Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə2/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   ...   72

6
Nazir Əhmədli
sı oğlu və ya bacısı nəvəsi ola bilməz. Aşığın əsil adının isə 
Hüseyn yox, Söyün olması sənədlərlə sübut edilir.
Tədqiqatçının  əldə etdiyi çox mühüm faktlardan Ağ 
Aşıq-Aşıq Allahverdinin, Şair Məmmədhüseynin və Göy-
çəli Aşıq Musanın doğum tarixlərinin müəyyənləşdirilmə-
sidir.
Nazir  Əhmədli elmi ictimaiyyətə indiyə  qədər mə-
lum olmayan daha üç sənətkarı-1842-ci ildə Şəmkirbasan 
nahiyəsinin Qaracaəmirli kəndində yaşayan Aşıq Qaranı, 
Aşıq Rüstəmi və Şair Mustafanı da üzə çıxarıb təqdim edir, 
tədqiqatçılar üçün yeni perspektiv mövzu təklif edir.
Kitabın “Son söz yerinə” bölməsində  tədqiqatçı üzə 
çıxardığı elmi nəticələri təqdim edir. Onların hər birini 
Azərbaycan folklorşünaslığı üçün cddi elmi uğur saya bilə-
rik. Etiraf etməliyik ki, bu yeni nəticələrin hər biri ciddi bir 
elmi məqalənin, elmi əsərin  mövzusunu təşkil edə bilərdi.
Və mən heç şübhə etmirəm ki, Nazir Əhmədlinin yeni 
tarixi sənədlərə dayanan bu miqyaslı (və mükəmməl) araş-
dırması ən azından aşıqələsgərşünaslığın, eləcə də XIX əsr 
Göyçə aşıq mühitinin araşdırılmasının  elmi əsaslar üzərin-
də inkişafına əhəmiyyətli təkan verəcəkdir. Yerdə qalanına 
gəldikdə isə, onu gələcək göstərər...
Nizami Cəfərov,
akademik, əməkdar elm xadimi 


7
Haqq-nahaqq seçilər Haqq divanında
AŞIQLARIMIZIN ÖMÜR YOLUNA AYDINLIQ 
GƏTİRMƏYİN YENİ MƏRHƏLƏSİ BAŞLADI
Son dövrdə mətbuatda, saytlarda  bəzən qarşı tərəfi  suç-
lamaq üçün “o diletantdır”, “onun baza təhsili yoxdur” və s. 
kimi ifadələr işlədirlər. Bu yaxınlarda 20-ci yüzil ədəbiyya-
tından iki dərslik, ona yaxın kitab çap etdirmiş, 150-dən çox 
elmi məqalə yazmış, 10-15 ölkədə məruzə oxumuş, xariçdə 
dərs  demiş bir professoru  peşə yoldaşının diletant adlan-
dırdığını oxudum. Təəccüblənmədim, çünki cəmiyyətimiz 
elə bir duruma gəlib ki, haqsızların, korrupsioner, millətin 
qanını soran oğru və rüşvətxor yaltaqların səsi haqlılardan, 
doğrulardan daha gur çıxır. 
Mətbuat və söz azadlığından, demokratiyadan sui-isti-
fadə edənlər müəllifi n ortaya qoyduğu məhsulu-məqaləni, 
kitabı, gördüyü işi təhlil etmək, qüsurlarını göstərmək əvə-
zinə rəqibi saydığı insanın təhsilinə və söy-kökünə hüçüma 
keçirlər. 
Tarixə  nəzər saldıqda isə  bəzən mühəndisin də tibb 
sahəsində  kəşfl ər etdiyini, kimyaçının tarix sahəsinə ye-
nilik gətirdiyini, riyaziyyatçının biologiyada, coğrafi yada 
söz sahibi olduğunu görərik. Məşhur yazıçı və şairlərin bir 
çoxunun(məsələn, böyük şairimiz M.Arazın) fi loloji təshili 
yoxdur. Lakin bu yeniliklər heç də asan başa gəlməyib. Ye-
niliklərə dirəniş göstərənlər də çox olub. Amma zaman öz 
işini görüb.
Nazir Əhmədli də peşəkar tarixçi deyil. Naxçıvan Döv-
lət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universi-
tetinin) kimya-biologiya  fakültəsini fərqlənmə diplomu ilə 
bitirib, kimya elmləri namizədidir. Bir müddət ixtisası üzrə 
orta məktəblərdə dərs də deyib.  Vətənin başının üstünü qara 
buludlar alanda, Azərbacanda milli azadlıq mübarizəsi baş-


8
Nazir Əhmədli
layanda  “mən siyasətçi, dövlət xadimi deyiləm, müəllim 
babayam, millətimin uşaqlarına dərs deməklə kifayətlənə-
cəm”,- deyərək küncdə-bucaqda gizlənməyib, mübarizənin 
qaynar nöqtəsinə atılıb. Vətənin dərdlərindən, millətin düş-
düyü ağır vəziyyətdən yazıb, xalqı ayağa qaldırmağa, səfər-
bər etməyə çalışıb. Publisist kimi püxtələşib. 1996-1998-ci 
illərdə “Millət” qəzetinin  Baş  redaktoru olub. Beləcə kim-
ya müəllimi siyasətçiyə, publisistə, ictimai xadimə çevrilib.
2001-ci ildən günümüzədək Ataatürk Mərkəzində  
Beynəlxalq  əlaqələr  şöbəsinin müdiri vəzifəsində çalışır. 
7 elmi-publisistik kitabın, ali məktəblər üçün bir dərsliyin 
müəllifi dir. Həmin  kitabların bir neçəsini oxumuşam. Fik-
rini inandırıcı və sərrast ifadə edən üslübu var. Faktları seç-
məyi bacarır. Onlardan hansını oxuçuya çatdırmağın gərək-
li olduğunu yaxşı bilir. Bu üstün cəhətlərinə baxmayaraq
onun yaradıcılığını diqqətə  və ardıcıllıqla izəməmişdim. 
Mənim nəzərimdə günümüzdəki onlarla publisistən biri idi. 
2016-çi ildə “Orxan” nəşriyyatında çap olunmuş “Ga-
bud və gabudlular” kitabı məndə Nazir Əmədlinin yaradıcı-
lığına ciddi maraq oyatdı. O, bu kitabında doğulub boya-ba-
şa çatdığı kənddən yazıb. Sovetlər Birliyi çökdükdən sonra 
nəsli-nəcabəti, kəndi haqqında kitab yazanların və yazdı-
ranların sayı artıb. Bu kitabların hamısı yüksək bədii dəyər-
li, elmi əsaslı olmasa da, mən onları sevir və təqdir edirdim. 
Düşünürdüm ki, yaxın tarıxımizin öyrənilməsində, gənclə-
rin milli-vətənpərvərlik ruhunda tərbiyə olunmasında belə 
kitabların əhəmiyyəti böyükdür. Peşəkar tarixçilərimiz belə 
kitablardan bir fakt, bir cümlə götürsə qənimətdir. Kəndlə-
rimiz və şəçərələrimiz haqqında yazılanlar son iki yüz illik 
tariximizə işıq salmağa xidmət edir.
Bu kitablar alışdığımız qəlibləri də dağıdıb. Belə ki, 
orada həm tarix var, həm bölgənin çoğrafi yası. Həm  şair 
və yazıçıların əsərlərindən parçalar var, həm də etnoqrafi k 


9
Haqq-nahaqq seçilər Haqq divanında
materiallar. Bu kitablarda kəndlərimizdə yaşayan insanla-
rın ömür yolu haqqında da bilgi verilir. Lakin onlar ensik-
lopediya da deyil. Yazı üslubu baxımından da kəndlərimiz 
haqqında yazılan kitablarda bir fərqlilik var. Burada elmi 
üsluba da rast gəlinir, bədii üsluba da. Siyası üsluba da rast 
gəlinir rəsmi üsluba da. Xatirə janrında yazılar da var, şeirlər 
də. Çox təəssüf ki, kəndlərimiz haqqında yazılmış kitablar 
haqqında, onların janrı, üslubu haqqında ciddi elmi-nəzəri 
ədəbiyyat görməmişəm. Bu sahədə hələ bir susqunluq var.
    Kəndlərimiz haqqında yazılan kitablarda xatirələr, 
ağızdan-ağıza keçən söhətlər tarixi sənədləri üstələyib.
Nazir  Əhmədli isə bu qəlibdən çıxmağa can atdı  və 
istədiyinə nail olub.  O “Gabud və gabudlular” kitabında 
Qafqaz canişinliyi tərəfi ndən İrəvan və Naxçıvan əyalətləri 
üzrə hazırlanmış kameral təsvirlərdən istifadə etməklə yeni 
bir iz açdı. Ata-babaları haqqında şifahi şəkildə dövrümüzə 
gəlib çatan  hadisələrə, rəvayətlərə  sənədlər  əsasında ay-
dınlıq gətirib. Nəvə-nəticənin doğmaca babası, onun ömür 
yolu haqqında bildiklərinin yanlışlıqlarını ortaya qoydu. 
Belə    sənədlərə  ağız büzənləri də çox görmüşəm. Onlar 
zəhmətə qatlaşıb arxivlərə getmək, qalaq-qalaq sənədlərlə 
tanış olmaq, cild-cild kitab oxumaq əvəzinə “Yəni mən də-
dəmi, babamı tanımıram?!” deyərək başqasının da əməyini 
heçə endirməyə çalışıblar. Sənədlər və faktlar isə göstərdi 
ki, biz yaxın keçmişdə yaşamış babalarımız haqqında çox 
az şey bilirik və bildiklərimizin də bir qismi yanlışdır.
“Gabud və gabudlular” kitabının uğuru Nazir Əhmədli-
ni yeni kitab yazmağa həvəsləndirdi. Bu gün inzibati-ərazi 
vahidi kimi yox olan Dərələyəzdən yazdı. Sovet dövründə 
Dərələyəz mahalının adı  təkəm-seyrək çəkilirdi. Rusiya-
nın planlı siyasəti sayəsində özlərini millətçi adlandıran, 
əslində isə öz millətinə ağır zərbə vuranlar  Ermənsitanda 
yaşayan müsəlmanları qısa bir zamanda vətənlərini tərk et-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə