Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   ...   72

10
Nazir Əhmədli
məyə  məcbur etdilər. Bu ağır itkidən sonra dərələyəzlilər 
də ata-baba yurdları haqqında çoxsaylı kitablar nəşr etdilər. 
Onlarda tarixə geniş yer verilsə də Nazir Əhmədlinin 2017-
ci ilin ilk aylarında “Elm və  təhsil” nəşriyyatında çap et-
dirdiyi “Dərələyəz mahalinin kameral təsviri (1831-ci 
və 1842-ci illər)” kitabındakı  qədər sənədlilik yoxdur. 
Çünki bu kitabların bir qismi şöhrət, bir qismi elmi ad 
almaq üçün, bir qismi də təbliğat üçün yazılıb.
Nazir Əhmədli isə ağır zəhmətin bəhrəsi olan ciddi bir 
tarixi əsər ortaya qoyub. O,  yalnız Dərələyəz mahalinin 
kameral təsvirini rus dilindən çevirməklə kifayətlənm-
yib. Sənədlərə geniş şərhlər yazıb, tarixi qaynaqlara da-
yanaraq bölgə haqqında olduqca dəyərli bilgilər verib.
Bu işin ağırlığını bir faktla oxucuya çatdırım. Uzun 
illər kəndimizin ağsaqqallarını, ağbirçəklərini söhbətə tu-
tub qeydlər aparmışdım. Məqsədim bir kitab hazırlamaq 
idi. Əlimin altında xeyli material vardı. Nəsillərin təxmini 
səcərəsini də hazırlamışdım. Uzun illər həmin materiallar 
arxivimdə yatıb qalırdı, yaxud da növbə gözləyirdi.  Na-
zir Əhmədlinin “Gabud və gabudlular” kitabını oxuyandan 
sonra Göyçə mahalının sənədləri ilə tanış olub-olmadığını 
soruşdum. Öyrəndim ki, nəinki Göyçə mahalının,  İrəvan, 
Qarabağ, Gəncə və b. xanlıqların da Rusiya işğalından sonra 
tərtib edilmiş kameral təsviri onda var. Bizim kəndlə bağlı 
sənədlərin surətini mənə göndərməsini xahiş etdim. “Yox” 
demədi, göndərdi. Sənədləri bir neçə dəfə gözdən keçirdim. 
19-cu yüzilin milliyətcə rus olan məmurlarının rus dilində 
yazdığı bəzi yerlərini oxuya bilmədim. Sənəddəki adların 
çoxu mənə tanış idi. Buna baxmayaraq əlyazmadakı hərf-
ləri dəqiqləşdirə bilmirdim, ölçülər, çəkilər və s. terminlər 
haqqında neçə-neçə kitaba baxmalı oldum. Sonda yanlışlığa 
yol verəcəyimdən ehtiyatlanaraq üç gün üzərində işlədiyim  
sənədləri Nazir Əhmədliyə  göndərib mənə kömək etməsi-


11
Haqq-nahaqq seçilər Haqq divanında
ni xahiş etdim. 2-3 saat sonra Nazir bəydən məktub aldım. 
Orada nəinki  əlyazmadakı adları oxuyub latın qrafi kasına 
çevirmişdi, həm də kimin nə qədər əkin sahəsi olduğunu, 
həmin sahələrə hansı bitkilər əkdiklərini, onlardan nə qədər 
vergi alındığın, hər ailənin nə qədər mal-qaralası olduğunu, 
mal varlığına görə dövlətə nə qədər vergi verdiyini yazmış-
dı. Yəni bunu deməkdə məqsədim odur ki, Nazir Əhmədli 
o qədər işin içərisinə girib, bu sahədə o qədər püxtələşib ki, 
ona həsəd aparmamaq olmur.
Dərələyəz haqqında yazanlar arasında tarix elmlər 
doktorları,  fi lologiya  elmləri doktorları, nüfuzlu alimlər, 
bu mövzuda araşdırmalar aparıb elmi ad alanlar çoxdur. 
Amma Nazir Əhmədlinin hazırladığı kitab sənədlərin zən-
ginliyi ilə, oradakı  sənədlərə verilən izahlarla, məntiqli 
təhlillərlə öncə yazılanlardan tamamilə fərqlənir. O, kitabı 
hazırlayarkən həm tarixçilik, həm coğrafi yaşünaslıq, həm 
şərqşunaslıq, həmi vergi müfəttişliyi, iqtisadçılıq edib, həm 
təqvimlər arasındakı fərqlərə aydınlıq gətirib, həm də o döv-
rdə işlədilən ölçü və çəki vahidləri, vergi sistemi haqqında 
oxucusuna geniş bilgi verib. 
Müstəqillik illərdində millətimizin övladlarının bir-bi-
rinə  məhbbətlə yanaşması  əvəzinə düşmənçilik, qəzəb, 
nifrəti daha da artıb.  İnsanların soy-kökünə  şübhə ilə ya-
naşmaq, başqasının ata-babasına, nəslinə böhtan atmaq 
yoluxucu xəstəlik kimi yayılıb. Azərbaycan çoxmillətli bir 
ölkədir. Burada nəinki millətlər, hətta kiçik etnik qruplar 
belə minillərdir dost və mehriban yaşayır. Millətimlə ona 
görə fəxr edirəm ki, xınalıq, qırız, buduq, udin, saxur və b. 
etnik qrupları assimilə etməyib, onlara qardaş kimi baxıb. 
Təəssüf ki, bu gün kimin kimdən xoşu gəlmirsə onun başqa 
millətdən olduğunu söyləyir. Bəzən bu təhqir anlamında iş-
lədilir. İş məhkəməyə də daşınır. Məhkəmələr də əllərində 
tutarlı qaynaq olmadığından çıxılmaz vəziyyətdə qalırlar. 


12
Nazir Əhmədli
Hər bir insanın milli kimliyi ilə qürur duyması onun 
təbii haqqıdır. Birisinin soy-kökü haqqında yanlış şayiələr 
yaymaq da nəinki etik qaydalara sığmır, həm də qanun-
vericiliyimizə ziddir. Bəzən isə məşhur, tanınmış insan-
lara sahib çıxmaq xəstəliyinə tutulanlara da rast gəlirik. 
Onlar da fakta, sənədə dayanmadan təbliğat aparır, sonra da 
onların haqqının tapdalandıqları haqqında haray-həşir salır-
lar. Qəribədir ki, belələrinin hay-harayına inananlar da olur. 
Məşhur elm, mədəniyyət, sənət və siyasət adamları-
na sahiblənmək hərisliyi də, rəhbər vəzifədə  işləyənlərin 
söy-kökü haqqında böhtanlar yaymaq da cəmiyyətdəki bə-
rabərsizlikdən doğan bir bəladır. Nazir Əhmədlinin hazır-
ladığı kitaplarda belə dedi-qodu yayanlara, qaragühuçulara 
sənədlərin dililə verilmiş sərt çavablar var. Bu kitablardan 
məhkəmələrdə sübut kimi istifadə etmək mümkündür.
 Yeniyetməlik və  gənclik illərimdə kitablarda, qəzet 
və jurnallarda yazılanlara, radio və televizyada deyilənlərə 
inananların sayı hadisənin iştirakçısının söylədiklərinə ina-
nanlardan çox idi. Doğulduğum kənddə yaşayanların sayı 
500-ü keçirdi. Bu kiçik kənddə Aşıq Ələsgəri görənlər, onun 
məclislərində  iştirak edənlər də az deyildi. Aşığın  şəninə 
şeir qoşduğu Kəklik də bizim kənddə yaşayırdı. Qocalıb 
əldən düşmüş qadın məktəbimizin yanında, oğlu Qulunun 
ailəsində yaşayırdı. Az qala hər gün görür və söhbətlərini 
dinləyirdik. Deyilənlərlə yazılanlar arasında bir uyğunsuz-
luğun olduğunu tez-tez eşidirdik. Mən də yazılanlara daha 
çox inanlardan olduğumdan, yaşlı  nəsilin dediklərinə o 
qədər  əhəmiyyət vermirdim, amma onların dediklərini də 
yadımda saxlayırdım. Orta məktəbin son sinifl ərini Zodda 
oxudum. Aşıq Ələsgərin nəvəsi İslam Ələsgərov bizim ədə-
biyyat müəllimiz idi. Məndə ədəbiyyata maraq oyadan da 
İslam Talıb oğlu oldu. Ona bir insan, gözəl pedaqoq kimi 
həmişə yüksək sayğım olub. Bizə dərs dediyi zaman baba-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə