Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.

səhifə1/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   72




NAZİR ƏHMƏDLİ
HAQQ-NAHAQQ SEÇİLƏR 
HAQQ DİVANINDA
Bakı-2017


Elmi redaktoru: 
Nizami Cəfərov, 
akademik, əməkdar elm xadimi
Rəyçi:
Əli Şamil,
tədqiqatçı-jurnalist,
 AMEA Folklor İnstitutu
Nazir Əhmədli. Haqq-nahaqq seçilər Haqq divanında
Bakı, “NURLAR” Nəşriyyat-Poliqrafi ya Mərkəzi, 2017, 288 səh.
Kitabda XIX əsrdə yaşamış Azərbaycanın görkəmli söz ustadla-
rı Aşıq Ələsgər, Aşıq Alı, Ağ Aşıq, Aşıq Söyün Şəmkirli, Şair Məm-
mədhüseyn, Göyçəli Aşıq Musa və başqalarının doğum tarixləri yeni 
arxiv sənədlərinin  əsasında müəyyənləşdirilmiş  və folklorşünaslığı-
mızdakı boşluqların aradan qaldırılması yolunda tarixi addım sayılacaq 
dəqiqləşdirmələr aparılmışdır. Müəyyən edilmişdir ki, yuxarıda adları 
çəkilən sənətkarların yaşları xeyli şişirdilmişdir. 
Müəllif XIX əsrdə yaşamış və adları indiyə qədər elmi ictimaiy-
yətə  məlum olmayan Aşıq Qara, Şair Mustafa və Aşıq Rüstəm kimi 
sənətkarları üzə çıxarmışdır.
ISBN: 978-9952-507-20-1
© N.Əhmədli, 2017


3
Haqq-nahaqq seçilər Haqq divanında
HƏQİQƏTİN ARDINCA, YAXUD
 ELMİ REDAKTORDAN
Görkəmli tədqiqatçı-publisist Nazir Əhmədlinin 
“Haqq-nahaqq seçilər haqq divanında” kitabı, hər  şeydən 
əvvəl ona görə dəyərlidir ki, müəllif yeni tapdığı mötəbər 
mənbələrə, tarixi sənədlərə  əsaslanaraq indiyə  qədər çox 
hallarda dəlilsiz-sübutsuz istinad edilmiş, fərqinə varıl-
madan kitabdan kitaba köçürülmüş və zehnimizdə əsassız 
olaraq qəlibləşmiş bir sıra “qələti-məşhur”ları müzakirə ob-
yektinə çevirir. Və nəticə etibarilə tarixi həqiqətlərin bir-bi-
rilə  sıx bağlı olan bütöv bir təkzibolunmaz mənzərəsini, 
sistemini təqdim edir.
Kitabın ikinci, birincisindən az olmayan dəyəri müəlli-
fi n ədəbi, tarixi faktlara dərindən bələdliyi, ciddi araşdırma 
texnologiyası, aydın peşəkar məntiqi, ümumiləşdirmə qa-
biliyyətidir.
Və nəhayət, üçüncü bir dəyər də unudulmamalıdır ki, 
bu da həqiqəti ortaya çıxarmaq, haqq-nahaqqı bir-birindən 
ayırmaq, nüfuzlu tədqiqatçılarla belə polemikaya girmək-
dən çəkinməmək, milli mənəvi irsimizə (onun həqiqətlə-
rinə) təəssübkeş bir övlad ehtiramı ilə yanaşmaq enerjisi
istedadı və ehtirasıdır..
Etiraf edək ki, Azərbaycan söz sənətinin dühalarından 
Aşıq Ələsgərin həyatı, xüsusilə 22 mart 1821-ci ildə Göy-
çə mahalının Ağkilsə  kəndində anadan olması  ədəbiyyat 
tarixşünaslığında kəskin bir etiraz doğurmasa da, vaxtaşırı 
müəyyən mübahisələrin mövzusu olmuşdu. Lakin etibarlı 
sənədlərin yoxluğu (və bir sıra tədqiqatların bu “yoxluq”-
dan istifadə, əslində sui-istifadə edərək müxtəlif şayiələrə 
əsaslanmaları) həmin mübahisələrin, prinsip etibarilə, bir 
yekuna varmadan nəticəsiz qurtarmasına gətirib çıxarır-


4
Nazir Əhmədli
dı. Və bizim humanitar elmlərimiz üçün “səciyyəvi” olan 
“hərə öz fi krində qalır” kimi liberal (və məsuluyyətsiz) bir 
“metod” öz işini görmüşdür.
Nazir Əhmədli XIX əsrin 20-ci illərinin sonu və 30-cu 
illərinin  əvvəllərindən başlayaraq Qafqaz canişinliyi tərə-
fi ndən xüsusi dəqiqliklə  tərtib edilmiş  İrəvan  əyaləti “ka-
meral təsvirləri”ni əldə edərək araşdırmışdır. Həmin “təs-
virlər” bir də ona görə mötəbərdir ki, müxtəlif illəri (1831, 
1842, 1852, 1859, 1873, 1886) əhatə etməklə onlarda əks 
olunmuş məlumatların müqayisəsinə imkan verir. 
Müəllif yazır:
“2016-cı il oktyabr ayının 24-də 1873-cü ilə aid sənə-
di əldə etdim. Və hər şey bu gündən sonra gözümə başqa 
rəngdə görünməyə başladı. Məlum oldu ki, Ustad Ələsgərin 
yaşı indiyəcən düz 31 il böyük göstərilib, əmisi Allahverdi-
ni onun babası kimi təqdim ediblər, həyatı ilə bağlı faktlar 
ciddi  şəkildə  təhrif edilib. Hər bir tapıntıda, elmi uğurda 
olduğu kimi, bu tapıntı  məni də  hədsiz sevindirməli idi, 
amma sevinmədim”...
Niyə?..
Ona görə ki, indiyə qədər yazılanlar, deyilənlər, keçi-
rilən təntənəli yubileylər, dərsliklər, akademik təsəvvürlər 
elə bir “fundamental” mühit yaratmışdır ki,onu şübhə altın-
da qoymaq nə dərəcədə doğrudur?.. Aşıqələsgərşünaslığın 
patriarxı, Aşığın nəvəsi mərhum İslam Ələsgərovun əmin-
liklə müdafi ə etdiyi bir sıra mülahizələrin həqiqətə uyğun 
olmadığını necə demək olar?.. Çox da ki, danılmaz faktlar 
var. 
İkisindən birini seçmək lazım gəlirdi: ya haqq, ya da 
nahaqq... “Haqq-nahaqq seçilər haqq divanında” müəllifi , 
nə qədər “ağır”, çətin olsa da haqqı seçir.
Fikrimizcə, Nazir Əhmədlinin elmi dövriyyəyə daxil 
etdiyi yeni tarixi sənədlər, materiallar mövcud yanlışlıqla-


5
Haqq-nahaqq seçilər Haqq divanında
ra son qoyur, bir sıra “qələti-məşhur”ları təkzib edir. Aşıq 
Ələsgər ailəsinin demək olar ki, bütün üzvlərinin, bu ailə 
ilə  əlaqədar  şəxslərin tərcümeyi-hal tarixlərini dəqiqləş-
dirir, dahi sənətkarın yazı-pozu bilməməsi barəsindəki 
“qənaət”in tamamilə yanlış olduğunu  əsaslı  dəlillərlə sü-
but edir, bir sıra məlum şeirlərin həqiqi müəllifl ərinin kim 
olduğunu ortaya çıxarır...Ümumiyyətlə Göyçə mahalının 
yeni dövrdəki etnik, sosial-mədəni, ədəbi mənzərəsi barədə 
müfəssəl təsəvvür yaradır.
Aşığın “Min iki yüz doxsan dörddə Ələsgər tapdı əsə-
ri” misrasını ustadı Alı ilə deyişməsinin tarixi hesab edən 
tədqiqatçı bu tarixin miladi təqvimlə 1876-ci ilə düşdüyünü 
və deyişmə hadisəsinin də məhz həmin tarixdə baş verdiyi-
ni məntiqi mülahizələrlə əsaslandırır.
Kitabda Aşıq Alının özü ilə bağlı da xeyli yeni məlu-
matlar üzə  çıxarılmışdır, məsələn, buradan öyrənirik ki, 
Aşıq Alının yaşı da Böyük Şəyirdi kimi şişirdilib, doğul-
duğu kənd heç də indiyə  qədər yazıldığı kimi Qızılvənk 
kəndi deyilmiş. Nazir Əhmədli sənədlərlə sübut edir ki, 
Aşıq Alı 1835-cü ildə Göyçə mahalının Şişqaya kəndində 
anadan olub, onun ailəsi sonradan Qızılvənkə köçüb. Ən 
mühüm faktlardan biri isə hər iki ustadın milli mənsubiyyə-
tinin müəyyənləşdirilməsidir. Son zamanlar xüsusilə Aşıq 
Alının milli mənsubiyyətini başqa yönlərə çəkmək istəsələr 
də, tədqiqatçı bu məsələyə də nöqtə qoyur-sübut edir ki, hər 
iki ustad türk oğlu türkdür-Aşıq Alı ayrımlı tayfasına, Aşıq 
Ələsgər isə qarapapaq türklərinin bosçalı/borçalı tayfasına 
mənsubdurlar.
Kitabdakı ciddi tapıntılardan biri də Aşıq Hüseyn Şəm-
kirlinin həyatı ilə bağlıdır. Tədqiqatçı müəyyən edib ki, 
Aşıq indiyə kimi yazıldığı kimi 1811-ci ildə deyil, 1838-ci 
ildə doğulub, aralarındakı 121 il yaş fərqinə görə bəzi tə-
dqiqatçıların iddia etdikləri kimi Molla Pənah Vaqifi n bacı-




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə