Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə4/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   ...   72

13
Haqq-nahaqq seçilər Haqq divanında
sının həyat və yaradıcılığından dissertasiya yazırdı. Aşığın 
şeirlər toplusunu çapa hazırlayır, hərdən də təkidli  xahişi-
mizlə yazdığı dissertasiyadan parçalar oxuyurdu.
Şagird-müəllim arasında səmimi bir münasibət 
yaratdığından  fi kirlərimizi ona rahat söyləyə bilirdik. 
Ondan Aşıq Ələsgərin şeirlər kitabına başqalarının da 
şeirlərinnin nədən daxil edildiyini soruşduqda,  kitabın 
tərtibçilərindən, nəşriyyatlardan gileylənirdi. 
Aşıqların İmanın, Musanın, Bəşirin, Məhəmmədin və 
başqalarının adı ilə oxuduqları  şeirlərin “Aşıq  Ələsgər” 
kitabına düşməsi haqlı narazılıq yaradırdı. Sonralar mən 
unversitetdə oxuyanda (1968-1973) və  “Şərq qapısı” qə-
zetində  işləyəndə  də gördüm ki, aşıqların, sinədəftər  şeir 
həvəskarlarının nəinki  İslam  Ələsgərovdan, folklor topla-
yanlardan bir inciklikləri var. Onlar bu incikliyi “çap etdir-
diyi o şeirləri məndən topladı, amma mənim adımı bir dəfə 
də olsun çəkmədi”, “məndən topladığı  şeiri başqa aşığın 
adına çap etdirdi”, “mən söylədiyim şeirin üzərində düzə-
lişlər apardı” və s. şəkildə bildirirdilər. Onların dediklərində 
böyük həqiqət olsa da, bir məsələ də vardı ki, hər bir söylə-
yici, aşıq özünün bildiyini doğru sanırdı. Onlar folklordakı 
çoxvariantlılıqla razılaşmaq istəmirdilər.
Bir məsələ də vardı. Cəmiyyətdə bir böyüklük, nəhəng-
lik sindiromu mövcud idi. “İnqilabı kim etdi?” sualına 
düşünmədən  “Lenin”, “Sovet hökümətini kim qurdu və 
möhkəmləti?” sualına  “Stalin!” cavabı verilirdi. Sov. İKP.
MK-nın 10-dən çox büro üzvü olsa da, yalnız Baş və birnci 
katiblərin adları hallanırdı. Yuxarıdan başlayan bu proses 
aşağılaradak davam edirdi. Belə ki, rayonda hamı dərdini, 
şikayətini birinci katibə, kənddə kolxoz sədirinə, sovxoz di-
rektoruna demək istəyir,  əsasən onları tanıyırdılar. Rayon 
İcraiyyə Komitəsinin sədri, büro üzvləri, rayon prokuroru, 
kənd sovetinin sədri və başqaları “nəhənglərin” kölgəsin-


14
Nazir Əhmədli
də qalırdı. Bu, özünü bütün təşkilatlarda göstərirdi. Aşıq 
şeirlərini toplayan araşdırıcılar da bir  “böyük”, “məşhur” 
sənətkar yaratmaq istəyirdilər. Başqalarının,  yəni Alının, 
Bəşirin, İmanın, Musanın haqqının tapdanması önəmli de-
yildi. 
Bolşeviklərin hakimiyyətə gəldiyi ilk illərdən başlayan 
bu proses 1980-ci illərədək davam etdi. 
Belə ki, yeni bolşevik hökuməti keçmişi inkar edir, yeni 
proletar mədəniyyəti və ədəbiyyatı yaradıcaqlarını vəd edir-
dilər. Keçmişdə yazılanları, saray ədəbiyyatı, burjua-mülkə-
dar, tacir sinifi nin ədəbiyyatı adlandırır, kasıb-kusub için-
dən çıxanların yaradıcılığından yeni ədəbiyyat yaratmağa 
çan atırdılar.  Qazaxıstanda Cambul Cabayevi(1846-1945), 
Dağıstanda avar Həmzət Sadasanı(1877-1951), ləzgi Su-
leyman Stalskini(Həsənbəyov) (1869-1937), balkar Kazım 
Meçiyevi (1849-1945) və b. beləcə parlatdılar. Oxuma-yaz-
ma bilməyən, vəzn, qafi yə haqqında aydın təsəvvürü olma-
yan, söylədikləri bədiyyatdan uzaq olan bu insanları ictimai 
mənşəyinə görə məşhur şair kim təbliğ etdilər, əsərlərini rus 
dilinə  və b. dillərə çevirib böyük tirajla yaydılar.  Onlara 
yüksək dövlət mükafatları, fəxri adlar verdilər.
Fəhlə-kəndlidən yeni proletar ədəbiyyatı yaratmaq 
istəyənlər qaraçay Qasbot Qoçqarovdan da (Qoçqarlanı) 
(1834-1940) istifadə etməyə çalışırlar. Lakin o, Sovet qur-
luşuna xoş münasibət bəsləmədiyindən  səfi l bir ömür sür-
dü, at belində gəzərək Sovet rəhbər işçiləri, xoşu gəlməyən 
adamlar haqqında  həcvlər söylədi.
Xatirələrdə  Aşıq  Ələsgərin Sovet dövründə  İrəvana 
dəvət edildiyindən söz açılır. Qoca və xəstə olduğunu səbəb 
gətirən Aşığın getmədiyi söylənilir. Bu, yuxarıda adını çək-
diyimiz kəndli şairlərin dəvəti ilə eyni vaxta təsadüf edir. 
Aşıq  Ələsgər yeni hökümətdən xoşu gəlmədiyinə görəmi 
İrəvana getməyib, yoxsa həqiqətən də xəstəlik və qocalıq 


15
Haqq-nahaqq seçilər Haqq divanında
belə bir səfərə çıxmasını əngəlləyib? Fikrimizcə, o, yeni qu-
ruluşu bəyənməyib, qocalığı və xəstəliyi bəhanə gətirərək 
getməyib. Və yaxşı ki, getməyib!
Bunları deməkdə məqsədimiz odur ki, araşdırıcılarımız 
yaşadıqları mühitin övladı olduqlarından aşıqların yaşını 
böyütməyə, onları çox yaşayan, uzunömürlü göstərməyə 
çalışmaları danılmazdır. Onu da nəzərə almalıyıq ki, həmin 
dövrdə  tədqiqatçıların  əlinin çatacağı  sənədlər də olma-
mışdır, çünki sovet dövründə arxivlərdə sərt bir qapalılıq, 
senzura nəzarəti vardı. “Məxvi” qrifi  altında olan minlərlə 
sənədi  ən məşhur, sovet hökumətinə  sədaqəti ilə seçilən
inanılmış alimlərə, yazıçı və şairlərə də vermirdilər. Qafqaz 
canişinliyi tərəfi ndən tərtib edilmiş kameral təsvirlər də 
belə sənədlərdən idi.
Elə faktlar vardı ki, alimlərimiz onlardan yanlışlığı 
çözmək üçün ipucu  kimi istifadə edə bilərdi. Lakin onlar 
da bunu etmək istəmir, qəlibləşmiş formulları dağıtmağa 
cürət etmirdilər. Aşıq Ələsgərin ömür yolu haqqında ən eti-
barlı məlumatlar ailə üzvlərinin hazırladığı şəcərə sayılırdı. 
İstər bu şəcərədəki fərq, istərsə Aşıq Ələsgərdən yazan tə-
dqiqatçıların sənəktarın doğumu haqqında yazdıqlarındakı 
yanlışlıq göz qabağında idi. Söz-söhbətlərdə bunlar deyilsə 
də, rəsmişəşdirilmirdi. Belə ki, Aşıq Ələsgərin 1821-ci ildə 
doğulduğunu yazanlar sənətkarla qardaşları arasındakı 30 
ildən çox yaş fərqi haqqında deyilənləri eşitmək belə istə-
mirdilər. Aşıq Ələsgərin 1821-ci ildə doğulduğunu “Quran” 
ayəsi kimi qəbul edən İslam müəllim onun qardaşı Məhəm-
mədin 1857-ci ildə doğulduğunu yazır, Məşədi Saleh, Xəlil 
və Məhəmməd arasındakı yaş fərqini 3-5 il göstərirdi. Bu 
yaş fərqindəki uyğunsuzluq Aşıq Ələsgərin qardaşı Məşədi 
Salahın ailəsində də vardı. Belə ki, Məşədi Salahın böyük 
oğlu Aşıq Qurbanın 1870-ci ildə, ondan sonra doğulan oğ-
lanları Növrəs İmanın 1903-cü ildə, Aşıq Musanın 1909-cu 


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə