Haqq-hesab kitab indd



Yüklə 306,47 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix01.02.2018
ölçüsü306,47 Kb.
#22965
1   2   3   4   5   6   7   8   9   ...   72

19
Haqq-nahaqq seçilər Haqq divanında
hələyə yol açmış oldu.  Onun açdığı yolla gedənlər təkçə 
aşıqlarımızın deyil, qaçaqlarımızın, ictimai xadimlə-
rimizin, alimlərimizin, yazıçı və şairlərimizin də ömür 
yollarına aydınlıq gətirə biləcəklər.
Sonda bir məsələyə toxunmaq istəyirəm. Dünyanın hər 
yerində (keçmiş SSRİ-ni və onun indiki davamçılarını çıx-
maqla) elmə yenilik gətirənlərə doktor adı verilir.  Keçmiş 
Sovetlər Birliyində olduğu kimi indi də Rusiya və ona bağ-
lılıqdan qurtara bilməyən respublikalarda-müstəqil dövlət-
lərdə isə bir qəlib müəyyənləşdirilib. Dissertasiyanın həcmi 
fi lan səhifə, formatı fi lan cür, tərtibi fi lan səviyyədə olma-
lı, müdafi ə şurasınadək  üç mərhələrəli müzakirə təşkil 
edilməli, bu müzakirələrin gedişi videoya çəkilməli və 
protokolları yazılmalıdır. Sonda böyük bir çamadan dolu-
su sənədlər Ali Attestassiya Komissiyasına gördərilməldir. 
Orada azı bir-iki il saf-cürük edildikdən sonra cavab verilir 
ki, dissertasiya təsdiq edilir, ya yox. (İndiyədək oradan on-
larla dissertasiya geri qaytarılıb. Lakin buna görə Müdafi ə 
Şurası üzvlərinin birinə  də “gözün üstə qaşın var” deyən 
olmayıb). Hazırlanan dissertasiyaların da önündə mövzu-
nun aktuallığı, elmi yeniliyi və s. kimi yarımbaşlıqlar var. 
Amma bunlar formal xarakter daşıyır.
Dahi alman fi losofu Fridrix Nitşenin həyatında maraqlı 
bir hadisə var. Leypsiq Universitetinin tələbəsi olarkən an-
tik yunan ədəbiyyatı ilə bağlı yazdığı iki məqaləsini oxuyan 
İsveçrənin Bazel Universitetinin klassik fi lologiya  kafed-
rasının müdiri Nitşenin təhsil aldığı universitetə məktub 
göndərir. Məktubda yazır ki, əgər etirazınız yoxdursa, 
biz sizin tələbəniz Nitsşeni təhsilini başa vurduqdan son-
ra kafedramıza professor vəzifəsinə dəvət edirik. Nitsşe-
nin müəllimləri,  əlbəttə etiraz etmir. Hər bir məsələdə 
punktuallıq, intizam göstərən almanlar bəlkə də öz ta-
rixlərində ilk dəfə olaraq nadir bir hərəkət də edirlər. 


20
Nazir Əhmədli
Deyirlər bir halda ki, bu tələbəni nüfuzlu bir universitet 
professor vəzifəsinə dəvət edir, bizim ondan dövlət im-
tahanı götürməyimiz etik baxımdan düzgün olmaz. Nit-
sşedən dövlət imtahanı götürmədən ona diplom verirlər 
 24 yaşlı gənc məzun dəvət aldığı Bazel Universitetinə 
yollanır...
Nazir  Əhmədlinin kitabları, xüsusilə qarşımızdakı bu 
son kitabı da elmi yeniliyi olan, millətimizə və Vətənimizə 
xeyir verən kitablardır. Onlardan yüzlərlə alim, tələbə, zi-
yalı, yazıçı və şair, öz soy-kökünü öyrənmək istəyən sadə 
insanlar istifadə edəcəklər. Lakin ona fi lologiya üzrə elmi 
dərəcə vermək heç kimin yadına düşməyəcək. Çünki elmi 
dərəcə üçün müəyyənləşdirilmiş qəliblərdə hazırlanmayıb, 
oxucuya, alimə, tarixi mövzuda əsər yaradan yazıçı və şa-
irlərə, soy-kökü ilə maraqlananlara lazım olan səviyyədə 
hazırlanıb. Avropada, Amerikada, Asiyada, hətta Afrikada 
və Avstraliyada  nəşrlərin bu cür hazırlanması normal sayı-
lır. Keçmişdən dördəlli yapışıb ondan əl çəkmək istəməyən 
bizlərdən başqa. 
 Ola bilsin ki, hələ Nazir Əhmədlini diletantlıqda, qey-
ri-peşəkarlıqda, başqalarının işinə qarışmaqda da suçlasın-
lar. Buna da dözmək lazımdır. Çünki cəmiyyətimiz belə 
formalaşdırılıb.   
Əli Şamil,
tədqiqatcı jurnalist, folklorşünas
 


MÜƏLLİFDƏN
Adı Ustad Ələsgərə məxsus bir şeirdən götürülmüş bu 
kitabın meydana çıxmasının maraqlı tarixi var.
Təxminən bir il bundan əvvəl keçmiş çar Rusiyasın-
da tərtib olunmuş kameral təsvir sənədləri ilə 2009-cu 
ildən başlamış  işimi intensiv şəkildə davam etdirməyə 
başladım.1988-ci ildən erməni  əsirliyində qalmış  kəndi-
miz-Dərələyəz mahalının Gabud kəndi haqqında “Gabud 
və gabudlular” adlı kitabıma tarixi sənədlərlə cidddi elmi 
məzmun vermək istəyirdim. Çünki yaddaşlarda yaşayaraq 
bizə gəlib çatmış tarix ən müxtəlif yorumlarda mövcud ol-
duğuna görə, bu müxtəlifl iklərə son qoymaq və ortaya ciddi 
bir kitab çıxarmaq lazım idi. Bir daha görməyə ümidlərimi-
zin olmadığı Gabud kəndi haqqında övlad borcumu yerinə 
yetirmək istəyirdim. Adı çəkilən kitab 2016-cı ildə işıq üzü 
gördü və güman edirəm ki, qarşıya qoyduğum işin öhdəsin-
dən gələ bildim.
Bu iş məni elə cəlb etmişdi ki, artıq ondan ayrıla bilmir-
dim, fi kirləşirdim ki, mənə nə qədər doğma olsa da, Gabud 
bir kənddir və onun daxil olduğu və onun kimi əsirlikdə 
qalan Dərələyəz  mahalının Kameral siyahısını da hazır-
layım. Dərələyəz mahalının 1831-ci və 1842-ci illərə aid 
kameral təsvir sənədlərini də hazırladım(bu yaxınlarda 
həmin kitab işıq üzü gördü), amma məndə növbəti arzu 
və vətəndaşlıq borcu hissi oyandı, fi kirləşdim ki, tədqiqat-
larımı  Dərələyəz mahalı ilə  məhdudlaşdırsam, bu iş başa 
çatmamış qalacaq. Axı təkcə Dərələyəz mahalı deyil, bütün 
Qərbi Azərbaycan düşmən işğalı altındadır, əsrlər boyunca 
üzərində gəzdiyimiz, həyat sürdüyümüz digər ellərimizi də 


22
Nazir Əhmədli
bir növ “işğaldan azad edim”. Seçim və hərəkət imkanımın 
məhdudluğunu nəzərə alaraq məsələyə Göyçə mahalından 
başlamaq qərarına gəldim, çünki hər an yarıda kəsilə bilə-
cək bu işdə başqa həmyerlilərim inciməsin, Azərbaycan 
xalqına  Ələsgər kimi bir nəhəngi bəxş etdiyinə görə Göyçə 
mahalını daha əhəmiyyətli sayırdım...
Göyçə mahalının Kameral təsvirini (buraya kameral si-
yahılar da daxildir) əldə edəndən sonra, təbii ki, ilk növbə-
də Ağkilsə kəndini və Ustad Ələsgəri  axtarmağa başladım, 
amma bəri başdan deyim ki, ilk tanışlıq məyusluqla  əvəz 
olundu. Axı indiyə  qədər bütün folklorşünaslar,  ədəbiyyat 
tarixçiləri, aşığın nəvəsi, onun irsinin yorulmaz tədqiqatçısı 
və  təbliğatçısı, Aşıq  Ələsgər yaradıcılığından fəlsəfə dok-
toru alimlik dərəcəsi elmi adını almış mərhum İslam Talıb 
oğlu  Ələsgər(1925-2014) təkidlə  Aşıq  Ələsgərin 1821-ci 
ildə (hətta məsələni daha konkret qoyaraq aşığın doğum 
gününü də göstərirdilər-22 martda, Novruz bayramında!) 
Göyçə mahalının Ağkilsə kəndində anadan olduğunu, 1926-
cı il mart ayının 7-də, elə  həmin Ağkilsə  kəndində  də  və-
fat etdiyini bildirirdilər. Aşığın vəfat tarixi ilə bağlı heç nə 
deyə bilmərəm, axı onun kiçik oğlu Aşıq Talıb 1979-cu ilə 
kimi yaşayıb və ona görə də atasının vəfatı tarixində səhv et-
məyəcəyini qəbul etməliyik. Doğum tarixinə gəldikdə isə...
Sənədlərlə ilk tanışlıq göstərdi ki, Aşıq Ələsgər 1821-
ci ildə Ağkilsə kəndində anadan olmayıb. Çünki nəinki 
1821-ci ildə, hətta 1831-ci ildə  də Ağkilsə  kəndində heç 
kim yaşamırdı və bu kənd boş idi! 
Bizim hansı  sənədlərə  əsaslanaraq belə ciddi və  bəzi 
adamlara iddialı görünə biləcək mülahizə yürütməyimizə 
toxunmaq istəyirəm ki, oxucuda ciddi təsəvvür yaransın: 
bu sənədlərə inanmaq olar, yoxsa yox?
XVIII  əsrin sonlarından başlayaraq Rusiya İmperiya-
sı çoxdan göz dikdiyi Cənubi Qafqaz regionuna fəal mü-


Yüklə 306,47 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə