Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə14/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   ...   10   11   12   13   14   15   16   17   ...   72

50
Nazir Əhmədli
16.5. Həsən Mustafa oğlu 35 y; beş qardaşı oğlu: Qa-
sım Hüseyn oğlu 17 y; Ələsgər 14 y; Dünyamalı 12 y; Cəfər 
9 y; Zeynalabdin 7 y.
17.13. Rüstəm Məşədi Məhəmməd oğlu 36 y; oğlu Əli 
1 y; qardaşları: Əli 30 y; İrza 26 y.
18.5. Qəmbər Mustafa oğlu 77 y; oğlu Həsən 45 y.
19. --. Hüseyn Vəli oğlu 50 y(1859-cu ildə həmin ma-
halın Zarzebil kəndindən buraya köçüb).
Yoxlamanı həyata keçirdi: kollejski assasör İvankeviç”.
(Erm.Milli Arxivi, F.267, siy.1, saxlama vahidi 15).
Bizi maraqlandıran buradakı birinci və altıncı ailələr-
dir-birinci ailə Səhnəbanının, 6-cı ailə isə Ələsgərin ailəsi-
dir. Göründüyü kimi, burada ailənin başçısı Novruz Məm-
mədalı  oğludur və beləliklə Qurbangilin daha bir, altıncı 
qardaşlarının da olduğu üzə çıxır. Səhnəbanının gələcək hə-
yat yoldaşı Mustafa isə 1 yaşındadır. Amma İmirzanın adını 
məmur İvankeviç səhv olaraq Mirzə kimi yazıb. Bu ailənin 
yenə də birinci yerdə yazılması onun statusunun göstərici-
si sayılmalıdır, bəlkə də Novruz Məşədi Məmmədalı oğlu 
kəndin kəndxudasıdır. Həm də bu ailənin mömünlüyü üzə 
çıxır: ataları məşədi, qardaşlardan bir neçəsi isə kərbəlayi-
dir. Bu isə onların təkcə möminliyinün deyil, həm də maddi 
vəziyyətinin göstəricisi sayılmalıdır. Haqqında bəhs etdi-
yimiz  İ.Şopenin verdiyi məlumata görə o vaxtlar Məkkə 
ziyarəti 600, Məşhəd 300, Kərbəla ziyarəti isə 200 gümüş 
rubla başa gəlirdi və bir qoyunun qiyməti 2 rubl, öküzün 
qiyməti 10-12 rubl idi.
Əgər kimsə Allahverdinin Alməmmədin qardaşı ol-
duğuna şübhə edirdisə, bu sənəd həmin şübhəni tamamilə 
aradan qaldırmalıdır, çünki, qardaşlar bir ailədə siyahıya 
alınıblar və Alməmmədin Allahverdinin qardaşı olduğu da 
açıq-aşkar yazılıb. Amma burada diqqəti çəkən maraqlı bir 
fakt da var: Ələsgər heç də Alməmmədin böyük oğlu de-


51
Haqq-nahaqq seçilər Haqq divanında
yilmiş, 1859-cu ildə Alməmmədin 10 yaşında, Ələsgərdən 
3 yaş böyük Məhəmməd adında bir oğlu da varmış. Görü-
nür, Məhəmməd cavan ikən rəhmətə gedib və Alməmməd 
1871-ci ildə doğulan sonbeşik oğluna Məhəmmədin adını 
qoyub, yaşadıb. Balaca Məhəmməd kimi, Xəlili də görmü-
rük, çünki 1859-cu ildə o da hələ doğulmamışdı.
Alməmmədin adının qabağındakı  məmur qeydində 
onun və  oğlu Məhəmmədin  əvvəlki, yəni 1852-ci ilin si-
yahısında yaddan çıxıb yazılmadıgı deyilir. Həmin sənəddə 
doğrudan da onun adı yoxdur:
“NOVOBƏYAZİD QƏZASI, 1852-Cİ İL.
№11. AĞKİLSƏ KƏNDİ
Xəzinə torpaqlarında yaşayan dövlət kəndliləri
1.1.Ağababa İbrahim oğlu 60 y; Ağababanın oğlanları: 
İbrahim 22 y; Həsən 15 y; qardaşlıarı: (adı yoxdur-1842-
ci ilin Kameral siyahında adı Abdulla gedib-N.Ə.) İbrahim 
oğlu 40 y; Yusif 35 y; Yusifi n oğlu İbrahim 1 y. (6 kişi, 3 
qadın).
2.2.Aşır Yusif oğlu 55 y; Aşıraın oğlanları: İsmayıl 20 
y; Həsən 18 y; Namaz 14 y; Mahmud 13 y; Hüsən 4 y. (6 
kişi, 1 qadın).
3.4. Məhərrəm Məmmədalı oğlu 40 y; Məhərrəmin 
qardaşı Kərim 13 y. (ailədə 2 kişi və 1 qadın var).
4. --.Novruz Məmmədalı oğlu 35 y; Novruzun oğlu 
Məhəmməd 6 y; Novruzun qardaşları:  İbrahim 22 y; 
İmirza 20 y; Qurban 29 y(5kişi,3 qadın). 
(Qeyd:Novruzla Məhərrəm bir ailədir).
5.5. Qəmbər Mustafa oğlu 70 y; Qəmbərin oğlanları: 
1.Hüseyn 40 y(Hüseynin oğlanları: Qasım 13 y; Ələsgər 5 
y); 2.Həsən 38 y( 5 kişi. 2 qadın). Yeni siyahıyalamadan 
qabaq Hüseyn vəfat edib).


52
Nazir Əhmədli
6.--.Abdulla Mustafa oğlu 50 y; Abdullanın oğlanları: 
Qulu 16 y; Sadıq 14 y; Mustafa 12 y (4/2).
7.6. Səfər Alı oğlu 35 y; Səfərin oğlu Hüseyn 4 y. (2/1).
8.7. Xəbər Həsən oğlu 60 y; Xəbərin oğlanları: 1.Həsən 
(Həsənin oğlanları: Hüseyn 9 y; Mahmud 7 y; İsmayıl 4 y); 
2.Məhəmməd 20 y; 3.Hümbət 16 y. (7/3).
9.8. Əhməd Alı oğlu 30 y; Əhmədin oğlu Alı 3 y; Əh-
mədin qardaşları: Məhəmməd 25 y; Nəbi 22 y; Vəli 21 y; 
Hümbət 18 y. (6/3).
10.10. Ramazan İsmayıl oğlu 28 y; Ramazanın qardaşı 
Ocaqverdi 15 y. (2/1).
11.11. Məhəmməd Allahverdi oğlu 35 y; Məhəmmədin 
oğlanları: Nadir 6 y; Allahverdi 4 y; Məhəmmədin qardaşı 
Mürsəl 25 y. (4/2).
12.12. Eliyaz Məhəmməd oğlu 35 y; Eliyazın oğlu 
Məhəmməd 3 y. (2/1).
13.13. Rüstəm Molla Məhəmməd oğlu 27 y; Rüstəmin 
oğlanları: Alı 18 y; İrza 16 y.(3/2).
14.14. Allahverdi Haxverdi oğlu 40 y; Allahverdinin 
oğlanları: Haxverdi 16 y; Kərim 7 y; Vəli 7 y(yeni siya-
hıyalmadan qabaq ölüb). (4/2).
15.16. Baba Gəncəli oğlu 60 y(yeni siyahıya almadan qa-
baq ölüb); Babanın oğlanları: Qasım 20 y; Müslüm 15 y. (3/2).
16.18.Alı Kürd oğlu 50 y(yeni siyahıya almadan 
qabaq ölüb); Alının oğlu: Polad 35 y; Poladın oğlanları: 
Həsən 4 y; Məhərrəm 2 y.(4/2).
Yetimlər üçün tutulmuş ayrı siyahıdan yazılmışdır:
17.49. Nağı Mamay oğlu 33 y. (1/2).
18.51. Yusif Vəli oğlu 39 y. (1/1).
19.--.Oruc Allahverdi oğlu 55 y; Orucun oğlu Allahver-
di 17 y(1846-cı ildə Bakız kəndindən gəlmişdir); (2/1).
Ağkilsə kəndində 20 ailədə 69 kişi və 35 qadın yaşayır.


53
Haqq-nahaqq seçilər Haqq divanında
Qeyd: 
1.1842-ci ilin kameral siyahısındakı 3 nömrəli ailə Zar-
zebil kəndinə, 16 nömrəli ailə isə Novobəyazid  şəhərinə 
köçmüşlər. Xüsusi siyahıdakı 5 nömrəli ailə üzvlərinin ha-
mısı ölüb. 50 nömrəli ailə haqqında isə sakinlər dedilər ki, 
kənddə belə bir ailə olmayıb.
2. Bu kəndin əhalisi buğda və arpa əkirlər, lakin buğda 
daha çoxdur. Bu əkinləri Ellicə çayından çəkilmiş bir arxın 
suyu ilə suvarırlar.
3.Burada iqlim sağlamdır, sakinlərin vəziyyəti yaxşıdır.
4. Zavod və fabrik yoxdur.
Yoxlamanı həyata keçirdi: Quberniya katibi R.Ryazanov”.
(Erm. Milli Arxivi, F.261, siy.1, sax.vah. 6).
Bu siyahıda diqqəti çəkən fakt Allahverdinin Vəli adın-
da 1859-cu ildən qabaq vəfat etmiş oğlunun olması, kəndin 
siyahısındakı 1-ci yerdə isə Ağababa İbrahim oğlunun ol-
masıdır. Görünür, kəndin kəndxudası da o imiş və məşhur 
qardaşlar hələ birinci sıraya qalxmayıblarmış.
Bu siyahıdakı ikinci rəqəmlər həmin ailənin daha əv-
vəlki, 1842-ci ildəki sıra nömrəsini göstərir və indi həmin 
siyahıya nəzər salaq:
“İRƏVAN QƏZASI, GÖYÇƏ NAHİYƏSİNİN
 KAMERAL TƏSVİRİ. 1842-Cİ İL.
№6. AĞKİLSƏ KƏNDİ.
Qarapapaqların bosçalı icması.
İslam dininin şiə məzhəbinə mənsubdurlar, köçəri hə-
yat tərzi sürürlər.
Sakinlər buraya Başkənddən gəliblər və kifayət 
qədər yaxşı yaşayırlar.  Əsasən heyvandarlıqla məşğul 
olurlar.


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə