərini çox zaman özü həll etmiş olur.

 

-  Azad  biznes 



mühiti  aşkar  olunmamış  kapital  resurslarının  ortaya  çıxarılması 

deməkdir. Ola bilsin ki, bir ailə çox sayda qiymətli metallara sahibdir. Ancaq bu kapital 

istər  bankda,  istər  dövriyyədə  reallaşmadıqca  metal  olaraq  qalacaqdır  və  ailənin 

büdcəsinə  elə  bir  fayda  gətirməyəcəkdir.  Azad  biznes  mühiti  isə  qiymətli  metal  və 

əskinasları  real  əmtəə  kapitalına  çevirməyə  şərait  yaradır.  Sahibkarlıq  fəlaiyyəti  üçün 

tələb  olunan  ilkin  kapital  formalaşır.  Bank  kreditinə  və  dövlət  köməyinə  də  ehtiyac 

qalmır.  Yaradılan  biznes  obyekti  öz  sahibkarına  daha  artıq  mənfəət  gətirir,  həmçinin 

dövlətin  qiymətli metal ehtiyatlarının dövriyyəsini genişləndirir.  Kağız pul kapital olaraq 

qarşılığını əldə edir.  Korrupsiyalaşmış,  məmur nəzarəti  olan dövlətdə isə  bu resursları 

ortaya  çıxarmağa  inam  olmur.  Çünki  hüququ  baza  zəifdir  və  hər  şey  itirilə  bilər.  Misal 

olaraq  SSRİ

-

ni  göstərmək  olar.  Korrupsiya  nəticəsində  qazanılan  pullar  qiymətli 



metallara çevrilərək evlərdə saxlanılırdı. Kapital dövriyyəsi getmədiyindən dövlətin qızıl 

ehtiyatları  zəifləyir,  pul  gücünü  itirirdi.    Nəticəsi  isə  hamımıza  məlumdur.  Milyardlarla 

sovet rublu banklarda bataraq getdi.  

Bürokratiyasız  iqtisadiyyat  güclü  xarici  və  daxili  kapital  axını  deməkdir. 



Bürokratik əngəllərlə qarşılaşmayan sahibkar kapital qoyuluşunu

 

daha tez reallaşdırıb, 



daha tez mənfəət əldə edə bilir. Şəffaflığı təmin olunmuş sistem beynəlxalq siyahılarda 

yüksək  reytinq  yaradır.  Bu  isə  Xarici  sahibkarların  daha  sürətlə  axınını  təmin  edir  və 

daha böyük kapital qoyuluşu üçün stimul verir.

 

İstənilən  halda  yaxın  50  illik  gələcəyini  təminat  altına  almaq  istəyən  dövlət  bu 



azad  biznes  mühitinin  yaradılmasında  maraqlı  olmalıdır.  Əks

-

halda  sosial  partlayış  və 



təlatümlərlə üz

-

üzə qalacaqdır. 



 

 

Yüklə 30,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə